Ən Gözəl”Sən”!
Bölüm: 5
-Hmm. Demək siz bir evdə yaşayırsız? Uvaaa!
4 oğlan, 1 qız?! Etiraf edin, etiraf edin, bir eşq var hə? hətda eşq üçbucağı,
dördbucağı, bəlkə də beşbucağı?! Bir qız uğrunda dalaşan oğlanlar... sadəcə
biri bu eşq döyüşündən qalib çixacaq və gözəl şahzədənin qəlbinə, ruhuna və bədəninə...
nə?! Bədən?! Yox, bədən əsla olmaz! Bu heç, heç uyğun deyil! Elə şeylərlə məşğul
olmayın, onlar ancaq böyüklər üçündü axı. Həm belə balaca, kawai* qıza elə şeylər
eləmək... bağışlanılmaz! Yaxşı ki, mən gəldim. Səni qoruyacam, qoruyacam səni...
Sənan Süsəni az qala qucağına alıb, bayaqdan əzizləyən,
hər halından onlardan balaca olduğu bilinən qəribə geyimli qıza baxıb
pıçıldadı:
-Lənət, bu evdə lənət var mütləq. Harda anormal
var bura gəlir. Anormal qızlar maqniti...
- Fidan sən nə yaxşı gəldin?
Samir Elnurun necə heyran-heyran
baxdığını görüb:
-Nə? Məzələnirsiz hə? Yaxşı, bu dəfəlik pas
keçirəm.
Elnur gözlərini Fidandan
ayırıb, Samirə öldürəcəkmiş kimi baxaraq:
-Nə pası?...
-He-heç... elə-belə yəni...
-
Fidan bacı, sən burda
qalasan?
Bir anlıq gozlərini Süsəndən
ayıran Fidan Elçinə baxdı. Masaya dirsəklənib, üzünü əlləri arasına alıb, bir
uşaq kimi gülümsəyən Elçini görüncə... heç 1 saniyə keçməmiş bayaqdan Fidanın
az qala qucağında olan Süsən yerdə idi. Fidan gözləri geniş açılmış, üzündə qəribə
gülümsəmə varkən pıçıldadı:
-
Ağ-appaq dəri, iri,
parıltılı gözlər, məsum bir üz... ay!!! Gəl bura, səni qucaqlayacam!
Artıq Fidan dəli kimi
Elçini masanın ətrafında qovalayırdı. Üzündə hələ də o qəribə gülümsəmə ola-ola
gücü tükənməyə başlayan Fidan:
-
Bəsdi də, qaçma nolar. Səni
qucaqlamasam ölərəm axı...
Elçin bayaqdan ona “ öldürərəm
səni!” baxışı atan Elnura baxıb:
-
Valla qucaqlasan da mən ölərəm...
Samirin gülməyə, Elnur “öl”
baxışı atmağa və Fidanla Elçin qurd quzu misalı qaçmağa məşğulkən, Tək qalan Sənan
və Süsən bir-birlərinə düşmən kimi baxmağa məşğul idilər.
-
Ey, ad gününə az qaldı. dəyişmək
niyyətin yoxdu?
-
Nəyi?
-
Bu köynəyini məsələn! Hansı
qızın köynəyində “öldür, ya da öl” yazar?!
Süsən vecsizcə çiynini çəkib:
-
Narahat olma, ad günündə fərqli
olacaq.
-
Fərqli olsa yaxşı olar, o
quzğun arvadların arasında Sənangülə dönəcəkdim az qala!
Süsən hiyləgər bit ifadə ilə:
-
əmin ol o ad günündə hamını
özümə heyran edəcəm...
artıq saatlar keçmişdi və Fidan getməyə hazırlaşırdı. Qağının
ağzında dayanıb, dodaqlarını sallayaraq, ondan 5 metr uzaqda, qaçmağa hazır
gözləyən Elçinə dolmuş gözlərlə baxırdı. Elçində uzaqdan əl sallayıb, gözləri
ilə “bağışla” deyirdi ki, Elnur aralarına girib məsum baxışmanı kəsdi. Fidan qarşısındakı
Elnuru görməzdən gəlib, işəridəkilərə əl sallayaraq:
-
hələlik özünə olan
inamsızlığı qarşısına çıxan hər qızı əldə etməyə çalışaraq gizlədən Don Juan, hələlik
öz sevgisiz uşaqlığını sərt görüntüsü ilə gizləməyə çalışan Don Kixot, hələlik
uşaq kimi görüntüsü olmasına rəğmən, sərt xarakteri olan Freddy, hələlik bir
uşaqdan daha saf qəlbi olan Usagi. Sənə də hələlik Eliş- deyib, Elnurun boynuna
sarıldı...
-
hmm, Elnur... şey, getdi yəni.
Elnur birdən ayılmış kimi
diksinib, hələ də qapı ağzında dayandığnın fərqinə vardı.(müəllif: Cəmilə Məmmədli)
Əlini çiyninə qoymuş Elçinə, biraz kənarda gülməkdən keçinən Samirlə Sənana göz
ucu baxıb, yenə cidddi görkəminə büründü.
-
Elbətdə, bilirəm.- deyib,
otağa keçmək istəyirdi ki, boynuna qolunu atan Samir:
-
Qız sani sadəcə qucaqladı,
ki həmin qız Elçini qucaqlamaq üçün maratona girmişdi. Amma sən donub qaldın. Öpsə
infarkt keçirərsən hə? hələ siz se...
Elnur Samirin qolunu boynundan atıb, sərt səs tonu ilə:
-
Kəs səsini! Biz sadəcə
uşaqlıq dosduyuq, başqa heçnə.
-
Nə? Sənin ona aşiq olduğun
çox bəlli. Hətda o qədər ki, əminəm Sənan belə anlayıb.
Sənan cəld:
-
Hə, mən də- deyib, birdən
anlayaraq:
-
Ey, sən nə demək istəyirsən?!
-
Sənin bu mövzularda küt
olduğunu.
-
Səni!!
Elnur onların dalaşmasını
vecinə almadan pıçıldadı:
-
Mən istəsəm belə mümkün
deyil... o çox ağıllı qızdı. Mənə baxmaz belə.
Sənan çiynini çəkib:
-
Nolsun, sən də çox
ağıllısan.
-
O tək başına 5 dil öyrənib,
rəsmləri sərgilərdə gəzir, istəsə 3 günə roman yazar, bir şeyi öyrənməsi üçün
sadəcə baxması kifayətdi...
-
Bir dəqiqə, indi ikimizdə o
ifritəni çirin görən, Elçini 1 saat qovalayan qızdan danışırıq hə? bəs o qız
necə olur ki, bir kollecdə oxuyur?
-
Eslində imtahanda bütün
sualları düzgün cavablamışdı, sadəcə sürüşdürmə edib.
Samir:
-
Nə qədər?
-
Hamısın...
Ortalığa çökən sükutu heç kim pozmaq istəmirdi. Çünki bir
imtahanda bütün cavabları doğru bilmək və hamıssını sürüşdürmək nə qədər mümkün
onu xəyal etməyə çalışırdılar... Sonunda Sənan dilləndi:
-
Hə, eyni qızdan danışırıq...
Günlər keçirdi və sonunda o
böyük gün gəlmişdi. Bizim şəhzadəmiz bir Cindirella kimi anı bir dəyişikliklə
gözəl şəhzadə olacaqdımı? Ey, bəlkə də onun şəhzadəyə çevrilməsi üçün kiçik bir
öpüş lazımdı? A, yox bu başqa nağıldan idi. Bizimki tamamı ilə fərqli...
Oğlanlar qarşılarındakı Süsənə baxıb, öz aləmlərində
analiz edirdilər... Sənan qollarını sinəsində
çarpazlayıb:
-
Sən bu paltarla getmək istəyirsən?
-
Hə, nədi ki?
Sənan artıq özünü
saxlamayıb, qışqıraraq:
-
Sən xəstəsən?! Hanı dəyişəcəydin?!
əynindəkilər yenə şalvar-köynək, tək fərqi o gic-gicə yazıların olmaması!
Süsən öz geyimini süzüb,
çiynini çəkərək:
-
Sənin kimi iyrənc böcək
başa düşməz, bu paltarla ordakı hər kəsi özümə heyran edəcəm.
-
Ordakılar sənin kimi
zövqsüz deyillər!
-
Səni!!!
Onların yenə dalaşmağa
başlayacağını görən Elçin araya girərək:
-
Sənan məncə də, bunlar Süsən
bacıya yaraşıb. Həm o dedisə onları heyran edəcək, deməli bir şey bilir...yəni
ümid edirəm..
-
Görəcəyik!
Yol boyunca susan uşaqlar,
ad gününün olacağı restorana çatdıqda təəccüblə ətrafa baxırdılar. Kiçik restoranın
girişi şarlarla bəzənmişdi və işəri keşənlərin əlinə qəribə papaqlar verən təlxəklər
vardı qapı ağzında. Sənan şübhələnərək içəri keçdik də, səbəbini anladı. Restoran
10-13 yaşlarında uşaqlar ilə dolu idi və hamsı onlara tərəf qışqıraraq gəlirdilər:
-
Süsən bacı, karateci
qız...bizə yenə nə göstərəsən?
Süsən arxadakı oğlanlara
qalıb gəlmiş kimi baxıb:
-
Anamın iş yoldaşları gənc
olduğundan, u.aqları da balacadı. Hər ad günlərində məni çağırıb döyüş
fiqurları göstərməyimi sitəyirlər. Sizə demişdim axı, mənə heyran olacaqlar...
Sənan Süsənin kinayəli təbəssümü
ilə daha da əsəbləşib, səyriyən gözünü dayandırmağa çalışırdı ki, Süsən əli ilə
onu işarə edib:
-
Uşaqlar bu böcə..oğlan
könüllü olaraq mənim köməkçim olmaq istəyir! Bu dəfə bütün döyüş fəndlərini
onun üstündə göstərəcəm!
Sənan qaçaraq onun üstünə gələn uşaqlardan dəhşətə
düşmüşkən, hər şeyi elə girişdə anlayıb, bayaqdan qaçan oğlanların yoxluğunu hələ
indi anladı. Paltarından tutub, onu çəkişdirən uşaqları yox sayaraq ,
qarşısındakı Süsənə öldürəcəkmiş kimi baxırdı...
Eh Sənan, bir qızın zəif nöqtəsin tapsan, o sənin
bütün zəif nöqtələrinə hücuma keçər... 1:2 hesab Süsənin xeyrinə... hələ ki..
*=kawai yapon dilində "şit\rin" demək
müəllif: Cəmilə Məmmədli

Hiç yorum yok :
Yorum Gönder