4
Universitetin bufetindəki
masaya tərəf zillənmişdi bütün baxışlar. Niyə də yox? Axı hər şəhzadə qızın
zövqüncə ola biləcək 4 şəhzadə oturmuşdu o masanın ətrafında... kimiləri xəyallarla,
kimiləri qısqanclıqla, kimiləri isə sevgi ilə o masaya baxarkən, masanın özündə
tək bir hiss hakim idi-nifrət.
Sənan ona öldürəcəkmiş kimi baxan oğlanların
baxışı altında əzilərək çayını içməyə çalışırdı. Sonunda dözə bilməyib gərginliyi
yatışdırmağa çalışdı:
-
Bəsdi də uşaqlar. Yuxulu
idim, nə dediyimi bilmirdim... həm bir həftə çoxdu, mütləq bacararıq hə?
Elnur Sənanın ona zillənən
yalvaran baxışlarını görməzdən gəlib, soyuq səslə dilləndi:
-
Məntiqən mümkün deyil.
-
O qız mənə belə reaksiya
vermirsə, əsla mümkün deyil.
Samirdən belə istədiyi
cavabı ala bilməyən Sənan, son bir ümidlə Elçinə baxdı. Onun həssas ürəyinə
toxunacaq qədər acınacaqlı baxışları ilə Elçini belə fikir söyləməyə məcbur
etdi:
-
əslində hər qızın ürəyində
zərif, incə bir şəhzadə olmaq arzusu yatır. Sadəcə onlara xüsusi olduqlarını
hiss etdirən birisinə ehtiyacları var. əminəm ki, Süsən bacınında ürəyində belə
bir arzu var, amma dərinlərdə, çox dərinlərdə, Mariana çökəkliyindən belə daha
dərin bir yerlərdə... mümkün deyil.
-
Super! Onda neynək? Icazə
verək o Ceki Çanın ucbatından Leyla xanım bizim iç orqanlarımızı satıb, kirayə
pulun alsın?
-
Hardan baxırsan bax, bu sənin
günahındı Sənan. Bəlkə onun özündən soruşaq? Yəni xahiş etsək bəlkə...
Sənan Elnura kinayəli bir baxış atıb, acı-acı gülümsədi:
-
Hə, get soruş. Bir döymədiyi
sən qalmısan onsuzda.
-
Bir də sən.
Sənan hələ də ağrıyan
qarnını tutub, zorla gülümsəyərək:
-
Hə, bir də mən...
Masaya çökən səssizliyi,
Samirin səsi pozdu:
-
Elnur, yarım saatdı bir qız
sənə baxır.
-
Ha? Harda?
-
2;5-də.
Elnurun bir yönə baxım, “maraqlanmıram”
deməsi ilənə olduğunu anlamayan Elçin bezgin şəkildə dedi:
-
Aranızdakı bu tək kəlimə ilə
danışmağı anlamıram da.
Elnur əlindəki kitabı kənara
qoyub:
-
Eslində olduqca bəsit. Masanı
“0” nöqtəsi olaraq düşünək, bufetin “a” və “b” çıxışları perpendikuliyar
olduğundan, “absis” və “ordinat” oxu olaraq secib, kordinat sisteminə əsaəsən...
-
O mənasız riyaziyyat
şeylerindən orta məktəbdə canımı qurtardım, bircə siz “riyaziyyatçı”lardan da
qurtarsaydım- deyən, Sənan riyaziyyatla bağlı fakultələrdə oxuyan Samir və
Elnura sərt bir baxış atdı.
-
Nəysə. Elnur yenə bir qızı
bəyənmədi. Görəsən onun tipi necədi? – dedi, söhbəti dəyişməyə çalışan Elçin gülümsəyərək.
Samir:
-
Əminəm eynəkli, saçları həmişə eyni formada olan, o biri əsrdən qalma
paltarlar geyən, çox ağıllı bir tip. Ey, mənim nənəm də eynən belədi. Bəlkə
sizi tanış edim? Həmişə sənin kimi baba arzulamışam...
Günorta olduqca əylənən
uşaqlar, axşam olduqca gərgin idilər masa ətrafında... xüsusəndə Süsənin
qarşılarına qoyduqları heç bilmədikləri bir yeməyi gördükdə...
-
Ey, bu nə yeməyidi belə? Insanlar
üçündü də, hə?
-
Insan deyəndə özünü nəzərdə
tutmursansa, hə.
Sənan nə isə demək istəsə də, Süsənin kefsiz olduğunu
görüb susdu.(müəllif: Cəmilə Məmmədli) Qarşılarındakı yeməklərə qorxa-qorxa
baxan uşaqları cəsarətləndirmək üçün yeməkdən ilk özü daddı. Bir anlıq yerində
donsa da, oğlanların sual dolu baxışlarına məhəl qoymadan yeməyi cəld yeməyə
başladı. Ancaq boşqabı sıyırdıqdan sonra dayana bilib, “dadlı” dedi. Onun sözü
ilə hər kəs yeməyə başlarkən, sadəcə Süsən kefsiz halda oturmuşdu. Onu bu
halına dözməyən Elçin, qayğıkeş bir səslə dedi:
-
Nəsə olub Süsən bacı?
-
Sənə nə!... yəni nədənsə
özünü mudafiə kursuna qızlar yazılmaq istəmir...
-
Demək ki, Azərbaycanda
normal qızlar çoxdu.
Süsən Sənana sərt bir baxış
atıb:
-
Nə yəni, özünü müdafiyə etmək normal deyil?!
-
Bunu qarşına çıxan hər
oğlanı döymək üçün etmek deyil. Qızlar incə olmal, gözəl görünməli və oğlanlar
haqqında qeybət qırmalı.
-
Səni!!...
-
Ee, Süsən xanım sizdən bir
şey xahiş etmək istəyirdik.
-
Nə?!- deyə qışqırıb, qəzəblə
Elnura baxdı Süsən.
-
Hmm. 6 gün sonra Leyla
xanımın iş yoldaşının qızının ad gününə getməlisiz..
-
Istəmirəm!
-
Amma ananız istəyib və ora
gedən də biraz makiaj edə, daha qıza uyğun bir şeylər geyinə...
əlini zərblə masaya çırpıb,
ayağa qalxan Süsən:
-
Məzələnirsiz mənlə?! əsla...-deyib,
birdən qarşısındakı oğlanlara daha diqqətlə baxıb, ağlına gələn fikirlə gülümsədi-
olar...amma bir şərtlə...
Süsənin baxışından çəkinən
Sənan pıçıldadı:
-
Urəyimə damıb kiŞ, biz
bitdik...
SƏHƏR:
-
Az aytən o üşağa bax, gör nə
şirindi?.
-
Hələ bu birinə bax, elə
ciddi durub ki, elə bil yekə kişidi.
-
Bəs bunu demirsən? Üzündən
şorgözlük yağır...hihi..
-
ən gəşəngləri budu, amma
üzündən zəhirmar yağır...elə bil bu dəyqə durub döyəcək bizi...
Sənan Bayaqdan onları işarə
edib, öz aralarında pıçıldamaqdan daha çox, qışqırışan orta yaşlı qadınlara qəzəblə
baxıb pıçıldadı:
-
Mənim burda nə işim var
axı...
-
Ey gəl bunu qaldır.
Sənan əli ilə 75 kiloluq ştanqı göstərən Süsənə baxıb,
əsəbi şəkildə:
-
Manyaksan sən? Ordan baxanda
terminatora oxşayıram? Həm onlar niyə yüngül şülərdən yağışmışkən, mən ən
ağırların götürməliyəm? – dəyib, həqiqətən də daha asan idman alətlərini
istifadə edən Elnur, Samir və Elçini göstərdi.
Süsən vecsizcəsinə çiynini çəkib:
-
Çünki səndən daha çox zəhləm
gedir.
-
Aman nə böyük şərəf! Həm
biz niyə burda olmalıyı? Bura qadınlar üçün deyildi? Vitrin mankeniyik səninçün?
Bədənimizdən istifadə edirsən?
-
Əslində sizin leşinizdən
istifadə edib, dönərçilərə satmaq vardı da, qalsın sonraya. Həm özünüz
razılaşdız.
Sənan ilk özünün
razılaşdığını xatırlayıb, səsini qısaraq:
-
Amma sən “qızlar” deyəndə,
bunları nəzərdə tutduğunu düşünməmişdim- deyib, əli ilə ona qəribə-qəribə baxan
qadınları göstərdi- yəni, biraz qorxuducudu.
Süsən gülməyini güclə saxlayıb, əlini yelləyərək:
-
Narahat olma, heç nə etməzlər.
Amma sən birdə şikayət etsən, sizi onların arasında qoyub, qapını da üzünüzə
kilidləyərəm.
Sənan bir anlıq dediklərini xəyal edib, qorxu ilə dəhşət
qarışıq şoka girərkən, Süsən artıq öz tələbələrinin yanına getmişdi. istəmədən
də olsa, Süsənin necə şövqlə öyrətməyə çalışdığını seyr edən Sənan, yüngülcə
qımışıb pıçıldadı:
-
Ifritə...
Onlar şəhərin bir
bucağındakı zalın içərisində yarı qorğu, yarı da dəhşət içərisində idman edərkən,
ikimərtəbəli evlərinin qarşısında bir taksi dayandı. Avtomobildən az qala
tullanaraq enən orta boylu, azca sarışın, göyqurşağıdək rəngbərəng geyinmiş
qız, qarşısındakı binaya diqqətlə baxdı. Ciddi-ciddi bir şey fikirləşirmiş kimi
görünsə də, birdən yerində tullanmağa başlayıb qışqırdı:
-
Yattaaa! Deməli eliş burda
yaşayır! Yuppi!
Onsuzda sakit keçməyən günlərinə
yeni bir nəşəmi gelirdi, yoxsa yeni bir bəla? ən əsası, kimin üşün? Doğrusu təxmin etmək çətin deyil, təbii ki,
tamamı ilə məntiqsiz düşündükdə ^_^
Cəmilə Məmmədli


maraqli idi de axirini anlayamadim :(
YanıtlaSil