Ən gözəl”sən”!
Bölüm: 20
Sənan ayağını səbirsizliklə
yerə döyəcləyib, başının üstünü kəsdirən oğlanlara baxırdı. Ona inanmadıqlarını
anladığından getdikcə daha çox əsəbləşirdi. Sonunda Elçin hələ də eşitdiklərinə
inanmırmış kimi Sənana baxaraq, aydın hiss olunan şübhə ilə:
-
Necə yəni Azik gey deyil?
Onu kimləsə, həmdə bir qızla gördün? Bu mümkün deyil axı...
Sənan ayağa qalxıb, otağına
topladığı oğlanlara gözünü dikərək qollarını sinəsində çarpazlayıb:
-
Sizə deyirəm ki, gördüm. Hətda
həmin qızı dünəndə gördüm. Özü də danışdı...
“ Gözlərini qıyıb diqqətlə
baxdıqdan sonra, ağlına gələn fikirlə o da qıza gülümsədi... ayağa qalxıb, onun
skameykasına gedərək gülümsəyərək əl uzatdı:
-
Salam, mən Sənan.
-
Mən...sizi tanımıram.
Sənan qızın sadəcə naz
etdiyini anlayıb:
-
Mən sizi dünən parkda Ayazla
görmüşdüm.-deyib, qızın üzünün dəyişdiyini görüb cəld əlavə etdi:
-
Gəzirdiz xiyabanda.
Sevgilisiz?
Qız rahatlamış kimi dərindən
nəfəs alıb:
-
Yox. Yəni əvvəllər eləydik,
amma o axmaqdan ayrılmağı düşünürəm
Sənan süni şəkildə sevinmiş
kimi davranıb:
-
Çox sevindim. Sizin kimi
bir qız eləsinə qismət olmamalı. Bu ara da adınız?...
Sənan 20 dəqiqə söhbət
etdikdən sonra adını xatırlamadığı qızdan hər şeyi öyrənmişdi. Ayazla əvvəllər
sevgili olsalar belə, onu uzaq qohumları olan varlı bir qızla evlənmək üçün atırmış.
Həmdə qız anormal dərəcədə baxımsız, vəhşi biriymiş. Ayaz isə evlənəndək onun
nazıyla oynayırmış. Lakin Ayazın əsl üzü ancaq evləndikdən sonra açılacaqmış.
Ayaz yenə də ona sevgili qalmağı təklif etsə də, o çox qürurlu olduğundan rədd
edirmiş. Hətda Ayaz ona çox bahalı bir boyunbağı gətirsə də...”
Sənan hər şeyi danışdıqdan
sonra oğlanların üzünə baxıb:
-
Yəni o it oğlu it oyun
oynayır.
Elçin dediklərinə özü belə əmin
olmasa da:
-
Bəlkə onun gey olmaması daha yaxşıdı? Yeni Süsən bacı bir
qızdı axı, normal oğlanla evlənməsi daha yaxşı olar bəlkə?
Sənan gözlərini Elçinə
dikdi. əslində sözlərində doğruluq payı vardı, lakin Süsənin niyə onunla evləndiyini
o hər kəsdən yaxşı bilirdi. “Bəsdirin! Normal qızlar kimi davranmadığımı bilirəm.
Oğlanlardan ölümünə nifrət etmək normal deyil bilirəm! Bir geylə evlənmək yaxşı
deyil bilirəm! Mən sadəcə hər kəsin məndən istədiyi biri olmaq istəmirəm.
Qonşuların tək dərdi adıma söz çıxarmamaq üçün məni birinə sırımaq, anamın ki
öz müğənni dostlarına acıq verə biləcəyi görkəmli bir toy eləmək, sənin tək məqsədin
isə məni “normal” edib, burda qəpik vermədən yaşamaq! Istədiyinizi edirəm, əl çəkin
artıq...” Sənan qərarlı bir şəkildə:
-
əmin olun, o ifritə bir
normal oğlandansa, timsahla evlənməyi seçər. Buna əminəm. Buna görə sırf
vicdanımız rahat olsun deyə ona bunu deməliyik. Yəni siz deməlisiz, mənə
inanmaları biraz çətində. Nədənsə Ayazdan ölümünə zəhləm getdiyini düşünürlər.
Elnur:
-
bu bilinən bir şeydi. Amma
sanki təzə bir şey var...
Sənan günahkarlar kimi gözlərini
qaçırıb:
-
yəni mənim günahım deyil.
Sadəcə 3-4 gün əvvəl ona boğmaq üzrəykən o ifritə məni gördü və o əclaf mənə
sevgi təklif etdiyi üçün onu öldürmək istədiyimi dedi də...- Dedikdən sonra,
oğlanların sual dolu baxışlarını görüb qəzəblə:
-
-əlbətdəki yalan deyirdi. Səbəb
başqa idi. Nəysə, siz mənə o ifritəyə hər şeyi danışmağa kömək edin. Vaxtımız
yoxdu.
Bayaqdan susan Samir
sınayıcı nəzərlərlə Sənanı süzüb:
-
Sənin belə tələsməndə başqa
səbəb yoxduki?
-
Nə məsələn?
-
Süsənin bir geydənsə, ona
toxuna biləcək oğlanla evlənməsi? Bəlkə sən onu sevirsən?
Sənan bərkdən gülüb, lağ edərmiş
kimi:
-
Nə yəni, mənim onu sevə biləcəyimi
düşünürsən?
Samir çiynini çəkib:
-
Əslində sənin onu sevə biləcək
tək oğlan olduğunu düşünürəm.- deməsiylə, Elçin və Elnur:
-
Məncə də.
-
Çox məntiqlidir.
Sənan oğlanlara öldürəcəkmiş
kimi baxıb, ciddi bir səsə tonuyla:
-
Çiliyərəm sizi...
Bütün günü oğlanlar Süsəni
yaxalayıb, ona hər şeyi danışmağa çalışsalar da, Leyla xanım mağaza-mağaza
sürüklədiyi Süsəni tək tutmaq asan deyildi. (müəllif: Cəmilə Məmmədli) Leyla
xanım onsuzda Ayazı əvvəldən də normal oğlan bildiyindən, işlər çətinləşirdi. Sənan
isə hələ də adını xatırlamadığı qızla danışıb, ən azından boyunbağı məsələsini
isbat etməsini istəyirdi. Lakin böyük ehtimalla boyunbağını qəbul edən qız söhbətdən
qaçırdı. Günün sonunda heç nə edə bilməyən oğlanlar danışmaq üçün Sənanın
otağına yığışmışdılar. Onlar öz aralarında müzakirə etsələr belə, Sənan kənarda
səssizcə durmuşdu. Sabah yox, birisigün nişan idi və o bu nişan pozulsa belə
ola biləcəkləri ilk dəfə düşünürdü. Otaqdan hiss edilmədən ayrılıb, mətbəxə tərəf
getdi. Içəri girdikdə gözlədiyi, daha doğrusu hiss etdiyi kimi Süsənin içəridə
olduğunu görüb gülümsədi. Süsən otaq məsələsinə görə hələ də çəkindiyindən
çıxmaq istəyirdi ki, Sənan onun qabağını kəsdi.
-
Sənana Azikin haqqında bir
şey deməliyəm.
-
Onunla sən evlənmək istəyirsən?
Sənan bir anda bədənini
saran qəzəbi güclə dayandırıb, zorla gülümsəyərək:
-
Hə. nigah şahidimiz də sən
olarsan.
-
Buna sevinərdim.
Sənan ağzını doldurub, bir
neçə söz demək istəyirdi ki, Süsənin kədərli olduğunu hiss edib:
-
Sənə nə olub?
-
Onunla evlənmək istəmirəm.
Bir timsah belə daha uyğundu, amma o...
Sənan beynində “mən
demişdim. Bir timsah tam uyar” deyə düşünüb, tamamən ciddi səs tonu ilə:
-
O gey-filan deyil. Hətda
qız sevgilisi ilə qəribə bir şəkildə mənimlə sevgili olduğunu sanır. Birdə o
boyunbağını götürən...
Süsən:
-
Bilirəm, hamısını bilərəm.
Amma gec anladım... artıq gecdi. Hər şey hazırdı, bunu dayandıra bilmirəm...
İstəmirəm. Heç istəmirəm. Düşündüm ki, ən yaxşısı budu. Anam üçün, mənim üçün,
hamı üçün. Amma istəmirəm... indi isə geriyə addım atmaq mümkün deyil. Yoxsa hər
şey yenidən başlayacaq... hamı niyə olduğunu soruşacaq, arxamca
danışacaq...bunu da istəmirəm...
Sənan qarşısında başını
aşağı salıb. Yüngülcə titrəyən çiyinlərindən ağladığı bəlli olan Süənə baxırdı.
Mətbəxin işığının yanmaması ikisinin də üzündəki ifadəni gizlədirdi. Bayaqdan
onun düşünməkdən qaçdığı şeyi, Süsən çoxdan düşünübmüş- başqaları. Anasına hər
şeyi danışıb, ona inandıra bilərdi, bəs başqaları? Yenidən o söz-söhbətin içində
görmək istəmirdi Süsən. Bütün qız davranışlarından, xeyallarından əl çəkərək
sahib olduğu sakitliyi itirmək istəmirdi. Sənan Süsənə bir addım yaxınlaşıb,
özünə çəkərək qucaqlamaq istəyirdi ki:
-
Həm mən Mamuro Çiba* ilə evlənmək
istəyirəm.
Sənan başından aşağı qaynar
su tökülmüş kimi:
-
O axmaq bir cizgi film qəhramanı
deyil?
-
Hə, amma qızıl gül ataraq
xilas edir.
Sənan başını əsəbiliklə
yelləyib:
-
Atacam, mən də atacam səni ən
yaxındakı vulkana! Anormal ifritə! O əclafla evləndə, ağlın başına gəlsin!
-
Nə var? Sənə baxanda, o
daha yaxşı seçimdi! Hətda sənə baxanda, qırxayaq belə daha yaxşı seçimdi!
-
Elə qırx ayaqla evlən, 40
ayağının, qırxıyla da sənə təpik ilişdirsin!
-
Hazır mən 2 olan ayağımın
biriylə ilişdiriəmdə!
Süsən cümləsini bitirməmiş,
Sənana güclü bir təpik ilişdirdi. Sənan ağrıyan ayağını offuldayaraq ovuşdurarkən
o çoxdan getmişdi. Sənan yerdə oturub, əsəblərini sakitləşdirməyə çalışırdı.
Bir yandan da nə edəcəyini düşünürdü ki, ağlına gələn fikirlə gülümsədi. Həm Süsənin
adına söz gətirmədən, həm də o Azikdən intiqam alacaq bir plan qurmuşdu belə.
Sevinclə ayağa qalxıb, oğlanlara xəbər etmək istəyirdi ki, ayağının hələ də
ağrıdığını acı bir şəkildə anladı. əli ilə ayağını tutub, əsəb qarışıq bir
gülümsəmə ilə pıçıldadı:
-
Sənə mən yox, elə bir
qırxayaq lazımdı ki, hət gün bir ayağını şikəst edəsən... Bu ifritə heç dəyişməyəcək...
Bəlkə də dəyişməyəcək, amma sən deyişməyini
istərmiydin? Məncə yox...
*= Mamuro Çiba məşhur
“sailor moon” animesinin qəhramanı.
Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder