musiqi

5 Eylül 2013 Perşembe

Ən gözəl"sən"! 28

  
Ən gözəl”sən”!

Bölüm: 28

 Artıq 2 gün keçmişdi, oğlanların dərsləri yavaş-yavaş işə yarayırdı. Lakin Sənan bu işdən uzaq durmağa davam edirdi. Hətda mümkün qədər Süsəni görməzdən gəlirdi. Bunu hər kəs, hətda Süsən belə hiss etmişdi. Səhər yeməyində də, səssizcə yeməyini yeyən Sənan hər kəsin diqqətini çəkirdi. Bir şey istəmədən, danışmadan, yeyəcəyi son yeməkmiş kimi hücum etmədən yeyirdi sadəcə. Boşqabını bitirib, ayağa qalxmaq istəyirdi ki, Süsən ondan cəld tərpənib:
-          Yenə verim?- dedi, Samirin, Elnurun və Elçinin ona məzəmmətlə baxdığını görüb, daha incə səslə və gülümsəməyə çalışaraq:
-          Yəni biraz daha yemək istəyirsən? Zəhmət deyil.
Sənan bir Süsəni, bir də ona “afərin” deyərmiş kimi baxan oğlanları süzüb, biraz əsəbi şəkildə:
-          Istəmirəm. Həm o gülümsəmə də daha az “gəbər” deyə bağıra bilərdi.- deyib, mətbəxdən çıxdı.
Elçin Sənanın arxasıyca gülümsəyərək baxıb, Süsənə dönərək:
-          Sən ona baxma Süsən bacı, mükəmməl idin.
Süsən vecinə deyilmiş kimi çiynini çəkib, oğlanlara baxıb dedi:
-          Bəs siz yenə tıxmaq istəmirsiz?
Oğlanlar Süsənin yenə başladığı yerə dönməsi bəs deyilmiş kimi, bir də gülümsəməyə çalışmasına ürək ağrısı ilə baxdılar. Elçin ağlamaqlı bir səslə pıçıldadı “ mümkün deyil hə? birazcıq dəyişsə nolardı nolardı ki...”

  Axşam yeməyində belə eyni hadisə təkrarlanmışdı. Sənan yenə otağına çıxıb, özünü çarpayısına atmışdı. Süsənin dəyişməsi onu narahat edirdi.  Öyrəşdiyin bir şeyin dəyişməsi kimi deyildi bu, daha çox dəyişməsini istəməmək, olduğu kimi daha çox sevmək idi. Sənan öz duyğularını heç anlamadığından daha çox əziyyət çəkirdi. Yatağın içində 5 dairə çəkib, 3 salto atdıqdan sonra axşam saat 9-da yata bilməyəcəyini anlayıb yerindən qalxdı. Yuyunmaq üçün paltar götürməyə şkafa yaxınlaşdı. Daxıllarından birini açıb, köynəyini əlinə aldı. Elə bu an gözləri sonsuz qəzəblə parıldadı. Son sürət aşağı enib, mətbəxə girdi. əlindəki köynəyi soyuq silah kimi tutub, od püskürən gözlərlə Süsənə baxdı.  Köynəyi havaya qaldırıb, qışqırdı:
-          Səni manyak, ruhu xəstə, anormal ifritə! ən sevdiyim köynəyimdən nə istədin hə?! ölümlərdən ölüm seç, ya da seçmə! Mən sənin əvəzinə seçərəm!
Sənanın bu alovlu nitqinin əvəzinə halını pozmayan Süsən:
-          Aaa, demək gördün.
-          Necə yəni gördün?! Bir inkar da etməyəsən?!
Süsən çiynini çəkib, vecsiz şəkildə:
-          Bilmədən oldu. Həm əvəzində yenisini alaram. Sənə borclu qalmış da olmaram.
Sənan köynəyin qayçıyla, həm də billərək edildiyi bəlli olan dəliklərinə baxıb, şübhəli gözlərini Süsənə dikdi. Dediklərinə özü də əmin deyilmiş kimi:
-          Bir dəqiqə, yoxsa sırf mən sənə bir şey aldım deyə, sən də borclu qalmamaq üçün köynəyimi parçalayıb əvəzinə təzəsin almağı düşündün?
Süsən günahı tutulmuş uşaqlar kimi gözlərini yerə dikib, barmaqlarını oynadaraq:
-          əlbətdəki elə axmaq bir səbəbdən yox... Yəni bəlkə ad gününə də əvəz olar, həm keçən dəfəkinə də, birdə səbəbini bilmədiyim mənə hirslənmənə. Normalda səbəbsiz yerə hirslənən mən oluramda...
Araya sükut çökmüşdü.(müəllif: Cəmilə Məmmədli) Sənan qarşısında ondan başqa tavana-döşəməyə, sağa-sola baxan Süsənə gözlərini dikmiş anlamağa çalışırdı. Hardan baxarsan bax bu birinə hədiyyə almaq üçün ən mənasız yol idi. Sənan saçlarını qarışdırıb,”bu qız heç dəyişməyəcək”- deyə düşünsə də, gülümsəməsini dayandıra bilmirdi. Sonunda özünü toplaya bilib, sakit bir səslə dedi:
-          əgər mənim ad günümə, ya da başqa bir şeyə hədiyyə vermək istəyirsənsə sadəcə həmin gün “normal qız” ol yetər. Yoxsa gələn dəfəpapaq hədiyyə edə bilmək üçün başımı kəsərsən sən
-          anladım. Ad günün nə vaxtdı?
Ortalığa yenə sükut çökdü. Süsənin sual dolu baxışlarla ona baxdığını hiss edən Sənan güclə eşidilən cılız səslə dedi:
-          29 fevral...
Süsən inanmırmış kimi Sənan baxıb, onun ciddi olduğunu anladıqdan sonra vecsiz bir şəkildə “ 3il sonra görüşərik” deyib, yanından keçib getdi.
Sənan mətbəxdə tək qalıb, öz-özünə danışmağa başıadı:
-          Bu qız manyakdı, birinə hədiyyə almaq istəyirsənsə, get al. Birinci sinif uşaqları kimi nədi bu belə? Of, bi də 3 il gözləyəcəm. Indi əvvəlkindən daha qəribədi. Bir əvvəlki kobud halı, bi də incə qız jestləri. Niyə belə özünü məcbur edir maraqlıdı.
-          Mənə də maraqlıdı bidənəm...
Sənan kürəyində ürpərti hiss edib, yavaşca geriyə döndü. Axşam qaranlığında daha da şeytanı görünən nənəni görüb güclə danışdı:
-          Sənə bir tək “mən niyə ölmürəm?” maraqlı olmalıdı! Cavan vaxtımda məni özündən əvvəl basdırmadan əl çəkməyəsən hə? olmaz, ilk torpağı mən atacam üstünə!
Nənə Sənanın dediklərinin tək kəlməsinə fikir vermədən, onun qoluna girdi. Sənanın dəhşətə düşmüş üzünü görməzdən gəlib dedi:
-          Süsən qızımı mən tək böyütmüşəm. Leyla xanım heç evdə olmazdı, onunda rəfiqələri yox idi. heç kəs ona sizin öyrətdiyiniz şeyləri öyrətmədi. Ona görə əlindən gələni edir... yazıq qızım. Həmişə tək olduğundan güclü və sərt olmalı idi. qorunan və onu qoruyan heç olmadı ki...
Sənan nənənin sözlərini dinlədikcə ürəyi ağrıyırdı. Bu yazığı gəlməkdən fərqli ağrıydı sanki.  Ilk dəfə Süsənin onlara nə qədər kömək etdiyini dərk etdi və bunu heç qarşılıq gözləmədən edirdi. təmizlik, yemək, bazarlıq-hamsını o tək edirdi. Bir də ilk gündən onlara nifrət etsə belə bunları onlar üçün edirdi. Ona etdiklərinə peşman olmuşdu. Nənəni qolundan ayırıb, üzünə baxmamağa çalışaraq:
-          Yaxşı, yaxşı başa düşdüm. Mən də ona kömək edəcəm, oldu?
Nənə yenə Sənana soxulmağa çalışıb:
-          Yox, hələ tam başa düşməmisən. Gəl bura görüm. O enli çiyinlərin, əzəzləli qolların arasına al məni.
Sənan nənəni özündən uzaq tutmağa çalışıb, əsəbi şəkildə:
-          Ay kaftar yaş yetmiş, iş bitmiş. Səninki doxsanı haqlayıb, bir yox olsanda qurtulsaq. əzələ deyir, əzələ! Sənin yaşıdların qəbirdə inkir-minkirlə əlləşir, bu enli çiyin axtarır.

Sənan nənədən güclə canını qurtarıb qonaq otağına gəldi. Oğlanlar hələ də, Süsənə dərs keçirdilər və deyəsən bu dəfə rəqs idi. Samir Elçini qolları arasına alıb, praktiki şəkildə göstərirdi, Elnur isə Süsənə başa salırdı. Sənanın Süsənin necə diqqətlə izləyib, anlamağa çalışmasına baxıb gülümsədi. Asta adımlarla ona yaxınlaşıb, qarşısında yüngülcə əyilərək əlini uzatdı. Gülümsəyərək gözlərinə baxaraq nəzakətli bir şəkildə dedi:
-          Gözəl xanım mənimlə rəqs edərsiz?
Süsən qaşlarını qəzəblə çatıb, onu tərsləmək istəyirdi ki, oğlanların ümidlə ona baxdığını gördü. Yenə Sənanın gülümsəyən üzünə baxıb çarəsiz şəkildə əlini uzatdı...


  Leyla xanımla Aysu onlara qapını açan nənəylə salamlaşmadan içəri keçdilər. Onların bu günlər ərzində Süsənə keçirilən təlimlərdən xəbəri yox idi. odurki indi qonaq otağında Sənanla Süsənin rəqs etdiyini görüb təəccübləndilər. Leyla xanım bunun sadəcə oyun olduğunu düşünüb, Aysuya dönərək:
-          Qızımla nişanlısı yaraşırlar hə?
Aysu Leyla xanıma süni bir gülümsəmə ilə baş yelləyib, yenə nəzərini onlara çevirdi. Həqiqətən Sənan və Süsən bir yerdə möhtəşəm görünürdülər. Ikisi də standartdan azca uzun, idmanla məşğul olduqlarından düzgün bədənə sahib idilər. Uzlərindəki yarı sərt, yarı incə ifadə onları daha cazibədar edirdi. Hələ kənardan rəqsdə belə çox uyğun görünmələri başqa idi. bu isə Aysunun qısqanclığını birə beş artırırdı. Həmişə özündən aşağı gördüyü Süsənin belə nişanlı tapması, hələ də nişanlısının onun ancaq yuxusuna girəcək qədər yaraşıqlı olması onu dəli edirdi. Aysu uzaqdan mükəmməl görünən bu cütlüyə qarşı planlar qurarkən, əslində nələr olduğuna bir baxaq.

   Süsən dişlərini qıcıyıb, pıçıldayraq:
-          Ayağıma basma!
-          Səndə əlini çiynimə qoy. Ikimiz rəqs edirik, ayrı-ayrı yox!
-          Geriyə addım atanda belə ayağımı tapdalayan birindən öyrənməyəcəm!
-          Sənin günahın. Neçə ölçü geyinirsən? 45?
-          Səni divara basıb, öldürməməyim üçün bir səbəb söylə!
Sənan kinayə ilə gülümsəyib:
-          Məni divara basmağın üçün, əvvəl məni tutacaq qədər cəsarətin olmalı.- deyib, Süsənin belindən qavrayıb daha da özünə çəkdi.
Ikisi də bu an ancaq bir-birlərini öldürmək haqqında düşünsələr belə, kənardan çox romantik bir cütlük kimi görünmələri reallıq idi....

Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder