Ən gözəl”sən”!
Bölüm: 15
-
Suziii, bu Bakı nə gözəl
imiş, bir ara məni gəzdirdə. Burdakılar elə nəzakətlidi kiii. Bizimkilər adama
elə baxırlarkı, elə bil meşəyə insan gəlib eee. Darıxmışdım ee sənçün,
yuxularıma belə giridin. Elə pis olmuşdum...
Sənan Ayazın qulaq cingildədən
səsini hər eşitdikdə üz-gözünü qırışdırıb, Süsənə düşmən kimi baxırdı. Süsən də
Ayazın qolundan yapışıb, qulağı dibində ciyildəməsindən narahat olsa da, Sənanın
acığına gözlərini ona dikib heç nə demirdi. Oğlanlar isə Sənan-Ayaz-Süsən
bermudasına yaxınlaşmaq belə istəmirdilər. Kənarda durub sadəcə qan çıxmadan
olanların bitməsini istəyirdilər. Elə bu an qapının zəngi çalındı. Elçin ayağa
qalxıb, qapını açdıqda qarşısında Samiri və yanındakı qızı gördü. Samir heç ona
fikir vermədən, qızın əlindən tutub, içəri çəkərək:
-
Gördüz, sizin axmaq məsləhətləriniz
olmadan daha yaxşı...- deyib, qonaq otağındakı mənzərəni görərək susdu.
Hər kəsi bir-bir, xüsusəndə
Ayazı süzdü. Elnur arxasındaı qızı işarə edib:
-
Bu xanım kimdi?
Samir cəld özün gəlib,
özündənrazı ifadə ilə:
-
Bu sizin məsləhətləriniz nəticəsində
keçən dəfə məni bəyənməyən gələcək nişanlım. Indi gördüz...- deyirdi ki,
oğlanların üzündəki sual dolu baxışları görüb:
-
Nə tez yadınızdan çıxdı?!
Uzağı 3 ay keçib eee. Həm mən 2 gündü evdə yoxam, bunu da bilmirdiz? Biriniz zəng
vurub soruşmadız...
Yanındakı qız onun qolundan tutub, çəkərk qulağına “tanış et”
deyə pıçıldadı. Samir könülsüz qarşılarındakıları bir-bir göstərərək:
-
Tanış olun, bu Sevinc. Bu
da Elnur, bu Elşin, Bu Sənan, bu Süsən və bu..?
Ayaz digərləri ilə əllə
görüşən Sevincə əlini uzadıb, dedi:
-
Mən də Ayaz, amma Azik deyə
bilərsən. Tanışlığımıza şadam...
Sevinc Ayazın əlini sıxıb, ən
soyuq ifadə ilə dedi:
-
Bu geydi.
Hər kəsin ağlından keçəni
söyləsə belə, Elçin cəld:
-
O bəlkə Süsən bacının
nişanlısı olacaq.
Sevinc bir Süsəni, bir
oğlanları süzüb, yenə soyuq bir ifadə ilə:
-
Gör nə qədər öküz tiplərsiniz
ki, yazıq qız yoxluqdan geylə nişanlanır. Bu qədər yaraşıqlı, bədənli, seksi
oğlanlarla yaşayasan, gedib geylə nişanlanasan... Məsələn buna seçərdin, ayı
belə olsa qoy şifonyerin başına, ara da aç bax...qutusunu.- deyib, əli ilə Sənanı
göstərdi.
Sənan heç nə
anlamadığından, gözlərini qırpışdırıb:
-
Ha?
Hər kəs şok içərisindəykən,
Ayaz ayağa qalxıb, küskün bir ifadəylə “mən gedim artıq Suzi...”-deyib, qapıya
tərəf getdi. Süsənində onun ardınca Getməsindən istifadə edən Elçin, qaşlarını
yüngülcə çatıb:
-
Niyə belə elədiz axı? Sənandan
gözlyərdim sizdən yox.
-
Mən də Sənandan homofobik*
reaksiyalar gözləyirdim.
Sənan gah Elçinə, gah
Elnura qəzəblə baxıb, nə isə demək istəyirdi ki, Samir onu qabaqladı:
-
Mən də Sanandan gözlərdim.
Sənan qazəblə nə isə demək
istəsə də, özünü saxlayıb yazıq bir ifadə ilə:
-
Sənan qədər daş düşsün
başınıza. Qıza söz deməyə cesarətləri çatmır, mənim üstümə düşürlər.
Sənanın dediklərini hər kəs
eşitsə də, çoxdan Sevinclə Samir haqqında danışmağa başlamışdılar.(müəllif: Cəmilə
Məmmədli) Bunu görən Sənan dişlərinin arasında “çakallar” deyə pışıldayıb,
otaqdan çıxdı. Mətbəxin yanından keçərkən, Süsənin orda olduğunu görüb içəri
keçdi. Üzündə rişxəndlə gülümsəyib, qollarını sinəsində çarpazlayıb:
-
Təbriklər. Axır ki sən də,
normal qızlar kimi “oğlan” tapıb nişanlandın.
Süsən əlində göyərti
doğradığı biçağı yuxarı qaldırıb, üzü səviyyəsində tutaraq:
-
Bu an mənə sataşmaq istədiyinə
əminsən?
Sənan qarşılıq olaraq sinəsində
çarpazladığı qollarını daha da sıxıb, əzələlərini göstərib özündən əmin ifadə
ilə:
-
Hə. gördüm gücüm çatmır,
soyunaram və sənində saniyəsində ürəyin gedər.
Süsən onun nəyi nəzərdə
tutduğunu anlayıb, alnını qırışdırıb kinayə ilə gülümsədi. Başını aşağı salıb,
doğramağa davam edərkən dodaqucu dedi:
-
Buna sevinməlisən. əgər
nişanlansam, oxuyub qurtaran kimi bu evdə pulsuz yaşayasız...
Sənan əllərini çırpıb,
sevinclə “yest!” deyə qışqırarkən, Süsən tək bir cümləsi ilə yenə kefini pozdu:
-
Mən və həyat yoldaşımla bərabər.
Süsən Sənanın 3 saniyə əvvəl
sevincdən uçan ifadəsinin dəyişib, əsəbdən bozarmasını zövqlə izləyib, qalib gəlmiş
kimi gülümsədi.
Axşam Elçin Sənanın otağının qapısını
döyüb, “girin” eşitdikdən sonra içəri keçdi. Sənan çarpayısında eninə uzanaraq,
Elçinə bezgin-bezgin baxıb dedi:
-
Hər dəfəsində niyə qapını
döyürsən? Qızam səninçün? Içərdə nəylə məşğul ola bilərəm? Busthalter modası
göstərirəm səncə otağımda?
Elçin gülümsəyib:
-
Dedim birdən yatmış
olarsan.
-
Nolsun, yatanda görsən gəlib
öpücüklə oyadasan?
-
Kimə əsəbləşmisən? Süsən
bacıya?
Sənan yerinin içində dikəlib:
-
Yox, sizə. Qızın yanında
demədiyiniz söz qalmadı. Həm o ifritəyə niyə hirslənməliyəm?
Elçin az qala qorxa-qorxa:
-
Yəni nişanlanacağı oğlan gəldi
axı...
Sənan çiynini çəkib:
-
Nolsunki? Həm ona oğlan deməni
özümə təhqir qəbul edərəm. Gəllir gəlsində, bacı-bacı oturarlar- deyib, gülərək
özünü çarpayıya atdı.
Elçin Sənanın bu sevincli
halına əsəbləşib, eşidilməyəcək tərzdə pıçıldadı:
-
Öküz ki, öküz. Elə bil dünən
az qala kəsib damarların tökən bu deyildi...
Elçinin otaqdan çıxması ilə
Sənan yenidən dikəlib, gərnəşərək öz-özünə:
-
O ifritə elə ancaq bir geyi
seçərdi. Yoxsa oğlana qalsa, təbi ki daha yaxşıları var. Valla elə ancaq o geylə
olması dünyadakı bütün oğlanların xeyrinədi. Xüsusəndə mənim...
Səhər hamıdan gec durub,
evdə onda və Süsəndən başqa heç kim olmadığını anlayan sənan divana əyləşib,
bezgin şəkildə:
-
Hamsı yeqin görüşə gediblər.
Bir mən qırt toyuq kimi evə tıxılmışam bu ifritəylə- deyib, qapının zəngi ilə
diksindi. Öncə Süsənin açmağını gözləsə də, qapının hələ də çaldığını görüb
ayağa qalxdı.
-
Başqa vaxt olsa “bu evin
sahibi mənəm” deyə özünü dağıdar!- deyyə Süsənin arxasıyca deyinib, qapını
açmağa getdi.
Qapını açdıqda Ayazı görüb
kinayəli bir gülümsəmə ilə:
-
Xoş gəlmisən. “Suzi”n evdədi.
-
Nə yaxşı, başqa kim var?
-
Heç kim...
-
Ikiniz təksiz?
Sənan hiss olunan rişxəndlə:
-
Narahat olma, ona məndən zərər
gəlməz. Sənin kimi...
Ayaz qarşılıq olaraq ülümsəyib,
içəri doğru bir addım atdı. Sənanın düz qabağında dayanaraq, gözlərinə baxıb:
-
Ancaq öz adına danış-
deyib, çiyninə əlini sərt çəkildə vurub içəri keçdi.
Sənan içəridən Ayazın
“Suziii, Suzim...” deyə çığırdığını eşitsə də, yerindən tərpənə bilmirdi.
Qapının ağzında dayanıb, qaşlarını çataraq az öncə hiss etdiyini anlamağa
çalışırdı. Çiyninin yüngül ağrımasından çox, ürəyinə daman şey onu narahat
edirdi...
Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder