musiqi

31 Ağustos 2013 Cumartesi

Ən gözəl"sən"! 24

  
Ən gözəl”sən”!

Bölüm: 24

Sözlərini sevirəm: http://www.youtube.com/watch?v=4vn48Ti80BQ&list=PLW-SmidxYWsmNGFCkwG1dgM2bTT8StO9B love! Hate! Shut up and kiss me J

Sənan üzündən bəlli olan sevinclə Leyla xanımla danışırdı:
-          Bəli Leyla xanım, tam bir şəhzadə idi deyirəm.
-          .....
-          Hə, hə normal qız kimi. Makiaj, saç, paltar.
-          .....
-          Nə plasiya? Bilmirəm. Yəqin ondanda da olub. Baxaram.
Bayaqdan kənardan eşidilməyən danışıq, Leyla xanım bütün gücü ilə qışqırmasıyla digər otaqlarda belə əks-səda verdi:
-          Sən hansı cürətlə mənim qızıma yaxınlaşıb, birdə baxasan?! Sənin xədim edib, İranda hərəmağası deyə sataram!əgər qızıma 100metrdən yaxınlaşsan, dərini üzəcəm zibil!
Sənan qorxudan böyümüş gözlərlə telefonun dəstəyini qulağıdan uzaqda tutub:
-          Baş üstə! Heç baxmayacam! Həm onsuzda qızınız insanı 200metr uzağa itələyən təpiyə sahib! Bi də bizimkilər hər şeyə paz olmağı sevdiklərindən yaxınlaşmam mümkün deyil- deyə son cümləni biraz əsəbi şəkildə deyən Sənan Leyli xanım ora gəlib yoxlayacağını deməsiylə kefi yerinə gəlib gülümsədi.
Elə dəstəyi yerinə qoyub, dönüb getmək istəyirdi ki, qarşısında əvvəlki kimi köhnə paltarlarla, saçı gizlənmiş, sıfır makiajlı Süsəni görüb donub qaldı. Az öncə nələr söz verdiyninn fərqinə varıb, ona qəzəblə baxaraq pıçıldadı:
-          Məni öldürtmək istəyirsən hə?
Otağa bir-bir girən oğlanlar Süsəni görüb adı halmış kimi qəbul etdilər. Ta ki, Sənan nə etdiyini danışana kimi. Elnur Sənan diqqətlə baxıb:
-          İQ-un bu qədərmi aşağıdı?- deyib, oğlanların anlamamış kimi baxdığını görüncə:
-          Yəni axmaqsan? Bunu edən də nə düşünürdün ki?
Sənan günahkar uşaqlar kimi başını əyib:
-          Pulum qurtarır, bu ay ki, kirayəni verməmək super olardı...
Elçin:
-          Süsən bacı adına qərar verə bilməzsən. O özünü belə rahat hiss edir.
Sənan artıq əsəbiləşməyə başlayıb, dodaqaltı “ Süsən və yeddi cırtdanı!” deyə pıçıldayıb Samirə döndü. Ümidsiz bir şəkildə:
-          Sən nə deyəsən?
Samir bir Süsənə, bir Samirə baxıb:
-          Əslində Süsənin gözəl olma potansiyeli var, amam niyə olmur anlamıram.
Sənan parıldayan gözlərlə ”qardaşım!” deyib, Samirin üstünə atılmağa hazırlaşırdı ki, Samir danışmağa davam etdi:
-          Alma olmaq istəmirsə olmur. Sən niyə belə dirəşmisən?
Sənan Samirinin də “xəyanəti” ilə bitmiş halda divana çökdü. Başını qaldırıb, hər kəsin cavab gözləyərək ona baxdığını görüb dərindən köks ötürdü. Göz ucu Süsənə baxıb, yüngülcə gülümsəyərək dedi:
-          Əslində mənim üçün problem deyil. Yəni tək  istədiyim kirayədən qurtulmaq, çünki anam yenə mənə heç bir şey göndərməyəcəyini dedi. Ora da qayıda bilmərənm. Yoxsa ona qalsa... yəni yeməkləri super, hətda superdən də yaxşıdı. Evi hər zaman təmiz saxlayır. Inanılmaz dərəcə də güclüdü. Ona inanmaq olar bu barədə. Onsuzda heç vaxt yalan deməz, bəzən əsəb pozan dərəcə də dürüstdü. Süni deyil, həmişə olduğu kimidi. Özünü kiməsə bəyəndirməyə çalışmır. Yəni oğlan düşmənliyin, hind füqarası kimi geyinmə zövqünü və anormal əsəbiliyini nəzərə almasaq ondan çox yaxşı...
Oğlanlar Sənan danışarkən şoka düşmüş kimi ona baxarkən, bir neçə saniyəlik susmasıyla da bir-birlərinə baxırdılar. Hamısının ağlından eyni şey keçdiyi bəlli idi : bir eşq etirafl gəlirdi!
Elçin udqunub, hələ də susmağa davam edən Sənan baxaraq:
-          Hə, ondan yaxşı nə? Utanma, de. Nolar de.
Sənan əydiyi başını qaldırıb oğlanların ümid dolu gözlərinə baxdı. eyni səs tonu ilə:
-          Ondan çox yaxşı qardaş olardı- deyib, bütün xəyalları çilik-çilik olan oğlanlara fikir vermədən ayağa qalxıb  Süsənin yanına gəldi ona tərəf əyilib, üzünə yaxınlaşaraq ən saf gülümsəməsi ilə dedi:
-          Keşkə oğlan olsaydın.
Süsən bayaqdan həyəcanla dinlədiyi Sənanın son sözləri, hələ birdə gəlib üzünə qarşı deməsiylə artıq vulkan kimi püskürən qəzəblə Sənan baxıb ayağa qalxdı. Əllərini yumruq edib, şaqqıldadaraq:
-          Beyinsiz, xəstə, iyrənc, axmaq bir oğlan olmağımı istəmək bir təhqirdir!- deyə qışqırıb Sənan yumruq ilişdirdi.
Sənan şoka girmiş şəkildə əliylə üzünü tutub:
-          Bu bir komplement idi ifritə! Uşaqlar buna bir şey deyin?- deyib, onlara döndük də Elnurun pzünü kitabla məşğul imiş kimi göstərdiyini, Samirin ona “layiqsən” deyərmiş kimi baxdığını, Elçin isə hamsını keçərək qəzəbli bir üz ifadəsiylə:
-          Bir-iki dənə də mənim əvəzimə vur.- deməsini görüb. Özünü müdafiyyə etməyə imkan tapmamış Süsən tərəfindən yenə bir zərbə ilə yerə sərildi.
Bir yandan əli ilə Süsənin zərbələrini dayandırmağa çalışıb, digər yandan da özünü “ valla komplement idi, niyə əsəbləşdinki anlamıram” –deyə hələ də nə etdiyini anlamadığını bəlli edən  cümlələrlə özünü təmizə çıxarmağa çalışırdı. Lakin elə Süsən Sənan məşhur yuxarı qalxan təpiyini atıb, onunun içini bitirəcəkdi ki:
-          Hə, qızım çox dəyişib...
Leyla xanımın səsini eşidən Süsən donub qalarkən, Sənan cəld ona tərəf gedib:
-          Hər şeyi açıqlaya bilərəm. Dünən onu görməliydiz...
-          Lazım deyil. Buna görə o qədər yolu gəldiyimə inana bilmirəm. Of, hansı normal qız bir oğlana elə təpik atar ki? Mənə bir qram da oxşamadı.
Sənan Leyli xanımın Səhər ona telefonda nəcə qışqırdığını xatırlayıb, eyni Süsənin də onun kimi tez əsəbləşən olduğunuanlayıb gülümsədi. (müəllif: Cəmilə Məmmədli) Elə bunu demək istəyirdi ki, elyla xanımın görünüşünə diqqət etdi. Həqiqətən biraz ağır və çox bəzəkli tərzi olsa belə Leyla xanım baxımlı idi və o özünü yeri gələndə çox incə apara bilirdi. Sənanın küncə sıxışdığını anlayan oğlanlar ona kömək etməyə çalışdılar. Samir cəld ayağa qalxıb, Leyla xanımın əlini öpərək:
-          Qastrolunuz necə keçdi?
Elçin isə onun qolundan tutub Süsənin yeməklərini tərifləyə-tərifləyə mətbəxə aparırdı. Elnurun da getməsiylə otaqda Süsənlə tək qalan Sənan vicdan əzabı çəkirdi. Asta addımlarla hələ də yerində donub qalan Süsənin qarşısına keçib, başını aşağı əyərək:
-          Bağışla. Mənə görə belə alındı.- deyib, gözlərini qaldırıb Süsənə günahkarlar kimi baxdı.
-          Sənin günahın deyil. Anam mənim normal qız olamamı çox istəyir. Onun istədiyi kimi olsaydım məni daha çox sevərdi.
Sənan Süsənin az qala ağlayacaq kimi olduğunu görüb, nə edəcəyini bilməz şəkildə saçlarını qarışdırdı. Amma nə isə etməyə məcbur olduğunu düşünüb, Süsənə daha da yaxınlaşdı. Burnuna bir çırtma vurub, Süsənin başını qaldırıb qəzəb qarışıq təəccüblə ona baxçasıyla gülümsədi. Biraz kinayəli səslə:
-          Nə olsunki? Burda mızıldanmaqdansa şükür elə. Anan məni xədim eləyib, hərəmağası kimi satmaqla təhdid edir sənə bir şey etsəm! Mənim anam o adam məni döyəndə tək bir kəlimə belə etmirdi. Sən ancaq o ciyiltili qızlar kimi mıymıntı ol belə.
Sənan bunları deyərkən gülümsəsə və Süsənə sataşmaq üçün dediyi bəlli olsa belə gizlənmiş kədəri hiss etmək olurdu. Süsən o kədəri hiss edib, Sənanın gözlərinə baxdı. o hələ də gülümsəyirdi. Lakin bu Süsəni onun yaxşı olduğuna inandıra bilmirdi.tək gördüyü yadı tərəfindən döyülərkən, doğması tərəfindən xilas ediməyən bir uşaq idi bu an. Özü də hiss etmədən qollarını qaldırıb, Sənanın boynuna dolamağa hazırlaşırdı. Sənan geniş açılmış gözlərlə Süsənin qollarını qaldırıb ona yaxınlaşmasını izlərkən:
-          Süsən qızım, gəl yemək ye.
Süsən cəld qollarını endirib, “gəldim” deyə qışqırıb, Sənanın yanından heç nə olmamış kimi keçdi. Sənan isə hələ də donub qalmışdı. Az öncə olacaqlara bir məna verə bilmirdi. Güclə udqunub, pıçıldadı:
-          O...məni...yəni məni...qucaqlamaq?...nə?

Axşam yeməyində oğlanlar gözlədiklərinin əksinə Süsənin Sənan yaxşı davrandığını görüb, bir-birlərinə təəccüblə baxdılar. Süsənin mətbəxə keçməsini fürsət bilərək boşqabı artıq sıyıran Sənanı dümsükləyib:
-          Necə? Süsən bacıyla necə barışdın? Neynədin?
Sənan ağzı dolu olduğundan sadəcə çiynini çəkməklə kifayətləndi. Samir isə Sənan şübhə ilə baxıb:
-          Onun bu öküzlüyündən sonra səni bağışlaması möcüzə. Həqiqətən də normal qız deyil.- Deməsiylə yenə sadəcə öldürəcəkmiş kimi baxmaqla kifayətləndi
Sənan.
Elnurun:
-          Məntiqlisi səni öldürənəcən döyməsi olardı.- deyib, Elçinlə Samirin də bunu təsdiqləməsi ilə artıq səbri daşan Sənan ayağa qalxdı.
əllərini bir-birinə çırpıb, dodaqaltı:
-          Adam da iştah da qoymursuz.
Elnur Sənanın qabağındakı boşqablara baxıb, kinayə ilə dedi:
-          3-cü boşqabdan sonra iştah qalmaması məntiqlidi.
Sənan oğlanların öz aralarında gülməsinə daha əsəbləşib yumruğunu masaya vurdu. Onları bir-bir süzüb sərt şəkildə:
-          Sizin nə düşündüyünüz vecimə deyil! Bu gənc yaşımda o ifritə tərəfindən öldürülmək niyyətim yoxdu. Niyə mənə artıq yaxşı davrandığını bilmirəm, amma bunu məhv eliyəcək heç nə etməməyə and içdim! Oduki siz də bunu məhv etməyin, yoxsa ölümünüz əlimdən olacaq!
Oğlanla Sənanın sərt sözlərindən sonra belə bir-birlərinə gülərək baxıb eyni anda:
-          Bizə ehtiyac yoxdu, onsuzda özün yenə bir şey eləyəsən.
Sənan özündənrazı şəkildə gülümsəyib, “görəsiz o ifritənin mənə hirslənməsi üçün əlinə səbəb verməyəcəm, partdıya-partdıya qalacaq” deyib, arxa-arxaya gedirdi.  Elə bu an Elçinin “diqqət et!” qışqırmasıyla həyacanlanıb cəld rxasına dönürdüki qapıdan içəri girən Süsənin üstünə getdiyinin fərqinə vardı. Lakin artıq özünü saxlaması üçün gec idi. Süsən artıq yerdə idi, Üstündə də Sənan. Arxadan oğlanlar dəhşətə gəlib, qışqırdılar. Lakin bu an ikisi də olanlara reaksiya verəcək halda deyildilər. Sənan ola biləcək ən uyğunsuz, yanlış anlaşılan vəziyyətdə Süsənin üstündə idi və ikisi də şpkdan geniş açılmış gözləri ilə aralarındakı məsəfənin nə qədər yaxın olduğunu görə bilirdilər. Xüsusi ilə də dodaqları arasında...
  Bir qəzaya qurban gedən iki ilk öpüş, yoxsa Sənanın yenə qara günlərinin başladığını xəbər verən adı qəza? ən əsası, onlar hansını istəyirdilər?



Hiç yorum yok :

Yorum Gönder