Ən gözəl"sən"Bölüm: 11
- Buyur, əvvəl sən keç.
- Yox, sən birinci gəldin.
- Öncə xanımlar.
- Yol böyüyüyündü...
Elçin ağzı açıq şəkildə mətbəx qapısının ağzında bir-birlərinə yol verməyə çalışan Süsən və Sənana baxıb, Elnura dönərək:
- Nə olur burda? 21 dekabr* keçməmişdi?
Elnur göz ucu bir-birlərinə səmimi şəkildə gülümsəyib, son 15 dəqiqədir yol verən Sənan və Süsənə baxıb:
- Ən məntiqli fərziyyə bir yadplanetli gelib, beyin dalğaları ilə oynayıb.
Samir:
- Niyə elə deyirsən? Dünən ikisi tək qalmışdılar. Biz gedəndə bir-birlərini parçalamağa hazir ikən, gələndə cici-bici idilər. BƏlkə aralarında nəsə o... - deyib, Elnurla Elçinin baxışını görüb, bezgin şəkildə davam etdi:
- Hə, bilirəm. Oğlan və qızdan çox, 13 yaşlı uşaqlar kimi davranan bunları bir yerə 6 aylığına belə kilidləsən birinci mərhələyə keçib, əl-ələ belə tutuşmazlar. 100% yadplanetlilərdi.
Bu vaxt sonunda yol vermə məsələsində bir qərara gələn Süsən və Sənan gəlib masanın ətrafında yerini tutdu. Dəqiqələr keçdikdə masadakı gərginlik artırdı. ilk öncə bir-birlərinə səmimi şəkildə gülümsəyən Sənanla Süsən, aralarındakı söhbət artdıqca "al bu da sənə təbəssüm!" tərzində gülümsəməyə başlamışdılar. Oğlanlar isə yeməyə belə çəkinərək, bu iki saatlı bombanın partlayacağı vaxtı gözləyirdilər. Lakin xoşbəxtlikdən heç nə başvermədən yemək sonlandı. Hamsı ayağa alxıb, oğlanlar universitetlərinə, Süsən öz idman zalına getmək üçün qapıya tərəf gəldi. Evdən çıxıb, fərqli yollara ayrılma anında bayaqdan güclə də olsa, söhbət etdiklərindən sağollaşmalı olan Süsən və Sənan bir-birlərinə baxdılar. Sənan az qala pıçıldayırmış kimi:
- Nəysə. Özünə diqqət et- filan. xeyirli işlər yəni...
- Hə. sənə də zehin açıqlığı... Yaxşı yol...
Oğlanlar artıq uzaqlaşarkən, hələ də yolun ortasında dayanıb bu məcburi "sağollaşma" mərasiminin bitməyini gözləyirdilər. Amma necə bitirəcəklərini bilmədiklərindən və bu qatır inadına sahib dəlilərimiz "ilk təslim olub gedən" olmaq istəmədiklərindən, məcburən əl sıxışmağa qərar verdilər. Filmlərdəki romantik səhnələri yada salacaq tərzdə yavaşca bir-birinə yaxınlaşan əllər və turş limon, tüklü şəftəli, qara lövhəni cızan təbaşiri eyni anda görmüş problemli insan ifadəsi... Əllər artıq toxunacaq qədər yaxınlaşand, hər ikisi gözlərini yumub, tutmağa hazırlaşırdılarki...
- Ay necə darıxmışam balamdan ötrü, Maşallah boyda atıb! maççç-muççç
10 saniyə əvvəl ilk dəfə əl-ələ tutuşacaq cütlük kimi görünən mənzərə, indi biraz fərqli idi. KƏnarda dayanıb, şoka düşmüş vəziyyətdə nə olduğunu anlamağa çalışan Süsən, heykəl kimi düm-düz dayanıb, təəccübdən nəfəs almağı belə unudan Sənan və 1.85 boyundakı Sənana kaola** kimi yapışıb, üz-gözünü öpməyə çalışan "nənə". Sonunda özünə gələn Sənan, üzündə öpülməyən yer qoymayan nənəni özündən qoparmağa çalışdı.
- Nənə sən nə vaxt gəldin? niyə gəldiyini xəbər vermədin?
Sonunda nənəni qoparmağı bacarmış Sənan, Süsənə dönüb:
- Bu harasa getmişdi ki?
- Hə, böyük baxısının yanına. 1 həftədi artıq.
Sənan bayaq az qala işıq sürəti ilə ona yapışan nənənin, yenə ilbizlə yarışan sürətlə Süsənə yaxınlaşmasına baxıb pıçıldadı:
- Böyük bacısıda sağ imiş. Əzraillə muqavilələri var zalımların.
- Süsən qızım, yoldan gəlmişəm. yorğunam... Siz harasa gedirdiz?
Sənan bayaq süper gücləri varmış kimi hərəkət edən nənənin, Süsənə qarşı həqiqətəndə yorğun və xəstə bir qoca roluna büründüyünə ağzı açıq baxdı.(müəllif: Cəmilə Məmmədli) Süsənin isə saf-saf nənənin qoluna girib, " əlbətdəki yox, gəl səni evdə rahatlayım" deyib, nənəni evə çəkməsi ilə yolun ortasında tək qalan Sənan:
- O yeriyən ölü dönüb mənə dil çıxartdı hə? yox, məni qara basır... Amma dil çıxartdı axı...
Axşam qonaq otağına yığışan oğlanlar, gəldiklərində belə Süsən və Sənanın bir-birlərinə yaxşı davrandıqlarını görüb, Süsənin otaqdan çıxmasını fürsət bilərək:
- Aranızda nə olub? yoxsa qızın ilk öpüşünü ələ keçirmisən?
- Diplomatik bir atəşkəs müqaviləsi imzalamısız?
- Artıq dost olmağa başlamısız?
Sənan bir-bir oğlanları süzüb, sırası ilə süzüb:
- Yox bir qan qardaşı olmuşuq, hələ ittifaq bağlamışıq, 9 ay sonra əmi olacaqsız... Gicləmiyinda! heç nə olmayıb. - deyib ayağa qalxıb, otaqdan çıxmağa çalışdı. Elçin cəld onu dayandırıb:
- Sənan nolar dayan, danışmasan bu gecə gözümə yuxu getməyəcək. nolar...
Sənan arxasını dönüb, bezgin şəkildə olanları danışmağa başladı. Hər şeyi danışdıqdan sonra, Elnur ona dönüb:
- Bəs indi bundan sonra həmişə belə olasız? və niyə beləsiz?
Sənan özündənrazı şəkildə gülümsəyib:
- Deyəsən mən onu qoruduğuma görə heyran olub. Yəni qızı başa düşmək olar, mənim kimi bir oğlana onun kimi bir oğlan düşməni belə dözə bilməz. İndi o minnətdarlığını göstərmək üçün şirin davranmağa çalışır, mən də onu sındırmamağa çalışıram. Yazığım gəlir yəni...
Sənanın sözünü oğlanların üzündəki dəhşətə düşmüş ifadə kəsdi. güclə udqunub, yarı pıçıltı ilə:
- O arxamdadı hə? - deyib, yellənən başları görüncə arxaya çevrildi. Süsəni qaşları çatılmış şəkildə qarşısında görüb, yazıq-yazıq gülümsədi...
30 dəqiqə sonra ətraf dağılmış, bu mənzərəni gözləyən oğlanlar belə bezib getmiş, enərjiləri tukənmiş Sənan və Süsən isə divana yıxılmışdılar. Sənan göyərən yerlərinə toxunub:
- Of, ufff... qızsan deyə sənə deymirəm, amma bir gün sürüyəcəm səni! qarşındakı adamdı ee, qum torbası yox!
Süsən yənə əlini qaldırmaq istəsə də, gücü tükənmiş qolu yanına düşdü. başını çevirib:
- Əcəb oldu, mən özümü məcbur hiss edrəm deyə adam kimi davranıram, bu məxluqat nələr düşünür! Onsuz da 2 həfətyə dərs ili qurtarır, qurtuluram səndən!
- Əsl mən qurtuluram! Nənənlə bərabər bayquş kimi qalarsan burda!
Süsən acı-acı gülümsəyib:
- Guya həmişə elə deyildi...
Sənan Süsənin hər zaman qastrollarda olan anasından çox, nənənylə qaldığını xatırlayıb susdu. Özünü günahkar hiss edirdi. Qalxmaq istədikdə, hələ də bədəninin ağrıdığını hiss edib, divana çökdü. GÜlməyə başlayıb:
- Əslində elə incə-mincə davranmağımızdansa, belə dalaşmaq ləzzət edir.
Süsən Sənana "nə deyir bu manyak" baxışı atıb, onun hələ də güldüyünü görüb, özü də gülməyə başladı.
- Hə, belə daha yaxşıdı...
Sənan bir an dayanıb, gözlədiyinin ksinə qız kimi gülən Süsənə baxışlarını çevirdi. həqiqətən incə gülən Süsənə təəccüblə baxıb, özü də hiss etmədən gülümsədi.
- Hə uşaqlar, nədən söhbət edirsiz?
Süsənin gülüşünü bir anda divanın ortasında bitən nənə kəsərkən, Sənan güclə udqunub:
- Bu mumya divanın başından tullandı hə?
- Deyəsən hə...
- Hmm...
Sənanla Süsən bir dddım daha bir-birlərinə yaxınlaşarkən, mən günün qəhramanı olaraq nənəi alqışlayıram...
*= 21 dekabr 2012 yanlış bir qiyamət xəbəri.
**= kaola qucaqlama formasi ilə məşhur kiçik heyvan.
Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder