musiqi

31 Temmuz 2013 Çarşamba

Ən gözəl"sən"! 7

 Ən gözəl"sən"
bölüm: 7
Sənan bir qarşısındakı Süsənə, bir də hələ danışmağa davam edən qadınlara təəccüblə baxırdı. Süsənin üz ifadəsinin getdikcə daha acıınacaqlı bir hal aldığın görüb, qaşlarını çatıb, dişlərinin arasından "zibil!" deyə pıçıldadı...
yolun ortasında dayanıb, ilərilənəyə özündə cəsarət tapa bilməyən Süsən məcburən o qadınların danışığını eşidirdi. başını qaldırıb, onların ağzının payını nə qədər verməyi nə qədər çox istəsə də, buna yenə cəsarəti çatmayacağını bilirdi...
"çattt!"
Süsən cəld başını qaldırıb gözlərini az öncə alnına çırtma adan Sənana dikdi... bir nəçə saniyəlik səssizliyi pozan:
- Sən xəstəsən?! Niyə vurusan?!
- Əsl sən xəstəsən! sürüdən ayrı düşmüş qoyun kimi nə yolun ortasında dayanmısan?
- Sən kimə qoyun deyirsən çöl donuzu?!
- Sənə ifritə!
Yarı boş küçədə əks-səda verən bu davanı kənərdan izləyən qadınlar bir-birlərinə qorxu ilə baxıb:
- Ağəz bu qız vəhşi imişki!
- Hələ bax gör gedəni necə döyür.
- Ay qız, burax uşağı... boy, sürüyür e gedəni..

Otaqdakı hər kəs əsəbi şəkildə içəri keçib, heç kəsə tək kəlimə etmədən əlindəkiləri mətbəxə aparan Süsənə və onun ardınca üst-başı toz-torpaq içində gələn Sənana sual dolu nəzərlərlə baxdı. Sənan " sizə nə?" deyərmiş kimi baxıb, divana özünü atdı. Elçin:
- Sənə nə oldu Sənan? Süsən bacıya neylədin?
Sənan fikirli halda:
- Dəqiq bilmirəm. Ya az öncə xilas edən qəhraman, ya da stres atacağı qum torbası oldum. Yəni hər iki halda bu yaxşı bir şey... deyəsən yəni...
Oğlanlar Sənana heç nə anlamamış kimi baxarkən:
- Necə yeni, indi qızım sənə əl qaldırıb?
Sənan arxasında olan Leyla xanıma dönmədən:
- Yəni...Əslində bunu özüm istədim deyə biləri...
- Mənə dəxli yoxdu. Hansı normal qız bir oğlana, həm də sənin kimi oğlana əl qaldırar. BƏs onu normal...
Sənan ani hərəkətlə ayağa qalxıb, Leyla xanımın qarşısına dikilərək:
- Bəlkə də qızınızın "normal" olmamasının səbəbini özünüzdə axtarmalısız?
- Sən nə demək istəyirsən?
- Bəlkə bu işinizdən əl çəkib, normal bir ana olmalısız?
- Mən bu işi qızım yaxşı yaşasın, mənim çəkdiyim əziyyətləri çəkməsin deyə edirəm!
Sənan kinayə ilə gülümsəyərək:
- Hər zaman bu bəhanəniz var hə?. "uşağım üçün edirəm", "o əziyyət çəkməsin deyə". Bizim eslində daha çox əziyyət çəkdiyimizi görməməyə çalışıb, öz həytınızı yaşayın.."bizim üçün"... - deyib, otaqdan çıxdı.
Leyla xanım gedən Sənanın arxasıyca baxıb, oğlanlara dönərək:
- Bu nə çərənləyirdi?
Samir:
- Onun ailəsi ilə, əslində anası ilə probləmləri var...
- Dəqiq olaraq biz də səbəbini bilmirik - deyən Elnurun ardından, Elçin kədəli səs tonu ilə:
- Çünki o əsla dərdlərini deyən biri deyil...

Sənan əsəbi şəkildə mətbəxə keçib, sanki heç nə olmamış kimi yemək bişirən Süsənə baxdı. Soyuducuya söykənib, ayağını yerə vuraraq ona burda olduğunu bildirməyə çalışsa da, Süsənin əslində onu görməzdən gəlldiyini anladığı anda:
- Sən heç nə deməyəsən?!
- Kimə? Nə?
- Anana, bayaq olanları.
- Niyə?
Sənan onun heç nə olmamış kimi davranmasına əsəbləşib, yenə qışqırmaq istəsə də, ozünü cilovlayıb bilmiş bir səs tonu ilə:
- Mən hər şeyi anladım. Sənin belə olmanın səbəbi uşaqlıqdan bəri ananın işinə görə onun arxasıyca danışan insanlar. Sən də özünü qorumaq üçün belə davranırsan. əslində sənin heç bir günahın yoxdu, bütün günah...
- Oğlanlarda!
Sənan yerində donaraq üz ifadəsindən tutmuş, səs tonuna qədər az öncə dediyinə tam əmin olduğu hiss olunan Süsənə baxdı. artıq həyatdan bezmiş şəkildə:
- Bu axmaq fikir hardan ağlına gəldi?
Süsəsn tamamən saf və dərsindən "52 almış uşaq ədası ilə:
- Çünki onlar həmişə anamın, ya da mənim oğlanlarla bir münasibətim olduğundan şübhələnirlər. Əgər dünya da oğlanlar qırılsa, heç vaxt belə şübhələr olmaz və hamı sakitcə yaşayar. Buna görə qızların xoşbəxtması üçün bütün oğlanların gəbərməsi lazım!
Sənan Süsənin son cümləsini böyük şövqlə deməsini ağzı açıq şəkildə izləyərək, özünə gəlməyə çalışaraq:
- Yəni indi günah oğlanlardadı?...
- Hı hı.
- Sən xəstəsən?! nə oğlanlar da?! bütün günah tanımadığı insanların həyatına burnunu söxub, mühakimə etməyə haqqı olduğunu düşünən axmaqlardadı! Əsl onlar olmasa dünya daha gözəl yer olardı!
- Oğlanlar gəbərsəydi ancaq!
Qarşındakı öz düşüncəsinə tamamən inanmışsa, ona yanlış olduğunu isbat etmək imkansızdır.(müəllif: Cəmilə Məmmədli) Sənan da qarşısındakı qızın bir uşaq inadkarlığı ilə məntiqsiz fikrinin üstündə durmasına istəsə belə hirslənə bilmirdi. Hətda hər an üzün qona biləcək gülümsəməni zorla dayandıra bilirdi. dərindən nəfəs alıb, bu səfər qalıb gələcəyinə tam əmin şəkildə:
- Həm oğlanlar gəbərsə belə, uzağı 60-70 ilə qzlarında kökü yer üzündən silinər.
- Necə ki?

Bir anlıq səssizliyin ardından, Sənan hələ də Süsənin sual dolu nəzərlərlə baxdığını görüb təəccüb içində çiynini çəkərək:
- Unut getsin...

Səhər hər kəs masanın ətrafına toplaşmışkən, Sənan telefonla danışan Samiri göstərib:
- Görəsən kimlə danışır?
Elnur çiynini çəkib:
- Üzündəki "xilas edin məni" ifadəsinə baxsaq, bir qızla danışmır.
Zəngi bitirib, masaya əyləşən Samir kədərli bir səslə:
- Uşaqlar məni nişanlayırlar.- deyib, hamının ona "bizə gəlmə də" ifadəsi ilə baxdığını görüb davam etdi:
- Vala düz deyirəm. Niyə inanmırsız e?
Elnur:
- Çünki ayrıldığın sevgilərin sayəsində 5 dəfə əsgərliyə getdiyini, 2 dəfə evli olduğunu, 8 dəfə sonsuz, 5 dəfə QİÇS olduğunu öyrənmişik. Ən az 7-8 valideynlərin səni "zorla" nişanladığını.
Samir bic-bic gülümsəyib:
- Doğurdan ee, hər dəfəsində işə yarayır - deyə gülüb, ciddi şəkiləd davam etdi:
- Amma bu dəfə doğrudan nişanlanacam. Yəni qız məni bəyənsə və hamımız da bilirik ki, bəyənməməsi mümkün deyil- deyib, özündən razı şəkildə stula yayxandı.
- Mən olsaydım əmin olmazdım. Qızlar ailə həyatı qurmaq üçün inandıqları, əmin olduqları insanları seçirlər. Sən isə...
Samir əsəbi şəkildə:
- Nə? Mən iinanılası adam deyiləm? -deyib, oğlanların ondan baxışlarını qaçırmasına daha da əsəbləşərək Elçinə dönüb:
- Həm sən belə şeyləri hardan bilərsən?
- Çünki mən də nişanlıyam..
- Nə?!
Bu an Sənan qabağındakı böşqabı onun qəzəbli baxışlarına məhəl qoymadan götürən Süsən, vecsiz şəkildə dedi:
- Barmağında üzük belə var...
Onun mətbəxə keçməsindən istifadə edən Elnur:
- Demək ki, onda da qız insinqləri var. Bir oğlanın barmağına üzük olub-olmadığını ancaq bir qız dəqiq bilərdi.
Hər kəs razıymış kimi başını yelləyib, yeməyə davam edərkən boşqabı qabağında olmayan Sənan qaşlarını çatdı. Birdən Elçinə dönərək:
- Sən necə nişanlı ola bilərsən?!

müəllif: Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder