musiqi

1 Ağustos 2013 Perşembe

Ən gözəl"sən" 8

  Ən gözəl"sən"!
Bölüm: 8

Səni "sən" edən bir çox xüsusiyyətin vardır. Səsin, ətrin, təbəssümün, görünüşün... amma yox, bunlar səni ancaq başqalarının gözün də "sən" edər, bəs öz gözündə sən kimsən? Bu suala cavab verə biləcək neçə insan vardır ki, bu dünya da...

- Yəni, qızın yanında özünü həmişəki kimi aparsan qorxar. İnanmaz sənə. Həm o yəqin qapalı böyüyüb, bü dövrdə tanımadığı insanla nişanlanmağı qəbul etdiyinə görə. Özünü ağır, sakit biri kimi...
- Yəni sən həqiqətən nişanlısan?!
Elçin artıq sözünü 4-cü dəfə kəsib, eyni sualı verən Sənana dönüb zorla gülümsəyərək:
- Hə. Bunu neçə dəfə daha soruşmaq fikrin var?
- Yəni inanmaq çətindi. Sən ətrafda Şirin baba kimi dolaşarkən... Mən elə bilirdim sən bir sürü balaca, şirin heyvanla qocalasan. Yəni səni ailə yiyəsi kimi düşünmək...
Elçin vecsizcə dediyi sözlərin fərqinə belə varmayan Sənana diqqətlə baxıb, üzünü çevirdi. Elnurla Samirin üz ifadəsindən də eyni fikirdə olduqlarını gördük də, acı-acı gülmsəyib böşluğa baxaraq:
- Fikirləşdiyniz kimi olmadığım üçün bağışlayın. Amma mən nişanlıyam, evlənib ailə sahibi olmaq fikrim var. - deyib, ayağa qalxaraq otaqdan çıxdı.
Hər kəsin ona "sən neylədin?" deyərmiş kimi baxdığını görən Sənan çiynini çəkərək:
- Güya siz mənim kimi düşünmürdüz? Bunu boş verində, Samir sən görüşdə neynəyəsən? qıza əl uzatsan, qızın ailəsi sənin ailənlə birləşib asarlar səni. özünü çox fərqli aparmalısan yəni.
Samir incimiş kimi davranıb:
- Səncə mən elə həddimi bilməyən oğlanam?
Sənan və Elnur eyni anda:
- Hə!
Öncə əsəbləşmiş kimi qaşlarını çatan Samir, ağlına etdikləri gəlincə bilmiş-bilmiş gülümsədi...


2 GÜN SONRA:
- Ayağınla asfaltı deşmək fikrin var- deyə əlindəki kitabdan gözünü ayırıb, tək ayağını nanrahat şəkildə yerə döyəcləyən Sənana baxıb dedi Elnur.
Sənan ayağını əli ilə saxlayıb:
- Neynim eee, sakit dura bilmirəm. yəni başqasının görüşünü güdəcəyik!
Elnur sakit halını pozmadan:
- Birincisi biz burda tamamı ilə "təsadüfən" varıq, ikincisi bunu bizdən Samir "istəməyib". Odurki vurnuxmağı kəs.
- Bir də mənə "vicdansız" deyirlər, heç utanma da yoxdu səndə. Robot!
Ela bu an Samir və yanındakı zərif geyimli qız kafeyə daxil oldu.( müəllif:Cəmilə Məmmədli) Sənangildən biraz uzaqdakı masa da əyləşsələrdə, onların görüş məsafəsində idilər. Sənan və Elnur hər hərəkətlərini izləmyə başlamışdılar. Samirin qız üçün stolu çəkməsi, sifarişi vermək üçün ofisantı çağırması, ciddi duruşu - Elnurdan alınan dərslərlər. Yan masalardan onlara baxana sərt baxması, az danışması və qızın gözlərinə baxmaması - Sənanın dərsləri...
Tamami ilə onların öyrətdiyi kimi davrandığını görən Sənan və Elnur gözlərini onlardan çəkdilər.. Sənan:
- Elçin də olsaydı, o da bir-iki məsləhət verərdi.
- Hə, amma biriləri onun xətrinə dəydi- deyib, Sənana tək qaşını qaldırıb günahlandırırmış kimi baxdı Elnur.
- Mən neylədim eee. O cəhənnəm, onu bizim ifritəylə tək qoymaq yaxşı fikir idi?
Elnur çiynini çəkib:
- Yeqin ki, heç nə eləməz Elçinə...
Bu an Samirin masasındakı qızın ayağa qalxıb, əsəbi şəkildə onların yanından keçərək getmələrinə fikri qarışan Elnur Sənanın sözlərini eşitmədi:
- Ya əksinə?...


Qonaq otağının qaranlıq olduğunu görən Süsən sevinırək:
- Şükür, o iyrənc məxluqatlar bu gün yoxdu.
- Əslində mən hələ burdayam.
Işığı yandıran Süsən Elçininin divanda kədərli halda oturduğunu görüb, özünü buna məcbur hiss edərək:
- Səndən eybi yoxdu.
Elçin qəribə bir gülümsəmə ilə:
- Demək bütün oğlanlardan zəhləsi gedən sənin məndən zəhlən getmir- deyib, ayağa qalxaraq asta addımlarla Süsənə yaxınlaşdı.
- Yəni sənin gözündə belə bir oğlan deyiləm...
üstünə getdiy Süsəni divara dirəyən Elçin, əllərini divaraq qoyub, onu sıxışdıraraq gözlərini yerdən qaldırmadan:
- Heyvanları sevə, kobud olmaya, dalaşmağı sevməyə bilərəm... Gördüyüm qadınlara "bacı" deyə bilərəm, amma bu mənim də oğlan olduğum gərçəyini dəyişdirməz - deyib, başını qaldırdıqda Süsənin qorxu və təəccübdən geniş açılmış gözləri ilə qarşılaşdıqda gülümsədi. ona daha da yaxınlaşıb, əli ilə çənəsindən tutaraq:
- Həmdə bu evdə ikimiz təkik.. bir cavan oğlan və cavan qız... Sənə pis, çox pis şeylər edə bilərəm, bunu başa düşürsən Süsən "bacı"?....

Hələ də içindəki "sən"in necə biri olduğunu bilmirsən? Kiçik bir kömək: başqalarının əsla təxmin ədə bilməyəcəyi bir "sən"...


Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder