Ən gözəl”sən”!
Bölüm: 19.
Sənan qonaq otağına keçdikdə
yenə divanı işğal etmiş Ayazı görüb üzünü qırışdırdı. Onun qarşısındakı
kresloya keçib, gözlərini ona dikərək oturdu. Ayaz da onu görməyinə sevinmədiyini
bəlli edən ifadə ilə:
-
Sən heç dərslərə getmirsən?
-
Yox.
-
Bəlli olur.
Sənan onun əsəblərini
tarıma çəkən kinayəsini anlamamazlıqdan gəlib, yadına indi düşmüş kimi:
-
Sən niyə dünən gəlmədin?
-
Hara?
Sənan öncə əsəbi şəkildə
“necə yəni hara?!” demək istəsə də, Ayazın həqiqətən də maraqla soruşduğunu
anlayıb qaşlarını çatdı. Səsini alçaldıb:
-
Süsən dünən sənə bülvara
gedəcə...
-
Ayaz anam birazdan gələcək,
qarşılamağa getməyəcəksən?
Ayaz Sənanın sözünü kəsən
Süsənə baxıb:
-
Hələ gəlməsinə 2 saat var
axı?
Süsən onun qolundan tutub,
qaldıraraq:
-
Nə olsunki, hər an gələ bilər.
Həm əvvəldən getsən ölməzsən. Tez ol.- deyərək artıq qapıya kimi sürümüşdü. Onu
az qala çölə itələyib, qapını örtdükdən sonra dərindən nəfəsə aldı.
Sənanın yanına qayıdıb, yenə
ona nifrət edən ifadə ilə baxaraq:
-
Sən nə vaxt rədd olub getməyi
düşünürsən?
-
Ən az səni basdırmamış
olmaz. Ilk torpağı mən atmalıyam. O homo sevgilin nə deyirdi?
Süsən çiynini çəkib:
-
Mən nə bilim. Nəysə biz
evimizdə qış yuxusuna getməyə hazırlaşan ayı bəslədiyimizdən çörəyimiz
qurtarıb..yenə.
Sənan ona içarə vurduğunu
anlayıb, uşaq kimi dodaqlarını büzərək:
-
Nə var ee, mən fiziki
inkişaf dövründəyəm.
Süsən gözlərini süzdürüb,
dodaq altı “ inkişaf? Insanlıqdan balinalığa təkamül dövründəsən” deyə deyinib,
çiyindən aşırmalı çantasını götürüb çıxdı.
Sənan isə divanda oturub,
fikirləşməyə davam edirdi. “yəni bizə yalan dedi? Niyə desin ki? Həm niyə mənlə
görüşə çıxmaq istəsinki? Görəsən bir
planı var idi? Bəlkə orda məni öldürüb, orqanlarımı satmaq niyyəti var idi?
Valla bu daha məntiqli gəlir. Bir dəqiqə, əgər o Azikin xəbəri yox idisə, onda
gördüklərim...gördüklərim...Allahım bu gördüyüm nədi!” Sənan xəyal aləmindən
ayrılıb nənənin burnunun dibinə kimi gəldiynin fərqinə vardı. Nənə qırışmış və
uzun burnundan sürüşən çeşməyi* yuxarı qaldırıb:
-
Qorxma a bala, mənəm.
-
Nə? Kim qorxurmuş? Nədən
qorxacam?
-
Onda qorxmursansa divanın
başından düş.
Sənan refleks olaraq divanın
başına qalxıb, müdafiə duruşuna keçdiyinin fərqinə varıb, qürurunu ezdirməyərək:
-
Burda oturmaq daha rahatdı.
həm sən nə istəyirsən? Yoxsa əvvəldən 40-na dəvət eliyəsən?
Nənə qorxunc baxışlarla Sənana
baxıb, əli ilə yerdəki qutunu göstərib:
-
Bunu yuxarı mərtəbəyə
çıxardasan. Amma nə mənim, nə də Süsən qızımın otağına girmə. Sonra
paltarlarımızı-filan eşələyərsən...
Sənan nənənin utanmış görünən üzünə şoka
girmiş kimi baxıb, tək kəlimə etmədən yerdəki qutunu götürdü. Pillələri
addımlarkən, dodaqaltı deyinirdi. “ sizin paltarlarınızı??? O ifritə mənimlə dəst
geyinir onsuzda da, bu qartımışın nə əlaqə? Bu evdə hamımız təhlükədəyik. Yaş
90, bugün belə var olmamalısan. Bu hələ cavan qız kimi qızarıb-bozarır. Bi də
otaqlarına girməməliyəmmiş. Sən nəysə də, o ifritənin otağına əsla girmərəm mən.
əsla!”- deyə düşünsə də, əlindəki qutunu yerə qoyub, Süsənin otağının yanından
keçərkən ayaq saxladı. Qapının üstündə hardasa hər dildə “giriş qadağandır!”
yazsa da, əli ilə saçlarını qarışdırıb öz-özünə pıçıldadı:
-
Dəlinin yadına daş salır
qoca ifritə.
Vicdanı ilə marağı arasında
gedib gəlsə də, içində qalan son cəsarətlə əlini qapının dəstəyinə atdı və heç
1 saniyə belə düşünmədən artıq içəridə idi. Gözlərini yumub, özünü içərdə ola
biləcək qorxunc seylərə hazırlayırdı. Oğlanlar üçün olan işgəncə alətləri, qorxulu
film posterləri, hətda bir-iki ölü oğlan görmə ehtimalını belə düşünmüşdü.
Lakin gözlərini açdıqda.... Açıq çəhrayının ən gözl tonuna boyanmış divarlar,
ağ rəngli, şəhzadə stilində mebellər və bol-bol böyük ayıcıqlar. Divarlarda isə
cizgifilm, anime** qəhramanlarının stikerləri. Olduqca geniş, işıqlı və şirin
olan otaq, 19 yaşındakı oğlan düşməni qızın otağından çox, 15 yaşlı xəyalpərəst
bir qızcığazın otağına bənzəyirdi...
Sənan təəccübdən geniş açılmış gözlərlə
otağı gəzib, gördüyü hər şeyə varlığına inanmırmış kimi toxunurdu. Nəhayət
qapıya tərəf döndükdə, gözləri qəzəbdən çox təlaş qarışıq qorxuyla parıldayan
Süsənlə qarşılaşdı...
Bu ana kimi həmişə olanlara bitərəf, ya da Sənanın
tərəfindən baxdıq. Amma indi hər qızın ilk qəhramanı olan atasını itirmiş, ona
hər şeyi öyrətməsi lazımkən evdə belə tapılmayan anası olan və uşaqlığı özü,
anasının haqqqında dedi-qodular eşitməklə keçən bır qızın tərəfindən baxaq. Qəlbi,
hisləri olan, amma bunları necə ifadə edəcəyini bilməyən bir qızın tərəfindən.
Bədəni böyüsə belə, ruhu hələ də xəyapərəst bir qız olan birisinin tərəfindən...
Süsən unutduğu pulu götürmək üçün, bir-başa
otağına qalxdı. Yarıaçıq qapıdan şübhələnsə belə, otağının ortasında Sənanı
görməyi heç gözləmirdi. Xüsusəndə onu təəccübdən geniş açılmış gözlərlə ona
baxması... Üzünə yenə sərt ifadə vermək istəsə belə, bu səfər alınmadı. Çünki həmişəkindən
çox utanmışdı. Cəld otağa girib, komodunun üstündəki pulu götürüb aşağı qaçdı.
Sənan o otaqdan çıxdıqdan sonra nə etdiyini anlayıb, cəld otaqdan çıxdı. Pillələri
ruh kimi addımlayarkən, son pillənin də bitməsiylə özünə gəldi. Bayaq gördüklərini
beynindən silmyə çalışaraq, öz-özünə:
-
Bu səfər məni öldürəcək.
100% öldürəcək. Qız haqlıdı, imkanım olsa məndə kömək edərəm ona məni öldürməsi
üçün yəni. Layiqəm... amma ölmək üçün çox cavanam. Həmdə yaraşıqlıyam yəni, yox
qaçmaq gərək.
Sənan sözlərini bitirdikdə
artıq evdən çıxmışdı belə. Hələ də o otağın Süsənin ola biləcəyini qəbul etmək
istəmirdi, tək inanmaq istədiyi Süsənin onu öldürəcəyi idi. Başıboş küçələrdə gəzərkən bir parka gəlib çatdığının fərqinə belə
varmadı. əlləri cibində dolandıqdan sonra, boş bir skameyka tapıb oturdu. Hələ
də Süsənin hansısa ağacın arxasından çıxıb, onu parçalayacağını düşündüyündən ətrafa
baxırdı. Elə bu an bir qızın ona gülümsədiyini gördü. Bu demək olarkı həmişə
olduğundan fikir vermədən üzünü çvirmək istəyirdi ki, onu hardasa gördüyünü
xatırladı. Gözlərini qıyıb diqqətlə baxdıqdan sonra, ağlına gələn fikirlə o da
qıza gülümsədi...
Artıq gecə olmasına baxmayaraq Sənan evə tələsirdi.(müəllif:
Cəmilə Məmmədli) Qapını döymədən, açarı ilə açıb yuxarı çıxmağa hazırlaşırdı
ki, qonaq otağından gələn səsləri eşidib ora getdi. Qapının ağzından Leyla
xanım da daxil olmaqla hamını orda olduğunu görüb, sevinclə gülümsəyərək:
-
Oh. Yaxşı ki, hamınız
burdasız. Sizə ir şey danışmalıyam, Ayazla...- demişdi ki, Ayazın da qapı tərəfdəki
divanda oturduğunun fərqinə vardı.
Leyla xanım nəşə ilə:
-
Sən xəbərini sonra deyərsən,
bizimki daha şad xəbərdi. 3 gün sonra Ayazla qızım nişanlanır.
Sənan bu xəbərin
doğruluğuna əmin olmaq üçün oğlanlara baxdı. onların üzündəki ifadədən doğru
olduğunu anlaıyb, Süsənə çevrildi. Lakin Süsən israrla baxışlarını ondan
qaçırmağa davam edirdi. Ayaza tərəf heç baxmasa belə onu süzdüyünü və qalib
kimi gülümsədiyini hiss edə bilirdi...
-
Sən təbrik ələmiyəsən?
Sənan Leyla xanımın əmranə
dediyi cümləylə ayılıb, yumruğunu sıxaraq zorla gülümsəyib:
-
Mən başqa vaxt təbrik edəcəm.
– deyib, gözlərini Süsənə dikdi...
Hər şey yalnız başladığı
yerdə bitər və hər şey hələ təzə başlayır...

Hiç yorum yok :
Yorum Gönder