musiqi

1 Eylül 2013 Pazar

Ən gözəl"sən"! 26

  
Ən gözəl”sən”!
Bölüm: 26

Günlər öz axarı ilə keçib gedirdi. Hər şey normal idi, daha doğrusu anormal olan “normal” idi. Süsən yenə öz oğlan düşməni hərəkətlərinə davam edir, idman zalına gedirdi. Oğlanlar isə son hadisələrlə universiteti tamamı ilə boşlayan Sənanın üstünə düşüb, dərslər keçirdilər. Nənə isə yenə nadirən ortalıqda görünürdü. Nadirən, yəni Sənanla Süsənin tək qaldığı anlarda “təsadüfən”. Xoşbəxtlikdən bu “təsaduflər” azalmışdı da, Sənan rahat yaşaya bilirdi. Ta ki, o günədək...
 Hər kəs mətbəx də oturmuş səhər yeməyi yeyirdi. Sənan verdikləri ağır dərslərə görə onlara küs olduğundan sakitlik hökm sürürdü. Bu an ev telefonu zəng çalmağa başladı. Hamı ərinkdiyindən özünü eşitməməzliyə vururdu. Amma artıq 5-ci çalışında dözə bilməyən Elçin ayağa qalxıb, telefonu götürmək üçün digər otağa keçdi. Digər otaqdan onun telefonla nə danışdığı güclə eşidilirdi.
  Yeməyini bitirən Sənan boşqabını havaya qaldırıb qışqırdı:
-          Yenə tök!
Süsən artıq bundan bezib, biraz əsəbi şəkildə:
-          Sən özün tökə bilmirsən? Həm bəlkə doymusan?
Sənan çiynini çəkib:
-          Qabı uzağa qoyan sənsən. Həm- əli ilə Elnurla Samiri işarə edib- bunların işgəncələrinə dözə bilmək üçün daha çox yeməliyəm.
Süsən Sənanın boşqabını alıb, yeməyi töksə belə deyinməyə davam edirdi:
-          Amma burdan baxanda qış yuxusuna getməyə hazırlaşırmış kimi görünürsən.
-          Nə dedin sən?! Ayıyam sənin üçün?
-          Ay nə şirin. Dəməli nişanlılar dalaşır, bunlar olan şeylərdi.
Sənan və Süsən eyni anda Elçinə dönüb, təəccüblə baxdılar. Elçin isə gülümsəyərək danışmağa davam edirdi:
-          Təbrik edirəm, bu gündən siz nişanlısız...
Sənanla Süsən bir-birlərinə dəhşətə düşmüş kimi baxarkən, Elçin hər şeyi danışmağa başladı...
-          Deməli Leyla xanım Süsənə nişanlı tapmağımızı istəyir?
Elçin Elnura dönüb:
-          Hə. onların Rusiyadakı qohumları Süsən bacının nişanında nə olduğunu bilmirlər və sabah bura gələcəklər. Sadəcə onlar gedənəcən oyun oynamaq lazımdı. Yoxsa Leyla xanım dillərindən qurtula bilməzmiş.
Sənan başını yelləyib:
-          Hər şeyi başa düşdüm, Bəs mən niyə?! Sizin, xüsusəndə sənin məndən zəhlən gedir hə? sırf sənə şirin baba, cırtdan və axmaq dediyim üçün hə?
-          Yox, çünki Leyla xanım telefonda bütün günahın nişanı pozanda olduğunu dedi, bu da sən olursan. Həm sən mənə nə vaxt belə şeylər dedinki?
Sənan buna məcbur olduğunu anlayıb, köks ötürərək dedi:
-          Da məcburuqsa... nə? Nə demişəm? Sən onlara fikir vermə..

 Səhər açılmışdı. Qonaqlar birazdan gələcəkdi. Sənanın əksinə Süsəni razı salmaq çox çətin olmuşdu. Heç bu haqda bir söz eşitmək belə istəmirdi. Amma son dəqiqələrdə oğlanların yalvarmalarına dözə bilməyib razılaşmışdı. Indi az qala əl-qolunu bağlayıb, güclə saçını daradıqları Süsəni, yenə güclə Sənanın yanına gətirib qonaqları gözləyirdilər. Qapının zəngi çaldı. Içəri 40-45 yaçlarında bir qadın və qızı olduğu bəlli olan biri girdi. Ikisinin də geyimlərindəki zərafət göz qamaşdırdı. Qadın Leyla xanımla, Süsənlə görüşdükdən sonra sıra qızına gəlmişdi. Qız Süsənlə əl verib görüşdükdən sonra, onun yenə oğlan kimi olan geyimini süzüb açıq hiss olunan kinayə ilə dedi:
-          Heç dəyişməmisən Süsən... Nəysə nişanlın hanı? Yoxsa qaçıb?
Sənan onu görməzdən gələn qıza baxıb, biraz əsəbi şəkildə:
-          Mənəm. Tanışlığımıza şadam Aysu xanım.
Aysu cəld Sənan dönüb onu başdan aşağı süzdü. Onun Süsənin nişanlısı olduğuna inanmadığı bəlli idi. Əslində Sənan çox yaraşıqlı idi və istədiyi zaman olduqca cəlbedici davrana bilirdi. Elə indi də Aysuya hər qızı yoldan çıxara biləcək gülümsəməsi ilə baxırdı. Aysu Sənanı bir daha süzüb, əliylə Süsəni göstərək:
-          Sən bunu sevirsən indi?
Sənan qolunu Süsənin boynuna atıb:
-          Həmdə çox. O da mənim derdimdən ölür. Hə?
Süsən ona qalib gəlmiş kimi baxan Sənan öldürücü bir baxış atıb, zorla gülümsəyərək:
-          Hə. o qədər sevirəm ki, az qalır boğum öldürüm.
Sənanla Süsənin bir-birinə baxışlarından həqiqətəndə indi bir-birlərini boğacaqlarını anlayan oğlanlar cəld Aysunu bir bəhanə ilə yanlarından uzaqlaşdırdılar.(müəllif: Cəmilə Məmmədli) Artıq saatlardır eyni söhbətlər gedirdi. Aysunun bu günlərdə nişanı olacaqdı və Azərbaycandakı ən böyük restoranlardan birində keçirmək istəyirdilər. Anası və özü bunu o qədər şişirdərək danışırdılarki. Leyla xanımla anası yaxın rəfiqə kimi görünsələr də, aralarında dərin rəqabət olduğu bəlli idi. Xüsusən Aysu Süsənin ondan əvvəl nişanlanmasını, həm də Sənan kimi bir yaraşıqlı ilə həzm edə bilmirdi və bunu hər vəchlə Süsənin üzünə vurmağa çalışırdı. Oğlanlar, hətda Sənan belə bunu hiss etmişdi. Lakin Süsən susmağa davam edirdi. Sonunda ayağa qalxıb, çay gətirmə bəhanəsi ilə otaqdan çıxdı. Sənan bununla biraz rahatlanıb, getmək istəyirdi ki, Aysu onun yanına gəldi.
-          Siz doğurdan Süsəni sevirsiz?
Sənan dilucu “hə” deyib, onunla danıçmaq istəmədiyini his etdirməyə çalışdı. Bunu başa düşən Aysu süni şəkildə gülümsəyib, Leyla xanıma döndü.
-          Leyla xala Süsənin nişanlanmasına elə sevinirəmki. Doğrusu buna inana bilmirdim.
Leyla xanım biraz təlaşlı şəkildə:
-          Hə. gəlib mənə deyəndəki nişanlanmaq istəyirik, məndə inan bilməmişdim.
-          Hə. Axı Süsən həmişə oğlanlardan zəhləsi getdiyini deyirdi. Deməli hamısından zəhləsi getmirmiş. Amma geyim zövqü heç dəyişməyib. Nişana mənim paltarlarımdan birini versəm səhv başa düşməzsiz?
Hər kəs bir anda Aysuya baxdı. Əslində güya yaxşılıq üçün edilmiş bir təklif kimi görünsə də, altında başqa məqsədin gizləndiyi hiss olunurdu. Leyla xanım güclə udqunub, az qala pıçıltıyla:
-          Yox, niyə səhv başa düşümki... Həm sənin zövqün yaxşıdı.
-          Təşəkkürlər. Süsənin də geyim tərzi pis deyil, amma bir qız, qız kimi geyinməlidi hə.
-          əlbətdə... Mən də, Süsənə həmişə bunu deyirəm. Keşkə o da sənin kimi olsa.
Ortalığa sükut çökmüşdü, xüsusi ilə oğlanlar Leyla xanımın dedikərinə əsəbləşmişdilər. bu an Süsən içəri keçib, tək kəlimə etmədən sinidəki çayları bir-bir qabaqlarına qoymağa başladı. Heç kəs danışmağa cəsarət etmirdi. Hamı Süsənin eşidib-eşitmədiyini anlamağa çalışırdı. Bir tək Sənan ən son ona çayı verən Süsənin gözlərini yerə dikməsindən anlamışdı. Elə Süsən otaqdan çıxan kimi o da ardınca getmək istəyirdi ki, Aysunun səsi onu saxladı:
-          Bəs siz nə düşünürsüz? Yəni Süsənin geyimi haqqında, biraz daha gəşəng şeylər geyinsə pis olmaz hə?
Səna geriyə dönüb, Aysuya diqqətlə baxdı. kinayə ilə gülümsəyib, soyuq şəkildə:
-          Siz çox gözəl geyinirsiz. Amma uşaqlıqdan öyrəndiyim bir şey var, o da ucuz konfetləri rəngarəng kağıza bükürlər.
Aysu şoka girmiş şəkildə bir reaksiya verməyə macal tapmadan, o yenə gülümsəyib otaqdan çıxmışdı belə. Dəhliz boyunca irəliləyib, yuxarı mərtəbəyə çıxdı. Elə yarı açıq olan qapıdan Süsəni otağına girib, qapının ağzında yerə çökmüş Süsənin yanına çökdü. Süsən başını qaldırmadan Sənana qışqırmaq istəyirdi ki, o qolunu boynuna dolayıb ağzından tutdu. Qulağına yaxınlaşıb pıçıldadı:
-          Əgər səs salsan sənin məni çağırdığını deyərəm...
Süsən yenə də çabalamaq istəsə də, Səanın dediyində ciddi olduğunu anlayıb təslim oldu. Onun yüngülcə titrəyən çiyinlərindən ağladığı hiss olunarkən, Sənan yavaşca onu özünə tərəf çəkirdi... Süsənin başını çiynində, bir qolu hələ də onun boyunundaykən sakitləşməsini gözlədi. Artıq Süsənin ağlamadığını hiss etdikdə, sakit səslə:
-          O qızdan intiqam almaq istəyirsən?
Süsəndən uzun müddət səs çıxmasa da, sonunda başını yüngülcə tərpətdi. Sənan gülümsəyib:
-          Onda bunu edək....

  Səhər Süsəndən başqa hər kəs nişan üçün bazarlığa getmişdi. Elçinin yarım saat yalvarmasından sonra otağından çıxıb, aşağı enən Süsən gördüyü mənzərə qarşısında dəhşətə düşdü. Yenə qızlar gəlmişdi, hər yerdə saç-makiaj əlatləri var idi, hələ divanın üstündəki paltarlar. Süsən nə baş verdiyini anlayıb, cəld arxasını dönüb qaçmaq isəyirdi ki, sənanla qarşılaşdı:
-          Hara gedirsən?
-          Fikrimi dəyişdim, istəmirəm!
Sənan Süsəni qəzəblə süzüb, birdən əyilib onu yerdən qaldırdı. Çabalamasına fikri vermədən, otağın ortasına getirib az qala yerə atdı. Cəld çölə çıxıb, qapını bağılayaraq:
-          Fikrini dəyişdirə bilməzsən! Bir dəfə də normal qız kimi davran!
-          Istəmirəm! Burdan çıxan kimi səni öldürəcəm iyrənc məxluq!
Səna qapıya söykənib, qollarını sinəsin də çarpazlayaraq Süsənin təhdidlərinə fikir vermədən vermədən gözləməyə başladı. Içəridə isə qışqırıqlar get-gedə Süsənin qızlra yalvarması ilə əvəzlənirdi... hətda bir müddət sonra səslər tamamı ilə kəsildi...
  Olduğumuz kimim olmaq heç də həmişə yaxşı deyil. Bəzən istədiyimiz kimi də ola biləcəyimizi göstərmək gərək...



Hiç yorum yok :

Yorum Gönder