Ən gözəl"sən" 9
Ən gözəl"sən"!
Bölüm: 9
Samirin deyinməsindən bezən Sənan:
- Yaxşı, başa düşdük ki, məsləhətlərimizə görə gəlmişimizə-keçmişimizə "təşəkkür etmək" istəyirsən. Da bəsdi, dul arvad kimi nə qədər deyinəsən? - Deyib, bezgin şəkildə başını yelləyərək Elnurun açarla qapını açmasını fürsət bilib evə soxuldu.
Samir:
- Deyinmirəm mən, sizi söyürəm! indi atama nə deyəcəm mən? Hələ qoblin* hardadı? Bu gic-gicə fikirləri o soxdu ağlınıza... - qapının ağzında donub qalan Sənanı itələyib keçmək istəyirdi ki, o da yerə mıxlandı.
Qapını o açmasına rəğmən, ən sonda içəri girə bilən Elnur isə hər zamanki sakitliyini qoruyub, söhbətdən kənar qalmağına sevinərək, gördüyü mənzərə qarşısında təbəssümü dəhşətə düşmüş ifadə ilə əvəzləndi...
Hər kəsi bu qədər təəccübləndirən mənzərə nə ola bilərdi ki? Bunu öyrənmək üçün hər şeyin başladığı yarım saat əvvələ nəzər salmaq lazım:
Elçin Süsəni divara dirəmiş, üzündəki heç də məsum olmayan bir ifadə ilə cavabı gözlərkən anidən gözləri geniş açılıb, səsini belə çıxarmadan yerə yığıldı. Süsən yerdə qıvrılan Elçinə gözlərini qıyaraq baxıb, sakit səs tonu ilə:
- Aha, evdə təkik. Aikido çempionu ilə, qarışqanı belə öldürməyəcək biri...
Elçin böyük ehtimalla "həssas yer"inə dəyən zərbə səbəbi ilə, küsmüş uşaq kimi yerdə büzüşüb pıçıldadı:
- Hə, mən bir qarışqanı belə öldürə bilmirəm, bir qız belə məni döyür... Mənim haram oğlana oxşayır ki?...
Süsən ilk öncə fikir vərməyib getmək istəsə də, yarı vicdan əzabı, yarı analıq instinqi ilə ayaq saxlayıb:
- Mən də səni o axmaqlardan fərqli bilib, ən azından qisməndə olsa adama oxşadığını düşünürdüm. Amma ancaq bir oğlan mənim əsəblərimlə oynayıb, tək zərbə ilə yerə yıxılacaq qədər axmaq ola bilər. Sən o birilərindən daha iyrənc məxluqsan.
Elçin:
- Doğurdan?! - deyə oturduğu yerdə dikilərək, yumaq görmüş pişik kimi parıldayan gözlərini Süsənə dikdi.
Süsən isə bu ani dəyişməni anlamayan bir ifadə ilə Elçinə baxıb, özünü məcbur hiss edərək:
- Doğurdan...?
- Amma mən Samir kimi qızları ovsunlamağı, Sənan kimi döyüşməyi, Elnur kimi ciddi olmağı bacarmıram?.
Süsən nə edəcəyini bilmədən Elçinin indi ağlayacaqmış kimi görünən üzünə baxırdı. yenə nə edəcəyini bilmədən, ağlına ilk gələni dedi:
- Bu onları səndən daha çox iyrənc etmir, yəni səndən də ən az onlar qədər zəhləm gedir.
- Amma Sənan həmişə məni araya qoyur, nişanlandığımı eşidəndə şoka düşdü. bilirəm, o biriləri də məni uşaq olaraq görür...
Süsən yerdə bardaşqurma oturub, gözlərini yerə dikib həqiqətəndə bir uşaq kimi görünən Elçinə baxıb, "lənət şeytana" - deyə pıçıldayıb bir addım yaxınlaşdı.(müəllif: Cəmilə Məmmədli) qolunu uzadıb, güclə çatan işarət barmağı ilə çiyninə toxunub, təsəlli edərmiş kimi:
- Sən fikir vərmə onlara, xüsusən də o təkamülünü tamamlamamış şempanzeyə...
Bəli, oğlanlar evə girəndə bu mənzərə vardı qarşılarında: Yerə çökmüş, küskün dayanmış Elçin və 1 metr kənardan uzatdığı əlinin iki barmağı ilə çiyninə vuran Süsən, birdə içəri girən oğlanlara od püskürdən baxışları...
- Hmm....
- Pftt...
- Bu nə tamaşadı belə? - deyə, digərlərindən fərqli reaksiya verən Sənana düşmən kimi baxıb, əlini cəld çəkərək sorğulayan bir ifadə ilə dedi Süsən:
- Sən niyə bunu araya qoymusan?! Tez ol, üzr istə!
- Ha? Nə?! mən niyə?
- Necə yəni niyə, bu məxluqatın harası uşağa oxşayır? Ən az sənin qədər iyrənc, ürək bulandırandı o da!
Sənan bir neçə saniyəlik şok keçirib, deyilənləri anlamasa da, anladığı cümlələrə hirslənib:
- Pa! bu dediklərindən sonra əsl sən üzr istəməlisən! İfritə, kim bilir sən neyləmisən yazığa! Oğlan düşməni qara dul**!
Süsən:
- Yox, sən! - deyə qışqırıb, Sənanın ayağına təpik ilişdirərkən, Samir ilə Elnur Elçini ayağa qaldırıb:
- Yaxşısan?
- Ne oldu?
Elçin az qala Sənanı döyəcək olan Süsənə gülümsəyərək baxıb:
- İndi yaxşıyam, həmdə çox...
2 SAAT SONRA:
- Oy...tççç...ufff
- Hələ ağrısı keçməyib? - dedi, başını kitabdan qaldırıb, bayaqdan bədənindəki yeni yaralara buz qoymağa çalışan Sənana baxan Elnur.
- Nə? Ağrı? O İfritənin vurduğu yerlərə "ağrıyır" demək olmaz, əsl mən ona vursaydım "ağrı" olardı. Dua eləsin ki, genetik cəhətdən qız sayılır. amma bir gün beynim çönüb, qız-mız demədən girişəcəm, onda görəcək!
Elçin Sənanın yaralarına göz ucuyla baxıb, başını acıyırmış kimi yelləyərək:
- Düzdü, biraz dalaşqandı. Amma yaxşı qızdı Süsən bacı.
- Nədi? Qızdı? ondan qız olmaz, ancaq buğa kimi qızıb, oğlanlara buynuz keçirən olar. Əmin ol, mən belə makiaj edib, don geyinsəm ondan daha çox qıza oxşayaram!
- Sən gəşəng qız olardın...
Hər kəsin dönüb, ona "nə danışırsan xəstə?" ifadəsi ilə baxdığını görən Samir dediyinin hələ indi fərqinə varıb:
- Yəni... Bağışlayın uşaqlar, ağlım başımda deyil.
- Bax Samir biz sənlə qardaş sayılırıq, yəni bir qız səni rədd etdi deyə... - deyib, şubhəli şəkildə Samirə baxan SƏnanın cümləsini Elnur tamamladı:
- Hetero*** olaraq qal, əminəm səni rədd etməyəcək qızlar hələ var.
Samir əsəbi şəkildə divandan qalxıb, Sənanla Elnura baxış atıb çıxdı. Mətbəxdə yemək bişirən Süsənin yanına gələrək, divara söykənib şikayət edər tonda:
- Bunlara görə qız məni bəyənməyib, hələ bir araya qoyurlar! qız bilirsən nə dedi? " Mənim eylənməyi sevən, biraz şorgöz, özünə həddən artıq inananlardan xoşum gəlir" bu mənəm! Amma mən neylədim? bu axmaqlara uyub, Balzak heyranı məhəllə qaqaşı kimi davrandım! amma yəni qızı da anlamaq olmur, sən heç mənim tipimdəki birindən xoşun gələrdi - deyib, Süsənin "sən ağzından çıxanı, qulağın eşidir?" baxışıyla rastlaşdıqda:
- Texmin etmişdim. Yenə də sağ ol, həqiqətən də sənlə danışmaq kömək edirmiş xanımqız- deyib, gülümsəyib göz vuraraq, mətbəxdən çıxdı.
Süsən əlindəki bıçağı yuxarı qaldırıb:
- Görəsən bu nə hərəkətlərini,, nə dediklərini anladığım məxluqlardan canım nə vaxt qurtulacaq- deyə pıçıldayıb, böyük ehtimalla oğlanları xəyal edərək ətə bütün gücü ilə bıçağı sapladı.
Süsən əsrlər boyu qadınların üzləşdiyi böyük probləmlə ilk rastlaşmağıdı axı... nə də olmasa yaşından aslı olmayaraq, rastlaşdığı hər oğlana çox vaxt analıq instinqi ilə yaxınlaşır qadınlar... Buna ya təbiətin lənəti, ya da fiziki cəhətdən böyüsə də, ruhən həmişə uşaq qaldıqlarını anlamamız deyək. Bizim atsız, sapsız, ağılsız şəhzadələrimizin ana kraliçası olma yolunda iləriləyən oğlan düşməni şəhzadəmizə uğurlar...ya da bol-bol səbr diləyək.
*= qoblin bir növ mifik canlı. cırtdan da demək olar.
**= qara dul bir hörümçək növü. öz "ər"ini cütləşmədən sonra öldürüb, yediyi üçün bu adı almış.
***= hetero(heteroseksual) normal olaraq qarşı cinsə maraq duyan. antonim homo(homoseksual) öz cinsinə maraaq duyan
Hiç yorum yok :
Yorum Gönder