musiqi

24 Temmuz 2013 Çarşamba

Ən gözəl"sən" bölüm 3

3
-          Xmm...
-          Ihııhı...
-          Pftt...
Sənan başının üstündə dayanıb, sanki başqa şeylə məşğulmuş kimi davranan oğlanlara sərt bir baxış atıb, qışqırdı:
-          Ürəyinizdə hırıldamayın...
O cümləsini bitirmədən oğlanlar qəh-qəhə ilə gülməyə başladılar. Sənanın ayağını yerə döyəcləməsindən daha da əsəbləşdiyini anlayan Elçin, özünün toplayıb:
-          Bağışla, sadəcə...ha ha
Onun sözünün bitirmədəyini görən Elnur davam etdi:
-          Heç ağlımıza gəlməzdi ki, sən...
-          Qız kimi çığıra bilərsən!
Samirin qoyduğu son nöqtə ilə sakitləşməyə başlayan oğlanlar daha bərkdən qəh-qəhə atmağa başladılar. Yumruqlarını sıxıb, öz utancını gizləməyə çalışan Sənan:
-          Bəsdirin! Mənim vəziyyətimdə olsaydız, siz daha betər qışqırardız...
Elnur onu daha da əsəbləşdirməmək adına:
-          Nə olduki?
-          Nə olacaq?! Hamam getmək istəyirdim, birdən o qızın dayəsi tullandı üstümə! Yarasa kimi viyildiyə-viyildiyə üz-gözümü cırmaxlamağa başladı.
Elçin inanmırmış kimi dodaqlarını büzüb:
-          Nənə niyə elə bir şey eləsinki? Yəqin sən nəsə eləmisən.
-          Birincisi o “nənə” dəyil, cəhənnəmə getməyi gecikdirən cadugərdi. Ikincisi də ki..-deyən Sənan gözlərini oğlanlardan qaçırıb davam etdi- yəni sadəcə hamamın qapısı ağzında köynəyimi çıxarırdım...
Elnur başını narazı şəkildə yelləyib:
-          Burda günahkar olan sənsən, bizlə bir qızın yaşadığını unutma. Samir eləsə anlayardım, amma sən...-deyib, Samirin baxışına məhəl qoymadan gizli gülümsəmə ilə davam etdi- və sənin “qışqırmaq” deyə adlandırdığın şey, qışqırıq deyildi. Buna ciyildəmək, hətda zingildəmək belə demək olar ..ha ha.
Sənan yənə son səsdə davam edən gülüşmələrə bir “of” çəkib, onlara fikir vermədən fikirləşməyə başladı. Az öncə yaşadığı an ağlına gəldikcə, nənənin quzğun kimi üstünə şığımağı hələ də tüklərini ürpərtsə də, ağlından çıxmayan 1-2 saniyəlik görüntü daha vardı. Üzündəki gülümsəmənin fərqinə varıb, yenə qaşlarını çatdı...


Axşam yeməyində masaya əyləşənlər bir-birlərinə baxmağa davam edirdilər. Birdə tək özünə və nənəyə bişirdiyi yeməyi yeyən Süsənə. ətrindən və görünüşündən dadlı olduğu bilinən yeməyə udqunaraq baxan oğlanlar səsizcə oturmuşdular. Bu səssizliyi masaya dəyən yumruq pozdu:
-          Sən niyə bizədə tettik bişirməmisən?!
Heç halını belə pozmayan Süsən, Sənana baxmadan dedi:
-          Niyə bişirməliyəmmiş?
-          Çünki bizdə adamıq!
-          Orası mənim üçün şübhəlidi.
Sənanın özündən çıxdığını görən Samir, əliylə “dayan” işarəsi edib, ayağa qalxıb Süsənə yaxınlaşdı. ən cəbedici gülümsəməsi ilə ona baxıb:
-          Xanımqız çox xahiş edirəm gələcək səfər bizi də nəzər al. Biz oğlanlar çox şeydə siz xanımlar qədər bacarıqlı deyilik, əgər sən olmasaydın necə yaşayardıq düşünmək belə istəmirəm.
-          Dünənə kimi yaşadığınız kimi.
Samir ən soyuq şəkildə verilmiş bu cavabdan biraz donub qalsa da, yenə gülümsəyib:
-          Yəni demək istədiyim...
Onun cümləsini kəsən, Süsənin ayağa qalxıb yaxasından yapışması oldu:
-          Bura bax Jhonny Bravo*, zəhləmi tökmə, get nə zəqqumlanırsan zəqqumlan. Yoxsa gələn dəfə yeyəcəyin şey yağlı bir yumruq olacaq! Iyrənc məxluqat!
Süsən itələyib yıxdığı Samirə baxmadan bitmiş yeməyinin boşqabını götürüb, mətbəxə keçdi. Elçin və Elnur şoka düşmüş Samiri qaldırarkən, Sənan cəld Süsənin arxasıyca getdi. Tam mətbəxdən çıxarkən onu yaxalayıb, əsəbi şəkildə:
-          Sən özüvü nə hesab edirsən hə?! biz sənə neylədik ki, adam yerinə belə qoymursan?!
Qapının ağzında sənan olduğu üçün keçə bilməyən Süsən, qaşlarını çatıb ondan da bərk qışqırdı:
-          əcəb edirəm! Sizdə ilişməyin mənə! Xoşunuz gəlmir, rədd olun evimdən!
-          Sənalla! Bu şəhərdə belə evi bu qiymətə tap, gedək! Elə ölürdük sənin ifritə sifətinçün!
-          Mənə nə! Gedin lap zibillikdə yaşayın!
Yenə nə isə demək istəyən Sənan, Süsənin başqa tərəfə badığını görüb:
-          Sənə söz deyiləndə üzünə bax!
-          Məcburam o iyrənc sifətini görməyə?!
-          Sən deyəsən güzgüyə çox baxmırsan, yoxsa bilərdin kimin üzü iyrəncdi!
-          Bilirəm! Sənin!
-          Sənə dedim ki, üzü...
“tak”... Sənan birdən ayılmış kimi ətrafına baxdıqda, istəmədən də olsa üstün gedib, Süsəni divara dirədiyinin fərqinə vardı. Cəld 1-2 addım geri çəkilib, üzr istəməyə hazırlaşırdı ki, Süsənin ona baxmadan dediyi sözlə donub qaldı:
-          Həm mənim evimdə belə geyimdə niyə gezirsən?!
Sənan qeyri-iradı öz geyimini süzdükdə qaşlarını çatdı. (müəllif: Cəmilə Məmmədli) Geyimində qeyri-adı heç nə yox idi, sadəcə köynəyinin 1 əvəzinə 2 düyməsi açıq qalmışdı. O da normal sayılardı. Öz-özünə “ bu qız mənlə məzələnir? Nə geyinim? Indi sən oğlan kimi geyinirsən deyə, mən də durum qız kimi geyinim?”- deyə düşünüb, birdən ağlına gəlmiş fikirlə şeytani bir gülümsəmə ilə Süsənə baxdı. Ani bir hərəkətlə 2 əlini də divara dirəyib, Süsəni sıxışdıraraq:
-          Yoxsa sən oğlanlardan qorxursan?
Süsən kinayə ilə gülümsəyib:
-          Bu axmaq fikir ağlına hardan gəldi? Mən və siz böcəklərdən qorxmaq? –deyib. Güclü bir yumruğu Sənanın qarnına ilişdirdi.
Heç halını belə pozmayan Sənan, ona daha da yaxınlaşıb bic-bic gülümsəyərək:
-          Haqlısan, bu qorxma deyil, daha çox utanma... Elçin əlini tutanda, məni az qala köynəksiz görəndə, Samir sənə şox yaxınlaşanda və indi... yoxsa bizim sərt qızımız, normal qızlardan daha utancaqdı?
-          Çərənləm...
Sənan ona daha da yaxınlaşıb, az qala bir nəfəs məsafəsindəykən:
-          Düz tapdım hə? yoxsa qara kəmər sahibi birinin, məndən az qala divara girməyə çalışmasının başqa nə açıqlaması var? Hmm, görəsən bu sirrin aramızda qalsın, yoxsa başqalarına da deyək? Elnur öyrənsə, bunun psixoloji səbəbini tapmaq üçün deyil uşaqlığına, z iqot halına qədər belə enər, Elçin desən bütün günü “Süsən bacı, məndən utanma” deyə anasını itirmiş cücə kimi dalınca gələcək, Samiri isə düşünmək belə istəmirəm...
Süsən qəzəblə dişlərini sıxıb “ nə istəyirsən? !- deyə fısıldadı.
Sənan qalib gəlmiş kimi gülümsəyib:
-          Yemək- deyərək, Süsənin “ yaxşı sabahdan” deməsiylə geri çəkildi. Süsən son sürət mətbəxdən çıxarkən, o qarnını tutub yerə çökdü.
-          Ifritənin terminator kimi yumruğu var- deyə pıçıldarkən, özüdə bilmədən gülürdü...

Beləliklə bizim avara şəhzadəmiz Süsənin sirrini kəşf etmiş oldu. Normal bir qız olmayan Süsənin, normal qızlardan daha utancaq olduğu kimin ağlına gələrdi ki? Mənim yox... bəlkə bu ortaq sirrlərindən sonra Sənan ilə Süsən sakitcə birlikdə yaşamağa oyrəşərlər? Amma hesab 1:0 Sənanın xeyrinədi... yoxsa “hələ ki” deməliydim?
Səhər çalan telefona yuxulu yaxınlaşan Sənan, dəstəyi qaldırıb gözlərini ovusduraraq “alo” dedi. Qarşı tərəfdəkinin kim olduğunu belə anlamadan...
-          “alo, Sənan sənsən? “
-          Bəli, buyrun?
-          “Işlər necə gedir? Qızıma yaxşı baxa bilirsiz?”
-          Ha? Hə..hə..
-          “Artıq normal qıza oxşayır hə?”
-          Hı? əlbətdə...
-          “bilirdim ki, siz uşaqlar bunu bacarasız. Sizin kimi oğlanların yanında ən kobud qız belə şəhzadə olar! Onda 3 gün sonra rəfiqəmin qızının ad gününə incə-mincə qız kimi olacaq hə? “
-          Hı hı...
-          “ Süper! 3 günə gələcəm. Ümid edirəmki siz uşaqlar mənim başımı aldatmırsız. Yoxsa sizi xədim edib, böyrəklərinizi qara bazarda sataram! Özünüzü isə abrogenlərə hədiyyə edərəm! Kirayə pulu isə 3 qatına çıxar! Amma sizə inanıram, özünüzə yaxşı baxın uşaqlar”
Sənan dəstəyi yerinə qoyub, bayaqdan dediklərinin fərqinə vardı. Qarşısındakı nimdaş sport geyimdə, başında kepka, od püskürən gözlərlə ona baxan Süsənə baxıb, udqunaraq pıçıldadı:
-          Öldük biz...


*= Jhonny Bravo şorgözluyu ilə məşhur cizgi film obrazı. sarışınlığı və əzləli bədəni ilə bütün qızların ona gələcəyini düşünsə də, heç bexti gətirmir.
muellif: Cemile Memmedli

1 yorum :