2.
Bəzi insanlar vardır, ilk
rastlaşdığımız anda fərqli olduğunu hiss edərik. Başımızı qaldırıb, üzünə bələ baxmadan xüsusi olduğunu anlarıq.
Nə imiş? Həyatımızın eşqi? Ya da 1 aydı çimmədiyi üçün, elə uzaqdan gələn iyi
ilə bizi-bizdən alan birisi. Ha, ikisi də eyni adamdırsa, dualarım səninlə
canım.
Indi əlində ki açar ilə qapını açıb, kiçik
çantasını çiyninə ataraq addımlayan birisi həqiqətən fərqli və xüsusi birisi
idi. Amma kimin üçün? Aha, həkayənin ana sualı da verildiyinə görə, davamını
sizə buraxıram...
Səssizlik... oğlanlar nəfəs
belə almağa qorxaraq, qarşılarında dayanan qıza baxırdılar. Qarşılarındakı qız
və oğlanlar arasında cəmi 5-6 addımlıq məsafə olsa da, hər kəs susub, yerindən
tərpənmirdi.
-
Xoş gəlmisən Süsən qızım.
Beli bükülmüş nənə, xırda
addımlarla qıza yaxınlaşıb, əlindəki çantasını aldı. Eyni xırda və asta addımlarla
deyəsən otağına tərəf apardı, ya da
aparır, hələ aparır, biri bu qocanın sürətini 2-yə atsın. Sonunda nənənin bir
ilbizlə yarışdığını anlayan Sənan dilləndi:
-
Kömək edim?
-
Yox, sən ən lənglərisən.
Qocalaram sən kömək edənəcən- dedi, pilləkənin
birinci pilləsinə ayağını qoymağa çalışan nənə.
Sənan çiynini çəkib:
-
Hə da, hamı sənin kimi Usain
Bold olmazki.- deyib, üzünü qarşısındakı qıza çevirərək davam etdi:
-
Bu ara da, bu şey nədi?
“Süsən: baxımsız kəliməsinin
lüğəvi mənası. Saçlarını hər zaman taxdığı kep, papaq və bandanalar ilə gizlədir.
Mükəmməl bir aşçı, mükəmməl bir dərzi, mükəmməl bir təmizləyici və mükəmməl bir
idmançı. Qadınlara döyüş öyrədilən bir salonu anasına 6 ay dayanmadan “nolarrr”
deyərək aça bildi. Birdə bu dünya da ən çox “Y” xromosomuna nifrət edir və onun
daşıyıcılarına... Nifrət desəm də, əmin olun bu xəfif qalır”
-
Siz böcəklərin evimdə nə
işi var? – dedi əli ilə kepkasını tutub, qarşındakılara qəzəb saçan gözlərlə
baxan Süsən.
Oğlanlar bu “xoş”
salamlamanın şokunu yaşayarkən, Sənan ani hərəkətlə Süsənin qarçısına keçib əsəbi
şəkildə dedi:
-
Böcək?
-
Həşarat olsun.
-
Həşarat?!
-
Donuz olsun.
Sənan artıq özünü
saxlamayıb yaxasından tutaraq qışqırdı:
-
Sən kimə donuz deyirsən?!
Süsənda onun yaxasından
yağışıb, ondan da bərk qışqıraraq:
-
Sənə deyirəm iyrənc məxluq!
Sənan və Süsən bir-birlərinə
öldürəcəkmiş kimi baxarkən, kənardan onları izləyən oğlanlar gülməklərini güclə
saxlayırdılar. Elnur əlindəki kitabı yelləyib, gülümsəyərək:
-
Ikisi də eynidi, bir-birləri
üçün yaradılıblar elə bil. Elə deyil Samir? – deyib, Samirə tərəf baxdı.
-
Içimdəki hiss deyirki “o
qızdı, get bir-iki xoş söz de”, amma məntiqim deyirki “get əlini sıx, nətərsən
qaqaş de”
əslində əynindəki köhnə
cins şalvar, rəngi solmuş idman jileti, başındakı kepkası ilə Süsəni oğlandan fərqləndirmək
biraz çətin idi. Amma Elnur öz gələcəyi görməsi, Samir isə hormonları ilə məntiqi
arasında gedib gələrkən, Elçin çoxdan Süsəni Sənanın əlindən qurtarıb, ən şirin
təbəssümü ilə dedi:
-
Xoş gəlmisən evinə Süsən
bacı.
Süsən dişlərini qıcıyaraq
baxdığı Sənandan gözlərini ayırıb 1 saniyəlik Elçinə və onun əlini tutan əlinə
baxdı və ikinci saniyədə Elçin artıq yerdə ufuldayırdı.
-
Əllərini məndən uzaq tut
iyrənc tweety*
Samir və Elnur yerde
zırıldayan Elçini sakitləşdirməyə çalışıb, bir yandan da iyrəc və tweety
arasında əlaqə qurmağa çalışarkən, Sənan kəskin gözləri bayaqkı əlini tutub
başqa tərəfə baxmağa çalışan Süsənə dikilmişdi.
Bu gözəl “xəoş gəldin” mərasimindən
sonra Süsən öz otağına çıxmış, oğlanlar isə qonaq otağında toplaşıb, müzakirə
edirdilər. Elçin əlini tutub ufulduyaraq:
-
Hələ də ağrıyır ee. Süsən
bacı niyə belə elədi axı? Pis oldum...
-
Hələ məni demirsən, xəyallarımı
öldürdü.
Elnur əlindəki kitabla
Samirin başına vurub:
-
Xəyalla fantaziyanı
qarışdırma.
Samir Elnura rişxəndlə
baxaraq :
-
“bozun 50 çaları”ını yarıda
qoyan birindən məsləhət almayacam.
-
Oxuduğu tək kitab o olan
birinə məsləhət vermək fikrimdə yoxdu!
Deyib, bayaqdan kresloda
fikirli kimim oturan Sənana baxaraq davam etdi Elnur:
-
Sən nə fikirləşirsən?
Sənan başını qaldırmadan:
-
Iki şey. Birincisi: yenə
axşam yeməyinə kolbasa çörək yedik, birazda belə getsə kolbasalik olacam, damardan
verəcəksiz. Ikincisi isə...
Sənan oğlanların ona fikir
verməyib, öz aralarında didişdiklərini görüb ayağa qalxdı.(Cəmilə Məmmədli) Dəhlizdə hamam
otağına tərəf ilərilərkən az öncə gördüklərini ağlından çıxarda bilmirdi. Vecsizcə
başını yelləyib, hamam otağının qapısı ağzında dayandı. Dodaq altı “ o manyak
qızda utanacaq uz var? Məndə ki..” deyə pıçıldayıb, t-shirtini başından çəkib
çıxarmağa çalışırdı ki, bir saniyəlik gözləri ona dəhşətlə baxan gözlərlə
rastlaşdı...
Oğlanlar digər tərəfdən gələn qışqırıqla yerlərindən
dik atıldılar. Elçin:
-
Süsən bacı- deyə qışqırarkən,
Elnur qeyri-ixtiyari:
-
Samir!
-
Mən burdayam xəstə!
Elnur yanında duran Samirə “
nə? Ağlıma ilk sən gəlmən normal deyil? “ deyərmiş kimi baxıb, birdən otaqda
olmayanın Sənan olduğunun fərqinə vardı. Onun baxışlarından nə düşündüyünü
anlayan Samir və Elçində onunla bərabər dedi:
-
Sənan... düşdük zibilə...
Beləliklə bizim biraz vəhşi
Şəhzadəmizin, atsız şəhzadələrlə ilk gecəsi başlandı. Məşhur bir deyim vardır “
necə başlamışsa, eləcə davam edər”... Bəs görəsən necə sonlanacaq? ...
*= tweety məşhur cizgi film
qəhramanı. “bir pişik gördüm sanki...”
Cəmilə Məmmədli

olmedim bunun ikinci bolumunu de oxudum :/
YanıtlaSil