musiqi

12 Eylül 2013 Perşembe

Ən gözəl"sən" 34- final

  

Ən gözəl”sən”!

Bölüm: 34- Final!


Hər şeyin başladığı və bitdiyi bir an vardır. Bir şeyin gözəl bitməsi üçün mütləq gözəl başlaması lazım deyil, sadəcə gözəl bitməsi üçün çalışmalısız. Birini sevmək, daşlıqla açmış tək çiçək, günəşin batışı, qaranlıq səmadakı milyonlarla ulduzlar-gözəldir hə? Amma ən son nə vaxt bunlardan birinə baxıb, gözəl olduğunu düşününüz? Əslində hər şey gözəldir, sadəcə gözəl baxmağı bilmək lazım...


  Sənan yerə yıxılıb əli ağzını tutdu. Yüngülcə qanamışdı. Ovcundakı qana baxıb gülümsədi. Kənara tüpürüb, ayağa qalxmağa çalışdı. əlləri iə dizinə dayaq verib, Ayaza baxıb qışqırdı:
-          Kişisənsə özün gəl da!
-          Süpersən Sənan!
Sənan gözlərini əsəbi şəkildə qıyıb, arxaya çevrildi. Oğlanları süzüb, kinayə ilə:
-          Məni burda çiliyirlər, siz yerdə neynirsiz?!
Elçin əli ilə üzündəki yaranı göstərib:
-          Bax, gör necə vurdular. Bilirsən necə ağrıdır?
Sənan bir öz dağılmış üst-başına, qanayan yaralarına baxıb, dişlərinin arasında fısıltıyla:
-          Yox. Mən hardan bilərəm. Terminatoram mən onsuzda, dərimin altında dəmir karkas var!
Samir yerdən qalxmadan, paltarını səliqəyə salmağa çalışıb:
-          Ona görə əsla belə axmaq davalara girişmirəm. Bu paltarın qiymətini bilirsən?  Hələ korlanan üzümü demirəm! Bir dəqiqə, yaralanmış vəhşi oğlan tipi də qızları çəkər hə?
Sənan tək kəlimə etmədən Samirə öldürəcəkmiş kimi baxdı. bunların əsla bir davaya girişmədiyini bilirdi, lakin bu qədər gücsüz olmalarını gözləmirdi. Ürəyində onlarla dost olduğu üçün özünü söyüb, Elnura baxdı.
-          Sənin bəhanən nədi?
-          Əslində...
-          Mənə “mənasız bir davaya daxıl olub, özünü yaralamaq məntiqsizdir” deyə axmaq bir şey demə, yoxsa qalan son gücümlə səni öldürərəm.
Elnurun tək kəlimə etməyib, başını əyməsindən elə düz tapdığını anlayan Sənan geri çevrildi. Qarşısındakı adamlara və Ayaza baxıb yumruğunu düyünlədi. Ayaz onun hələ də ayaq üstə dayana bilməsinə gülüb, əli ilə digərlərini göstərrək:
-          Sən niyə onlar kimi yerə sərilmirsən? Döyülməkdən xoşun gəlir? Təslim ol və get kəndində rahat yaşa...
Sənan bu ona ağrı versə də, yüngülcə gülüb kinayəli bir səslə:
-          Elə bilirsən bundan sonra gedərəm? Onsuzda bir gün tək əlimə düşəsən və onda başa düşəsən dünya neçə bucaqdı. Həm bizə dəyər verdiyimiz şeyləri sona kimi qorumağı öyrədiblər. Sənini kimi küçüklərin qarşısında isə əsla diz çökməməyi...
Ayaz Sənan dediklərinə fikir vermədən, yanındakı iri adama ona vurması üçün işarə verdi. Sənan adamın ona yaxınlaşdığını görüb, bir ayağını geriyə verərək dik durmağa çalışdı. Gücünün tükəndiyini bilirdi. Gözünü yorğunluqdan yumub, dərindən nəfəs aldı. Açdığında yenə od püskürürdü. Yumruqlarını qabağa verib, özünü qorumağa hazırlaşırdı ki sirenaların səsi eşidildi. Sənan nə olduğunu anlamamış, polis maşınları küçəni bağlamışdı. Adamları, əsasən də Ayazı qandallamağa çalışırdılar. Sənan olanlara təccüblə baxarkən, bir-iki cümlə banditizm və həbslə bağlı idi. Heç nə anlamadan ətrafında dönürdü ki, uzaqdan birnin gəldiyini gördü. Gözlərini qıyıb diqqətlə baxdıqda, bunun gözəl bir paltar geyinmiş şəhzadə kimi bir qız olduğunu sandı, amma daha da yaxından...

  1 Saat əvvəl:
  Süsən Leyla xanımın dediklərini dinləmədən öz düşüncələrinə qərq olmuşdu. Bu an qapı döyüldü. Bu vəziyyətdən qurtulmaq istəyən Süsən cəld qaçıb qapını açdı. Nənəi qarşısında görüb, təccüblə:
-          Nənə? ayda, sən də evdə idin hə? yaxşısan?
Nənə incimiş şəkildə:
-          Nə tez yadına düşdüm... hə ev də idim, amma yanmadan çıxa bildim və maraqlı şeylər görüb-eşitdim Süsən qızım...
Süsən otağa qayıtdıqda Aysuyla Leyla xanım ona maraq dolu gözlərlə baxırdılar. Onun ardınca nənənin gəldiyini görüb, rahat bir şəkildə nəfəs aldılar. Aysu  sevinmiş şəkildə:
-          Elə bildim o axmaq fikrini dəyişib geri qayıtdı, təzəcə canımız qurtulmuşdu.
Süsən ona fikir vermədən anasına tərəf dönüb, ciddi şəkildə:
-          Mənim saçlarımı niyə eləməli olduğunu anlamadığım formalar verməkdən zəhləm gedir. Rahat hərəkət edə bilmədiyim paltarları heç sevmirəm. Parıldayan, naxışlı, kupurlu olan hər şeyə nifrət edirəm. Bərkdən danışmaq daha rahatdı və yalandan gülümsəmək mənlik deyil. Ağır şeyləri qaldırmağı, nəyisə təmir etməyi və ya qırmağı, döyüşməyi sevirəm. Kimsə məni sevsin deyə bunlardan əl çəkmək istəmirəm. Bağışla, amma mən əsla sənin istədiyin kimi bir qız olmayacam, çünki mən beləyəm. Məncə...belə olsam belə...məni...- deyə sözünü tamamlaya bilməyib başını aşağı saldı.
Birdən ağlına gəlmiş fikirlə cəld aysuya çevrildi. Yumruğunu düyünləyib, əsəbi şəkildə qışqırdı:
-          Və o axmağa ancaq mən axmaq deyə bilərəm!

Indi güclə nəfəs alıb, yorğunluqdan ayaq üstə dayana bilməyən Sənan qarşısındakına baxırdı. Udqunub, inanmırmış kimi pıçıldadı:
-          Sən?
-          Evi Azik..Ayaz yandırıbmış. Nənə görübmüş. O gün evdəymiş.
Sənan aydın hiss olunan təssüflə:
-          O qarı yanğından belə sağ çıxıb? It canı var onda, hara ölür. Hamımızı basdıracaq. Bəs bu polislər hardan çıxdı?
-          Mən çağırdım.
Sənan başını anlamış kimi yelləyib, birdən dərk edib qışqırdı:
-          Yəni bayaqdan burdaydın?  Döyülməyimə baxmaq xoşuna gəlirdi hə? manyaksan sən, xəstə!
Süsən cəld:
-          Yox, yəni əslində hə. amma...- deyib, başını aşağı salıb barmaqları ilə oynayaraq pıçıldadı:
-          Amma pis döyüşmürdü...
Süsən cümləsini tamamlamadan Sənan başını onun çiynini qoydu. əlləri ilə qolundan tutub, pıçıltıya bənzər səslə dedi:
-          Problem deyil... uzaq durmana sevindim. Sənə heç nə olmadı...
Bir müddət elə qaldılar, ta ki Sənan oğlanların qəribə gülümsəmə ilə onlara baxdıqlarını hiss edənədək. Cəld özünü geri çəkib, əllərini yelləyərək:
-          Düşündüyünüz kimi deyil. Yəni yorğun idim, bir də gördüm...
-          Hı hı, mütləq elədi. Gedək.
Sənan oğlanların ona gülüb, bilərəkdən ordan uzaqlaşdıqlarını görüb çarəsiz şəkildə saçlarını qarışdırdı. “indi əsla dillərindən qurtula bilməyəcəm” deyə düşünüb, onların arxasıyca getmək istəyirdi ki bir şey onu dayandırdı.(müəllif: Cəmilə Məmmədli) Geriyə dönüb pencəyinin ətəyindən tutan Süsənə baxdı. Süsən başını qaldırıb, biraz sərt şəkildə:
-          Çox yaxın olmaq pisdi, uzaq olmaqda. Tez-tez döyünən ürək, tərləyən əllər, nəfəs almağı çətinləşməsi. Yanındaykən belə çox uzaq olduğunu düşünmək, gözlərinə baxa bilməmək, deyəcəyin bütün sözləri unutmaq və ağlına gələn ən axmaq şeyləri düşünmək. Onu öldürmək istəmək. Düzdü?
Sən tam başa düşməsə də, gözlərini Süsənə kilidləyib qeyri-iradı:
-          Düzdü.-deyə pıçıldadı, ardından:
-          Yəni öldürmək istəmək xaric.
-          Demək sən çox axmaq olduğun üçün bunu ancaq mən hiss edirəm.
Sənan dişlərini qıcıyıb, əsəbi şəkildə:
-          Öldürmək istəmək? Bax indi hiss edirəm, hətda damarlarımda axır o hiss bu an.
-          Bəs onda bu nədi?
Sənan Süsənin sualı ilə donub qaldı. Nə hiss etdiyini bilirdi artıq, amma bu an, Süsən gözlərinin içinə baxarkən adını qoymaq çətin idi. həmişə öyrəşdiyi Süsən deyildi qarşısındakı, nə geyimi, nə hərəkətləri, nə də dediyi sözləri ilə. Ürəyinin az qala dayanacaq qədər sürətlə döynməsi isə onu daha da çarəsiz edirdi. Süsən ondan cavab gəlmədiyini görüb, yaxınlaşdı. Çiyninə bərk vurub, kinayəli şəkildə “indi kim imiş başa düşməyən axmaq?” deyə pıçıldayıb oğlanların arxasıyca getdi. Sənan o azca uzaqlaşdıqdan sonra əli ilə çiynini tutub, ufuldayaraq “əli elə bil dəyirman daşıdı!” deyə pıçıldadı. Amma nədənsə gülümsəməsinə mane ola bilmirdi...


6 AY SONRA:
-          Evimiz... bitdi. Yenə bir yerdəyik.
Samirlə Elnur Elçinin sözü ilə gülümsəyib bir-birlərinə baxdılar. Həqiqətən də artıq bura idi onların evi. Otaqları, bir yerdə yemək yedikləri mətbəx, söhbət etdikəri qonaq otağı-hər yer xatirələri ilə dolu idi. Samir həmişəki yerində əyləşib, özündən əmin şəkildə:
-          Mən buranın işığıyam elə bil, gələn kimi hər yer aydınlandı.
Elçin başını yox mənasında yelləyib, ciddi şəkildə:
-          Yox, buranın işığı da, əyləncəsi də Süsənlə Sənandı.
-          Yaxşı, məndən sonra onlardı.
-          Bəs onlar hardadı?
Samirlə Elçin eyni anda sualı verən Elnura baxdılar. Içəri eyni anda girmişdilər, amma indi yox idilər...

Sənan Süsənin biləyindən tutub, asta-asta yeriyərək çölə çıxardı. Içəridəkilərin fərqinə varmadığını əmin olduqdan sonra, qapını örtüb dərindən nəfəs aldı.
-          Biz niyə gizlicə çıxırıq?
Sənan ona şübhə ilə baxan Süsəndən baxışlarını qaçırıb, çiynini çəkərək:
-          Çünki sonra elə biləcəklər sevgili-zadıq. Bunu istəyirsən?
-          əsla! Iyrənc!
Sənan başını yelləyib, qolundakı saata baxdı. gecikdiklərini anlayıb, cəld Süsənin biləyindən tutub özü ilə çəkməyə başladı:
-          tez ol kinoya gecikirik! Super bir döyüş kinosudu, hər yer qandı ancaq!...



2016 29 fevral...
-          nə gözəl toydu hə? axırda evləndiklərinə inana bilmirəm!
Fidan başını yelləyib, biraz kədərli şəkildə:
-          o ikisi də evləndi. Eh, keşkə məndə Elnurla evlənə bilsəydim...
Elnur içdiyi suyu püskürüb, təəccüblə:
-          Nə?!
-          Of! Yenə səsli fikirləşdim!
Samirlə Sevinc bir-birlərinə baxıb, gülümsəyərək eyni anda:
-          O səni sevir.
-          O səni sevir.
Elnurla Fidanın bir-birlərinə sevinc qarışıq təəccüblə baxdığını görüb gülməyə başladılar.
-          Dahi səfehlər.
-          Bunla bu ağılla 15 ilə evlənərlər.
Masadakı hər kəs utancdan qıpqırmızı olub, başlarını aşağı salan Elnurla Fidana gülürdü ki, Məhəbbət ciddi şəkildə:
-          Söhbəti kəsmək istəmirəm, amma məncə bəylə gəlin yoxdu.- deməsiylə hamı cəld onların masasına baxdı.
Həqiqətəndə kimsə yox idi....

Dəniz tərəfdən əsən qış küləyi üşüdürdü ikisini, amma veclərinə almırlarmış kimi görünürdü. Sənan əllərini ciblərinə qoyub düşünürdü, nə isə demək istəyirdi. Sonunda cəsarətini toplayıb geriyə çevrildi. Qarşısında dayanmış Süsənə baxıb, bir nəfəsə dedi:
-          Sənə bir şey etiraf etməliyəm. Sənin gəldiyin günün axşamı mən hamama girmək istəyirdim və səndə ordaydın. Amma heç nə görmədim! Yəni mən heç gözümü açmadan nənən məni parçaladı...
Sənan Süsənin qəzəblə üstünə gəldiyini görüb, əllərini irəli verib onu sakitləşdirməyə çalışaraq:
-          Həm bu artıq keçmişdə qaldı. Biz evləndik yəni, problem deyil. Bu günü məhv etməyək. Hə? hə?
Süsən yumruğunu düyünləyib:
-          Heç də belə səni iyrənc məxluq!- deyə qışqırıb,onu vurmaq istəyirdi ki, Sənan yumruğu havada saxladı.
Süsənə bir addım yaxınlaşıb, yenə nə isə demək istəyirdi ki, donub qaldı. Süsən gözlərini yerə dikmiş, dodağını dişləyirdi, hətda yanaqları belə yüngülcə qızarmışdı... utandığı bəlli idi... Süsən Sənanın ona gülümsəyərək baxdığını görüb, əsəbi şəkildə:
-          Nədi?!
Sənan:
-          Heç... sadəcə indi çox gözəl görünürsən...- deyə pıçıldayıb, Süsənin tuduğu əlindən dartıb özünə çəkdi. əydi başını çənəsindən tutaraq qaldırıb, kiçik bir öpüş qondurdu.
Geri çəkildikdə Süsənin yenə utanıb, başını aşağı saldığını görüb gülümsədi... biraz daha yaxınlaşıb, belindən tuturaq bir öpüş daha qondurdu...biri daha...biri daha....
-          Səni sevirəm...
-          Mən də səni sevirəm...


Beləliklə bir hekayənin daha sonuna gəldik. Həmişə hər kəsin sevgiyə layiq olduğunu düşünmüşəm, bir də hər kəsin fərqli olduğunu. Insanlar, başqaları bizi həmişə qəliblərə salmağa çalışır. Başqalarının bizim əvəzimizə seçdiyi paltarları geyinməli, başqalarının bizə uyğun gördüyü kimi davranmalı və onların istədiyi sözləri deməliyik, sırf “normal” olmaq üçün. Mən Cəmilə Məmmədli deyirəm ki, sizin ən gözəl olduğunuz halınız, sadəcə “sən” olduğunuz halınızdır. Qoy başqaları normal olmadığınızı, belə etməməməli olduğunuzu desin, əminəm bir yerlərdə mütləq ən gözəlin sən olduğunu düşünəcək biriləri vardır. O zaman ilki məndən gəlsin, milyonlardan biri olmaqdansa, fərqli və təkrarolunmaz “sən” olduğun müddətcə ən gözəlsən!

   Süsən: gərək görüntüsü, gərək ətri ilə digər güllərdən kəskin fərqlənir. Demək olarkı hər şəraitdə bitə bildiyindən “vəhşi çiçək” belə deyilir ona. Lakin yaxından baxdıqda rəngi və fərqli olması ilə necə gözəl olduğunu hiss edirsən. Eynən mənim Süsənim kimi...




Hiç yorum yok :

Yorum Gönder