musiqi

24 Ağustos 2013 Cumartesi

ƏN gözəl"sən"! 16


Ən gözəl”sən”!
Bölüm: 16

Artıq günlər yavaş-yavaş keçir, universitetdə dərslər başlamışdı. Oğlanların əsas dərdi imtahanlara hazırlaşmaq idi. Bir tək Sənandan başqa. Artıq hər gün onlara gələn Ayazı izləyirdi demək olarkı. Bunu Süsən xaric hər kəs hiss etmişdi. Hatda bir ara nənə onu kuncə sıxışdırıb, izləmək vəzifəsini ona miras qoymaq haqqqında bir-iki şey deyib, Sənanı həyatdan soyutmuşdu. Amma indi belə qonaq otağında hər kəs otutub, söhbət edərkən, Sənan yenə gələn ayaza dikmişdi gözünü. Ayaz isə Sənanın baxışlarını his etsə də, bunu bildirmirdi.
-          Sənan sən niyə danışmırsan?
Sənan yüngülcə diksinib, Samirə baxdı. Nə dediyini sonradan anlayıb, başını yelləyərək “heç” dedi. Bu an Elçin Ayaza dönüb:
-          Indi siz evlənsəz, harda yaşayasız? Biz öyrəşimişik Süsən bacıya.
Senan bezgin şəkildə:
-          Öz adına danış.
-          Bu evdə.
Süsənini dediyini eşidən Sənan cəld ona tərəf baxdı. Dünən zarafat etdiyini zənn etsə də, bu an Süsənin ciddi olduğu anlaşılırdı. Sənan qaşlarını çatıb, Ayazı süzdü. Onun üzündəki sevincək ifadə xoşuna gəlmədi. Nə isə hiss edirdi. Lakin yenə sadəcə susub, Ayazın getməsini səbirsizliklə gözləməyə çalışırdı. Sonunda o an yetişmişdi. Ayaz ayağa qalxıb, getməyə hazırlaşırdı. Süsən də onu yola salmağa gedən də, oğlanlar öz işləri ilə məşğul olmaq otaqlarına getdilər. Qonaq otağına qayıdan Süsən Sənanan başqasının olmadığını görüb, geri qayıtmaq istəyirdi ki...
-          Biraz dayan.
-          Niyə?
-          Çünki sənlə danışmaq istəyirəm.
Süsən Sənanın üzünə boş-boş baxdıqdan sonra, “görək nə yumurtlayacaq” deyə pıçıldayıb, könülsüz qarşısındaki divana oturdu. Sənan isə əksinə ciddi bir ifadə ilə:
-          Sən onu nə qədər vaxtı tanıyırsan.
Süsən çiynini çəkib:
-          Atamın uzaq qohumlarından birinin oğlu imiş. Anama xəbər göndərmişdilər, o da gəlib məni kənddə tapdı.
-          Hmm. Yəni sən ondakı qəribəliyi hiss edirsən? Bir düşün, məncə təhlükəli adamdı. Yəni hansı oğlan öz azad iradəsi ilə səninlə evlənmək istəyərki?  Həm sən...
Sənan Süsənin onu öldürməyə hazırlaşdığını anlayıb, cəld söhbəti dəyişməyə çalışdı.
-          Yəni onun hərəkətləri... bilirsən, o gey.
Süsən dərindən nəfəs alıb:
-          Bilirəm. Amma həm anamın, həm qonşuların dilindən qurtulub, rahat yaşamaq üçün onunla evlənmək istəyirəm.
Sənan yüngülcə çiynini çəkib, dodağının altında pıçıldadı:
-          Evlənmək üçün normal oğlanda seçə bilərdin.
-          Amma heç bir normal oğlan öz iradəsi ilə mənimlə evlənmək istəməz hə?
-          əlbətdəki...
Sənan Süsənini ayağa qalxmasından yenə onu döyməyə çalışacağını düşünüb, özünü müdafiə etməyə hazırlaşdı.(müəllif: Cəmilə Məmmədli) Lakin Süsən onun qarşısında dikilərək, yarı əsəbi, yarı bezgin səslə:
-          Bəsdirin! Normal qızlar kimi davranmadığımı bilirəm. Oölanlardan ölümünə nifrət etmək normal deyil bilirəm! Bir geylə evlənmək yaxşı deyil bilirəm! Mən sadəcə hər kəsin məndən istədiyi biri olmaq istəmirəm. Qonşuların tək dərdi aıma söz çıxarmamaq üçün məni birinə sırımaq, anamın ki öz müğənni dostlarına acıq verə biləcəyi görkəmli bir toy eləmək, sənin tək məqsədin isə məni “normal” edib, burda qəpik vermədən yaşamaq! Istədiyinizi edirəm, əl çəkin artıq...
Sənan Süsənin az qala ağlayacağını hiss edib, başını yana çevirərək:
-          Mən sadəcə səhv qərar verməni istəmədim.
Süsən yarıdolmuş gözlərlə ona baxıb:
-          Səhv qərar olub-olmaması vecimə deyil. O məni olduğum kimi qəbul edən ilk insan. Həm sənini kimi böcəklərin olduğu qrupdan çıxıb, mənim qrupuma gəlməsi nə qədər ağıllı olduğunun sübutu.
Sənan təəccüblə:
-          Nə qrupu?
-          Yəni sən və sənin kimlərin olduğu... sonra mənim kimilərin olduğu...yeni...sən necə bilmirsən eee?!
Sənan Süsənin əsəbiliklə ayağını yerə döyməsindən utandığını anlayıb, soyuq səslə:
-          Yəni oğlan olmaqdan əl çəkib, qız olmağa doğru getməsi onu ağıllı edir?- deyib, Süsənini “hə” mənasında başını yelləməsi ilə özündən çıxdı:
-          Xəstəsən sən?! Adam gey. Onunu üçün mən səndən daha cəlbediciyəm. Ya bir gün gəlib,mənə aşiq olduğunu sənə desə?!
-          Pah! O qədər ağılsız olduğunu düşünmürəm! Sənə niyə baxsın ki?
Sənan qışqıraraq:
-          əmin ol, səndən çox mənə baxar, çünki mən... nə deyirəm ala mən?! Mənim də ağlımı qarışdırdın.
Süsən gözlərini süzdü:
-          olan yerdə.- deyib, otaqdan çıxdı.
Sənan onun ardınca dodağının altında deyinməyə davam edirdi. Yenə hazırlaşıb, harasa getməyə hazırlaşan Samiri görüb:
-          yenə qız yanına gedirsən.
Samir tək kəlimə etmədən gülümsəyib, göz vurdu.
-          Nişanlı deyildin sən?
-          Hələ ki yox. Deməli cavanlıq eliyə bilərəm.
Sənan onun bu özündənrazı danışığını sevməsə də, məcburən onun yanına gedib ciddi bir şey soruşacaqmış kimi:
-          Sənin heç geylərdən xoşu gələn sevgilin olub?
Sənan köynəyinin yaxasını düzəldib, Sənana alçaldıcı bir baxış ataraq:
-          Səncə məni tanıyan bir qızın elə olması mümkündü? Elə bir qız varsa, deməli bir oğlan onu bütün oğlanlardan soyudub. Mənimlə tanış elə, düzələr.
-          Onsuzda tanıyırsan.
Samir kimi nəzərdə tutduğunu anlayıb, ürkmüş bir ifadə ilə:
-          O sadəcə gecənin yarı boğmaq istəməyəcəyi biri ilə evlənmək istəyir.
Sənan divara söykənib, qollarını sinəsində çarpazlayaraq:
-          Yenə də bu normal deyil. O ifritənin nəyi normaldı ki, onsuzda. Amma bu...
Samir güzgünün qabağında bəzənməyi bitirib, Sənana bilmiş-bilmiş baxaraq:
-          Yoxsa aşiq olmusan, qısqanırsan?
-          Hansını?
Samir Sənanın soyuq səslə ilə deməsindən  boş yerə sual verdiyini anlayıb, çiyninə vuraraq:
-          Boş ver. ən azından eyni evdə yaşayırıq deyə bizi döyməyən nişanlısı var. Yoxsa o qədər elə adam görmüşəmki, sırf evinə getdiyim üçün çırpan...
-          Sən də evlərinə arvadları ilə yatmaq üçün getmə.
Samir bic-bic gülümsəyib:
-          Onda getməyimin nə mənası var? - deyərək, evdən çıxdı.
Sənan isə yenə divara söykənmiş vəziyyətdə dayanıb, az öncə Süsənin dediklərini düşünürdü. Deyəsən duyğusuz zənn etdiyi qızı da duyğuları varmış və Sənan onu incitmişdi. Lakin nədənsə Süsənin də onu incitdiyini düşünməyi dayandıra bilmirdi...


Səhər ev əhli və Ayaz yenə qonaq otağında oturub söhbət edirdi. Bu an Süsən otağa girdi. Üzündən narahat olduğu hiss olunurdu. Bunu görən Elçin:
-          Noldu Süsən bacı?
Süsən düşüncələrindən ayılıb, Elçinə baxaraq təlaşla:
-          Heç nə... sadəcə bir şeyi itirmişəm deyəsən.
Ayaz onun yalına gəlib, təlaşla:
-          Nəyi itirmisən Suzi??? De, axtarmağa kömək edim mən. Pis olma nolarrr.
Süsən bu ciyiltili səs əsəblərinə toxunduğundan, üz-gözünü qırışdırıb:
-          Heç, boyunbağım. Otağımda tapammıram.
Sənan Ayazın az qala Süsənin üstünə yıxılmasına ikrah hiss ilə baxıb:
-          Bazardan aldığın 2-3 manatlıq boyunbağının dərdin çəkirsən?
Süsən:
-          Mənim yox, anamın briliyant boyunbağısıdı. Anam öldürər məni, 50 min qiyməti var.
Sənan dəhşətə düşmüş kimi gözlərini geniş açlb, udqunaraq:
-          50 min??? Tez, durun axtaraq- deyib ayağa qalxdı.
Lakin elə bu an Ayaz onun qarşısında bitib, sorğulayıcı səs tonu ilə:
-          Dünən sən ikinci mərtəbəyə qalxmadın?
-          Nə olsunki?
-          Amma dünənə qədər boyunbağı yerində idi, elə deyil Suzi?
Sənan cəld çevrilib ona baxan Süsənə baxdı. Süsən israrla sussa da, Ayaz qarşısında dikilməyə davam edirdi. Sənan üzünü çevirib, Ayazın gözlərinə kəskin bir baxışla baxdı. Hissləri yenə yanılmamışdı, qarşısındakı insan göründüyündən fərqli idi. Lakin onu ən çox narahat edən Süsənin deyəcəyi sözlər idi... nifrət etdiyi adamı qoruyacaqdımı?...
Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder