musiqi

1 Eylül 2013 Pazar

Ən gözəl"sən"! 25

  
Ən gözəl”sən”!

Bölüm: 25

Takkk! Oğlanlar Süsənin demək olarkı masaya atdığı boşqabların səsinə diksinib, bir-birlərinə baxdılar. Süsənə nə olduğunu soruşmaq istəsələrdə, heç kim buna cəsarət etmirdi. Lakin mətbəxdə az qala hər çeyi qırıb-tökərək hərəkət etməsi hamsını qorxudurdu. Sonda Süsən əlində bir buludla gəlib, oğlanların qabağına zərblə qoydu. Həmişə ləzzətli yeməklər görməyə öyrəşmiş oğlanlar həvəsələ boylanıb, soyutma kartof görüncə donub qaldılar. Sonunda Elçin udqunub, ən şirin ifadəsi ilə:
-          Süsən bacı bu gün bunu yeyəcəyik?
Süsən Elçinin səsini eşidib başını qaldırdı. əlində çörək doğradığı bıçağı yuxarı qaldırıb, üzündə qorxunc bir ifadə ilə dedi:
-          Nədi? Etirazın var? Siz iyrənc məxluqlara bu da azdı!
-          Hə, yaxşı. əlinə sağlıq Süsən bacı.
Samir qorxudan yerində büzüşən Elçini təsəlli edərkən, Süsənin mətbəxə keçməsini fürsət bilən Elnur Sənan baxdı. normalda yemək üçün evi dağıdan Sənan, indi tək kəlimə etmədən tam bişməmiş kartofları yeyirdi. Elnur gözlərini qıyıb, Sənan şübhəli baxaraq:
-          Yoxsa bundan sənin günahın var? Neynədinki qız fabrik parametrlərinə qayıtdı?
Sənan ağzındakı tikəni güclə udub, özünü heç nədən xəbəri yoxmuş kimi apararaq:
-          Mən nə bilim ee. Kim bilir o ifritə yenə nəyə hirsləndi.
Lakin oğlanların hələ də Sənan şübhə ilə baxması ona inanmadıqlarını isbatlayırdı. əslində Süsənin əvvəlkindən də betər olmasının səbəbi elə Sənan idi, daha doğrusu dünənki hadisə...
   “ Özünü saxlaya bilməyib yıxılan Sənan ola biləcək ən uyğunsuz, yanlış anlaşılan vəziyyətdə Süsənin üstündə idi və ikisi də şokdan geniş açılmış gözləri ilə aralarındakı məsəfənin nə qədər yaxın olduğunu görə bilirdilər. Xüsusi ilə də dodaqları arasında... Lakin sonda Sənanın əlini irəli atıb özünü saxlamağa çalışmasıyla hər şey yaxşı görünürdü... Əgər bu an Sənanın əli Süsənin sinəsi üstündə olmasaydı. Ikisi də dəhşətə düşmüş kimi bir-birlərinə baxırdılar. Heç nəyi görməyən oğlanlar isə cəld Sənana qalxmağa kömək etdilər. Heç Sənan özünə gəlib, Süsəndən üzr istəməmiş o artıq ortalıqda yox idi...”

İndi Sənanın quzu kimi sakit olmasının tək səbəbi günahkar olması idi. Oğlanlar onu nə qədər sıxışdırsa da susmağa davam edirdi. O ikisi nə vaxt evin içində rastlaşsa Süsən buxarlanırmış kimi yox olurdu, heç Sənan da onunla rastlaşmağı heç istəmirdi. Çünki hər onu gördüyündə özü də səbəbini bilmədən qızarırdı. Amma üzr istəməli olduğuna əmin idi. Bunu necə edəcəyini bilsəydi, o qədər çox çəkinməzdi bəlkə də. Lakin Sənan indiyə kimi kimdənsə, xüsusui ilə qızdan belə üzr  istəməli olmamışdı. Süsən isə bir qız idi. Buna görə bir professionaldan kömək istəmək istədi. Hər kəs otağına keçdikdən sonra Saçirin otağının qapısını döyüb, cavab gözləmədən içəri keçdi. Elə divardakı modellərin açıq-saçıq posterlerinə ağzı açıq baxırdı ki, harasa hazırlaşdığı bəlli olan Samir onu ayıltdı:
-          İstəsən canlı görmənə kömək edərəm.
Sənan ayılıb Samirin özündənrazı üzünə baxıb, vecsiz şəkildə:
-          Lazım deyil. Mən səndən bir şey soruşmağa gəlmişəm. Bir qızdan üzr istəməliyəm və...
Samir aynanın qarşısında saçlarını düzəldib, geriyə çevrilib onun sözünü kəsdi:
-          Və buna görə qızlardan yaxşı başı çıxanbirindən kömək istəyirsən hə?
Sənan çiynini çəkib:
-          əslində birinci Elnurdan soruşdum, o da “ e-poçtuna bir məktub göndər” dedi. O buru şirin baba isə ağlayaraq qarşısında diz çökməyimi dedi. Yəni səndan başqa soruşacağım adam qalmadı. Yoxa lənət.- deyib Samirin əsəbləşdiyini görüb gülümsədi.
Samir əsəbi şəkildə pencəyini geyib, Sənana yaxınlaşıb:
-          Əslində kömək eləməməliydim, amma bu gün kefim yaxşıdı. Nəysə, bir buket qırmızıgül alırsan, ona verib peşman görünməyə çalışaraq “ bağışla, özümdə bilmirəm necə oldu. Amma həyatımın ən gözəl gecəsiydi. Bunu əsla unutmayacam”. – deyib, Sənanın ona heç nə anlamamış kimi baxdığını görüb kinayə ilə gülümsəyərək davam etdi:
-          Düzdü, bu sənin üçün biraz ağır oldu. Onda yenə qızılgüllər, yenə peşman ifadə, amma bu dəfə “bağışla, rəfiqən məni yoldan çıxardı. Mən onunla vaxt keçirdirəm, əsl sevdiyim sənsən”
Sənan Samirə şübhə ilə baxaraq öz-özünə düşünürdü “ necə öyrəşibsə, əzbərə deyir sözləri. əslində bəzi sözləri çıxmaqla pis deyil”. Amam birdən Süsənin qarşısında qızılgüllərlə dayandığını xəyal edib, dəhşətə qapılıb başını silkələdi. əlini Samirin çiyninə qoyub, qorxunc bir xırıltıyla dedi:
-          Sonra halvamı yeyərsiz. Lazım deyil. Başqa şey düşün.
Samir bezgin şəkildə onun qolundan tutub çəkərək:
-          Düşündüm, sən otaqdan çıxırsan və mən görüşə hazırlaşıram. Öz problemini özün həll elə, mən qızlar məni boğmağa qrupla gələndə səni çağırmıram.- deyib çölə itələdiyi Sənanın üzünə qapını bağladı.
Sənan yenə qapının üzünə bağlanmasına hirslənib qışqırdı:
-          Nolub e, bu gün Sənanı qov günüdü?! Nəysə tapa bilsəm tapardımda.

Divara söykənib fikirləşməyə çalışdı, lakin ağlına bir şey gəlmirdi. Elə bezib, bir-başa Süsənin yanına gedib üzr istəməyə qərar verdi. Həmişə onu tapa biləcəyi yerə-mətbəxə tərəf getdi. Düşündüyü kimi Süsəni orda görüb, dərindən nəfəs alaraq danışmağa başladı:
-          Bax olanları unudaq getsin. Qəzaydı, bilmədən oldu. Niyə belə...
Sənanın sözü ağzında qaldı, çünki Süsən tək kəlimə etmədən yanından keçib getmişdi. amma Sənan donub qalmışdı, çünki ilk dəfə Süsənin hirslənməkdən çox utana biləcəyi ağlına gəlmişdi. Onun göründüyündən qat-qat utancaq biri olduğunu bilən tək o idi və bunu unutmuşdu. Özünə gəlib Süsənin arxasıyca gedib həqiqətən üzr istəmək istəyirdi ki, dayandı. Saçlarını qarışdırıb, ağlına gəlmiş fikirlə gülümsəyərək pıçıldadı:
-          Mən bu qızla nə edəcəm axı...


 Günlərdir ki, Sənanın evə gec gəlməsiylə ortalıq sakitləşmişdi. Süsən oğlanlara qarşı mehriban olmasa belə, Sənanın olduğu vatlardakı kimi od da püskürmürdü. Hətda oğlanlar Sənanın haralarda olduğu ilə maraqlansalar da, bu onlara sərf etdiyindən susurdular. Buna ən çox sevinən isə Süsən idi təbii. O hadisədən sonra Sənanı hər gördüyündə onu öldürməyi arzulayacaq qədər utanırdı çünki. Indi isə Sənan ortalıqda yox ikən rahat hərəkət edə bilirdi. Indi də mətbəxi yığışırmağı bitirdikdən sonra, əlini yuyub getmək istəyirdi. Arxasını döndüyü anda Sənanın qapıya söykənib ona baxdığını gördü. Bütün bədənini bürüyən istilik yenə yanaqlarına axıb, onu qızartmadan əvvəl getmək istəyirdi ki, Sənan biraz kənara çəkilib yolunu kəsdi. Ən ölümcül baxışıyla Sənan baxıb, bir neçə söz emək istəyirdi ki:
-          Bağışla. Bilmədən oldu.
Sənan bu sözləri gülümsəyərək deyincə, Süsən donub qaldı. Bütün hirsi bir anda soyumuş, yenə qızarmağa başlayırdı. Cəld üzünü çevirib getmək istəsə də, Sənan sözünü bitirməmişdi:
-          Qəza idi. Istəsən sən də mənimkinə toxuna bilərsən.
Sənan nə dediyinin fərqinə varmırdı. Süsən ona təəccüblə baxıb, Sənanın ciddi olduğunu anladı. Sadəcə ağzını açıb “ ha?!” deyə bildi. Amma Sənanın susmağa niyyəti yox idi:
-          Yəni oğlan, qız nə fərq edərki hə? bilmədən oldu yəni, səndə istəsən əvəzini çıxa bilərsən. Burda olsun istəyirsən? lap köynəyi də çıxara bilərəm.
Bu artıq son damla idi. Süsən durmadan artan qəzəblə biraz geri çəkildi.(müəllif: Cəmilə Məmmədli) Hələ də üzündə səfəh kimi bir ifadə olan Sənan öldürəcəkmiş kimi baxıb, üzünü nişan aldı. Lakin Sənan onun yumruğunu tək əli ilə blok etdi. Süsən ilk dəfə Sənanın onu dayandıra bilməsinə, daha doğrusu dayandırmasına şok olmuşdu. Sənan isə Süsənin yumruğunu dayandıran əlini açıb, gülümsədi. əlindən qəribə bir klonu olan boyunbağı sallanırdı. Süsən isə getdikcə sevinc qarışıq təəccüblə parıldayan gözlərini boyunbağına kilidləmişdi. Sənan onun donub qalmasından istifadə edib əlini tutdu. Ovcunu açıb, boyunbağını içinə qoyaraq “bağışla” deyə pıçıldadı.
Süsən əlindəki boyunbağıdan gözlərini ayırmayıb, birdən özünə gəlmiş kimi sevinclə qışqırdı:
-          Sailor eternal moon!*
Sənan onun dediyindən heç bir şey anlamasa da, Süsənin belə sevinməsinə şad idi. Qollarını sinəsində çarpazlayıb, Süsənin hədiyyə almış balaca uşaq kimi boyunbağıya baxmasını izləyirdi. Bu an Süsən o qədər sevimli görünürdü ki, özünü saxlaya bilməyib pıçıldadı:
-          Adi bir şeyə belə necə sevinə bilirsən başa düşmürəm. O hadisəni belə yadından çıxart...
Sənan son anda əli ilə öz ağzını tutsa belə gec idi. Süsən hədiyyənin sehrindən ayılıb, Sənan öldürəcəkmiş kimi baxırdı artıq. Tək bir təpik zərbəsiylə yerə yıxdığı Sənanın yanından heç nə olmamış kimi keçib getdi. Sənan ayağını qucaqlayıb, ağrıdan ölsə belə astaca gülərək pıçıldadı:
-          Ən azından əvvəlki anormal olan “normal” halına döndün...


Qonaq otağında olanlardan xəbərsiz oturan oğlanlar isə Sənan haqqında danışırdılar. Elçin:
-          Deməli Sənan işləyib? Möcüzədi bu. Onun işləməkdən zəhləsi gedir axı?
Elnur çiynini çəkib, təəccüblü bir ifadə ilə:
-          Bilirəm. Gəlib məndən ona iş tapmağımı istəyəndə mən də şoka düşmüşdüm. Onsuzda bu gün gündəlik maaşını alan kimi çıxıb.
Samir yadına bir şey düşmüş kimi cəld:
-          A, məndən də zərgər soruşmuşdu. Nə isə düzəltdirmək istəyirdi. Yəqin ona görə pul lazım olub.
-          Bəlkə kiməsə hədiyyə almaq istəyib? Məsələn sevgilisinə?
Elnur və Samir Bunu deyən Elçinə diqqətlə baxıb, bir-birlərinə baxdılar. Heç düşünmədən hamsı eyni anda:
-          Ola bilməz.
-          Mümkün deyil.
-          Başqa açıqlaması var.- desə də, Elçinin ağlına başqa açıqlama gəlirdi. Özünün belə inanmadığı bir şey...

*= sailor eternal moon biliyimiz sailor moon(ay savaşçısı) sonuncu sezonundakı döyüşçü halı.





Hiç yorum yok :

Yorum Gönder