Ən gözəl"sən"
bölüm: 6
Qarşıımıza bəzən elə insanlar çıxar ki, bizi düşünməyə məcbur edər. Adi olmaz, öyrəşdiyimiz kimi olmaz, bizə öyrədilənlər kimi olmaz... Bizim təbirimizlə "normal" olmaz. Amma əslində hər zaman qaçırdığımız bir nöqtə var, nədir bu "normal"? Bizim kimi olanlar, yoxsa sadəcə özü olanlar?...
- Hmm... Sənan yeməyini yemək istəmirsən? - deyə, qorxa-qorxa dilləndi Elçin.
Sənan qarşısındakı Süsənə düşmən kimi baxmağa davam edərək:
- İştahım yoxdu bu gün- desə də, əlindəki çörəyi vəhşi kimi dişlədi.
- Şükür ki, yoxdu...
ortalıqdakı havanı yumşaltmağa çalışan Elnur sakit səslə:
- Bəs dünənki ad günün necə keçdi?
- Əslində super! Əgər 12-13 yaşlı, təpik atmağı sevən uşaqlara heyransansa. hələ birdə səni ortalıqda qoyub sürüşən dostlara sahibsənsə!
Günahlarının fərqində olan oğlanlar eşitməmiş kimi davranaraq yemək yeməyə davam edirdilər. Süsən isə Sənanın qorxunc baxışlarına qarşılıq verərəkən:
- Hələ nə qədər mızıldamaq fikrin var? Sadəcə uşaqlar idi.
- Hə, səndən öyrəndikləri fəndləri üstümdə sınayan uşaqlar!
- Ay, nərmənazik olduğunu bilmirdim! bir uşağın vurmasından nolacaq?
- bir uşaq? Restoran səhərdən şirni yeyən, kola içən, yam-yam kimi hücüm edib, saniyədə 15 təpik atan uşaqlarla dolu idi! hələ o ciyiltilərini demirəm! Elə bil hələ də, Beynimin içində təpişirlər...
Süsən həqiqətəndə başını tutub, masaya çökən Sənana kinayə ilə baxıb:
- Amma ən azından söz verdiyim kimi hamısı mənə heyran oldular.
- Səni!...
oğlanlar masadan əsəbi qalxan Sənanı dayandırmağa çalışırdılar ki, çalan qapı zəngi ilə donub qaldılar... Dördü də bir-birinə baxıb, düşündükləri olmasın deyə dua edirdilər ki, bu an...
- Hə, bu gün Leylə qızım gələsiydi axı- deyə, yenə "son sürət" qapıya iləriləyən nənəni gözləri ilə izləyə bildilər ancaq. Bunu eşidən Süsən sevinclə ayağa qalxıb:
- Anamda gəldiyinə görə, siz məxluqatları evimdən ata...
Leyla xanım sonunda açıla bilən qapıdan içəri keçib, yemək otağındakı masanın ətrafındakı gəncləri süzdü:
- Qızım hanı?
Elçin Elnura, Elnur da Samirə baxınca, Samir məcburən aağa qalxıb, gülümsəyərək:
- Xoş gəlmisiz Leyla xanım, həmişəki, kimi çox gözəlsiz...
- Sən də, həmişəki kimi ürək bulandırıcısan. qızım?
Samir zorla gülümsəyib, çarəsizcəsinə Elnurla Elçinə baxdı...
Sənan ayağna dəyən təpiklə biraz səndələsə də, hələ də Süsəni tutmağa davam edirdi.
- Bir sakit dur, sudan çıxmış balıq...yox balina kimi nə çırpınırsan?!
Süsən Sənanın qollarını açmağa çalışaraq:
- Sən niyə səkkizayaq kimi məndən yağışmısan?!
- Ölürəm elə sənin üçün! Çünki anan səni belə görsə diri-diri dərimizi soyacaq bizim.
- Ay nə gözəl! HƏm halıma nə olub?!
Sənan Süsəni buraxıb, qarşıdakı şkafın güzgüsünü göstərərk:
- Bax gör da.
- İyrənc...
Sənan qalib kimi gülümsəyib:
- Sonunda anladın.
Süsən:
- Bu otaq iyrənc. Hansı donuz belə bir otaqda yaşayarki? - deyib, həqiqətəndə dağınıq olan otağı göstərdi.
Sənan cəld ortalıqda görünən 1-2 köynəyini götürüb, şkafın içinə atmaq istəyirdi ki, şkafdakı dağınıq paltarlar üstünə aşdı. Qarşısındakı Süsənin ona rişxəndlə baxdığını görüb, əllərini belinə qoyub, inid biraz cılız çıxan qürurlu səsi ilə:
- Oğlan otağı bax belə olar! Həm sən özünə bax! Paltarlarımız az qala dəstdi. tez qız kimi bir şeylər geyin, makiaj-filan elə və get ananın qarşısına bizi öldürməyəcək vəziyyətdə çıx! həm hələ də, bizə borclusan...
Süsən nə isə demək istəsə də, deyəsən Sənanın bu çarəsiz halına acıyıb...yox, sadəcə həqiqətən onlara borclu olduğunu hiss edib, məcburən razılaşdı. qollarını sinəsinə çarpazlayıb:
- Yaxşı, onda ətəklərin harda? makiaj alətlərin hansı daxılda?
- Ha? - deyən Sənan, onu sürükləyərək öz otağına gətirdiyini indi anlamış kimi saçlarını qarışdırıb:
- Sənin otağın ikinci mərtəbədə idi və ən yaxın otaq mənimki olduğundan....yəni...
- Anladım. yuxarı çıxsam anam görər, artıq üstümdə olanları səliqəyə salmaqdan başqa yol yoxdu.
Sənan:
- Hə. - deyib, səssizcə Süsənə baxmağa başladı.
Süsən ona, o Süsənə... uzun uzun...sanki zaman dayanmış kim...
Oğlanlar Leyla xanımın başını qarışdırmağa çalışardılar hələ də və bu an otağa qaçaraq girən Sənanın varlığına indiyə kimi heç bu qədər sevinməmişdilər. Sənan isə qarşısında Leyla xanımı görüncə asta addımlarla yaxınlaşıb divanda, onların yanında oturdu. Elçinin Leyli xanımın başını qarışdırmasından istifadə edən ELnur ona tərəf əyilib:
- Nə oldu? - deyə soruşdu.
Sənan yarı əsəbi:
- Dəqiq bilmirəm. indi otağımdadı. üst-başını səliqəyə salacağını dedi, amma birdən hirslənib mənə hücum elədi. əlindən güclə qaçmışam.
- Nə? Sənin otağındadı, özünü qaydaya salacağını dedi və sən otaqdan zorla atıldın? sən Samirdən beləbetər imişsən.
- Ha?
Elnur Sənanın həqiqətən də heç nə anlamamış ifadəsinə baxaraq:
- Heç, səninki səfehliyin ucbatındanmış.
Sənan Elnura nə isə demək istəyirdi ki, Leyla xanım ayağa qalxıb:
- Ay mənim gözəl qızım.- deməsiylə hamı dönüb otağın girişinə baxdı. Oğlanlar öz gözlərinə inanmırmış kimi bir-birlərinə baxmağa başladılar.(müəllif: Cəmilə Məəmdli) Əslində Süsəndə böyük dəyişiklik olmamışdı. Sadəcə üstdən geyindiyi sport geyimi çıxarmış, həmişə papaq altında gizlətdiyi saçlarını hörmüşdü. Əsas məsələ onun gülümsəməsi idi. hamıdan tez özünə gələn Elçin:
- Süsən bacı da gülümsəyə bilirmiş- demişdi ki, anasını qucaqlayan Süsən Leyli xanımın çiyni üstündən onlara yenə öldürücü baxış atdı...
1-2 saat keçmiş olsa da hələ də eyni otaqda oturub söhbət edirdilər. Əslində olan Leyla xanım qızının ilk dəfə oğlanların yanında gülümsəməsinə sevinməklə məşğulkən, Süsənin onun gözündən oğurlanıb oğlanları təhdid etməsindən ibarət idi amma...nəysə.
Süsən oğlanların öyrəşmədiyi, Sənanın isə tüklərini ürpərdən gülümsəməsi ilə:
- Ana burda qalasan?
- Yox qızım, səhər tezdən yenə qastrola getməliyəm. gəlmişəm senin o gözəl yeməklərindən yeməyə.
Süsən ayağa qalxıb:
- onda mən toyuq-filan alımda, sənə süper bir plov bişirim.
- Sən? hava qaralıb, tək getmə.
Sənan birdən bütün baxışların ona yönəldiyini hiss edib, cəld əlinə telefonu alıb özünü məşğulmuş kimi göstərdi. Elçinin əyilib qulağına bir şey fısıldaması ilə cəld ayağa qalxıb dedi:
- Mən gedərəm!
Süsənlə Sənan mağazadan çox, hücuma gedərmiş kimi evdən çxarkən, Leyla xanım üzünü Elçinə çevirib:
- Sən nə dedin ki?
- Sadəcə "plov".
Hər kəs öz gülməyini gizlətməyə çalışarkən, Elnur maraqla:
- Nə qastroluna gedirsiz ki?
leyla xanım yerini rahatlayıb, hiss olunan lovğalıqla:
- Moskva da bir məclisdə iştirak edəcəm.
oğlanlar inanmış kimi başlarını yelləyib, bezgin şəkildə bir-birlərinə baxdılar. Çünki Leyla xanım əslində evlənmədən öncə belə müğənni olma xəyalı olan, lakin bir çoxları kimi sadəcə toy müğənnisi ola bilən biri idi. həyat yoldaşı öldükdən sonra belə bu xəyalından əl çəkməmişdi. Lakin o qədər də uğurlu bir kariyerası olduğunu söyləyə bilmərik...
Sənan ondan daha sürətli yeriyən Süsənə çatmağa çalışıb, qışqırdı:
- Yavaşda, dalınca qovalayan var?!
- Hə, bir çöl donuzu arxamca gəlir.
Sənan əsəbləşib, ona çataraq bir-iki kəlmə demək istəyirdi ki, Birdən Süsənin yavaşladığını görüb dayandı. İstəmədən də olsa az öncə yanlarından keçdikləri iki qadının söhbətini eşitdi...
- az bu Leylanın qızı deyil? Eşitdim oğanla bir evdə yaşayır?
- Hə ee. Anası gəzən ağacı, balası budaq-budaq gəzər.
- Demə valla. anası kim bilir səhərdən axşama kimi kimin stoluna çıxıb göbək rəqsi oynayır, bu da ona oxşayacaqda.
- Bu elə uşaqlıqdan beləydi, bütün günü oğlan uşaqlarını yığardı başına...
Sənan davamına qulaq asmayıb, diksintiylə üzünü çevirdi ki, Dayanıb böşluğa baxan Süsən ifadəsindən hər şeyi eçitdiyini anladı və bunun ilk dəfə olmadığını....
"Sən göründüyün kimi deyilsən. İçində qatların var, eynən soğan kimi"*...
*= "Shrek" animasiya filmindən replika...


Hiç yorum yok :
Yorum Gönder