musiqi

5 Eylül 2013 Perşembe

Ən gözəl"sən"! 30

  
Ən gözəl”sən”!

Bölüm: 30


Sənan divanda qollarını sinəsində çarpazlayıb otumuşdu. Başının  üstündə dayanıb, məzəmmətli baxışlarıın ona dikən oğlanları görməzdən gəlməyə çalışırdı. Lakin bu o qədər də asan deyildi.
-          Deməli Süsən bacımnı gecənin bu vaxtı tək qoyub gəldin hə?
-          Mən neynim? Özü durduq yerə “özüm gedərəm” deyib getdi.
Samir başını yelləyib:
-          Bir qız “yox” deyirsə, bu “hə” deməkdi. Sən necə oğlansan ki, bunu bilmirsən?
-          Amma o anormal “yox” dedisə, sən etiraz etsən öldün deməkdi. Sən güya onu tanımırsan?
Samir razılaşıb, başını yellədi. Elçinlə Elnurun ona baxdığını görüb, çiynini çəkib “neynim haqlıdı”- deyə pıçıldadı. Sənan ayağa qalxıb “da sorğulamanız bitdisə, gedirəm” deyib otaqdan çıxmaq istəyirdi ki, Süsənlə rastlaşdı. Süsən gözlərini ondan qaçırıb görməzdən gəlirdi. Elçin ona tərəf qaçıb:
-          Şükür Süsən bacı sağ-salamat gəldin. Narahat olmuşduq.
Sənan oğlanların Süsənin ətrafını sarıb, ona durmadan necə olduğu haqqında suallar verdiyni görüb pıçıltadı:
-          əslində yolda rastlaşdıqları salamatdı deyə yoxlamaq lazımdı.

Süsən başını yerdən qaldırmadan sakit səslə dedi:
-          bağışlayın. Bacara bilmədim. Mən əvvəl ki, kimi olmaq istəyirəm.
Oğlanlar Süsənin bunu deyərkən həqiqətən də əziyyət çekdiyini görürdülər.  Əllərini düyünləyib, baaşını aşağı salmışdı və səsi biraz titrəyirdi. Yəqin bunu demək üçün cəsarətini güclə toplamışdı. Bu an həqiqətən də bir uşaq kimi şirin görünürdü. Elçin gülümsəyərək:
-          nolacaqki. Necə istəyirsənsə elə olsun.
-          Həm əvvəlki halında cazibədərar sayıla bilər.
-          “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”
Süsən başını qaldırıb, təəccüblə oğlanlara baxdı. Həqiqətən belə bir reaksiya gözləmirdi. Yenə onun inadını qırmağa çalışacaqlarını düşünmüşdü. Təccüb qarışıq sevinclə:
-          Doğurdan? Bəs onda kirayə nolacaq?
-          Süsən bacı kirayəni ödəyərik biz. Təki sən necə rahatdısa elə ol. Həm sən bizim dostumuz –bacımızsan.
Samir başını yelləyib, gülümsəyərək:
-          Hətda mənim belə həyatımda ilk dəfə “bacı” deyə biləcəyim qızsan.- deyib, Süsənin gülümsəyərək ona baxmasından sonra pıçıldadı:
-           Bunu daha da çətinləşdirisən.
Elnur hər kəsin ona baxdığını görüb, bir şey deməli olduğunu anladı. Yüngülcə öskürüb:
-          Yeməyimizi bişirirsən, paltarlarımızı yuyursan, evi səliqəli saxlayırsan, bizə özünə məxsus şəkildə baxırsan. əslində məntiqlə baxsaq “anamız” kimi davranırsan.
Süsən Elnura təəccüblə baxarkən, Samir Elnurun kürəyinə vurub “danışdı dahi” dedi.  Hər kəs gülərkən, Elçin Sənanın hələ də qapı ağzında dayandığını görüb dedi:
-          Sənan sən də bir şey de da.
Sənan qaşlarını çatıb bayaqdan onlara baxırdı. Elçinin sözü ilə onlara yaxınlaşdı. Gözlərini Süsənə dikib, biraz sərt şəkildə:
-          Sən kirayəyə görə sənə kömək etdiyimizi düşünürsən?
-          Yəni elə bildim...
-          Nə bildin?!
Süsən Sənanın birdən qışqırmasından biraz çəkinsə də, o da sərt şəkildə ona baxmağa başladı. Samir Sənanın qolundan çəkib, “sakit ol” dedi. Amma Sənan ona fikir vermədən qolunu sərt şəkildə çəkib, Süsənə daha da yaxınlaşdı. Getdikcə artan qəzəblə:
-          Yəni sənin təhqirlərinə pula görə dözürdük?
-          Mənim demək istədiyim...
-          Yəni səni dəyişdirmək üçün bu qədər əlləşməyimiz pula görə idi? Elçinin, Samirin, Elnurun sənin anlamaq üçün hər şeyi elədiyin halda bezmədən sənə dərs verməsi pula görə idi?! mənim... Mənim elədiyim hər şey pula görə idi?... Gey kimi davranmam, sənin zərblələrinə qarşılıq verməməm, yanında dayanmam pula görə idi səncə?!
Oğlanlar Sənanı dayandırmağa çalışlarada bu mümkün deyildi.(müəllif: Cəmilə Məmmədli) Sənan onlardan güclü olduğunda asanlıqla əllərindən qurtulub Süsənə daha da yaxınlaşırdı. Sonunda onun susduğu görüb oğlanlar da geri çəkildilər. Sənan Süsənin qarşısında tərpənmədən dayanmışdı. Gözlərində biraz əvvəlki qəzəbindən əsər qalmamışdı. Daha çox kədər, acı vardı. Süsənin başını aşağı əydiyini görüb pıçıldadı “ üzümə bax..”. Süsən tərpədiyindən bu səfər qışqıraraq:
-          Üzümə bax deyirəm sənə!- Süsən başını qaldırdığını görüb, gözlərinə baxaraq:
-          Bu qədər zəhlən gedir oğlanlardan? Bu qədər nifrət edirsən bizə? Mənə?...
Süsən Sənanın gözlərindəki acını görüb, donub qaldığından tək kəlimə edə bilmirdi. Sənan isə onun susmasını səhv başa düşüb, özünü cevirdi. “anladım” deyə pıçıldayıb, arxaya döndü. Otaqdan çıxarkən “ kaş normal qız olaydın” dedi. Sənanın son sözləri Süsənin qulaqlarında cingildəyirdi. Nə etdiyini tam bilmirdi, amma etdiyinin Sənanı çox incitdiyi bəlli idi. nədənsə bu da onun ürəyini ağrıdırdı.

  Oğlanlar nə baş verdiyini anlamırdılar. Lakin Samirlə Elnur Süsəni sakitləşdirməyə çalışarkən, Elçin Sənanın arxasıyca getdi. Otağına girib, əsəbi şəkildə:
-          Sənə noldu belə? Niyə Süsən bacının üstünə düşdün?!
Çarpayısında uzanıb, qollarını başının altında çarpazlayan Sənan vecsiz şəkildə dedi:
-          Bilmirəm. Əsəbləşdim.
-          Niyə əsəbləşdin ki? Durduq yerə qıza qışqırmağa başladın. Noldu ki?
Sənan:
-          Bilmirəm!- deyə qışqırıb dikəldi. Çarpayını kənarında oturub, əli ilə başını tutaraq daha sakit səslə:
-          Ona nyiə kömək etmək istədiyimizi belə anlamır... başqa bir şeyi necə anlayacaq? Onunla dost olmaq belə mümkün deyil, ya... bilmirəm! Nə istədiyimi bilmirəm! Amma bildiyim bir şey var, o bunu anlamayacaq...
Elçin təəccüblə Sənana baxırdı. Ilk dəfə idiki onu belə görürdü. Bu qədər çarəsiz, bu qədər kədərli və bu qədər aciz... güclə udqunub pıçıldadı:
-          Sənan...
-          Hə.
-          Sən onu sevirsən?
-          Kəs səsini...


Səhər Süsənlə Sənan arasındakı gərginlik hiss olunurdu. Ikisi də mümükün qədər bir-birindən uzaq durmağa çalışırdılar. Yemək bitdikdən sonra  oğlanlar bir-bir evdən çıxdılar. Həmişəki kimi ən sonda evdən çıxan Sənan qapının dəstəyinə əlini atmışdı ki:
-          Dayan.
Sənan arxasını dönüb Süsəni gördükdə əsəbi şəkildə:
-          Nə?
-          Mən...mən dünən elə demək istmə...
-          Nə fərqi varki? Sən əsla dəyişməzsən. Kobudsan, səliqəsizsən, danışmaqdan çox döyüşürsən. Oğlan olmalıydın, çaşıb qız olmusan. Heç oğlan olsaydin bele üzünə heç bir qız baxmazdı.
Sənandan üzr istəməyi düşünən Süsən, sözləri ilə qəzəblənib qışqırdı:
-          Əsl sən özünə bax. Dayanmadan qışqırırsan, acgözsən. Hələ axmaqlığını demirəm, rekord qırır o!
-          Anormal ifritə! Ikimiz az qala ekiz kimi dəst geyinirik, bir qız necə geyinməlidi onu belə bilmirsən!
-          Ha! Iyrənc məxluq! O qədər iyrəncsən ki, paltarlarını maşına atmasam aylarla eyni köynəkdə gəzərsən! Güya sən bir qızla necə danışacağını bilirsən də!
Sənan:
-          Qarşımdakı normal qız olsa bilər... –deyə qışqırmaq istəyirdi ki, arxasında birinin olduğunu hiss edib çevrildi. Həqiqətən də qapı aralığından Aysu onlara gülümsəyərək baxırdı. Onu gördüklərini anlayıb, qağını daha da açaraq:
-          Deməli dalaşırsız? Ay nə şirin.
Sənan Aysunun üzündən həqiqətəndə buna sevindiyini anlayıb ani bir hərəktələ yanındakı Süsənin biləyindən tutdu. Özünə tərəf çəkib, qolları arasına alaraq Aysuya gülümsəyərək baxıb:
-          Olur ara da. Amma çox sevirəm deyə qısa çəkir.- deyib Süsənin saçlarından öpdü. Aysuya acıq verirmiş kimi baxıb, az qala ürəyi gedən Süsəni daha çox özünə sıxıb davam etdi:
-          Sən keç içəri. Süsən məni yola salıb gəlir.
Aysu əsəbi şəkildə ayaqlarını yerə vuraraq, yenə süni şəkildə gülümsəyib yanlarından keçdi. Süsən isə Sənanın etdiyindən sonra özünə gələ bilmirdi. Beynində durmadan Sənanın onu qucaqlayıb öpdüyü an canlanırdı. Ürəyinin nəfəsini kəsəcək qədər tez-tez döyünməsi isə onu daha da həyacanlandırırdı. Sonunda özünə gəlib, hələ də Sənanın qollarında olduğunun fərqinə vardı. Cəld “ çox sağ ol” deyib, ondan uzaqlaşmaq istəyirdi ki, Sənan onu buraxmadı. Möhkəm qucalayıb, sinəsinə sıxaraq başını çiyninə qoydu. Bir neçə saniyə elə qaldıqdan sonra başını qaldırmadan Süsənin qulağına “kaş başa düşə bilsən” deyə pıçıldadı. Ani şəkildə onu buraxıb, qapıdan çıxıb getdi. Süsən qapının ağzında donub qalmışdı. Ağlı, fikirləri, ürəyi qarmaqarışıq idi. nə olduğu, nə edəcəyini bilmirdi. Bildiyi tək şey Sənanın qollarında özünü heç olmadığı qədər yaxşı hiss etdiyi idi....



Hiç yorum yok :

Yorum Gönder