Ən gözəl”sən”!
Bölüm 27
Love yourself-özünü sev http://www.youtube.com/watch?v=-3HnxYmzn4E&list=PLW-SmidxYWsmNGFCkwG1dgM2bTT8StO9B
Artıq bir saatdan çox idi ki, qızlar otaqda Süsəninlə məşğul
olurdular. Oğlanların, xüsusi ilə də Sənanın səbri get-gedə azalırdı.
Ayaqlarını yerə döyəcləyib, dodaqlarını çeynəyərək pıçıldadı:
-
Nə qədər çəkəcək bu?
Elnur onu sakitləşdirmək çiyninə vurub dedi:
-
Səbirli olmaq lazımdı. əminəm Fidan onu özü kimi
şirin bir şey edəcək.
Samirlə Sənan bir-birlərinı baxıb, Fidanın Elçini saatlarla
qovalamasını xatırlayıb gülmsədilər. Samir gülməyini güclə saxlayıb:
-
Ondansa Sevinc kimi cazibədar olsun.
Bu dəfə Elnurla Sənan bir-birlərinə baxdılar. Sevincin biraz
çox olan “açıqsözlü”lüyü məlum idi.
-
Məncə onsuzda Süsən bacı olduğu kimi yaxşıdı.
Sadəcə biraz dəyişikliyə ehtiyacı var.- deyən Elçin, Samirlə Elnura Sənanı işarə
etdi. Sənanın üzündə həqiqətəndə Elçinlə razıymış kimi bir ifadə vardı.
Sənan hər kəsin ona baxdığını görüb, qaşlarını çataraq “nə?”-dedi.
Oğlanlar başlarını yelləyib, gülməklərini gizlətməyə çalışırdılar. Bir tək Sənandan
başqa hamsı anlamışdı. Anlamayan biri daha vardı...
Qapı zərblə açıldığında
hər kəs diksindi. Süsənin qapını qırdığı bəlli idi, lakin o çölə çıxdıqda
qapının onun qırdığına inanmaq çətin idi. əynində çəhrayı rəngdə, dizdən olan
bir don,manikur edilmiş əllər, saçları xəfif dalğalandırılmış, çəhrayı dodaq
boyası, qara qələmlə çevrələnmiş sürməli gözlər – deyişməyən tək şey onun
öldürücü baxışları idi . oğlanlar ona ağzı açıq şəkildə baxarkən, o bir neçə
addım irəli gəlib var gücü ilə qışqırdı:
-
Bu kimin planı idi?!
Hamıdan tez özünə gələn Sənan cəld Elçini qabağına alıb:
-
De ha. Bax hamsı bu şirin babanın planı idi.
Süsən Elçinin qorxmuş uşaq kimi olan üzünə baxınb dayandı.
Elçinin gözləri elə parıldayırdı ki və üzündə “Süsən bacı mənə vurma” ifadəsi
olduğundan Süsən ona heç nə edə bilmirdi. Yenə Sənan baxıb, yumruqlarını sıxaraq:
-
Fərq etməz, mən yenə də səni döymək istəyirəm.
Sənan Elçini özünə daha da yaxınlaşdırıb, oğlanlara dönərək:
-
Gördüz? Sizə nə demişdim? Bu qıza nə geyindirsəz
belə, yenə də içindəki canavar sağ qalacaq. Bundan qız-mız olmaz.
Elnur Sənan baxıb:
-
Amma bu sənin fikri...- demək istəyirdi ki, Sənanın
yalvaran baxışlarını görüb susdu.
Oğlanların başı qarışıq olduğundan Samirin çoxdan Süsənin
yanında bitdiyindən xəbərləri olmamışdı. Samir Süsəni başdan-ayağa süzüb,
gülümsədi. Onun əlindən tutub, dəhlizdəki böyük aynanın qabağına gətirdi. əli
ilə aynanı göstərib:
-
Bax gör. əsl şəhzadə olmusan.
Süsən Samirin ona toxunmasına qəzəblənib, onu vurmaq istəyirdi
ki gözü aynaya sataşdı. (müəəlif: Cəmilə Məmmədli) Gördüyünə inana bilməyib,
bir addım geri çəkildi. O ilk dəfəydi ki, özünü belə görürdü. Oğlanların ətrafında
yığışdığını hiss etmədən təkrar-təkrar saçlarına, paltarına, makiajına baxdı. Hərəkət
belə etmirdi, sanki hərəkət etsə bu sehr pozulacaq. Oğlanlarda Süsənin bu
halını gülümsəyərək izləyirdilər, bir tək Sənandan başqa. O əllərini cibinə
qoyub, vecsiz şəkildə oğlanların Süsənə baxmasını izləyirdi. Dodaqaltı “çox
matahdı sanki” deyə pıçıldayıb, səsli şəkildə dedi:
-
Bəs qızlar hanı?
-
Deyəsən içərdədilər hələ. Ürəkləri getmiş ola
bilər.
Süsənin bu sözündən sonra Elnur və Samir cəld qonaq otağına
tərəf qaçdılar. Sənan bundan istifadə edib, hələ də aynadan özünə baxan Süsənə
dedi:
-
Çox da baxma. Hərəktələrin hələ dəyişməyib. əyninə don keçirib, üzünü boyamaqla qız
olunmur.
Elçin Sənanın acıq verən uşaqlar kimi danışmasına gülümsəyib,
Süsənə yaxınlaşaraq:
-
Narahat olma, biz Süsən bacıya hər şeyi öyrədərik.
O da hər kəsin heyran olacağı bir qız olar. Həm də hər oğlanın.- deyib, son
cümləni deyərkən Sənan baxdı.
Sənan vecsiz şəkildə çiynini çəkib:
-
Bacarırsızsa edin, məndən pas- deyib. Biraz əsəbi
şəkildəöz otağına tərəf getdi.
Axşama kimi oğlanlar Süsənə dərs verməklə məşğul idilər.
Elçin bir qız kimi şirin-şirin danışmağı, gülümsəməyi öyrətməyə çalışırdı. Təbii
ki, danışmaq nəysə də, gülümsəyəndə onu öldürməyə gələn Əzrayıl kimi gülümsəyən
Süsənə öyrətmək mümkünsə. Elnurun işi isə standart nəzakət qanunları idi. Hər
yerdə və hər şeydə qadınların öncə olması fikrini Süsən çox sevsə də, oğlanla
“iyrənc məxluq” deyə sözə başlamadan danışmaq çətin idi. Samirin ki isə ən
ağır-cazibədarlıq öyrətmək idi. Naz etməyi öyrətmək heç, “naz”ın nə olduğunu
belə başa sala bilmirdi Süsənə. Elə indi
də Samir bir əlini azca yuxarı qaldırıb, gözlərini süzdürərək, qız kimi incə
bir səslə:
-
Belə etmə xahiş edirəm, incidirsən axı məniii.
–deməsinə heyran-heyran baxan Süsən, yüngülcə əl çalıb dedi:
-
Super. Səndən çox yaxşı qız olardı.
Samir əsəblərini güclə cilovlayıb, zorla gülümsəyərək:
-
Təşəkkür. Çox incəsən.- deyib, Elnula Elçinə
dönüb ağlamaqlı səs tonu ilə pıçıldadı:
-
Təhqirlə komplementi ayıra bilmir hələ...
Elçin özü də daxil olmaqla oğlanların bitkin düşdüyünü
görüb, Süsənə yaxınlaşdı. Gülümsəyib:
-
Süsən bacı bu günlük bəsdi. Qalanı sabaha
qalsın.
Süsən cəld ayağa qalxaraq, sevinclə gülümsəyib incə səslə
dedi:
-
Yaxşı. Təşəkkürlər uşaqlar.
Oğlanlar onun gülümsəyib, təşəkkür etməsinə sevinib,
bir-birlərinə baxdılar. Hamsının ağlından “ümid işiğa var” cümləsi keçdiyi bəlli
idi. Lakin qapıdan çıxan Süsən “sonunda bitdi işgəncə” deyə qışqırıb, divara az
qala onu çatladacaq yumruq atınca yenə ümidsiz hallarına qayıtdılar.
Süsən yorğun halda su içmək üçün mətbəxə keçincə, Sənanı
görüb yüngülcə diksindi. Sənan ona öldürəcəkmiş kimi baıb, qəzəblə dedi:
-
Hanı yemək?!
Süsən onun baxışlarına eyni şəkildə qarşılıq verib:
-
Məşğul idim. Özün hazırla!
Sənan kinayə ilə gülüb:
-
Əlbətdə məşğul olarsan. Sən indi “ay eləmə, ay
dırnağım qırıldı ühü ühü” olmağa çalışırsan.- deyib, həqiqətən də qız kimi
dayandı.
Süsən ona heç nə anlamırmış kimi baxıb, çiynini çəkərək:
-
bu yaxşı deyil ki? Istədiyin bu deyildi?
Sənan:
-
yox. Yəni hə... bilmirəm- deyib, əsəbi şəkildə
saçlarını qarışdırdı. Süsənə diqqətlə baxıb, başını yellədi. Yanında keçib , mətbəxdən
çıxarkən ayaq saxladı. Ona baxmadan:
-
Mən sadəcə indiki...yəni əvvəlki halınında pis
olmadığını düşünürəm. Yəni olduğun kimi də yaxşı idin. Indi isə sadəcə
hamsından biri olacaqsan...- deyib, mətbəxdən çıxdı.
Süsən yerindən tərpənməyib anlamağa çalışırdı. O nə demək
istəyirdi ki? Olduğu kimi olmasının yaxşı olmadığını deyirdilər, indi isə...
kim və ya nə olmalı idi? Ən əsası, kimin istədiyi olmalı idi?
Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder