musiqi

31 Ağustos 2013 Cumartesi

Sosial şəbəkə mədəniyyəti


  

Əslində yazıya başlarkən  yüzlərlə fikrim vardı. “Azərbaycanda qızlar”, “Azərbaycanda oğlanlar” və s. Lakin təxminən 6 saat əvvəl yaşadığım bir şey mənim uzun müddət yaşadığım, lakin artıq deyəsən öyrəşdiyimdən görməzdən gəldiyim bir şeyi yadıma saldı “ Sosial şəbəkə mədəniyyəti”. Sosial şəbəkələrdə oğlanların qızlara bir fahişə, “Harry Potter”dəki o kölə elf kimi davrandığını söyləmədən öncə etiraf etməliyəm ki, mən də uzun müddət sosial şəbəklərdən istifadə edən bir qız olaraq ordakı bütün oğlanları qoyundan belə üstün görmürəm. Demək ki, nəymiş? Sosial şəbəkə mədəniyyətinin cinsiyyəti yox imiş. Təbii ki, əsas problem həyatımızın hər anında olduğu kimi, sosial şəbəkələrdə də qarşı cinsi düşmən, təbii ov-ovçu kimi görməyimiz. Bunun qarşısını necə ala bilərik? Ilk öncə qarşımızdakını yeriyən, danışan, ya da fantaziyalarınız əl verirsə uçan cinsiyyət orqanı olaraq görməyi kəsməmiz gərək. Etiraf edək ki, qadınlı-kişili çox cinsilik düşgünü xalqıq. Yəni normalda insanlar feremonların bizi cezb etməsiylə sadəcə xoşlandığı bir insanı qarşıcins-partner olaraq görməli, lakin biz qarşımıza çıxan hər qarşı cinsə “oha oğlan”-“oha qız” ifadəsi ilə baxırıq. əsl ironiya isə bu qədər çox qarşıcinsə marağı olan gənclərimizə testestoron ilə ostragenin( kişilik və qadınlıq hormonu) nə olduğunu soruşsaq bizə qurd görmüş quzu misalı məlul-məlul baxacaqlar. Bu qədər dərin bir patolojik problemin    həll edilməsinə uzun illər lazım olduğundan, biz hələlik  sadəcə sosial şəbəkələrə yönələk. Ilk dərs: əgər bir insanın profilindəki cinsiyyəti əks cinsdirsə, bu o demək deyildir ki o mütləq əks cinsidir. Ov-ovçu olmağa ehtiyac yoxdu. Yəni qız profili ilə girən oğlanlar, transseksuallar, homoseksuallar və özüm oğlan profili açmağı çox istədiyimdən biliyim qədəri ilə oğlan profili ilə girən bir qız belə ola bilər. Ikinci dərs: salamlamağa cavab verilməli. Bəli, bu əslində bütün xalqların mədəniyyətində dərin kök salmış bir şeydir. Yəni sizi bilmirəm, amma küçədə tanımadığım adam belə mənə salam versə refleks olaraq cavab verirəm. İndi Azərbaycan standartlarını nəzərə alsaq çooooox böyük ehtimalla “Salam”ı bir oğlan vermişdir. Qız olaraq istəməyə, sevgiliniz ola, ya da sadəcə ərinkə bilərsinzi, lakin “Salam”a cavab yazmaq mütləq bir etik mədəniyyətdir. Salama cavab verdikdən sonra, söhbəti davam etdirmək istəmədiyinizi söyləyib uyğun bir dillə sağollaşmaq olar. Və oğlanlar. Bir qızın “Salam”ınıza cavab verməsi, sizinlə tanışıb, görüşüb və hətda sonsuz fantaziyanızın sizi inandırdığı qədəri ilə sevişəcəyinə dəlalət etmir. Sadəcə bezi nümayəndələrinizin yersiz ifadə etdiyi kimi “Allahın salamın alır”. Üçüncü dərs: söhbət mövzusu olmaldıdır. Yəni günlərlə “salam, necəsən?” tərzdə təkrarlanan söhbətlər boşa vaxt itkisi olmaqla bərabər, mütləq musiqidən və ya kitablardan danışmalı deyilik. Sadəcə qarşınızdakı “həmsöhbət”inizlə ortaq olan bir maraq haqqında söhbət edə bilərsiniz buraya diqqət: “həmsöhbət”, bəli qarşınızdakı sadəcə həmsöhbətdir. Onu qarşıcins olaraq yalnız xoşunuza gəlməyə başladıqda görə bilərsiz və əmin olun “salam” yazmaqdan 3 gün sonra gələn sevgi etirafı iki tərəfində keyfiyyətsiz bir həmsöhbət olduğuna işarədir. Dördüncü: həmsöhbətiniz sizə yazmağa məcbur deyil. Insanların sosial şəbəkələrdə ən çox düşdükləri xəta dünən yazışdıqlarının, bugün cavab yazmaması. Bu normaldır, çünki sosial şəbəkələr insana 100lərlə, hətda 1000lərlə alternativ verir. Yəni necə desək belə tez “unudulmanız” sizin günahınızdır, həmsözhbətinizin deyil. Beşincisi və ən əsası: sən hər yerdə sənsən. Bəli, bu bizim tabularla dolu cəmiyyətimizin ən böyük kabusu. Real həyatda ola bilmədikləri insan olmağa çalışmaq. Real həyatda ağzından güldən ağır söz çıxmayan, sosial şəbəkədə söyüşü hədiyyə kimi dağıtması, təhqir etməyə hüququnun olduğunu sanması, ya da realda əlinə qarşı cins əli dəyməyənlərin “playboy”-“playgirl” olmağa çalışması acınacaqlı haldır. (müəllif: Cəmilə Məmmədli) Siz hər yerdə, sizsiniz. Nikiniz Əli, Vəli, Ayka, Şirinka olsa belə. Yəni o sözləri siz yazdığınızdan sonra başqaını siz olmadığınıza inandıra bilərsiz, lakin öz vicdanınıza yalan deyə bilməzsiniz. Birdə düşündüyünüz kimi sosial şəbəkələr heç də düşündüyünüz kimi qaranlıq küçə deyil. 1. Böyük-kiçik hər sosial şəbəkədə siz silsəniz, profili bağlasanız belə yazışmalar bazada saxlanır və hərhansı hüquqi şikayətlə göstərilə bilər. 2. Yenə siz yazdıqlarınızı və ya profilinizi silsəniz belə ip(bir növ internet nömrəniz) sayəsində sizi tapmaqları heçdə “mümkün deyil” deyil, əksinə loru dildə desək əli ilə qoymuş kimi tapılır və sonuncusu 3. Azərbaycanda çıxan yeni qanuna əsasən internətdə təhqir, təhdid və ya bənzəri vəziyyətlərə görə cəzalandıracaqsınız və yazdığım kimi bir şeyləri silməklə “təmiz” olunmur :)






Ümid edirəm yazdıqlarım az da olsa faydalı olmuşdur. Etiraf etməliyəm ki, özüm belə yazdıqlarıma əməl etməyə çətinlik çəkirəm bəzən. Lakin mədəniyyət əsəblərinizdən və rahatlığınızdan qurban tələb edir :)
 


1 yorum :

  1. Hmm. dogrudan da maraqli fikirlerdir. 98% duzdur menim fikrimce :) twkler :)

    YanıtlaSil