musiqi

11 Ağustos 2013 Pazar

Ən gözəl"sən"! 13

  
Ən gözəl”sən”
Bölüm: 13

Süsənin “normal” olmağı dilədiyi gündən 3 gün keçmişdi və normal olan tək şey bir-birlərini gördükləri yerdə gəbərtməyə hazır olan Sənan və Süsən idi. Amma Süsənin bunda daha həvəsli olduğunu bildirmək gərək. Həvəsli? Bu sözün nə qədər xəfif qaldığını açıqlamağa söz yoxdur hərhalda...
-          Süsən bacı, duzu verə bilrsən?
-          Buyur.
-          Çörək zəhmət olmasa.
-          Əlbətdə.
-          Bu yeməyə istiot qatmaq ağlına gələ bilməzdi?!
-          Al özün tök!
Sənan üzünə doğru son sürət gələn istiot qabından son anda əyilməklə qurtula bilib, qəzəblə Süsənə baxdı.
-          Sən dəlisən?! Adam kimi verə bilməzdin?
-          Sən adam olsaydın verərdim!
Sənan:
-          Nə, onlar istəyəndə elə gəşəng verirsənki! Mən düşməninəm?!
Süsən qəzəblə:
-          Hə! – deyib, masadan qalxaraq otaqdan çıxdı.
Sənan onun arxasıyca qəzəblə baxarkən, Elçin ona gözlərini dikib, əsəbi şəkildə:
-          Neynəmisən qıza?
-          Qız? Hanı qız? əgər qız deyəndə o ifritəni nəzərdə tutursansa, mən heç nə eləməmişəm!
Samir Sənana günahlandırarmış kimi baxıb:
-          Nç nç nç, belə olmaz. Sən bir qız haqqında niyə belə danışırsan? Süsən də təbii ki, qızdı. Sadəcə biraz fərqlidi...
Sənan qollarını sinəsində çarpazlayıb, gözlərini Samirə dikərək:
-          O da bir qızdısa, niyə gedib sevgi təklif eləmirsən? Etsənə?
-          Hmm... sadəcə hələ yaşamaq istəyirəm...
Sənan qalib gəlmiş kimi gülümsəyib:
-          Gördün, sən də bilirsənki o normal qız deyil.
Elçin yemək masasında belə əlində kitab olan Elnura yaxınlaşıb:
-          Sən də buna bir söz de da. Süsən bacı artıq hamımıza yaxşı davranır, bir Sənana qarşı belədi. Sənana denən da.
Elnur başını kitabdan qaldırıb, Sənana baxaraq soyuq bir ifadə ilə:
-          Bəlkə sadəcə Sənana nifrət edir? Yəni bunun üçün səbəblər var. Sənan kobuddur.
-          Bir qıza necə davranacağını bilmir.
-          Süsən bacını qulluqçusu kimi yemək bişirməyə məcbur edir...
Sənan qarşısındakı biraz da keçsə onu yerin dibinə batıracaq oğlanlara əzici baxışlarla baxıb:
-          Siz nə çakal tiplərsiz?. əsil üzünüzü görəndən sonra, o ifritəyə qanım qaynamağa başladı...

Saatlar aparan danlaqlardan oğlanların yüngül döyülməsi və Sənanın Süsənə kobud davrandığını qəbul etməsiylə nəticələndi. Tətilə artıq günlər qaldığından, bu evdəki son günlərini yaşayan oğlanlar həm Leyla xanıma verdikləri sözü yerinə gətirməyə, həm də Süsənə daha yaxşı davranmağa qərar verdilər.

 Sənan qonaq otağında gündəlik işlərlə məşğul olan Süsənə yaxınlaşıb, üzr istəməyə çalışırdı. Lakin işçi qarışqa kimi oyana-buyana qaçan Süsəni saxlamaq asan deyildi. Sənan yüngülcə öskürüb Süsənin diqqətini çəkməyə çalışırdı ki, qapının zəngi çaldı. Sənan bir anlıq olsa da üzr istəməkdən qaça bildiyinə sevinərək:
-          Mən açaram!
-          Yox, bura mənim evimdi, mən açacam!
-          Ilk mən dedim!
Yaxınlıqda olan qapıya qaçaraq, ilk açmağa çalışan Sənandan daha çevik olan Süsən onu ötdü. Tam qapının dəstəyinə əlini qoyub, açacaqdı ki Sənan onu belindən qavrayıb geri çəkdi. Lakin Süsən dəstəyi bərk tutmuş olduğundan, qapı açıldı. Sənanın anası qarşısında oğlunun bir qızı qucaqlayaraq dayanmasına təəccüblənərkən, gələnin kim olduğunu anlamayan Süsən, Sənanın donub qalmasından istifadə edib, güclü bir yumruq ilişdirdi...

Ləman xanım çaydan bir qurtum içib, fincanı masaya qoydu. Qarşısındakı bir-birindən yaraşıqlı oğlanları ikrah hissi ilə süzüb, yanağına buz qoyan Sənana üzünü çevirib dedi:
-          Tapmısan özünə oxşayan avaraları.
Elçin cəld:
-          Xala valla biz Sənan kimi avara deyilik.
Sənan Elçinə öldürəcəkmiş kimi baxıb, kinayəli səs tonu ilə dedi:
-          Özünü yorma, anam avaraları “üzündən” tanıyır.
Samir Sənandan fərqli olaraq olduqca kifir olan Ləman xanıma baxıb:
-          Heç belə bir şey gözləmirdim. Xəyallarım...
Onun sözünü bitirməsinə imkan verməyən Elnur, əlindəki kitabla yüngülcə ona vurub, nəzakətlə:
-          Demək Sənanı evə aparmağa gəlmisiz?
Ləman xanım üz-gözünü qırışdırıb:
-          Hə. dərs qurtarır onsuzda. Bizdə atasıyla kəndə gedəcəyik dincəlməyə, evə həyan olsun.
Sənan dişlərinin arasında qəzəblə pıçıldadı:
-          O əclaf mənim atam deyil.
Ləman xanım cəld ona dönüb, hikkə ilə:
-          Necə yəni atam deyil? O olmasaydı, sən neynərdin? Küçələrdə avaraçılıq eləməkdən qurtardı ee o səni! Adam olasan deyə, məktəbə qoydu!
-          O? Dövlətin məktəbinə, sırf qanundu deyə məni göndərdi. Narahat olma, aldığı paltarın, çörəyin pulunu da 6-cı sinifdən işləyərək ödədim!
-          “Şirniyyat istəmirsiz?
Leman xanım, oğluna qəzəblə baxıb, başını bulayaraq:
-          Səndən adam olmaz. Qədir bilməzsən, onla evlənməsəydim kim bilir halımız necə olardı. Guya öz dədəsi buna yaxşı baxacaqdı.
-          Atamın adını çəkmə!
-          “şirniyyat istəmirsiz?”
-          Çəkərəm də, o guya nə olubki?!
Sənan ayağa qalxıb, qəzəblə nə isə demək istəyirdi ki, açıq ağzına dürtülən piroq onu susdurdu. Bayaqdan əlində şirniyyat boşqabı ilə qarşılarında dayanan Süsən, tikəni sonacan Sənanın boğazına dürtüb, gözlərinə baxaraq:
-          Şirniyyat istəmirsiz?!
Süsənlə aralarında olan sözsüz dialoqdan nəticə çıxaran Sənan, ağzındakı tikəni güclə çeynəyib yerinə oturdu.(müəllif: Cəmilə Məmmədli) Ləman xanım qarşısına səliqə ilə düzülmüş şirniyyat boşqabı qoyan Süsənin yenə baxımsız olan geyimini süzüb, eyhamla:
-          Demək sənlə bizim gedə sevgilidi? Bu da təzə moddu deyəsən. Eyni evdə yaşamaq...
Elçin:
-          Yox, Süsən bacı ev sahibəsinin qızıdı.
Leman xanım inanmırmış kimi göz süzdürüb:
-          Açıqlamağa ehtiyac yoxdu, biz də bir-iki şey qanırıq. Bir-birlərindən belə xoşları gəlirsə, sevgili olsunlarda.. nə deyrəm.
Elçin yenə elə bir şey olmadığını açıqlamağa çalışarkən, öz hisslərindən başı çıxmayan Süsənin beynində şimşəklər çaxdı. “xoşlanmaq, sevgili olmaq, əl-ələ tutuşmaq... ö...ö...ö...ölmək!!!”- deyə düşünən Süsən şoka girmişkən, Elçin Sənanı silkələyib:
-          Sən də elə bir şey olmadığını de da!
Sənan vecsizcə çiynini çəkib, qarşısındakı Süsənə tərəf əyilib, pıçıldadı:
-          Düşün, sənlə biz sevgiliyik və o kinolardakı şeylərdən edirik...
Gözləri anıdən böyüyən Süsən qışqıraraq:
-          Bu iyrənc böcək, axmaq məxluqat, beyni inkişafı “error” vermiş varlıqdan xoşum gəlməsi üçün, ən az bir “Y” xromosomu* daşıyıcısı qədər axmaq olmalıyam!
Sənan Elçinə “gördün?” deyirmiş kimi baxarkən, Ləman xanım dodaqaltı:
-          Bu dədəsinə oxşamışı kim sevərki onsuzda.
Hər kəsin eşidə biləcəyi tonda olan bu pıçıltı ən çox Sənana təsir etdi. Gözlərini yerə dikib, yumruğunu düyümləyərək özünü cilovlamağa çalışdı. Nə edə biləcəyini bilməyən oğlanların susması ilə daha da gərginləşən anda:
-          Demək ki, pis adam deyilmiş.
Az qala güclə eşidilən pıçıltını eşidən Ləman xanım, başını qaldırıb:
-          Nə?
Süsən Ləman xanımın gözlərinə baxıb, daha özündən əmin və qətiyyətli şəkildə:
-          Atası. Ona oxşadığına görə, demək ki, pis adam deyilmiş...


Artıq danışılacaq heç nəyləri qalmayan anasını qapıya qədər ötürən Sənan, qapını örtüb, arxasıyca gələn Süsənə tərəf çevrildi. Gülümsəyib:
-          1:1. Bu səfər axmaqlar kimi bir-birimizə “canım-cicim” davranmayaq. Yenə özümü Elçin kimi hiss etməyə dözə bilmərəm. – deyib, iyrənmiş kimi üz-gözünü qırışdırdı.
Onun kimi üzünü büzüşdürən Süsən, başını yelləyib razılığını bildirdi. Sənan Süsənin dönüb getmək istədiyini görüb, cəld:
-          3 gün sonra tətillər başlayır.
-          Bilirəm.
-          Biz hamımız evə gedəcəyik...
Süsən sevincli üz ifadəsi ilə:
-          Gedişiniz olub, dönüşünüz olmasın.
Sənan öncə qəzəblə qaşlarını çatıb, sonra ağlına gələn fikirlə:
-          Mən evə getməyəcəm, burda qalacam. Puluyla deyil? Hələ səni adam edib, pulsuzda qalacam.
Süsən qəzəblə bir şey deməyə macal tapmamış, bayaqdan onları güdən Elçin qabağa keəçərək:
-          Onda məndə qalıram! Siz ikiniz tək qalsaz, bir-birinizi yeyəsiz. Yazıq Süsən bacı...
Samir:
-          Mən də qalacam. Siz ikiniz birləşib öncə Elçini yeyəsiz, sonra bir-birinizi. Ona görə...
-          Buna Bakıdakı sevgililərimi  qoyub gedə bilməyəcəm de sən. Yenə sizi özünüzü saldığınız bəlalardan xilas eləmək üçün mən də qalmalıyam deyəsən. – deyib, bezgin şəkil də köks ötürdü Elnur.
Sənan oğlanlara göz gəzdirib, onları güddükləri üçün səssiz təhdit edərkən, arxadan gələn səs:
-          Süsən qızım mənlə kəndə gələcək 2 aylığına, siz burda qardaş-qardaş yaşayarsız.
Sənan Süsənin qolundan yapışıb, ona qalib gəlmiş kimi baxan nənəyə:
-          Bu Əzrailin  əlindən yenə qaçıb deyəsən. Nənə deyil, Road Runner** maşallah.- deyə pıçıldayıb, Süsənə dönərək:
-          Demək sənsiz 2 ay...
Ikisi də sevinclə bir-birlərinə baxıb, gülümsəyirdilər. Ya da ən azından elə görünürdülər...

*= “Y” xromosomu cinsiyyəti bəlli edən son xromosom cütündə və ancaq kişilərdə olur.
**= Road Runner həmişə onu yeməyə çalışan çaqqaldan son sürət qaçan cizgi film qəhramanı.


Cəmilə Məmmədli

Hiç yorum yok :

Yorum Gönder