musiqi

12 Eylül 2013 Perşembe

Kim Jae Joong




  biraz mənim uzaq şərq marağıma da toxunaq. bu cənabımız Cənubi koreyalı idol Kim Jea Joong. təbii ki, ölkəmizin oğlan aktyor-kişi bölməsi "evli-uşaqlı-göbəkli" tiplərdən ibarət olduğundan, idol kəliməsi bizə yaddır. qısaca açıqlasam: görüntüsü və tərzi ilə örnək ola biləcək və bəzi istedadları olan gənclər. ah keşkə bizim idol anlayışından bixəbər olmamızın səbəbi tamamı ilə sənətə qiymət verməyimiz olsaydı... ah...  nə isə. bəyimiz həm müğənni, həm də aktyordur. toy qiyməti...nə deyirəm mən, müğənnilik anlayışım toyla bir bağ qurdu yenə. K-pop-rock tərzində ifa edir ki, bu da Korean pop deməkdir. etiraf etməliyəm ki, rocka həsrət diyarımıza hava-su kimi gələcək tərzdə oxusa da, dunya standartlarında "mükəmməl" sayılmaz.  ki bura da gorə biləcəksiniz. 

26.02.1986 tarixində dünyaya gəlmişdir, amma məndən cavan görünür. lakin yenə də hər bir koreyalı kimi "oppa"mdır. ilk fəaliyyəti orginal bir qrup olan "TVXQ" da olmuşdur. bilməyənlərin nəzərinə: Koraya, Yaponiya, Tayvan kimi ölkərdə, yəni bizim deyimimizlə "kitay"larda solo fəaliyyət ancaq özünü təsdiqlədikdən və ya qocaldıqdan sonra olur. hardasa bütün idolları qruplardan çıxmışdır. nə isə, bəzi səbəblərdən qrupun üzvləri dağıldıqdan sonra, bir qismi yeniden "JYJ" adlı qrup qurdu ki, cənabımız hələ də orda çıxış edir.
  

müğənniliyi pis deyildir. səsi, səhnə hərəkətləri və görünüşü haqqında danışmaq belə istəmirəm.

lakin... lakin hər idolun baş vurduğu aktyorluq bəyimizə yaraşmır. yəni sadəcə "protect the boss" adlı serialdan və "chakkal is coming" adlı filminin fraqmanlarından izlədim, amma mimika verə bilmir... eh, hər gözəlin bir eybi misalı heç bu qədər yerində olmamışdı. bəli, aktyorluq qabiliyyəti zəifdir. 
  mənim üçün problem deyil, kadrda olsun da, heç ifadə verməsin- deyir ürəyim, lakin sənətə olan hörmətim bizim sənatkarların qarşısında baş əyir. "gəncdir, öyrənər" demək istərdim, aktyorluğun fitri istedad olduğunu bizə isbatlayan sənətkarlarımız qara torpağın altındaykən bu ağ olar...

bağışla oppa, mən dahilər yurdunda böyümüşəm....


mövzuya geri dönsək, musiqisi və tam idola yaraşır hərəkətləri ilə məndən bir "+5" almış oppamız. həqiqətən də bizim şou-biznesin də idol anlayışına ehtiyacı var. bəlkə o zaman "biznes", "şou" deyən də "toy" yox, konsertlər, şou-proqramlar düşünülər. gəncliyimizin mahnıları "maral maral", "kəsib tökəcəm damarları" deyil, rock, ən azından hip-hop olar. gənclik dediyin fanatlıq, hansısa aktyora-müğənniyə vurulma, posterlərə pul tökmə olaraq yad da qalmalıdır, elə deyil? 
son söz olaraq oppamız mənim "kawai&hatsue" kateqoriyasına yapon dilini bilmədiyinizi ümid edərək əlavə etdiyim biridir. burdan ona uğurlar diləyir və məsafə səbəbi ilə əl sallayıram :)


 Cəmilə Məmmədli


Hiç yorum yok :

Yorum Gönder