Ən gözəl"sən"Bölüm: 12
Sənan telefonu bir qulağından digərinə aparıb, yerində var-gəl edərək əsəbi şəkildə danışırdı. Bayaqdan əsəblərini cilovlayıb, onun az qala bağıraraq danışmasına dözməyə çalışan Süsən barmaqlarını masaya döyəcləyirdi. Lakin hər dəfə nə isə demək istədikdə, oğlanların narahat və təlaşlı baxışı ilə rastlaşıb susurdu. Sonunda danışığını bitirən Sənan əsəbi şəkildə yeriyib, yerinə oturdu. Süsən:
- Kimlə danışırdın belə? səsin özünə xoş gəlmiş kimi ancaq qışqırırdın. O adama yazığım gəldi.
Sənan əlindəki çəngəli masaya qoyub. başını qaldırdı. Süsənin gözlərinin içinə qəzəblə baxıb, heç nə demədən başını çevirdi. Qısa bir səssizliyin ardından pıçıltıya bənzəyən bir səslə:
- Anamla..
Süsən masaya çökən səssizlikdən anladı deməməsi lazım olan sözlər dediyini. Oğlanların üzündəki soyuq ifadə bir şeylərin yaxşı getmədiyini anlamışdı...
Yemək bitdikdən sonra evdn tez çəxan Sənanın əksinə digərləri qalıb, aralarında bir şey danışırdılar. Hərarətlə, lakin pıçıldayaraq gedən muzakirənin ardından oğlanlardan Elçin ayrılıb Süsənin yanına gəldi. Gözlərini ona dikib, məsum bir ifadə ilə:
- Eee, bu gün Sənanın kefi yaxşı olmayacaq, onun əvəzinə mənlə dalaşsan? Amma nolar üzümə vurma...
Süsən qarşısındakı ona qorxaraq baxan Elçinə baxıb, incimiş kimi:
- İndi mən qəzəbli bir büdpərəst tanrısıyam və mənə səni qurban verdilər?
- Yox Süsən bacı, elə deyil. sadəcə... Yəni..
Süsən gülümsəyərək:
- Bunu sevdim. Amma o axmağa nə olub ki? Yəni maraqlandığımdan-filan deyil də... - deyib, həqiqətən də vecinə deyilmiş kimi görünməyə çalışdı. lakin Elçinin acı-acı gülümsünüb " bunu ancaq Sənan sənə danışa bilər" deməsi ilə narahat olmağa başlamışdı.
Artıq 2 gün keçmişdi və bu iki gündə Sənanla Süsən tək kəlimə belə etməmişdilər. hər qarşılaşdıqlarında oğlanlar bir vəchlə Süsəni ondan uzaqlaşdırırdılar. Sənanın mətbəxdən əlində çörək arası bir şeylərlə çıxmasını dodağını çeynəyərək izləyən Süsən, son 2 gündü yanından ayrılmayan elçinə dönüb:
- Biriniz deyəcəksiz nolub buna? Sakit dayanır, qışqırmır və "yeemək" deyə mələmək evəzinə, gedib özü hazırlayır! Heç normal deyil.
Elçin:
- Əslində bunlar normaldı. - deyib, Süsənin qəzəbli ifadsini görüb davam etdi:
- Amma Sənan üçün heç də normal deyil. Narahat olma Süsən bacı, düzələr. Sənin Sənanı bu qədər düşündüyünü bilmirdim.
Süsən Elçinə boş-boş baxıb;
- Onu düşünən kimdi? ürəyim sıxılır sadəcə. Hamınızla dalaşsam belə ancaq ona vura bilirəm. o kitab qurdu heç mənlə dalaşmır, çin malı Don Juan nə vaxt yaxınlaşsam üzünü tutur.
Elçin həqiqtən də, Süsənin halına acıyıb, gözlərini ona dikib ən məsum halı ilə:
- Mənə vura bilərsən Süsən bacı. Söz verirəm üzümü tutmayacam və səndən küsməyəcəm.
Süsən Elçinin həqiqətən də dediklərində ciddi olduğunu anlayıb, üzündəki şirin ifadəyə baxıb köks ötürdü. Divanda oturub, çörəyini səssizcə yeyən Sənana düşmən kimi baxıb, dodaqaltı pıçıldadı:
- Bu axmağın sayəsində telepuziki döyməli olacam...
Axşamüstü ev qayıdan Sənan, həyət girdiyi anda birninin onu izlədiyinin fərqinə vardı. Asta addımlarla evə yaxınlaşdıqca buna əmin olub, hiss etdirmədən arxaya baxmağa çalışanda bir əl ağzını tutdu. nə olduğunu anlamağa macal tapmamış belindən tutan ikinci əl onu evin arxa tərəfinə çəkməyə çalışırdı ki, sonunda SƏnan özünə gəldi.(müəllif: CƏmilə Məmmədli) Cəld onu tutan əli qavrayıb, özünə çəkərək belindən tutub havaya qaldırdı. Lakin hücüm edən də, təslim olmayıb çabalamağa davam etdiyindən ikisi də yerə yıxıldı. Üstündəki hücüm ədnin üzünü görən Sənan qaldırdığını əlini dayandırdı. Bezgin şəkildə:
- Nuri Alço kimi çayıma-filan dərman atsaydın, Coşğunun izindən getmə sən.
Sənanın sinəsi üstündə oturmuş Süsən ona yüngül bir yumruq atıb:
- Qoruyucuların sayəsində sənə yaxlnlaşmaq mümkün deyildi. adam kimi sakit dura bilməzdin?!
- Düz deyirsən, günah məndədi. Gecəinin bir yarısı ağzımı tutan ya sən olmalı idin, ya da şaxta baba.əlbətdə günah məndədi, gecənin yarısı məni yıxıb, üstümdə təpinən qızda yox!
Süsən hələ də Sənanın üstündə olduğunun indi fərqinə varıb, cəld qalxdı. Çəkinərək Sənandan uzaqlaşıb, eşidilməyəcək tərzdə "bağışla" deyə pıçıldadı. Sənan ayağa qalxıb, üstünü təmizləyərək, heç nə demədən getmək istəyirdi ki Süsənin səsi onu dayanmağa məcbur etdi:
- Mənə nə olduğunu danışmayasan?
Geriyə dönüb, Süsənin ona çarəsiz şəkildə baxdığını görüncə...
Sənan Süsənə hər şeyi danışmışdı. Anasının atasıyla istəmədən evlənməsini, ölməsini, anasının yenidən sevdiyi biri ilə evlənməsi... Ögey atasının onu döyməsi..
Sənan tək kəlimə etmədən onu dinləyən Süsənə gülümsəyərək baxıb:
- İndi bildin. Dincəldin?
Süsən ürəyi ağrısa da, Sənanın qürurlu olduğunu bildiyindən, üzünə vecsiz bir ifadə verib:
- Ola bilər, amma bu yenə də ananın günahı deyilki. Siz axmaq oğlanların hamsı beləsiz, nə olsa o dəqiqə qadınları günahlandırırsız. Çünki...
- Keçən il yenə məni döymək istəyən o adama əl qaldırdım deyə anam məni evdən qovdu. Əslində təəccüblənmədim, nədənsə seçməli olanda həmişə o adamı seçirdi onsuzda. İndi isə mənim oğlu olduğum yadına düşüb, məni görməyə gəlmək, evə aparmaq istəyir.
Tək kəlimə edə bilməyən Süsən gözlərini qaçırıb susdu. Sənan isə asta-asta danışmağa davam edirdi:
- Bax belə... Bilirsən sənin əksinə, normal qızların xöşuna gəlirəm. Yaraşıqlı, hündür, güclü-filan. Məni sevdiyini deyən çox olub, amma mən heç birinə inanmamışam. Öz anam belə məni sevməzkən, başqasının sevməsi ancaq yalan ola bilər. Amma sən fərqlisən. Əminəm ki, əsla məni sevdiyini demək, ya da bənzəri bir riyakarlıq etməyəcəksən. Buna görə səninlə çox rahatam.
Sənan baxışlarını yerdən qaldırıb, Süsənə gülümsəyərək baxaraq:
- Düzdü, çox vaxt normal bir qız olmadığından şikayət edirəm, amma "normal" olmadığın üçün çox sağ ol. - deyib, evə tərəf gedirdi ki, ayaq saxlayıb:
- Amma bu anormal qal demək deyil. Ən azından gecənin bir yarısı oğlanların üstündə təpinməkdən əl çək!
Sənan artıq getsə belə, Süsən gözlərini yerə dikmiş şəkildə dayanmışdı. Çünki bəlkə də həyatında ilk dəfə bir oğlanın onu qız kimi görməməsi qəlbini incitmişdi... Sözlər boöazına düyümləndiyindən, tək bir cümlə töküldü dodaqlarından:
- Mən də normal olmaq istəyirəm..
Birinin bizi sevməsi çox yaxşıdır, amma birinin bizi ən gözəl halımızla deyil, hər halımızla sevməsi daha yaxşıdır...
Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder