musiqi

12 Eylül 2013 Perşembe

Ən Gözəl"Sən" 33

  
Ən gözəl”sən”!
Bölüm: 33. Finaldan öncə...
Böyük evin yemək otağında yığışmışdılar oğlanlar. Hər kəs səssiz, hər kəs düşüncəli, hər kəs kədərli idi. çünki bir ilə yaxın yaşadıqları evdə deyildilər. Oturduqları bahalı divan belə onları narahat edirdi. Amma içlərindən biri vardı ki, hamsından daha narahat idi. bunu görə bilirdilər. Oğlanlar əlləri ilə başını tutub, düşüncəli halda dayanan Sənan ürək ağrısı ilə baxıb, fikrini dağıtmağa çalışdılar:
-          Oyda sənin ailən varlı imiş Samir?
Samir Elçinin niyə belə dediyini anlayıb, biraz bərkdən:
-          Hə, həmdə çox. Amma mən əziyyət çəkməyə öyrəşim deyə bu evdə qalmağa qoymurlar.
Elnur ciddi şəkildə:
-          Sən işləmirdin, kirayəni, yemək pulunu hardan tapırdın bəs?
-          Anam verirdi.
-          Bəs bunun harası əziyyət çəkməkdi?
-          Sən gedib mənim anamdan 20 qəpik almağa çalış bir. Qadının “ver” sözünü eşidəndə alergiyası qalxır.
Elçin öz aralarında söhbət edən Elnurla Samiri dümsükləyib, hələ də heç bir reaksiya verməyən Sənanı göstərdi. Sənan hər kəsin ona baxdığını görüb, başını qaldırdı. Dediklərinə öz də əmin deyilmiş kimi:
-          Mən rayona qayıdacam... onsuzda dərslər tətilə girirdi. Həm oxumasam belə olar. Işləyərəm, elə deyil?
Sənan oğlanlara həqiqətən də dediklərini təsdiq etmələrini istəyirmiş kimi baxırdı. əslində dediklərini eləmək istəmədiyi bəlli idi, amma eləməliydi.
Elçin:
-          Niyə ki? Ev cəmi 5-6 aya təmir olacaq. Onda hamımız qayıdarıq. Həm Süsən bacı...- deyib, Sənanın baxışını görüncə susdu.
Onun bu qərarı çətinliklə aldığı bəlli idi. Elnur ciddi şəkildə:
-          Başqa yol olmadığına əminsən?
Sənan başını yellədi. Samir cəld:
-          Burda qala bilərsən.
-          Amma 5-6 ay yox hə?. Bəsdirin uşaqlar. Sizin burda qalmağa imkanınız var, amma mənim yox. Bu şəhərdə həm o qədər rahat, həm də ucuz başqa ev tapa bilmərəm. Həm istəmirəm... Bəzi şeyləri bitirmək üçün əla oldu.
Oğlanlar gülümsəməyə çalışan Sənan ürək ağrısı ilə baxırdılar. Onun nəyi nəzərdə tutduğunu anlamışdılar. Indi anlamağa başlayırdılar, o ev onların yuvası idi. dostluqlarının, əyləncələrinin və hələ təzə cücərməyə başlayan eşqlərinin...indi onunla bərabər sanki əllərində olan hər şey kül olmuşdu, parçalanırdılar...
-          Sabah gedirəm... bu arada, sizin evdə fotosintezlə bəslənirlər?!


Səhər:

Leyla xanım kiçik evinin qonaq otağı o qədər də kiçik sayılmazdı. ən azından Süsən elə düşünürdü. Bu evə girdiyi ilk andan neçə nəfərin qala biləcəyini hesablamağa başlamışdı. Amma nə qədər hesablasa belə 7 nəfərin qala biləcəyi qədər geniş deyildi bu ev. Amma nədənsə indi ona olduqca boş və geniş görünürdü. Indi də qonaq otağındakı divanda əyləşib, fikirləşirdi. Nəyinsə əksik olduğu fikri onu elə narahat edirdi ki... Leyla xanım Süsəni qonaq otağında tapıb, dəhşətə düşmüş şəkildə:
-          Hıı, sən hələ hazır deyilsən? birazdan nişan başlayacaq.
Süsən başını qaldırıb bir anasına, birdə əynindəki paltarlara baxdı:
-          Hazıram. Belə olmazki?
Leyla xanım qızının köynək, svitter və cinsdən ibarət olan geyimini süzüb, əli ilə başını tutdu:
-          Bu nədi Süsən? Belə getmək fikrin var? Nişan böyük sarayda olacaq, hamı don geyinəcək. Sən isə... o axmaqlar güya sənə öyrədəcəklərdi. Elə yaxşı ki qurtuldum onlardan, ev düzələndə də qəbul etməyəcəm.
Süsən bunu eşidib, cəld ayağa qalxaraq:
-          Zarafat edirdim, indi hazırlaşıram.- deyib, qaçaraq öz otağına getdi.
Bir saat sonra hazır idi. uzun mavi donu, uyğun ayaqqabıları, dalğalanmış saçları və zərif makiajı ilə. Hələ üzündəki biraz kədərli ifadə onu o qədər məsum, o qədər incə göstərirdi ki, heyran olmamaq mümkün deyildi. Leyla xanım və onlara güya hazırlaşmaq üçün gələn Aysu ağzı açıq ona baxırdılar.Leyla xanım qızının yanına gəlib, saçlarını oxşayaraq:
-          Bax mənim qızım belə gözəldi. Keşkə həmişə belə olsan.
Süsən başını qaldırıb, ona ancaq belə olduğu vaxtlar yaxşı davranan anasına baxdı. “sən olduğun kimi də pis deyilsən..” yadın düşən bu cümlə ilə gülümsədi. Az qala pıçıltıya bənzər səslə:
-          Mütləq belə olmağım vacibdi ki?
-          Əlbətdə qızım. əgər belə olsan, səni sevən biriləri tapmaq asan olar. Bax mən həmişə baxımlı, gözəl olmuşam. Ona görə atan mənə dəli kimi aşiq idi. mən sənin xoşbəxtliyini istəyirəm. Istəyirəm səni sevən, qoruyan biri olsun yanında həmişə...
Leyla xanım danışdıqca, Süsənin xatirələri canlanırdı. “Sənan artıq özünü saxlamayıb, qışqıraraq:
 - Sən xəstəsən?! Hanı dəyişəcəydin?! əynindəkilər yenə şalvar-köynək, tək fərqi o gic-gicə yazıların olmaması!
 Süsən öz geyimini süzüb, çiynini çəkərək:
 - Sənin kimi iyrənc böcək başa düşməz, bu paltarla ordakı hər kəsi özümə heyran edəcəm.”,”  - Sən xəstəsən?! Niyə vurusan?!  - Əsl sən xəstəsən! sürüdən ayrı düşmüş qoyun kimi nə yolun ortasında dayanmısan?  - Sən kimə qoyun deyirsən çöl donuzu?!   - Sənə ifritə!”,” - Birisi gün də, ondan sonrakı gün də olmayacam. Hətda sizin gəldiyiniz hər dəfəsində evdə olmayacam. Bu ara da, mənim tipim incə-mincə, həddən artıq süni, özünü gözə soxmağa çalışan tiplər deyil, rahat, özü kimi ola bilən tiplərdi. - deyib, düşünürmüş kimi davranaraq: - Hmm. Yəni tipimə qalsa, sizdən çox Süsən mənə uyğun gəlir.”,” - Sən güya nəsənki? Onu tanımadan, niyə belə olduğunu bilmədən sırf puluna görə yaxınlaşmadın ona? Tək istədiyin pulu deyildi? Buna görə yalan demədin ona? Indi özünü yazıq kimi aparma. – deyib, biraz daha yaxınlaşdı ona.   - Həm başına o oyunu mən açdım! Hər şeyi təkcə özüm planladım və elədim. Yoxsa bu axmağa qalsa nişanlanmışdı, hətda evlənmişdi belə. Odu ki, nə problemin varsa mənimlə həll elə və pəncələrini çək ondan!- deyə qışqırıb Süsənin qolundan tutub sərt şəkildə çəkdi. Ayazın qollarından çıxan Süsəni özünü biraz gerisində saxlayıb Ayazın qarşısında dik dayandı.”, “Sənan isə Süsənin yumruğunu dayandıran əlini açıb, gülümsədi. əlindən qəribə bir klonu olan boyunbağı sallanırdı. Süsən isə getdikcə sevinc qarışıq təəccüblə parıldayan gözlərini boyunbağına kilidləmişdi. Sənan onun donub qalmasından istifadə edib əlini tutdu. Ovcunu açıb, boyunbağını içinə qoyaraq “bağışla” deyə pıçıldadı.”,” Mən sadəcə indiki...yəni əvvəlki halınında pis olmadığını düşünürəm. Yəni olduğun kimi də yaxşı idin. Indi isə sadəcə hamsından biri olacaqsan...”,” Salam. Mən Süsənin nişanlısı Sənan. Tanışlığımıza şadam.”, “Yəni səni dəyişdirmək üçün bu qədər əlləşməyimiz pula görə idi? Elçinin, Samirin, Elnurun sənin anlamaq üçün hər şeyi elədiyin halda bezmədən sənə dərs verməsi pula görə idi?! mənim... Mənim elədiyim hər şey pula görə idi?... Gey kimi davranmam, sənin zərblələrinə qarşılıq verməməm, yanında dayanmam pula görə idi səncə?!”,” kaş başa düşə bilsən”... Süsən sanki artıq başa düşməyə başlayırdı... Anasının durmadan eşq və incəlik haqqında dediyi sözlərə fikir vermədən düşünürdü. əsla qız kimi davranmamışdı, həmişə kobud və sərt olmuşdu... amma yenə də onu qoruyan biriləri vardı... bu an telefon zəngi çalındı. Süsən öz zəngini tanıyıb, ətrafa baxmağa başladı. Leyla xanım biraz vecsiz şəkildə:
- Bayaqdan çalır, Aysu qızım cavab versə də danışmırmış yəqin avaranın biridi.
Süsən qaşlarını çatıb,telefonunu versin deyə əlini Aysuya uzatqı. Aysu könülsüz onun avcuna qoyub:
-          Tez elə, gecikəcəm nişana.
Süsən heç nə demədən telefonu açdı:
-          Alo.
-          “alo, Süsən bacı gəlməyəsən?
-          Nəyə?
-          “bəs bayaq Aysu sənə demədi? Sənanı yola salırıq. Indi avtovağzaldayıq artıq... da gecdi, eybi yox. Sağ ol”
Süsən telefonu söndürüb, gözünü Aysuya dikdi.
-          Nə? O avaralardansa, mənim nişanım vacibdi. Tələs, heç qız həvəsi yoxdu da səndə. Elə yaxşıkı o axmaqdan  canımız qurtardı. Iyrəncin biri idi...


Sənan kiçik çantasını belinə atıb, addımlayırdı. Birdən dayanıb, arxaya dönmədən əsəbi şəkildə:
-          Siz hara kimi dalımca gələsiz?!
-          Sən avtobusa minənə kimi. Həm Süsən bacı da bəlkə gəldi.
Sənan arxaya çevrilib, oğlanlara şübhəli şəkildə baxaraq:
-          Məni yola salmaq üçün yox, sırf bəlkə o ifritə gələrdə bir şeylər görərsiz deyə gelirsiz hə?- deyib, Oğlanların başlarını yelləməsiylə qışqırdı:
-          Mənim həyatım teleserialdı sizinçün?! Rədd olun evinizə! Axmaqlar. Elə şey yoxdu deyirəm sizı!
-          Deməli səndən canım qurtulur.
Sənanla bərabər oğlanlar eyni anda səs gələn tərəfə baxdılar. Ayaz yolu kəsib dayanmışdı. Sənan tərəf irəliləyib, kinayə ilə:
-          Mən də sənə bir “xoş getdin” hədiyyəsi vermək istəyirəm.
Sənan onun nəyi nəzərdə tutduğunu anlayıb sevinclə gülümsədi. Ayazı həll etmək onun üçün su içmək qədər asan idi. əlindəki çantasını kənəra atıb, Ayaza tərəf yaxınlaşmaq istəyirdi ki, dayandı. Döngədən başqa oğlanlar çıxıb ayazın ətrafında toplaşırdı. Üzlərindən qəddarlıq, avaralıq yaxan bu tiplər Sənan öldürəcəkmiş kiimi baxırdı. Sənan hamsını bir-bir süzüb, barmaqlarını şıqqıldadaraq arxaya baxmadan dedi:
-          Uşaqlar istəsəz qaça bilərsiz.
Sənanın bunu deməsiylə cəld geriyə dönən Samir, yolun digər tərəfinin də kəsildiyini görüb:
-          Yox, səni qoyub hara qaçırıq.
-          Arxada da varlar hə?
Cavab gəlmədiyindən haqlı olduğunu anlayan Sənan gülümsəyib, yumruqlarını düyünləyib:
-          Onda getdik!- deyə qışqırıb, Ayaza tərəf qaçdı. Qarşısına çıxan ilk oğlana güclü bir yumruq iliçdirib, yerə sərdikdən sonra özündən əmin bir şəkildə Ayaza tərəf addımladı. Lakin adamlar bitmək bilmirdi. Ən güclüləri olan Sənan bələ əziyyət çəkərkən, digərlərinin halı daha betər  idi...
Hər ikisi də döyüşürdü. Biri onu dəyişməyə məcbur edən həyatla, digəri üstünə gələnlərlə... amma ikisi də qalib gələcək qədər güclü deyildi...tək başına..


Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder