Ən gözəl”sən”!
Bölüm: 14
Süsənin gedişindən 2 ay keçmişdi. Əslində Süsən gəlmədən
əvvəl bir il eyni evdə yaşayan oğlanlar buna oyrəşməli idilər, lakin...
-
Bu konservanin vaxti keçib
deyəsən...
Sənanın Elçinin demesi ilə,
dəmir qutunun qapağına diqqətlə baxdı. Çiynini vecsizcə çəkib, cəngəllə yeməyi
götürərək:
-
Son istifadə tarixini 1-2
ay qısa yazırlar həmişə- deyib, ağzına atdı. Elçinin dəhşətə düşmüş baxışlarına
fikir vermədən çeynəməyə başladı.
Elçinin üz-gözünü qırışdırıb, başını yana çevirməsiylə bayaqdan sırf qürurunu
ezməmək üçün yediyi yeməyi cəld kənara qoydu.
Onsuzda üstü boş hazır yemək qutuları, bulaşıq qablar
ilə dolu olan mətbəx masasında necə yer tapdı, o ayrı bir sual. Mətbəxə girən Elnur dağınıqlığa diqqət edib, oğlanlara dönərək:
-
Buranı yığışıdırmağı
düşünmürsünüz?
Sənan Elnurun qarşısında, əlini
sinəsinə qoyub, eyilərək kinayəli səs tonu ilə dedi:
-
Bağışlayın əlahəzrət, siz gəlmədən
təmizliyi bitirə bilmədik. Artıq məcburən siz o çox dəyərli, birazdan təpiyi
ilişdirəcəyim arxa hissənizi qaldırıb özünüz eləməli olacaqsız.
Elnur soyuq bir ifadə ilə:
-
O qız gedəndən beləsən.
-
Pah. O nəinki qız, heç
adama oxşamazla nə əlaqəsi var? O gedəndən bəri dua edirəm kənddən qayıtmaması
üçün. İnşallah orda bir öküz-filan onu üzişdirərdə, ağlı başına gələr.
Elçin Sənana bilmiş-bilmiş
baxıb:
-
Elnur hansı qız olduğunu
demədi axı. Ağlına ilk o gəldiyinə görə, dəmək heç ağlından çıxmır.
Sənan etiraz etmək üçün
bir-iki cümlə demək istəsə də, Elçinlə Elnuruin üzündəki “hı, hı bilirik” ifadəsini
görüb, söhbəti dəyişməyə çalışdı:
-
Bəs o “babnik” hanı? Noldu,
buraları təmizləməyə qız gətirəcəkdi?
Elçin:
-
Gətirdi onsuzda.
-
Hanı bəs?
-
Ilk olaraq Samirin otağını
təmizləyib, getdi...
Sənan əsəbiliklə qaşlarını
çatıb, yarı incik tonda:
-
əclafa bax, ancaq öz
otağını təmizlədib. Bəs bizimkilər? Sizin ki, cəhənnəm, mən 2 günə çarpayımı
tapa bilməyəcəm içərdə.
Elnurla Elçin cəld Sənana
baxıb, onun həqiqətən də ürəkdən dediyini anladılar. Bir-birlərinə baxıb, səssiz
“səfehdi bu” deyərək güldülər. Sənan onların ona güldüyünü anlayıb, əsəbi şəkildə
qışqırdı:
-
Nə var ee, bir oğlanın
otağını yığışdırmaması normaldı. əlbətdə, siz qız-bibilər bilməzsiz belə şeyləri.
Elnurla Elçin ciddi bir
ifadə ilə:
-
Bir ara səninlə söhbət etməmiz
lazımdı.
-
Artıq bəzi şeyləri öyrənməyin
vaxtıdı.
Sənan bir söz demək istəyirdi
ki, çalınan qapı zəngi ilə susdu. Hər qapı çaldıqda olduğu kimi, bir-birlərinə
baxıb kimin açacağına qərar verməyə çalışırdılar. lakin bu hər dəfə olduğu kimi
yenə uzun çəkdiyindən, qapının zəngi çalınmağa davam edirdi. Artıq zəng əvəzinə,
yumruqlar qapıya dəyməyə başladıqda Sənan nə isə hiss edib cəld ayağa qalxdı. Mətbəxdən
çıxıb, bir-başa qapıya gedirdi. Qapıya dəyən yumruqlar gücləndikcə, addımları
sürətlənsə də bir yandan özünü sakit aparmağa çalışırdı. əlini dəstəyə atıb,
qapını özünə tərəf çəkdikdə hava da dayanan yumruq və qəzəblə parıldayan 1 cüt
gözlə qarşılaşdı. Üzünə yayılan gülümsəməyə manə ola bilməyərək, gözlərini
qarşındakından çəkmədən pıçıldadı:
-
Yemək bişir...
2 SAAT SONRA:
-
Pah, yemək bişirim hə? siz
axmaqlar mən gedəndən lap həddinizi aşdız. Bu evdə 4 adam yox, 4 donuz qoyub
getdiyimə əminəm artıq.
Sənan Süsənin deyinməsinə
fikir vermədən, az qala sevincdən yaşaran gözlərlə masadakı yeməklərə baxırdı.
Süsənin əsəbiliklə boşqabı qarşısına qoyması ilə ayılıb, ona məsum-məsum
baxaraq:
-
O qədər sevincəyəm ki, səni
belə qucaqlaya bilərəm. Düşün yəni.
Süsən ikrah hissi ilə
üz-gözünü qırışdırıb:
-
Daha az iyrənc olduğunda.
Bu nə iydi gəlir sizdən?
Sənan yeməyə girişib,
dilucu:
-
Paltaryuyan maşın işləmirdi.
Elçin:
-
Valla nə elədiksə işləmədi.
– deyib, onu təsdiqləməsi üçün Elnura baxdı.
-
Hətda istifadə təlimatını
oxuyub, hərfiyən yerinə getirdik.
Öncə oğlanları inanmırmış
kimi süzən Süsən, az öncə maşını necə işə saldığını xatırlayaraq soruşdu:
-
Bəs işə salmadan əvvəl cərəyana
qoşdunuz?
Masadakı dərin səsssizlikdən
bunu etməyin heç kəsin ağlına gəlmədiyi bəlli olurdu...
Masadakı səssizliyi Sənanın
Somali qaçqını kimi yeməsi pozurdu sadəcə.
Elçin Süsənə dönüb, canyaxın bir ifadə ilə:
-
Sənin təilin necə keçdi Süsən
bacı? Nələr etdin, nələr oldu?
Süsən başını belə
qaldırmadan, ən adi bir şeymiş kimi:
-
Heç. Amma deyəsən bu
yaxınlarda nişanlanıram.
Sənan bir anlıq dayansa da,
heç nə olmamış kimi yeməyə davam edirdi. Elnurun gözlərindən onun özünü eşitməmiş
kimi aparması qaçmadığından, biraz yüksək
tonda:
-
Necə yəni “deyəsən?” bu dəqiq
deyil?
-
Nə bilim. Orda cəmi 2 dəfə
danışdıq. Deyəsən bu günlərdə gələcəklər.
-
Doydum. – deyib, masadan
qalxan Sənana hamı təəccüblə baxdı.
Ilk dəfə idi ki, onun “doydum” deməsini və
hamıdan əvvəl, yəni bütün yeməklər bitməmiş masadan qalxdığını görürdülər.
Elçin Süsənə gülümsəyərək “ təbrik edirəm” deyib, Sənanın ardınca qalxdı. Onun
otağına girib, Sənanı paltarları kənara atmağa çalışdığını görüncə:
-
Həqiqətən çarpayını tapa
bilmirsən hə?
Sənan çiynini vecsizcə çəkib:
-
Buralardadı yəqin.
-
Süsən bacının nişanlanması
yaxşıdı hə?
Sənan kinayəli bir təbəssümlə:
-
əlbətdə. O oğlan düşməni ərinin
kirli corablarını yusun da, ağlı başına gəlsin.
-
Niyə elə deyirsən ee?
-
Nə var, düz deyirəm da.
100% faiz arvadı alıb, ancaq ev işləri gördürən, duyğusuz, kobud birinə gedəcək.
əri evəd bağıran, əsəbi bir tip olacaq.
Elçin Sənanın indi özünü təsvir
etdiyinin fərqində olmamasına təəccublənib, ona şoka girmiş kimi baxdı. Amma
boş idi, Sənan özünün bütün mənfi xüsusiyyətlərini Süsənin xəyalı nişanlısına
saymağa davam edirdi. Elçin öncə bunun səbəbini anlamasa da, ağlına gəlmiş
fikirlə Sənanın qolunu tutub, gözlərini geniş açaraq:
-
Sən Süsən bacını sevirsən?!
-
Nə?! Yox bir!
Elçin inanmırmış kimi:
-
Bəs onda niyə belə edirsən?
Sənan öncə yənə əsəbi bir
söz demək istəsə də, birdən sakitləşib sonunda tapa bildiyi çarpayısına oturdu.
Gözlərini Elçindən qaçırıb, zəif tonla:
-
Sadəcə onun iki üzlülüyünə əsəbləşirəm.
Bütün oğlanlardan zəhləsi gedirdi, hamısı öldürmək istəyirdi. Amma indi bir
oğlanla nişanlanır. O oğlanı zəhləsi getdiyi oğlanlardan fərqli edən nə ola bilərdi
ki?... bizə qışqırır, vurur, təhqir edir, amma başqasından nişanlanacaq qədər
xoşu gəlir. Nə, göydən qızıl zəmbillə düşüb o adam?!
Elçin gözlərini Sənana
dikib susdu. ( müəllif: Cəmilə Məmmədli)Çünki onu tanıyırdı, əgər düşündüklərini
desəydi, böyek ehtimalla sərt şəkildə etiraz edəcəkdi. Indi qarşısında yarı küskün, yarı kədərli ifadə ilə çarəsiz
dayanmış dostu hiss etdiyi hər şeyi dürüstlüklə desə belə, nə olduğunu
anlamadığı bəlli idi. O da çarpayıya oturub, əlini Sənanın çiyninə qoydu.
Gülümsəyərək:
-
Süsən bacı bütün oğlanlara
qarşı belədi. əminəm o oğlan mazoşist-filandı. Nişanlansalar ya 2 günə dözməyib
o qaçacaq, ya daSüsən bacı onu öldürəcək.
Sənan Elçinin son sözünə
gülümsəyib, kefi yerinə gələrək:
-
Mən öldürəcəyinə mərcə girərəm.
Səhər qapının zəzginin səsinə
oyanan Sənan deyinə-deyinə açmağa gedirdi. Yarı-yuxulu gözləri qarşısındakı
adamı tam seçə bilməsə belə, kişi olduğunu anladı. Lakin eşitdiyi sözlərlə gözlərini
geniş açıb, qarşısındakı adamı təkrar-təkrar süzməyə başladı:
-
Ay salammm. Suzi evdədiii?
Siz kimsınızz ki??? Oo, Suzinin qaldığı oğlanlardan birisiz? Nu Suzi heç
yaraşdırmadım sənə, bə deyirdin hamsı eşəydi. Darıxdım eee sənin üçün.
Sənan hələ də ağzıaçıq şəkildə
yanından keçib, Süsəni qucaqalayan oğlana baxırdı. Səsə qapının ağzına yığışmış
oğlanlarda Sənan qədər şokda idilər. Süsən hər kəsin ona baxdığını görüb,
açıqlamağa ehtiyac duydu:
-
Bu mənim nişanlım olacaq
adam, adı Ayaz. Bunlarda bu evdə tarakan misalı yaşayan böcəklər.
Ayaz əlini qarşısında hələ
də diqqətlə ona baxan Sənan uzadaraq:
-
Mənə Azik deyə bilərsən.
Onsuzda hamı belə deyir eee.
Sənan qeyri-adı əlini
uzadırdı ki, olanları dərk edərək cəld Süsənə dönüb:
-
Sənin nişanlanacağın
“oğlan” budu?
-
Hə...
Sənan bir daha hərəkətləri,
danışıq tərzi ilə oğlandan çox, qızı təəssüratı yaradan Ayazı süzüb, nəşəli bir
gülümsəmə ilə:
-
Indi anlaşıldı. Sən həqiqətən
də normal qız deyilsən.
Oğlanlar isə tək kəlimə etmədən
qarşılarındakı mənzərəni anlamağa çalışırdılar. “normal” sayılmayan bir qız və
qarşısında bir-birinin əksi 2 oğlan. Bir seçim, yoxsa bir tale...
Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder