musiqi

5 Eylül 2013 Perşembe

Ən gözəl"sən"! 29

  
Ən gözəl”sən”!
 Bölüm: 29


Qapının ağzında dayanan cütlük. əyinlətindəki səliqəli, eliqant paltarda parıladayırdılar sanki. saçları səliqəli, aksesuarları və bir-birlərinə yaraşmaları ilə mükəmməl görüntü idi...üzləri xaric...
  Sənan köynəyin yaxalığına əlini atıb, genşlətməyə çalışaraq:
-          Mən niyə bunu geyməliyəm?
-          Şikayət eləmə axmaq! ən azından sənə ətək giyindirməyiblər!
Sənan yanında dayanan Süsəni başdan-aşaöı süzüb, kinayəli bir şəkildə:
-          Istəyirsən bu adamı təlxək kimi göstərən kostyumu sən geyin. Oğlan olmaq daha çox yaraşar!
Ikisi də bir-birlərinə  öldürəcəkmiş kimi baxarkən, oğlanlar bir-birlərinə baxıb:
-          Bir ara Sənana da dərs verək, ikisi bir-birindən betər.
Bu gün Aysunun kiçik bir kafedə verdiyi bir qonaqlıq vardı. Ailələr yox, dostları, cütlüklər dəvət edilmişdi və təbii ki, Sənanla Süsən. Ikisinə də zorla uyğun paltar geydirə bilmişdi oğlanlar, lakin əsas məsələ özlərini necə aparacaqları idi. kafenin qapısı ağzında son dəfə bir-birlərini süzdülər. Ikisinin də üzündən zəhrimar yağırdı. Bunu belə pis olacağını anlayan Sənan saçlarını qarışdırıb, ciddi şəkildə düşünməyə başladı. Ağlına gəlmiş fikir ilə gülümsəyib, sevincək Süsənə dedi:
-          Tapdım! Burda olduğumuz müddətcə sevdiyimiz şeyləri düşünək! Məsələn qızartma ət, döşəməli plov, mərci şorbası, ya da kabab!
Süsən Sənana kinayə ilə baxıb:
-          Ondansa yer üzündəki bütün oğlanları məhv edən genetik silah niyə düşünmürük? Xüsusəndə ilk acgözləri gəbərdən formasını.
Sənan yalandan gülümsəyib, qəzəbini güclə gizlədərək:
-          Sən özünkini düşün, mən özümkini.
Artıq içəri də idilər. Hər kəs onlara heyran olmuşdu. Sənan çox yaraşıqlı idi və Süsən onun yanına yaraşırdı. Kənardan o qədər bir-birlərinə uyğun görünürdülərki, qonaqlar Aysuyla nişanlısını unudub onların ətrafına yığışmışdılar. Aysu buna daha da dözə bilməyib, onlara yaxınlaşdı. Süni gülümsəmələrindən birini üzünə yerləşdirib:
-          Ay nə yaxşı gəldiz. Sizi görnəyimə çox sevindim.
Süsən gülümsəməyə  çalışıb qarşılıq versə də, Sənan sadəcə başını yelləməklə kifayətləndi. Aysu onun soyuqluğunu hiss etsə də, anlamamış kimi davranıb:
-          A Sənan sən bizim qohumlarla tanışsan? Bizim ailəyə girirsən, gəl səni tanış edim.
-          Süsən edər.
Aysu Süsənə dönüb:
-          Canım bunu mən eləsəm problem olmaz? Qonaqsız yəni?
Süsən Sənan dönüb, onun “əsla olmaz!” baxışlarını görüb qalib gəlmiş kimi gülümsədi:
-          Əlbətdə olar.- Aysu Sənanı çəkib digər tərəfə apararkən Süsən,  Sənanın çabalamasına baxıb zövq alırdı.
Elə bu an yanına biri yaxınlaşdı:
-          A! Sən Süsənsən?! Uşaq vaxtı həmişə məni döyən Süsən?! Inanmaq çətindi...


  Aysu Sənanı çəkib, bir qızın önündə saxladı. əli ilə onu işarə edib dedi:
-          Tanış ol, Süsənin uşaqlıq dostu Ayla.
Sənan vecsiz şəkil də qızı süzürdü ki, birdən gözləri geniş açıldı. Qarşısındakı qız olduqca cəsur bir paltar geyinmişdi. Qısa və sinəsi açıq donundan əlavə makiajı və saçıda diqqət çəkən idi. Qız Sənan donub qaldığını görüb, şirin-şirin gülümsəyərək:
-          Tanışlığımıza şadam. Süsənin nişanlanmasına çox sevindim. O həmişə biraz şey idi...
Aysu Sənanın hələ də donub qaldığını görüb gülümsədi. Uzaqdakı Süsən və yanındakı adama göz ücü baxıb, eşidilməyəcək tərzdə pıçıldadı “ bütün oğlanlar eynidi, səndən daha gözəlini tapanacandı. Indi tək qalanda əsl üzünü göstər Süsən xanım”

  Həqiqətən də Süsənin səbrinin son damlaları tükənirdi artıq.(müəllif: Cəmilə Məmmədli) Qarşısındakı adını belə bilmədiyi adam getdikcə ona yaxınlaşırdı və onun artıq əli gicişirdi. Oğlan durmadan yadına belə gəlməyən “xatirə”lərdən danışarkən, Süsən güclə gülümsəyib başını yelləyirdi. “ rədd ol get iyrənc məxluq. Bu dəqiqə səni əzəcəm! Biraz da döz Süsən, sənə öyrədilənləri unutma. Normal qızlar nə edər? Bunu parçalayıb, ətindən gəşəng bir bozartma bişirər. Üstünə də biraz halqa-halqa oğranmış soğan... of! Nə deyirəm mən, o axmaq kimi düşünməyə başladım!” Süsən özünü saxlamaqla çalışarkən, oğlan ona daha da yaxınlaşmışdı. Artıq Süsən istəsə belə ona heç nə edə bilməzdi, çünki utancaqlığı onu döyərək gizlədə bilməyəcəyi qədər çoxalmışdı. Ilk dəfə özünü bu qədər çarəsiz hiss edirdi, çünki əvvəllər əsla bir oğlan ona bu qədər yaxınlaşa bilməmişdi. Yəni xəstəxanalıq olmadan. Yox, biri var idi...
-          Oy da, kim bilərdiki Süsən bu qədər gözəlləşə bilər? Sənin üzün həmişə belə gözəl idi?
Süsən oğlanın üzünə daha da yaxınlaşması ilə geri çəkilməyə çalışıb üzünü çevirdi. Nə isə demək istəyirdi, lakin bu an ağlına heç nə gəlmirdi.  Yumruğunu düyünləyib, vurmağa hazırlaşırdı ki, biri onu çiynindən qavrayıb özünə çəkdi. Süsən başını qaldırdıqda Sənanın gülümsəyərək ona baxdığını gördü. Amma Sənanın gülümsəməsində başqa bir şey vardı. Əlini qarşındakı oğlana uzadıb:
-          Salam. Mən Süsənin nişanlısı Sənan. Tanışlığımıza şadam.
Sənan hələ də gülümsəsə belə, elini sıxdığı oğlanın üz ifadəsinin dəyişdiyini hiss etmək olurdu. Sonunda oğlan dözə bilməyib əlini çəkdi və onun qızaran əlindən Sənanın bərk sıxdığı anlaşıldı. Oğlan sağollaşıb uzaqlaşarkən, Sənan cəld Süsənə dönüb:
-          Onu parçalayasan, bütün planımız boşa gedəcək deyə ürəyim çıxdı! Uça-uça gəldim bura. Birdə sənə heç oxşamayan bir uşaqlıq dostun varmış. Ondan bir şeylər öyrənə bilməzdin?!
Süsən heç nə anlamamış kimi Sənan baxıb:
-          Nə uşaqlıq dostu?
Sənan birdən Süsənin heç dostu olmadığını xatırladı. Bayaqdan onu buraxmamağa çalışan Aysugil tərəfə qaşlarını çataraq baxdı. Süsənin hələ də ona baxdığını hiss edib, dəyişən müsiqi ilə gülümsədi. Onun biləyindən tutub, rəqs məydançasına çəkərək dedi :
-          Heç. Yoxlayaq görək dünən nələr öyrənmisən...
Süsən Sənan çiyinlərinə sadəcə barmağının ucunu toxundurub, ondan bir metr uzaqda dayanıb rəqs edirdi. Sənan qəzəbini gizlətməyə çalışsa da, artıq dözə bilmirdi. əsəbi şəkildə pıçıldadı:
-          Aramızdan Moskva-Bakı qatarı keçəcək?  Biraz yaxın durda!
Süsən Sənanın bayaq ki, hərəkətindən sonra nədənsə üzünə baxa bilmirdi. Indi də gözlərini qaçırıb:
-          Belə yaxşıdı. Mikrobların mənə keçər... həm buna belə oynanılmırdı?!
Sənan Aysunun onlara tərəf baxdığını görüb, Süsənin əlini tutub özünə çəkdi. Onun dəhşətə düşmüş ifadəsinə fikir vermədən qollarını qaldırıb, öz boynuna doladı. Əllərini Süsənin belinə qoyub, yaxın olduğu gözlərinə baxaraq:
-          Yox, belə oynanılır. –dedi.
Birdən Süsənlə az qala qucaqlaşmış vəziyyətdə olduqlarının fərqinə varıb cəld üzünü çevirdi. Yüngülcə öskürüb, pıçıltıyla:
-          Yenə deyəsən belə oynanılır.
Ikisi də üzlərini əks tərəfə çevirsələr belə, ayrılmadan musiqinin ritmi ilə hərəkət edirdilər. Hətda musiqnin bitdiyini belə biraz gec anladılar. Onsuzda qonaqlıq da bitmişdi. Sənan Süsəni çölə çıxarıb, taksi tapmaq üçün biraz uzaqlaşdı. Bu an Aysu Süsənin yanına yaxınlaşıb, gülümsəyərək dedi:
-          Gəldiyiniz üçün çox sağ ol canım. Ikiniz bir-birinizə süper yaraşırsız.
Süsən cavab olaraq gülümsəyib, başını aşağı saldı.
-          Həqiqətən də çox yaxşı oğlandı. Yazıq sırf pulsuz qala bilsin deyə sənin bütün vəhşiliklərinə dözür. Hətda səninlə nişanlı roluna belə girir. Sənin yerinə olsam onu həqiqətən nişanlanmağa məcbur edərdim. Düzü sənin ona əziyyət etməndən zəhləsi getdiyini dedi, amma yenə də bəxtini sına.
Süsən başını qaldırıb, inanmırmış kimi Aysuya baxdı. Aysu isə gülümsəməyə davam edib:
-          Mənə hər şeyi danışdığı üçün yenə döymə ha yazığı. Söz-sözü gətirdi hamsını danışdı. Onun günahı yoxdu. – deyib, Süsənin artıq titrədiyini görüb gülümsəyərək öz maşınlarına tərəf getdi.
Süsən Aysunun sözləri ilə Sənanın ona dözməsinin tək səbəbinin kirayə olduğunu xatırladı. Ona hediyyə alması, rəqs öyrətməsi, bayaqkı qoruması- hamsı onu daha normal qız etmək üçün idi. bunu bilməliydi, Sənan bunun əksini heç deməmişdi ki. Amma yenə də, içində bir şeylərin qırıldığını hiss edirdi. Göz yaşlarını güclə saxlayırdı ki:
-          Gəl, gedək.
Süsən səsi eşidib başını qaldırdı. Sənan əlini ona tərəf uzadıb, gülümsəyirdi. Gözlərini ona dikib, sanki eşidiklərini yalanlayacaq bir şey axtarırdı...

Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder