musiqi

5 Ağustos 2013 Pazartesi

Ən gözəl"sən" 10

   Bölüm 10.

"Sevgi yaz yağışı kimidir, qəlbininin səmasında bir bulud belə yox ikən, nə vaxt gəlib səni iliklərinə qədər islatdığından xəbərin belə olmaz..."

Süsən hər zamanki kimi tezdən qalxıb, səhər yeməyini hazırladı. Uzun masanın bir ucunda oğlanların boşqablarını qoyub, öz boşqabını onlardan mümkün olduqca uzağa qoyub, əyləşdi. Bir-bir masaya yaxınlaşıb, sakitcə oturmaları şübhələndirsə də, hər zamanki "məndən uzaq durun" baxışı ilə yeməyini yeyirdi. Lakin oğlanların öz aralarında belə danışmaması əsəblərinə toxunmağa başlayırdı. Göz ucu onları süzüb, çayını tünd içdiyi halda, bilərək aşıq etdiyi Sənanın belə reaksiya vermədiyini görüb:
- Siz natamam "Y" xromosomları nə planlamısız?
Sənan həyacandan əlindəki çayı azca dağıdıb, Samirə baxdı. Samir cəld ağzını doldurub, pası Elnura atdı. Elnur hər zamanki soyuqqanlılığını pozmadan yeməyə davam edirdi ki:
- Hardan bildin? - deyib, saf-saf Süsənə baxan Elçin hamısını elə verdi.
Oğlanların 3-ü də Elçinə "sən neylədin?!" deyə baxarkən, Süsən:

- Nə olduğunu mənə deyəcəksiz, yoxsa mən öz metodlarımla öyrənim? - deyib, gözlərini qıyaraq onlara baxdı.
Sənan onun baxışlarına eyni sərtliklə cavab verərək:
- Biz heç nə eləməmişik, anan sənin üçün rəfiqə tapıb sadəcə.
- Necə yəni rəfiqə?
Sənan kinayəli səs tonu ilə:
- Normal qızların, normal rəfiqələrindən. Bir yerdə təzə paltarlara baxıb, makiaj, manikur eləyib, oğlanlar haqqında qeybət qıran rəfiqələrdən.
Süsən kinayəli səs tonu ilə:
- Bu qədər yaxşı bildiyinə görə, sənin bunları etdiyin rəfiqələrin çox olub. Həm əsla mən elə bir rəfiqə istəmirəm. Anamın ən son mənə tapdığı rəfiqə məni gözəllik salonuna aparmaq istəyirdi!
Sənan 10 saniyə Süsənə boş-boş baxıb, Elnura dönərək:
- Məncə də gəlməsin qız, yazığıda özünə oxşadar. Qoy dünyadan bir normal qız da azalmasın. - deyib, Süsənə dnərək:
- Nolardı ki getsəydin? ən azından məndən daha az oğlana oxşayardın indi.
Süsən onun cavabını vermək istəyirdi ki, Elnur araya girib:
- Məncə dalaşmasaz daha yaxşı olar, nə də olsa bütün günü bərabər olacaqsınız.- Deyib, Süsən və Sənanın eyni anda dəhşətə düşmüş ifadə ilə ona baxdıqlarını görüb açıqladı:
- Yəni Süsən xanım öz razılığı ilə həmin qızla olmaq istəməyəcək. Biri evdə qalıb onun qaçmadığına əmin olmalı. Samir haqqında düşünməyə dəyməz, Elçin desək əminəm Süsən bacısının xahişini yerə salmaz, mən dərsə getməyə bilmərəm. Geriyə qızlara heç bir şey etməyəcəyindən əmin olduğumuz, lazim gəlsə qapıya sipər olub Süsən xanımın qaçmasına mane olacaq və dərsləri vecinə almadığı qiymətlərindən bəlli olan Sənan qalır.
Süsən və Sənan razılaşmaqdan başqa çarələri olmadığını anlayıb bir-birlərinə baxdılar. elə həmin anda başlarını başqa tərəfə çevirib, üzlərini narazı kimi qırışdıraraq razı olduqlarını bir növ elan etdilər.

artıq iki saat keçsə də, "qonaq"ları gəlmək bilmirdi. ayağını əsəbi şəkildə silkələməkdən bezən Sənan ayağa qalxıb, otağın içində dolaşırdı ki, əlində çantası ilə qapıya yaxınlaşmaqda olan Süsəni gördü.(müəllif: Cəmilə Məmmədli) İkisi bir neçə saniyəlik baxışmanın ardından eyni anda qapıya tərəf qaçmağa başladılar. Qapıya daha yaxın olan Süsənin 2 saniyəlik fərqlə qalib gəlib, qapını açması ilə, qarşısındakı olduqca zərif geyinmiş gözəl bir qızla qarşılaşdı. Bunu görən Sənan qalib gülümsəmə ilə Süsənə baxıb, qıza dönərək:
- Xoş gəlmisiz.
- Xo-xoş gördük...

Könül mətbəx qapısının aralığından qonaq otağına baxıb, qapıda ilk gördüyü andan yaraşığı ilə qəlbini fəth edən Sənanı izləyirdi. Yanında oturub, danışmağa məcbur olduğu bu baxımsız qıza göz ucu baxıb, belə bir Apollon* ilə eyni evdə yaşamasına paxıllıq edirdi. Sənanın mətbəxə girdiyni görüb, cəld saçına düzəliş etdi. Gözlərini yerə dikib, onun yaxınlaşmağını gözlədi. lakin saniyələr keçsə də, heç nə baş vermədiyini görüb başını qaldırdı. Gördüyü mənzərə qarşısında nəfəsini tutdu...
Sənan soyuducunun qarşısında dayanıb, az öncə başına çəkdiyi su şüşəsi əlində qızlara baxırdı. İkisi də ona diqqətlə baxsa da, baxışlarındakı fərqi hiss etmək olurdu. Könül 1.85 boyunda, formalı bədənli, saçları dağınıq, köhnəlmiş cins şalvar və t-shirt geyinib, soyuq suyu tərədüdsüz içən yaraşıq abidəsinə - Sənana ağzı açıq baxarkən, Süsən səliqəsiz, adam kimi paltarı olmayan, stəkanlar varkən, suyu şüşədən içən, hələ birdə üstünə dağıdan bir meymuna - Sənana baxırdı. Sənan bu baxışlardan sıxılıb:
- Hmm. neynirsiz, qeybət edirsiz?
- Sənə nə?!
- Yox... Qeybət yaxşı şey deyil.
Sənan Süsənə "bax cavab belə olar" deyərmiş kimi baxıb, Könülə dönərək:
- Əlbətdə qeybət yaxşı bir şey deyil. Amma bu ifritəylə ilə nədən söhbət etmək olar ki?
- Kimdi ifritə? Sən özünə bax qıllı qaban, adam kimi su içməyi də bacarmır!
- Mənə deyirsən qıllı? O bığlarını birazda uzatsan, "bığ-saqqalı qadın" deyə sirkə verəcəklər səni!
- Hələ bir səni "nadir məxluq" kimi versinlər də!
Könül onların bu deyişməsinə qıcıqlanaraq, sesini incəldib:
- Sizin aranızda nəsə var? - deyib, süni şəkil də gülümsədi. Sənanla Süsənin eyni anda "var" deməsi ilə qaşlarını çatıb, özünü toplayaraq:
- A nə yaxşı, nə vaxtdan bəri?
Sənan:
- İlk gördüyüm andan bəri, həmin an onun ifritə olduğunu anlamışdım. o vaxtan aramızda dərin bir nifrət var.
- Həmdə çooox dərin.
Könül astaca gülüb, hiss olunan kinayə ilə:
- Hə, sənin kimi bir oğlanın tipi hər halda zərif, incə qızlar olar. Səhv məndə idi, bağışalayın. Sənlə Süsəni düşünmək...
Sənan Könülün səsindəki kinayəni hiss edib, bir ona, bir Süsənə baxdı. qaşlarını çatsa da tək kəlimə etmədi...
Saatlar keçsə də, Süsən kənarda dayanmış və Könülün Sənanla söhbət etməyə çalışmasını izləyirdi. Sənan Könülün hər sualına qısa və başdansovdu cavablar verib, Süsənə yönəltməyə çalışırdısa da, alınmırdı. Sonunda getməli olduğunu anlayan Könül ayağa qalxıb, " Mən gedim" deyərək qapıya tərəf yönəldi. Onu yola salmağa gələn Süsən və Sənanla sağollaşıb:
- Süsən mən sabah da gələcəm. sənlə söhbət etmək xoş idi. Amma necə deyim... Məncə sabahda elə evinizdə görüşək, ən azından sən bu geyim tərzini dəyişdirənəcən. Shv başa düşmə, sadəcə elə bilərlər oğlansan, qismətim bağlanar.
Süsən biraz tutulsa da, heç nə demədən başını yelləyib zorla gülümsədi. bir daha "yaxşı yol" deyib, içəri yönəldi. Bayaqdan səbrini güclə basan Sənan, ona gülümsəyərək baxan Könülə yaxınlaşıb:
- Elvida Könül xanım.
- Elvida? Mən sabah da gələcəm.
- Amma mən sabah evdə olmayacam.
- Niyə? bəs birisigün?
Sənan Könülə biraz daha yaxınlaşıb, kinayə ilə gülümsəyərək:
- Birisi gün də, ondan sonrakı gün də olmayacam. Hətda sizin gəldiyiniz hər dəfəsində evdə olmayacam. Bu ara da, mənim tipim incə-mincə, həddən artıq süni, özünü gözə soxmağa çalışan tiplər deyil, rahat, özü kimi ola bilən tiplərdi. - deyib, düşünürmüş kimi davranaraq:
- Hmm. Yəni tipimə qalsa, sizdən çox Süsən mənə uyğun gəlir. - deyib, Könülün üzündəki dəhşətə düşmüş ifadəyə baxaraq gülümsədi. Onun özünə gəlməsinə fürsət vermədən, içəri keçib qapını örtdü. onsuzda yaxınında olduğunu hiss etdiyi Süsəni qarşısında görüb, çiynini çəkərək:
- Nə? üzündəki ifadəsini görsəydin, sən belə acığa məndən ötrü öldüyünü deyerdin.
Süsən ciddi ifadəsini qorumağa çalışsa da, dözə bilməyib gülümsədi. Onalr bir-birlərinə baxıb, istəmədən də olsa gülümsərkən, çoxdan uşaqların gəlmək vaxtı olduğunu xatırlamırdılar. bir neçə dəqiqə sonra qapı açılacaq və bu ilk olan sehirli an pozulacaqdı. Amma ilk heç də son demək deyil...


Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder