musiqi

26 Temmuz 2013 Cuma

ən gözəl"sən" bölüm 4

4
Universitetin bufetindəki masaya tərəf zillənmişdi bütün baxışlar. Niyə də yox? Axı hər şəhzadə qızın zövqüncə ola biləcək 4 şəhzadə oturmuşdu o masanın ətrafında... kimiləri xəyallarla, kimiləri qısqanclıqla, kimiləri isə sevgi ilə o masaya baxarkən, masanın özündə tək bir hiss hakim idi-nifrət.
  Sənan ona öldürəcəkmiş kimi baxan oğlanların baxışı altında əzilərək çayını içməyə çalışırdı. Sonunda dözə bilməyib gərginliyi yatışdırmağa çalışdı:
-          Bəsdi də uşaqlar. Yuxulu idim, nə dediyimi bilmirdim... həm bir həftə çoxdu, mütləq bacararıq hə?
Elnur Sənanın ona zillənən yalvaran baxışlarını görməzdən gəlib, soyuq səslə dilləndi:
-          Məntiqən mümkün deyil.
-          O qız mənə belə reaksiya vermirsə,  əsla mümkün deyil.
Samirdən belə istədiyi cavabı ala bilməyən Sənan, son bir ümidlə Elçinə baxdı. Onun həssas ürəyinə toxunacaq qədər acınacaqlı baxışları ilə Elçini belə fikir söyləməyə məcbur etdi:
-          əslində hər qızın ürəyində zərif, incə bir şəhzadə olmaq arzusu yatır. Sadəcə onlara xüsusi olduqlarını hiss etdirən birisinə ehtiyacları var. əminəm ki, Süsən bacınında ürəyində belə bir arzu var, amma dərinlərdə, çox dərinlərdə, Mariana çökəkliyindən belə daha dərin bir yerlərdə... mümkün deyil.
-          Super! Onda neynək? Icazə verək o Ceki Çanın ucbatından Leyla xanım bizim iç orqanlarımızı satıb, kirayə pulun alsın?
-          Hardan baxırsan bax, bu sənin günahındı Sənan. Bəlkə onun özündən soruşaq? Yəni xahiş etsək bəlkə...
Sənan Elnura kinayəli bir baxış atıb, acı-acı gülümsədi:
-          Hə, get soruş. Bir döymədiyi sən qalmısan onsuzda.
-          Bir də sən.
Sənan hələ də ağrıyan qarnını tutub, zorla gülümsəyərək:
-          Hə, bir də mən...
Masaya çökən səssizliyi, Samirin səsi pozdu:
-          Elnur, yarım saatdı bir qız sənə baxır.
-          Ha? Harda?
-          2;5-də.
Elnurun bir yönə baxım, “maraqlanmıram” deməsi ilənə olduğunu anlamayan Elçin bezgin şəkildə dedi:
-          Aranızdakı bu tək kəlimə ilə danışmağı anlamıram da.
Elnur əlindəki kitabı kənara qoyub:
-          Eslində olduqca bəsit. Masanı “0” nöqtəsi olaraq düşünək, bufetin “a” və “b” çıxışları perpendikuliyar olduğundan, “absis” və “ordinat” oxu olaraq secib, kordinat sisteminə əsaəsən...
-          O mənasız riyaziyyat şeylerindən orta məktəbdə canımı qurtardım, bircə siz “riyaziyyatçı”lardan da qurtarsaydım- deyən, Sənan riyaziyyatla bağlı fakultələrdə oxuyan Samir və Elnura sərt bir baxış atdı.
-          Nəysə. Elnur yenə bir qızı bəyənmədi. Görəsən onun tipi necədi? – dedi, söhbəti dəyişməyə çalışan Elçin gülümsəyərək.
Samir:
-          Əminəm eynəkli, saçları  həmişə eyni formada olan, o biri əsrdən qalma paltarlar geyən, çox ağıllı bir tip. Ey, mənim nənəm də eynən belədi. Bəlkə sizi tanış edim? Həmişə sənin kimi baba arzulamışam...


Günorta olduqca əylənən uşaqlar, axşam olduqca gərgin idilər masa ətrafında... xüsusəndə Süsənin qarşılarına qoyduqları heç bilmədikləri bir yeməyi gördükdə...
-          Ey, bu nə yeməyidi belə? Insanlar üçündü də, hə?
-          Insan deyəndə özünü nəzərdə tutmursansa, hə.
Sənan nə isə demək istəsə də, Süsənin kefsiz olduğunu görüb susdu.(müəllif: Cəmilə Məmmədli) Qarşılarındakı yeməklərə qorxa-qorxa baxan uşaqları cəsarətləndirmək üçün yeməkdən ilk özü daddı. Bir anlıq yerində donsa da, oğlanların sual dolu baxışlarına məhəl qoymadan yeməyi cəld yeməyə başladı. Ancaq boşqabı sıyırdıqdan sonra dayana bilib, “dadlı” dedi. Onun sözü ilə hər kəs yeməyə başlarkən, sadəcə Süsən kefsiz halda oturmuşdu. Onu bu halına dözməyən Elçin, qayğıkeş bir səslə dedi:
-          Nəsə olub Süsən bacı?
-          Sənə nə!... yəni nədənsə özünü mudafiə kursuna qızlar yazılmaq istəmir...
-          Demək ki, Azərbaycanda normal qızlar çoxdu.
Süsən Sənana sərt bir baxış atıb:
-          Nə yəni, özünü  müdafiyə etmək normal deyil?!
-          Bunu qarşına çıxan hər oğlanı döymək üçün etmek deyil. Qızlar incə olmal, gözəl görünməli və oğlanlar haqqında qeybət qırmalı.
-          Səni!!...
-          Ee, Süsən xanım sizdən bir şey xahiş etmək istəyirdik.
-          Nə?!- deyə qışqırıb, qəzəblə Elnura baxdı Süsən.
-          Hmm. 6 gün sonra Leyla xanımın iş yoldaşının qızının ad gününə getməlisiz..
-          Istəmirəm!
-          Amma ananız istəyib və ora gedən də biraz makiaj edə, daha qıza uyğun bir şeylər geyinə...
əlini zərblə masaya çırpıb, ayağa qalxan Süsən:
-          Məzələnirsiz mənlə?! əsla...-deyib, birdən qarşısındakı oğlanlara daha diqqətlə baxıb, ağlına gələn fikirlə gülümsədi- olar...amma bir şərtlə...
Süsənin baxışından çəkinən Sənan pıçıldadı:
-          Urəyimə damıb kiŞ, biz bitdik...

SƏHƏR:
-          Az aytən o üşağa bax, gör nə şirindi?.
-          Hələ bu birinə bax, elə ciddi durub ki, elə bil yekə kişidi.
-          Bəs bunu demirsən? Üzündən şorgözlük yağır...hihi..
-          ən gəşəngləri budu, amma üzündən zəhirmar yağır...elə bil bu dəyqə durub döyəcək bizi...
Sənan Bayaqdan onları işarə edib, öz aralarında pıçıldamaqdan daha çox, qışqırışan orta yaşlı qadınlara qəzəblə baxıb pıçıldadı:
-          Mənim burda nə işim var axı...
-          Ey gəl bunu qaldır.
Sənan əli ilə 75 kiloluq ştanqı göstərən Süsənə baxıb, əsəbi şəkildə:
-          Manyaksan sən? Ordan baxanda terminatora oxşayıram? Həm onlar niyə yüngül şülərdən yağışmışkən, mən ən ağırların götürməliyəm? – dəyib, həqiqətən də daha asan idman alətlərini istifadə edən Elnur, Samir və Elçini göstərdi.
Süsən vecsizcəsinə çiynini çəkib:
-          Çünki səndən daha çox zəhləm gedir.
-          Aman nə böyük şərəf! Həm biz niyə burda olmalıyı? Bura qadınlar üçün deyildi? Vitrin mankeniyik səninçün? Bədənimizdən istifadə edirsən?
-          Əslində sizin leşinizdən istifadə edib, dönərçilərə satmaq vardı da, qalsın sonraya. Həm özünüz razılaşdız.
Sənan ilk özünün razılaşdığını xatırlayıb, səsini qısaraq:
-          Amma sən “qızlar” deyəndə, bunları nəzərdə tutduğunu düşünməmişdim- deyib, əli ilə ona qəribə-qəribə baxan qadınları göstərdi- yəni, biraz qorxuducudu.
Süsən gülməyini güclə saxlayıb, əlini yelləyərək:
-          Narahat olma, heç nə etməzlər. Amma sən birdə şikayət etsən, sizi onların arasında qoyub, qapını da üzünüzə kilidləyərəm.
Sənan bir anlıq dediklərini xəyal edib, qorxu ilə dəhşət qarışıq şoka girərkən, Süsən artıq öz tələbələrinin yanına getmişdi. istəmədən də olsa, Süsənin necə şövqlə öyrətməyə çalışdığını seyr edən Sənan, yüngülcə qımışıb pıçıldadı:
-          Ifritə...

Onlar şəhərin bir bucağındakı zalın içərisində yarı qorğu, yarı da dəhşət içərisində idman edərkən, ikimərtəbəli evlərinin qarşısında bir taksi dayandı. Avtomobildən az qala tullanaraq enən orta boylu, azca sarışın, göyqurşağıdək rəngbərəng geyinmiş qız, qarşısındakı binaya diqqətlə baxdı. Ciddi-ciddi bir şey fikirləşirmiş kimi görünsə də, birdən yerində tullanmağa başlayıb qışqırdı:
-          Yattaaa! Deməli eliş burda yaşayır! Yuppi!

Onsuzda sakit keçməyən günlərinə yeni bir nəşəmi gelirdi, yoxsa yeni bir bəla? ən əsası, kimin üşün?  Doğrusu təxmin etmək çətin deyil, təbii ki, tamamı ilə məntiqsiz düşündükdə  ^_^


Cəmilə Məmmədli

1 yorum :