musiqi

12 Eylül 2013 Perşembe

Ən Gözəl"Sən" 32

  
Ən gözəl”sən”!
Bölüm: 32


Qızlar ilk dəfə Süsənin otağına girdiklərindən ağzı açıq ətrafa baxırdılar. Düşündüklərindən tamamı ilə fərqli idi. hər qızın arzu etdiyi bir otaq idi, amma 15 yaşında. Bir nağıllar aləmindən çıxmış kimi otağa, bir də qarşılarındakı yenə o köhnə, oğlan kimi paltarlarını geyinən Süsənə baxırdılar. Yenə eynindən tökülən geniş T-shirt, köhnəlmiş cins və üstdən oğlan köynəyinə bənzər bir şey geyinmişdi. Hər kəsin təəccüblə susduğunu görən Fidan Süsənin pis etməməsi üçün gülümsəyib:
-          Əslində əynindəkilər şirindi hə?
Sevinc:
-          Hə. hətda seksi belə sayıla bilər, təkcə köynək qalsaydı yəni.
Hər kəsin ona qınayan baxışlarla baxdığını görən Sevinc, çiynini çəkib davam etdi:
-          Sənin heç sevgilin olub?
-          Nəyim?
-          Sevgilin. Amma canlı-qanlı, həm də oğlan olan.
Məhəbbət Sevincin sözünə gülümsəyib, “başqa necə ola bilərki” deyə pıçıldayanda Fidan ona divardakı oğlan anime qəhramanlarının rəsmlərini göstərdi. Süsən isə ciddi-ciddi düşünüb, yadına bir şey düşmüş kimi əlini qaldırıb dedi:
-          Hə. 8-ci sinifdə biri məni sevdiyini demişdi.
Qızlar inanmırmış kimi Süsənə baxıb, cəld:
-          Doğurdan? Necə oldu bəs? Yazığı öldürmədin hə?
Süsən ciddi şəkildə başını yelləyib, saf-saf dedi:
-          Mən yanına yaxınlaşanda, “səni o qədər sevirəm ki, əziyyət vermək istəmirəm” deyib özünü döyməyə başladı.
Sevinc kövrəlmiş şəkildə Süsənin başını sığallayıb, titrəyən bir səslə:
-          Yazıq bacım. Sənin günahın yoxdu, qarşına çıxanlar başdan xarab imiş.
Fidan da ona qoşulub gah Süsəni, gah da Sevinci təsəlli etməyə çalışarkən Məhəbbət eynəyini düzəldib:
-          Bəs Sənan haqqında nə düşünürsən?
Süsənin üz ifadəsi anidən dəyişdi. Bayaqdan ilk dəfə rəfiqələri ilə otağında olmağın verdiyi sevincə parıldayarkən, indi gözlərindən alov çıxırdı. Yumruqlarını düyünləyib, əsəbi şəkildə:
-          Ondan zəhləm gedir! Öldürmək istəyirəm onu!
-          Niyə?
Süsən ilk öncə sualdan çaşsa da,  getdikcə artan əminliklə danışmağa başladı:
-          Çünki ancaq qışqırır! Qulaqlarım onun qışqırığına o qədər öyrəşib ki, eşitməyəndə narahat oluram. Həmişə əsəbi gəzir, bir də əsəbi olmayanda elə iyrənc şəkildə gülümsəyirki nəfəs ala bilmirəm. Qoyasan ancaq balaca uşaq kimi yemək və ya başqa şey üçün mızıldansın, nə isə olanda heç kimdən kömək istəmir. Amma sənə nə isə olanda heç soruşmadan yanında bitir. Bunların hamsı zəhlə tökəndi!  Nəinki yaxınında, hətda eyni otaqda olsaq belə ürəyim tez-tez döyünməyə başlayır, əllərim tərləyir. Nə edəcəyimi bilmirəm, sırf uzaqlaşsın deyə onu o an öldürmək belə istəyirəm. Amma çox uzaq olanda da, ürəyim sıxılır, nə isə əksik olur sanki. Onun üçün qəribə sözlər demək, ya da qolumdan tutmaq çox asandı. Mən o bunları elədiyi vaxt az qala öləm, amma onun üçün adi şeylərdi. Bundan zəhləm gedir! Sırf bitsin deyə onu öldürə bilərəm!
Süsən sözlərini bitirib başını qaldırdı. Qızların ona gözləri dolmuş şəkildə baxdığını görüb, təəccüblə “noldu?” deyə pıçıldadı. Qızlar Süsənin üstünə atılıb, bir yandan ağlayıb, digər yandan Süsəni təsəlli etməyə çalışırdılar:
-          Can. Bu həyatımda eşitdiyim ən romantik sözlərdi.
-          Sənin ürəyin bunlara necə dözür?
-          Hamsı o axmağa görə, onu öldürək!
-          Hə. o axmaq bu qədər yavaş olmasaydı, Süsən də belə əziyyət çəkməzdi. Can bidənəm...


Qonaq otağıında oğlanlarla oturan Sənan gözlərini tavana zilləyib, pıçıltıyla dedi:
-          100% məndən danışırlar. Mənə qarşı sui-qəsd planı qurduqlarını hiss edirəm.
Bunu eşidən Elçin gülümsəyib, Sənana bic-bic baxaraq dedi:
-          Əlbətdə səndən danışırlar, qızlar bir yerə yığışanda ancaq oğlanlardan danışırlar.
-          Onda sizin sevgililəriniz, sizdən danışsınlar da.
Samir ona şübhə ilə baxıb:
-          əminsən ki, sənin dəorda sevgilin yoxdu?
Sənan oğlanların gözlərini qıyıb, onua bic-bic gülərək baxdıqlarını görüb biraz tutuldu. Az qala divanın içinə girəcək qədər büzüşüb, qollarını sinəsində çarpazladı. Hələ də ona baxdıqlarını görüb, kinayəli şəkildə:
-          özünüzdən uydurmayın. Birinci sinif uşaqlarısız? Birdə ürək çəkib, içinə adlarımızı yazın tam olsun.
Elnur kitabının arasından vərəq çıxardıb, qatını açdı. Sənanın gözü qarşısında tutub, qalib gəlmiş kimi gülümsəyərək:
-          indi tam oldu?
Sənan bir kağızdakı iki birləşmiş ürək şəkli içindəki “Sənan Süsən yazısına, bir də həmişə belə şeylərdən uzaq olan ciddi Elnura baxıb, eşidilməyəcək tərzdə pıçıldadı:
-          Əgər bu da onlara qoşuldusa bitdim mən.
Ayağa qalxıb, Elnurun əlindəki kağızı əsəbi şəkildə alıb:
-          Belə axmaq hərəkətlər eləməyin. Qızın adına söz çıxarasız- deyib, ürəyində “sonra o da hamımızı şişə çəkəcək” deyə düşündü.
Yuxarı mərtəbədən aşağı düçən qızların içəri girdiyini görüb cəld kağızı arxasında gizlətdi. Amma gec idi, qızların kəskin gözlərindən bu qaçmamışdı. Hələ arxadakı oğlanların hiyləgərcəsinə gülümsədiyini görüncə Sənan diqqətlə baxıb, eyni anda:
-          Nədi o?
-          Ver görüm.
-          Göstər, göstər.
Sənan onlardan qaça bilməyəcəyini anlayıb kağızı arxada əzişdirdi. Top halına gətirib, qızlara göstərərək atıb-tutdu. Bir anda otağın digər tərəfinə atdı. Düşündüyü kimi Süsəndən başqa digər qızlar kağızın arxasınca qaçarkən, o Süsənin də biləyindən tutub sürükləyərək otaqdan çıxdı. Göz ucu qızların kağızı açıb, gülməklərinə baxıb üz-gözünü qırışdırdı.
-          Elə bil ibtidai məktəbə geri dönmüşəm. Bir o qaldı ki, əl-ələ tutuşub ətrafımızda fırlanaraq “Sənan onu sevir, Sənan onu sevir” deyə mələsinlər.
-          Sənan kimi sevir ki?
Sənan cəld dönüb yanında olduğunu unutduğu Süsənə baxdı. onun yenə əsəbi oluğunu anlayıb, iç çəkdi. Gözlərini qaçırıb, bezgin şəkildə:
-          Sən anlamazsan...- demişdi ki, qarnına dəyən yumruqla donub qaldı. Süsənə dönüb, əsəbi şəkildə:
-          Bu nə üçün idi?!
Süsən bivec şəkildə çiynini çəkib:
-          Heç ürəyimdən gəldi.- deyib, yenə otağına çıxdı.
Sənan isə artıq öyrəşdiyindən əli ilə qarnını tutub, biraz kədərli şəkildə:
-          Mənlə bu anormal. əsrlər keçsə bu qız kimi davrana bilməz, heç bir qız kimi hiss edə belə bilməz...


Axşam üstü qızlar getmişdi. hər kəs qonaq otağında oturub televizora baxırdı.(müəllif: Cəmilə Məmmədli) Oğlanların ona və Süsənə baxıb qımışmasından bezən Sənan qapının zəngi çalınan kimi cəld ayağa qalxdı. Süsənində qalxdığını görüb, ona düşmən kimi baxaraq:
-          Olmaz. Hamsı sənə görədi onsuzda.
Süsən onun nə dediyini anlamağa çalışarkən, o çoxdan qaçıb qapını açmışdı belə. Qarşısında Aysu və nişanlısı görüb, bezgin şəkildə:
-          Siz idiz?
Aysu gülümsəməyə çalışıb:
-          Bizi gördüyünə sevinmədin?
Sənan:
-          Nətər sevindim. Sevincimdən intihar edəcəm indi.- deyib, kinayə ilə gülümsədi.
Aysu ona fikir vermədən otağa keçib, əlindəki biletləri yuxarı qaldıraraq:
-          Uşaqlar sabah nişanımızdı. Bunun şərəfinə nişanlımla hamınızı kinoya aparıram. Hazırlaşın.
Arxadan gələn Sənan “simic” deyə pıçıldayıb, divana əyləşib dedi:
-          Mən getmirəm. Siz gedin.
-          Amma ən gözəl romantik filmdi.
“romantik film” yerini eşidən Süsən üz-gözünü qırışdırıb, qəti şəkildə:
-          Mən də getmirəm onda.
-          Hmm. Demək biz gedirik, Süsən bacıyla Sənan tək qalır evdə hə?
Sənan Elçinin nəyə işarə vurduğunu anlayıb oğlanlara baxdı. hamsının üzündən eyni şeyi düşündüklər bəlli olurdu. Əsəbi şəkildə ayağa qalxıb, Süsənin yanına gəldi. Biləyindən tutub, özü ilə qapıya tərəf sürükləyərək:
-          Bizdə gedirik!



Gecə piyada qayıdırdılar yaxınlıqdakı kinoteatrdan. Aysu onları ən ucuz, amma romantik olan filmə aparmışdı. Oğlanlar film boyunca Süsənlə Sənana göz diksə də, Süsən yatmış, Sənan isə başqası aldığından ona daha ləzzətli gələn qarşıdalı partlağı yemişdi ancaq.  Elə indi də birlərindən aralı gələn bu ikisi sevgilidənsə düşmənə oxşayırdı. Evə yaxınlaşdıqca sirena səsi eşidilirdi. Sonunda bu səsin evləri tərəfdən gəldiyini anlayıb qaçmağa başladılar. Həyətə girdikdə hər kəs donub qaldı. Yanğın söndürən maşınlar artıq qayıtmaq üzrə idilər. Yüngülcə yanan iki mərtəbəli evin bir tərəfindən duman çıxırdı. Hər yer su gölməçələri olmuşdu. Sənan bir addım qabağa gəlib, dəhşətə düşmüş şəkildə evə baxaraq pıçıldadı:
-          Bu necə ola bilər?
Elçin şoka düşmüş Süsəni sakitləşdirməyə şalışıb:
-          Narahat olma Süsən bacı, yaxşı ki heç birimiz evdə deyildik. Həm bax, lap azca yanıb.
-          Amma az yansa belə ən az 6 ay insan yaşaya bilməz bu evdə.-deyib, oğlanların ona baxdığını görüb çiynini çəkdi.
Samir:
-          Onda ev təmir olanacan hamımız harda qalacağıq?
Bir addım atıb, Sənanla yanaşı dayanan Süsən:
-          Başqa evlərimiz var, amma heç biri hamımızın yerləşəcəyi qədər geniş deyil... bu o deməkdi ki...
-          Ayrılacağıq...
Elçin:
-          Elə demə Sanan, ayrı evlərdə yaşasaq belə dost deyilik?
Sənan Elçinə bir an heç nə anlamamış kimi baxsa da, başa düşüb:
-          Hə. biz ayrılmaz dostlarıq axı. Da burda yaşamasaq belə görüşərik.- deyib, gözucu Süsənə baxdı.
Süsən gözlərini evdən ayırmadan baxırdı. Biraz pis şəkildə belə olsa onunda zəhləsi getdiyi oğlanlardan qurtulmuşdu, amma buna sevinə bilmirdi.hətda yenə ürəyinin sıxıldığını hiss edirdi. Sanki yenə nə isə  əksik olacaqdı, ya da kimsə...



Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder