Ən gözəl”sən”!
Bölüm: 17
Süsən və Sənan bir-birlərinə
baxırdılar. Sənanın gözlərində ümidsizlikdən çox, Süsənin nə deyəcəiyini
bildiyindən kinayə vardı. Həmişə bütün günahı oğlanlarda görən Süsənin onu
günahlandıracağını bilməsi ürəyini əzirdi. Süsən isə Sənanın baxışlarından nə
düşündüyünü anlamışdı. Üzünü yana çevirib, yarı incik şəkildə:
-
O eləməz.
Sənan “ha?”- deyə geniş
açılmış gözlərlə Süsənə baxarkən, Ayaz təlaşla:
-
Amma mən onu yuxarl mərtəbəyə
çıxan gördüm. Qadağan deyildi bu Suzi???
Süsən qollarını sinəsində
çarpazlayıb, vecsiz şəkildə:
-
Nə olsun ki? O etməz deyirəm
-
Buna necə əmin ola bilərsən?-
deyən Sənan, dediyinin fərqinə varıb, əli ilə alnına vuraraq “ axmaq” deyə
pıçıldadı.
Bundan istifadə edən Ayaz,
cəld:
-
Hə, necə əmin ola bilərsən?
Yaxşı tanımırsan, həm sən özün ondan hər pisliyi gözlədiyini deyirdin. Onu öldürməyi-filan
düşünürdün.
Sənan üzünü çevirib, Süsənə
“doğurdan?” deyən bir baxışla baxdı. onun baxışlarını qaçırmasından eşitdiklərinin
doğru olduğunu anlayıb, dişlərini qıcıyaraq üzünü çevirdi.
Süsən isə Sənandan gözlərini
qaçırıb, Ayazın cavab gözləyən baxışları ilə qarşılaşdı. Bezgin şəkildə “off” çəkib,
Sənana tərəf çevrilərək:
-
Soyumağa qoyduğum keksi kim
yeyib?
Sənan bir anlıq sualdan
çaşıb, ətrafa baxmağa başladı. Süsənin günahlandıran gözlərlə sadəcə ona
baxdığını görüb, udqundu.
-
Iıış mənə niyə baxırsan ee?
Bəlkə elə Elçin yeyib, 100% o yeyib.
Elçin Sənanın əli ilə onu göstərməsinə
əsəbləşib:
-
Mən? Mən şirin şeylər yemirəm
axı. Valla mən yemədim.
Sənan:
-
Yalan demə! Mütləq sən
yemisən. Sən yeməmisənsə, bu yeyib!
Elnur Sənanın növbəti hədəfi
olduğunu anlayıb başını kitabdan qadıraraq:
-
Yeməkdən öncə şirniyyat yemək
sağlamlıq üçün zərərlidir.
Samir isə Sənanı
qabaqlayaraq, əllərini yuxarı qaldırıb:
-
Mən gecə evdə belə
deyildim, indi gəlmişəm.
Sənan əllərini belinə
qoyub, oğlanların hamsını bir-bir süzərək:
-
Etiraf edin, mütləq birniz
yemisiz.
-
O keksə 1 fincan bal
getmişdi, kim yeyibsə ödəsin pulunu.
Sənan cəld Süsənə dönüb, əsəbi şəkildə:
-
Nə balı?! Kakao idi, öz də ən
ucuzundan. Zəqqutun dadırdı.- deyib, elə o an hər kəsin ona baxmasından
özü-özünü elə verdiyni anladı. nə isə qırmış uşaqlar kimi dodağını büzüb,
başını aşağı saldı.
Bu an Süsən özünü saxlaya
bilməyib gülməyə başladı. Bir yandan özünü saxlamağa çalışarkən, əli ilə Sənanı
göstərib gülə-gülə “belə biri necə nəysə oğurlaya bilər?.” Səsan Süsənə hirslənmək
istəsə də, onun güldüyünü görüb özünü saxladı. Süsən ona baxıb, səssizcə gülməyə
çalışarkən, o da əllərini cibinə qoyub özünü əsəbi göstərməyə çalışırdı. Lakin
özü də hiss edirdi ki, birazda keçsə dözə bilməyib Süsənin incə gülüşünə qoşulacaq.
Amma unutduqları bir şey vardı, o da tək olmadıqları.
Ayaz:
-
Bəs o yuxarı mərtəbədə
neynirdi?
Birdən ciddiləşən Sənana
öldürəcəkmiş kimi baxıb:
-
Doğurdan e, yuxarıda nə
itin azmışdı məxluqat.
Sənan eyni ifadə ilə:
-
Ifritənin birini
axtarırdım.
-
Niyə?!
Sənan səsini alçaldıb,
üzünü çevirərək:
-
Keksi yemək olar deyə
soruşacaqdım...
-
Niyə soruşmadın?
Sənan udqunub, dəhşətli bir
şey xatırlamış kimi:
-
Nənən qarşıma çıxdı...
Otağa çökən səssizliyi
anlamayan Ayaz otaqdakıların üzünə baxıb, maraqla soruşdu:
-
Nənə kimdi ki?
Heç kəsin qorxudan cavab
verməyəcəyini görən Sənan, Ayaza düşmən kimi baxıb:
-
Gecə yarısı qabağına çıxsın
deyə dua etdiyim birisi...
Axşamüstü Ayaz getdikdən
sonra yavaş-yavaş otaqlarına çəkilirdi oğlanlar. ən axırda otağına getmək istəyən
Sənan mətbəxin yanından keçərkən Süsənin içəridə qab yuduğunu gördü. Öncə keçib
getmək istəsə də, ayaq saxladı. Içəri keçib Süsənin yanındakı tumbaya söykəndi.
Öncə sadəcə Süsənin qab yumasına baxsa da, onun əsəbi “nə var?” baxışıyla
qarşılaşıb danışmalı oldu.
-
Heç... sadəcə bayaq... Yəni
mən ona inanıb, məni sorğulayarsan deyə düşünmüşdüm.
Süsən gözlərini Sənana
dikib:
-
Onsuzda yalan demirdi.
Qadağan olduğu halda yuxarı çıxmışdın.
Sənan günahkar kimi
gülümsünüb:
-
Hə. amma o mənim
oğurladığımı demək istəyirdi. Biraz qəribədi.
-
Hə. mövzu sən olan da,
biraz qəribə davranır.
Sənan fikirləşirmiş kimi
dayanıb, Süsənə şübhə ilə baxdı. dediklərindən əmin deyilmiş kimi:
-
Bəlkə o “elə” olsa belə...səni
qısqanır.
Süsən əlindəki qabları
yerinə qoyub, Sənana baxaraq ciddi şəkildə:
-
Kimə?
-
Mənə.
-
Niyə?
Sənan Süsənə diqqətlə
baxıb, həqiqətən də ciddi şəkildə soruşduğunu anladı. əsəbilikə dərindən nəfəs
alıb, bezgin şəkildə:
-
Yəni mən oğlanam, sən
inanması çətin belə olsa qızsan. Eyni evdə yaşayırıq.
-
Nolsunki?
Sənan gözlərini Süsənə
dikib, ona anlamaq üçün şans vermək istədi. Amma Süsən yenə də sual dolu
baxışlarla baxırdı. Sonunda bezən Sənan başınnı yelləyib:
-
Heç nə. Boş ver sən. O səni
qısqanırsa, quş qədər ağlı yoxdu valla.- deyib mətbəxdən əsəbi şəkildə çıxdı.
Otağına doğru gedərkən, Süsənin arxasıyca dodaqaltı deyinməyə davam edird “ ya
məni axmaq yerinə qoyub, ya özünü.. qoyunun biri belə olsa anlardı. Bu qız
normal deyil...”
Səhər yenə hamı öz işinin
ardınca getmişdi, Sənandan başqa. (müəllif: Cəmilə Məmmədli) Yataqdan yeni
çıxmış, daha doğrusu oğlanların onu universitetə getsin deyə, çarpayısından
güclə çıxardıb, divana tulladıqları halı ilə idi hələ. “yemək...yemək...” deyə
zarıldarkən, onsuzda dağınıq olan qısa saçlarını qarışdırırdı. Qapının zəngi
çalınması ilə, yenə zəngli saat olduğunu düşünüb sağ əli ilə gözlərini açmadan
axtarmağa çalışdı. Amma sonunda otağında yox, divanda olduğunu xatırlayıb gözlərini
açdı. Zəngin çalmağa davam etməsi ilə açmağa məcbur olduğunu anlayıb ayağa
qalxdı. Yuxulu gözllərini ovuşdurub, qapını açarkən qarşısındakını görməsi ilə
dişlərinin arasından bir söyüş fısıldadı. Ayaz isə onu görüncə soyuqlaşan bir
ifadə ilə:
-
Süzi hardadı?
-
Mən nə bilim? Yəqin evdədi
də.
-
Eyni evdə yaşamırsız?
-
Eyni evdə yaşayırıq, göbəyimiz
bir kəsilməyib....
Ayaz kinayəli bir səs tonu
ilə:
-
Nə əcəb? Amma sizi görən,
elə bilər bir kəsilib. Ikinizdə yaman yaxınsız, nə də olsa eyni evdə yaşayırsız
hə? amma biz evlənəndən sonra da bu yaxınlığınınız davam etməsə...
Ayaz sözünü bitirmədən Sənan
onu içəri çəkib, tək əliylə yaxasından tutub divara dirədi. Yuxulu gözlərini
ona dikib, fısıltıya bənzəyən səs tonuyla:
-
Ağzından çıxanlara diqqət
etsən yaxşı olar Azik. Yoxa “Suzi”nə fürsət vermədən, mən səni öldürərəm...
Ayaz onu böyük güclə divara
dirəyib, az qala nəfəsini kəsən Sənana qorxuyla baxdı. sözləri adı yonda deyilsə
də, gözləri ciddi olduğunu isbat edirdi çünki...
Insan olmağımızın ən yaxşı tərəfi bu deyilmi
onsuzda? Bizim üçün dəyərli olanları ən çox biz incitsək belə, bütün gücümüzlə
qoruyarıq...
Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder