musiqi

24 Ağustos 2013 Cumartesi

Ən gözəl"sən"! 18


Ən gözəl”sən”!
Bölüm: 18
əlində çəngəl donub qalan Sənan başını qaldırıb Süsənə baxdı. Onun üzündəki ciddi ifadəni görüb, udqundu. Gözlərini ona dikib, yazıq bir səslə:
-          Nə dedin?...
-          Mənimlə görüşə çıxarsan?
Sənan az qala ağlayacaqmış kimi:
-          Niyə mən axı...
Oğlanlar Sənanın onlara baxdığını görüb, hamsı eyni anda:
-          Bizim də görüşümüz var.
Süsən Sənanın onlara nifrətlə baxdığını görüb, səmimi şəkildə:
-          Getmək istəmirsən?
Sənan Süsənə çevrilib, gülümsəyərək:
-          Nə danışırsan, ən böyük arzum sən və o homo nişanlınla görüşə çıxmaq idi.
-          Onda problem yoxdu. Yarım saata hazır ol.
Süsən tam ciddi şəkildə sözlərini deyib, otaqdan çıxdıqdan sonra Sənan Elnura dönüb:
-          Bu? Normal qız olacaq? Mən niyə bu ifritə və o homo ilə getməliyəm?!
Elnur çiynini çekib:
-          3 səbəb var. 1. Bakını hamımızdan yaxşı tanıyırsan. 2: Leyla xanımı bunun normal munasibət olduğuna inandırmaq üçün Süsən əən azından bir oğlanla necə görüşə çıxıldığını bilməlidi və təkcə Ayaz bəs eləmir. 3: və ən asası, biz getmək istəmirik.
Sənan cəld “mən də!” demək istəyirdi ki, ağlına gələn fikirlə üzündə hiyləgər bir gülümsəmə yarandı. Qollarını sinəsində çarpazlayıb, özündən əmin ifadə ilə:
-          Oldu. Mən neyləməliyəm.
Elnur:
-          Sən heç nə. Biz Süsənə hər şeyi başa salmışıq. Sən sadəcə onları getmək istədikləri yerlərə apar. 1-2 şəkil çək. Bu qədər.
Sənan tək qaşını qaldırıb:
-          Siz?- deyib, Elnurun cavab olaraq özünü, Elçini və Samiri göztərməsi ilə dodaqaltı:
-          Ürəyimdən bir səs bitdiyimi deyir...

Yarım saat sonra hər kəs qapının ağzında hazır idi, bircə Süsəni gözləmək qalırdı. Sonunda Süsənin piləkənlərdən endiyini görən Sənan kinayəli səs tonu ilə:
-          Nə oldu, süpürgni axtarırdın? Narahat olmaç bu gün avtobusla gedəcəyik.
Süsən cavab olaraq Sənana öldürəcəkmiş kimi baxmaqla kifayətləndi sadəcə. Tam qapıdan çıxacaqlarkən Süsənin telefonu zəng çaldı. “ alo. Hə. anladım.” – deyə bitən qısa söhbətdən sonra üzünü Sənan çevirərək:
-          Ayaz ora gələcəkmiş.
Sənan vecinə olmadığını bəlli edən ifadəylə çiynini çəkdi. Qapıdan çıxıb, 3-4 addım atmamışdılarkı Süsənin yanına yaxınlaşıb, qulağınıa fısıldadı:
-          Ey, bir tərəfdən baxdıqda sən bir oğlanla görüşə gedirsən, həm də mənimlə.
Süsən:
-          Amma digər tərəfdən baxdıqda sən də bir geylə görüşə gedirsən.- deyib, qaçmağa çalışan Sənanın qolundan tutub sürükləməyə başladı.
Artıq məşhur Milli parka çatmışdılar. Ayaz hələ də gəlmədiyindən Süsən çantasından bir dəftər çıxarıb vərəqləyərək:
-          O gələnədək biz başlayaq. Demək, maddə 1: oğlan qıza gül verməlidi. –deyə dəftərdə yazılanı oxuyub, gözlərini Sənan dikdi.
Sənan əli ilə özünü işarə edib, Süsənin başını yelləməsiylə ətrafına baxmağa başladı. Yanındakı əslidə çiçək yığılması qadağan olan güllükdən bir gülü qoparıb, Süsənə uzatdı. Süsəni heç Sənanın üzünə baxmadan gülü alıb, dəftərdə yazılanlarıdəqiq olaraq oxumağa çalışdı:
-          Ay nə qədər incəsən. Təşəkkür. Çox sevindim.- deyib, Sənana baxaraq:
-          Alındı səncə?
Sənan əlini çənəsinə qoyub, düşünürmüş kimi edərək:
-          Pis deyil əslində. Amma gələn dəfə ölü balıq kimi yox,  yumurtası tərs düşmüş kimi deməyə çalış. Belə: Ayyyş çox sağ ol həyatımmm, çoooxxx incəsənnn- deyib, buna uyğun əl qol işarətələri etməyə başladı.
Süsən gülməyini güclə saxlayıb, dəftərə baxaraq:
-          Rollarımızı dəyişdirsəydik daha gözəl olardı. Demək sırada ayıcıq, konfet, bir dəki şar var.
-          Burasını Elçin yazdırıb hə?
Süsən başını yellədi. Sənan onun əlindən dəftəri alıb, bu kimi daha onlarla romantik anlar yazılmış vərəqə gözgəzdirdi.(müəllif: Cəmilə Məmmədli) əlini daha düzgün imla ilə yazılmış yerinə qoyub:
-          Burdan başlayaq. Gül vermə işgəncəsi bəsdi.
Süsən razılıq əlaməti olaraq əlindəki gülü atıb, oxumağa başladı:
-          Imdb xalı yüksək bir romantik filmə getmək, ya da birlikdə romantik bir kitab oxumaq.
İkisidə bir-birinə baxıb, eyni anda:
-          Kino!
-          Kino!
Kino zalındakı hər kəs filmin ən kədərli səhnəsinin təsiri ilə ağlayırdı. Ən arxa sırada oturan Süsən ilə Sənan isə:
-          Qız çox ciy-ciydi.
-          Məncə oğlan ölsün.
-          Bu nöqtədən sonra məncə də ölsün.
Süsən əlindəki dəftərə birdə baxıb:
-          Filmin ən romantik yerində bir-birinizə uzun-uzun baxın- deyə oxuyub, gözlərini Sənana dikdi.
Sənanda məcburən ona baxmağa başladı. Heç 3 saniyə keçməmişdi ki:
-          Yetərincə uzun oldu!
-          Yetərincə uzun oldu!
Deyib, hec filmin bitməsini gözləmədən çıxdılar. Sənan bezgin şəkildə:
-          Daha nə qaldı?
-          Romantik yemək.
-          Dönər bəsdi. – deyən Sənan Süsənin qəzəbli baxışları ilə qarşılaşınca çiynini çəkib:
-          Yaxşı, üstünə keççupla ürək çəkmələrini istəyərik. Başqa nə var?
Süsən əlindəki dəftərə diqqətlə baxıb, oxumağa çalışsa da alınmırdı. Bunu anlayan Sənan onun əlindən alıb, artıq öyrəşdiyi Samir xəttini oxumağa başladı:
-          “Günəş”ə minib, ən təpədə ö-ö-öhööö. Ağacların altındakı bir skameyka da.... Evinə çağırsaa...
Süsənin “nə, nə?” deməsi ilə ayılan Sənan, başını qaldırıb:
-          Buranı Samir yazıb hə?
-          Hə. hələ öyrətmək məqsədli disklərdə verdi.
Sənan dəftərinin vərəqini cırıb, sərt şəkildə:
-          Baxma. Hətda evə gedən kimi qır at.
Süsən mənasını anlamasa da, Sənaın ciddiliyini görüb başını yellədi. Arxasındakı divara söykənib, ayağını yerə döyəcləyərək:
-          Bu “görüş” dedikləri şey çox sıxıcı imiş. Ayaz gəlmədi. Evə getmək istəyirəm.
Sənan kinayəli səs tonu ilə:
-          Bu normal qızlar üçün mükəmməl görüş planıdı. Sənə sıxıcı gəlməsi normaldı. Eşşək nə bilir zəfəran...- deyib, Süsənin həqiqətəndə sıxılmış olduğunu görüb susdu. Çiynini çəkib:
-          Getmək istəyirsənsə gedək... ya da...

3 saat sonra artıq ikisi də bitkin şəkildə skameykalardan birinə oturub, dərin-dərin nəfəs alırdılar.
 Çtinliklə nəfəs alsa belə, gülməyini tam dayandıra bilməyən Sənan:
-          3 tam dönər yediyinə inana bilmirəm.
Süsən çiynini çəkib:
-          Toqquşan maşınlar adamı acdırır.
-          Acdırarda. 2 dəfə mindik və ikisində də, mənim maşınımı əzib məni öldürməyə çalışırdın!
-          Heç də belə.
Sənan Süsənin vecsizcə çiyin çəkməsinə daha da əsəbləşib, az qala qışqıraraq:
-          Oyuncaq maşını 2 təkərə qaldırmaq istəyən ilk manyak idin sən, orda da dedilər.
-          Amma sən də çox surətlə sürürdün!
-          Saatda 10 kilometre belə çata bilməyən maşını?!
Süsən dediyin məntiqsiz olduğunu anlasa belə, çiynini çəkib:
-          Hə... Birdə son bir şey qaldı.
Sənan bezgin şəkildə dərindən nəfəs alıb:
-          Nə?
-          Şəkil çəkdirə bilmədik.
-          Narahat olma, sən o maşını qırdın deyə artıq şəklin bütün parka yayılıb.
-          Ya sən?
Sənan hiyləgər bir təbəssümlə:
-          Mənim şəkillərimdən albom belə düzəldiblər.- deyib, başını çevirdikdə Süsənin ona diqqətlə baxdığını gördü. Narah bir şəkildə:
-          Nə? Noldu?
-          Bu gün məni gəzdirdiyin üçün çox sağ ol. Həqiqətən çox əyləndim. Səninlə olmaq çox xoşuma gəldi. Ilk dəfə idi ki birnin yanında özümü belə rahat və xoşbəxt hiss edirdim. Təşəkkür...
Sənan Süsənin ona gülümsəyərək dediyi sözlər qarşısında donub qalmışdı. Özünə etiraf etməsə belə, o da çox əylənmişdi. Hətda ürəyində Ayazın gəlməməsinə sevinirdi. Amma bunları Süsəndən eşitmək möcüzə kimi idi. Özünə gəlib, gülümsəyərək:
-          Mən də çox əyləndim. Səninlə olmaq çox...
-          Görəsən bu səfər düzgün dedim? Düzdü yumurtası tərs düşmüş toyuğu bacarmadım.
Sənan artıq hər hüceyrəsini işğal edən qəzəbini güclə boğub, zorla gülümsəyərək:
-          Yox super elədin. Az qala inanacaqdım. Amma inanmadım təbii ki. Çünki toyuq yeri əksik idi!
Süsən çiynini çəkib, ayağa qalxaraq:
-          O da qalsın gələn dəfəyə. Gedək evə.
Sənan başını yelləyib, o da ayağa qalxdı. Önündə gedən Süsənin arxasıyca boğurmuş kimi əllərini uzatdı. Elə bu an sağ tərəflərindəki ağacın altındakılar diqqətini çəkdi. 18+ fimlərə səhnə ola biləcək hərəkətləri yox, tanış gələn sima. Gözlərini qıyıb diqqətlə baxmaq istəyirdi ki, Süsənin çağırmasıyla getməli oldu. Yol boyunca beynini 2 şey məşğul edirdi: az öncə gördükləri və Süsəni necə öldürmə planları...
Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder