musiqi

31 Ağustos 2013 Cumartesi

ƏN gözəl"sən"! 23

  
Ən gözəl”sən”!
Bölüm: 23
Mahnı: http://www.youtube.com/watch?v=Pd2yNkI8zT0&list=PLW-SmidxYWsmNGFCkwG1dgM2bTT8StO9B&index=36 (she is killing me- bu qız məni öldürür(yeap, ingilis dilində daha yaxşı səslənir))

 Sənan parka çatıb dayanaraq dərindən nəfəs aldı. Öz ətrafında fırlanıb gözləri ilə Süsəni axtararkən öz-özünə deyinməyə davam edirdi:
-          Bu parkın harasında tapacam onları? Yəqin maşınların yanındadılar, yox orası bizə qadağan... of! Hamsı o axmaq cırtdana görə oldu! “Süsən bacı, Süsən bacı” deyə çəpiş kimi atılıb düşməsəydi... nəysə, sadəcə gördüyü hər oğlana qatil kimi baxan anormal qızla, ruh kimi ortalıqlarda dolanan qocanı tapmaq lazımdı. Hardadı axı bu if-ri-tə...
Sənan ondan 10 metr uzaqda olan qıza kilidlənib qalmışdı. Məntiqi onun yanıldığını desə də, ona tərəf getməyə davam edirdi. Yanına yaxınlaşdıqdan sonra yanılmadığına əmin olmaq  daha diqqətli baxmağa başladı. Yasəmən rəngi dizdən biraz yuxarı olan don, gümüş rəngli hündürdaban ayaqqabılar və Bakı küləyindən dalğalanan qara, düz saçlar... Bütün bunların içərisindəki qızın isə kiçik bir şəhzadəyə bənzədiyini isə deməyə ehtiyac yox idi. Onun Süsən olduğunu anlamanın tək yolu isə kiməsə dikilmiş “öldür! öldür!” baxışları idi. Süsən kiçik çantasını önündə tutub, başını azca aşağı əysə də, üzünə tökülən saçlarının ardından kiməsə baxdığı hiss olunurdu. Sənan isə heç birinin fərqinə varmayıb geniş açılmış gözlərini Süsəndən ayıra bilmirdi. Düzdü, Süsən dünya gözəli olmasa belə, Sənan onun belə görünəcəyini əsla təsəvvür edə bilməzdi. El güclə udqunub bir şey demək istəyirdi ki:
-          Hə demək xanımın qoruyucusu da gəldi. Noldu, onu çağırdınki gəlsin məni döysün? Yox, gücü çatmaz onun mənə!
Sənan ayılmış kimi başını səs gələn tərəfə çevirib əlində bıçaq olan, amma qorxduğu hiss olunan Ayazı gördü. Alçaldıcı baxışlarla onu süzüb, kinayə ilə gülümsədi. Yenə Süsənə dönüb;
-          Nə di, yoxsa ondan qorxursan? Məzələnmə mənlə?
-          Mən burdayam! Sizin hərəkətlərinizin əvəzini çıxmasam mənə də Ayaz deməsinlər!
Sənan yenə Ayaza onu kiçik görən baxışlarla baxıb, çiynini çəkərək:
-          Biz onsuzda Ayaz demirdik, Azik deyirdik. – deyib sual dolu baxışlarla Süsənə baxdı.
Süsən başını yerdən qaldırmadan, əsəbdən dodaqlarını çeynəyərək pıçıldadı:
-          Bu paltarla hərəkət edə bilmirəm. Hələ bu ayaqqabılar...
Sənan bir də onu başdan-aşağı süzüb dərindən nəfəs alaraq:
-          Mən də... yəni mən də olsaydım hərəkət edə bilməzdim! Bu nə geyimdi belə? O gün geyindiyin paltarda gəşəng idi.
Süsən başını qaldırıb, parıldıyan gözlərlə sevincək dedi:
-          Hə? mən də onu dedim, amma o manyak qız bunu geyinməsəm məni ütməklə təhdit etdi.
Sənan Süsənin uşaq kimi dodağını büzüb, kədərli durmasını şoka girmiş vəziyyətdə izləyərək, cəld üzünü yana çevirərək əsəbi şəkildə əliylə saçını qarışdırdı. “buna nolub belə?! əsl mənə nolub ala?! Özünə gəl! Yənə ortalıqda cadugər kimi dolanıb, dağa-daşa təpik atan ifritədi yəni.”
-          Orda oynaşmanız bitmədi?! Sizə deyəsən indi dərs vermək lazımdı!
Sənan artıq əsəbləri ilə oynayan Ayazı döyməyə hazırlaşırdı, Süsənin yanında olduğunu xatırladı.(müəllif: Cəmilə Məmmədli) Bezgin şəkildə ofuldaayıb, onu uzaqlaşdırmaq istəyirdi ki, bunu necə edəcəyini bilmədiyini anladı. Yəni normalda olsa onu itələyərdi, ya da əlinə alıb top kimi uzağa atardı. Amma indi... Sənan saçlarını qarışdırıb, qarşısındakı Süsənə baxaraq düşünməyə başladı: “ hmm, pencəyimi verim desəm əynimdə təkcə köynək var və onu çıxarsam başımı topuğuyla deşər. O zaman qucağıma alım? Ohaa, öz əlimlə ölüm fərmanımı yazımda onda. Çiynindən tutsam? Saçlarıda çiyninə tökülüb. Çox parıldayırlar...yəqin çoxda yumşaqdı-nə deyirəm ala mən?! Belindən? Yox, mənə bu gün nə isə olub... bildiyin gəbərmək istəyirəm..”
Süsən Sənanın ona baxıb üzünün qəribə ifadələr aldığını görüb şübhə ilə ona baxdı. biraz əsəbi şəkildə:
-          Bəlkə qolumdan tutub mənə getməyə kömək edəsən? Bu zibilinin dabanı qopur deyəsən.
Sənan alnına sərt şəkildə vurub:
-          Qolundan! əlbətdə, bu niyə mənim ağlıma gəlmədi ki?!- deyib, Süsənin qolundan tutmaq istəyirdi ki, biri ondan əvvəl bunu etdi.
Bayaqdan ikisinində görməzdən gəldiyi Ayaz Süsənin qolundan tutub özünə çəkərək, bıçağı ona dirədi. Gözlərini Sənan dikib, bu dəfə həqiqətəndə içindən gələn qəzəblə bağırdı:
-          Siz mənim həyatımı məhv elədiz, amma burda gözümün qabağında məzələnirsiz?! Bu həftə içərisində nələr çəkmişəm xəbəriniz var?! Elədiyinizin səsi hər tərəfə yayılıb, insan arasına çıxa bilmirəm! Hamsı da sizin günahınızdı! ən çoxda bu ifritənin! Əgər özünü bu qədər “çətin” biri kimi aparmasaydı, mən də elə oyun oynamazdım!  Güya oğlanlardan zəhləsi gedir, amma 4-u ilə bir evdə yaşaya bilir! Hələ bu günkü geyiminə bax, yəqin öz “iyrənc məxluq!u ilə görüşə...
-          Kəs səsini!- Sənan Ayazın qarşısında dikilib, ona doğru bir addım atdı.
Qaşlarını çatıb, sərt tonda:
-          Sən güya nəsənki? Onu tanımadan, niyə belə olduğunu bilmədən sırf puluna görə yaxınlaşmadın ona? Tək istədiyin pulu deyildi? Buna görə yalan demədin ona? Indi özünü yazıq kimi aparma. – deyib, biraz daha yaxınlaşdı ona.
-          Həm başına o oyunu mən açdım! Hər şeyi təkcə özüm planladım və elədim. Yoxsa bu axmağa qalsa nişanlanmışdı, hətda evlənmişdi belə. Odu ki, nə problemin varsa mənimlə həll elə və pəncələrini çək ondan!- deyə qışqırıb Süsənin qolundan tutub sərt şəkildə çəkdi. Ayazın qollarından çıxan Süsəni özünü biraz gerisində saxlayıb Ayazın qarşısında dik dayandı.
Süsən nə baş verdiyini anlamadan ətrafına baxırdı ki, Sənanın hələ də onun biləyindən tutduğunu fərqinə vardı. Başını yüngülcə qaldırıb ona baxdı. biraz geridə olduğundan üzünün bir hissəsini görə bilirdi ancaq. Amma bu belə Sənanın nə qədər ciddi durduğunun və gərgin olduğunu anlamağa kifayət edirdi. Süsən ilk dəfə qorunmuş olmanın verdiyi hisslə gülümsədi. Başını aşağı salıb, sakitcə nə olacağını gözlədi. Ürəyi dəli kimi döyünürdü və bunun qorxudan olmadığına əmin idi. Ayaz və Sənan heç nə demədən qarşı-qarşıya dayanmışdılarki bir səs eşidildi:
-          Süsən bacı? Taptıq səni...
Süsən səsi eşidib, arxasını döndü ki oğlanların təngnəfəs qaçaraq onlara tərəf gəldiyini gördü. Onlarda Sənanla Ayazın qarşı-qarşıya olduğunu görüb dayandılar. Sənan isə Ayazı sərt baxışları ilə məğlub edib, heçnə demədən geriyə döndü. Biləyindən tutduğu Süsəni də arxasıyca çəkib oğlanlara tərəf gedirdi ki, arxadan yenə səs eşidildi:
-          Bu burda bitmədi! Sizi süründürməsəm mənə də Ayaz deməsinlər! Siz hələ oynaşmağa davam eliyin.
Sənan Süsənin qolunu buraxıb, Ayazın üstünə getmək istəyirdi ki, Süsən ondan cəld tərpənib:
-          Bu qədər bəsdi! Gəbər  iyrənc məxluq!- deyə qışqırıb oğlanların təəccüblü baxışlarına fikir vermədən Ayaza tərəf dönüb güclü bir təpik ilişdirdi. Ayaz həssas yerini tutub, üzü üstə yerə yıxılarkən, Süsən əllərini çırpıb Sənanı gözləmədən oğlanların yanına getdi.
Sənan ağızları açıq qalan oğlanlara “mən demişdim” deyərmiş kimi baxıb, süni təəssüflə başını yelləyərək pıçıldadı:
-          Bu qız əsla normal olmayacaq.
Oğlanlar birtəhər şokdan çıxdıqlarında Samir bilmiş bir gülümsəmə ilə:
-          Yaxşı, qorxacaq heç nə yoxdusa sizin görüşünüzə manə olmayaq.
Sənan:
-          Neçə defə deyəcəm ki, bu görüş deyil!
Oğlanlar elə bunu gözləyirmiş kimi bir-birlərinə baxaraq gülümsəyib:
-          Onda bizim də sizlə gəzməmiz problem olmaz hə?-  deyib, Sənanın cavabını gözləmədən Süsənin tərafını sardılar. Onu iləri aparıb:
-          Süsən bacı o tərəfdə super atraksiyonlar var!
-          Hardan baxarsan bax, bu axşamda gözəl bir qızla gəzirəm.
Sənan onların ardınca baxa-baxa qalıb, biraz kədərli şəkildə:
-          Amma...yəni... güya evdə bütün günü görmürsüz?! Of...yenə tək qaldım...
-          Tək niyə qalırsan ki bidənəm?
Sənan başını çevirib, qoluna yapışan nənəyə qorxuyla baxdı. güclə udqunub:
-          Bütün bu olanlarda ortalıqda görünməyib, hücüm eləmək üçün ən mudafiyəsiz anımı gözləyirsən hə?- deyib, nənənin gülümsəməsi ilə öz-özünə pıçıldadı:
-          Nə gözəl. O ifritədənsə, bu mumya ilə görüşə getmək daha yaxşıdı!
Dili belə desə də, üzündən qəlbinin başqa şey dediyi hiss olunurdu.  Bir qızın ən gözəl olduğu an sənin onu sevdiyin andır... Ən azından sənin üçün..



Hiç yorum yok :

Yorum Gönder