Ən gözəl “SƏN”
Bu hekayə “Yamato Nadeshiko Shichihenge” mangasından,
animesindən və doromasından ilham alınaraq yazılmışdır. Lakın hər şey
fantaziyama uyğun olaraq dəyişdirilmişdir. Cəmilə Məmmədli...
1
Hər qızın xəyalında “ağ atlı bir şəhzadə vardır...
ağıllı, nəzakətli, şirin və güclü. Mükəmməldir hə? aaa, yaraşığı unutmayaq.
Hmm, görəsən belə bir oğlan varmı? Yaxşı, ən azından bəzi istəklərimizə uyğun
olan? Nolar...nolar...nolar... Ey, deyəsən buralarda biriləri varmış. Baxaq görək.
Amma, Cəmilə tərzində...
-Samirr, yenə sənədi telefon.
- Nə? Of,
bezdim ee.
“ Samir: yaraşığı ilə məşhurdur və məşğuldur. Son dəb,
nəzakət və təbii ki, qızlar onun işi. Öz şirin dili ilə elə cümlələr deyirki,
15 dəqiqə içində onun həmişə gözlədiyiniz
şəhzadə olduğuna inana bilərsiz. Amma 1 həftə sonra anlayacaqsınız ki,
deyil. Çünki dünən eşqində öldüyü birindən, bu gün mesajla ayrılır”
-
Yoruldum. Nolar denən zəng eləməsinlər da eve.
Yoruldum axı. Nolarr.
Samir
dəstəyi oğlanın əlindən alıb, yerinə qoyaraq:
-
Sən də götürmədə Elçin. Ya da götürəndə kobud
danış. Elə danışırsanki, təzdən sənlə danışmağa zəng edirlər.
Elçin
qollarını sinəsində çarpazlayıb, dodaqlarını sallayaraq:
-
Amma götürməsəm, bilərək götürmədiyimi sanıb pis
olarlar axı...
“Elçin:
əslində ləqəbi “şip-şirin Elçin”. Yox, bu ləqəb ona bəsit bir mahnı ilə, qisa
bir müddət şöhrət olduğu üçün verilməyib, həqiqətən şirin olduğu üçün verilib. Yaraşıqlı və şirin üzündən
tutmuş, uşaq kimi saf qəlbinə qədər şirindi. Səsi belə şirindi, hətda bəzi mənbələrə
görə onun şirin bir ətri var. Şip-şirindi yəni... nəysə, mən şəkər xəstəliyinə
tutulmadan dayanaq...”
Bayaqdan
başını kitabdan ayırmayan oğlan, vərəqi çevirərək dedi:
-
Sənin vicdan əzabı çəkməyin məntiqsizdi. Mobil nömrəsini
qadağa siyahısına salan bir oğlana zəng etmək boşa vaxt itkisidir sadəcə.
Xüsusi ilə də Samir kimi birisi üçün.
Samir
hiyləgərcəsinə gülümsəyib, saçlarını sığallayaraq:
-
Sənin kimi kitab qurdu olmaqdan yaxşıdı. O
tozlanmış kitabların tək arasında gəbərəsən
Elnur.
“
Elnur: yaraşıqlı? Təbii ki. Ağıllı? Istəsə Oxford-a gedər. Ancaq kitab oxuyan,
tam bir klassik musiqi heyranı olan, ingilis zadəganları qədər nəzakətli, amma
sıxıcı olan bəyimizin qızlarla arası yaxşı deyil. Yəni əslində qızların onunla
arası süperdi, əgər cənabımız burnunu kitabdan ayırsa. Bunun üçün əməliyyat
lazım olduğuna dair söhbətlər eşitmişəm.
Amma bu yeriyən kitabxana heç də, qızlardan çəkinmir, sadəcə sevdiyi biri var.
Amma bu sirdi...”
Onların
yenə dava edəcəyini görən Elçin, tez aralarına girib dedi:
-
Yaxşı da. Bağışdıyın,mənim günahım idi. Iı, yəni
dalaşmıyın nolar. Axı birazdan “ O” gələcək...
Samir
və Elnur eyni anda:
-
Hə! “O” gələcək axı...
Onların
sakitləşdiyini görən Elçin, sevincək:
-
Hə, hə “O” gələcək. ən yaxşı halımızla qarşılamalıyıq.
ən gözəl demişkən, Sənan hanı?
“ Sənan: bəli,bəli. Həqiqətən “ən gözəl”. Yaraşığı
ilə hər kəsi heyran edən, qızlar baxışına, polislər hər həftə dalaşıb şöbəyə
getməsinə xəstə olan oğlan. Döyüşmək demişsəm, hind kinolarındakı kimi bir
batalyon olmasa da, 5-6 nəfəri tək döyə bilən birisi. Yaraşıqlı, güclü,
hazırcavab birisi. Tək bir qüsuru var-qızlardan zəhləsi gedir. Hamsından yox,
yaraşığına görə ona aşiq olanlardan. Bu da cəmi 99.99999% canım yəni. Bir dəqiqə, bu “tək qüsur” biraz
çoxmu təkəbbürlü oldu?”
-
Acından ölürəm!!!
əynində köhnəlmiş cins
şalvar, qırışmış T-shirt, saçları dağınıq, üzündə isə bu dəqiqə can verirmiş
kimi ifadə olan Sənana dəhşətə düşmüş kimi baxırdı oğlanlar. Sonunda Elçin özünə gəlib, dilləndi:
-
Yazıq qız qorxub qaçacaq.
Eh, əslində bu an qapının
ağzında onları kimin... ya da nəyin gözlədiyini bilsəydilər...
Bu ara da, o məşhur “O”
kimdi? Biraz keçmişə nəzər salaq. 3 gün əvvələ yəni.
Indi ki qonaq otağının mərkəzində,
hər şeyi ilə xanım olan bir xanım dayanıb. Istər makiaji, istər geyimi, istər
bihuşedici ətri. Qarşısına sıra ilə düzdüyü gənclərə, ən incə təbəssümünü bəxş
edən xanım...
-
Siz yetimçələr nə vaxt
kirayəni ödəyəsiz?! Bilirdim, papanın gül balalarına belə evi kirayə vermək
olar heç?! Bu Samir yəqin dədəsinin göndərdiyi pulları qızlarla yeyib, Elnur o
dahinin burnunun suyu dəyən kitaba verib, Elçin desən, kim bilir hansı it-pişiyə
yedizdirib. Sən isə...
Hamının ona baxdığını görən Sənan, çiynini çəkib:
-
Nə? Iş verən olmadı da.
Leyla xanım otağın o başından, bu başına gedib, əsəbi
şəkildə yenə gəlib oğlanların qarşısında dayandı.
-
Indi 3 aylıq kirayəni necə
ödəmək fikriniz var uşaqlar?
Oğlanların gah göyə, gah yerə, gah da bir-birilərinə
baxdığını görüb, ağlına nə isə gəlmiş kimi gülümsədi.
-
uşaqlar siz yaraşıqlı
oğlanlarsız, ətrafınızda qız çox olar hə? gəşəng, ağılı, şirin qızlar...
bilirsiz da, mənim də bir qızım var, sizə buranı kirayə verməmişdən əvvəl burda
yaşayırdıq. Mənim qızım biraz oğlan kimidi və nədənsə oğlanların qorxunc
olduğunu düşünür.o da gəlib burda, sizin kimi mükəmməl oğlanların arasımda
yaşasın. əgər siz, 3 aya onun fikirlərini dəyişdirsəz, butun borcunuzu silərəm.
Sənan çiynini çəkib:
-
birincisi telepatik gücüm
yoxdu və ikincisi şıltaq qızlarla ayıracaq vaxtım heç yoxdu- deyib, dönüb getmək
istəyirdi ki, Leyla xanımın:
-
Və qalan 3 ilinizi burda
pulsuz yaşaya bilərsiz- sözü ilə ayaq saxladı. Onun nə irəli, nə geri getdiyini
görən Leyla xanım davam etdi:
-
Elə gözəl yeməklər
bişirirki...
Cümlə bitməmiş, yanında bitən
Sənan Leyla xanımın əlini öpüb, “ Sənan müəllim əmrinizdə” deyib gülümsədi.
Bayaqdan olanları səssizcə
izləyən Elnur, yüngülcə öskürüb:
-
Amma necə də olsa bir qızı,
4 oğlanla eyni evdə yaşaması nə qədər məntiqlidi? – deyib, göz ucu ona öldürəcəkmiş
kimi baxan Samirə baxdı.
Leyla xanım yüngülcə gülüb:
-
O üst mərtəbədə yaşayacaq,
siz alt və ona barmağının ucu ilə belə toxunanı xədim edərəm. Həm tək niyə? “nənə”
də onunla olacaq.
Oğlanlar eyni anda:
-
Nənə?!
Leyla xanım:
-
Hə, nənə- deyib, əli ilə
otağın bir küncündəki kresloda büzüşüb oturan qoca qarını göstərdi.
Oğlanların üzündəki təəccübü
görüb, davam etdi:
-
1 ildən çoxdu sizinlə
yaşayır və siz ondan xəbəriniz olmayıb?
“ Nənə: adı? Bilinmir. Yaşı?
Azərbaycan qanunlarına görə “ölü” sayıla biləcək yaşda. əslində o nə Leyla
xanım, nə qızı ilə qan bağı olmayan, Leyla xanımın köhnə dayəsi. Görünməz, hiss
edilməz, bilinməz olmaq kimi istedadları var. Bəzi mənbələrə görə o əslində bədəni
olmayan ruhdu, ya da hələ də sırtıq kimi nəfəs alan qoca. Hər halı ilə gücü ilə
olmasa da, qorxunc geyimi və çuxura düşmüş gözləri ilə insanın ürəyini partlada
biləcək biri. Qısaca-nənə”
Və, o məbhus an gəldi.
Bizim atsız, hətda sapsız, biraz da ağılsız şəhzadələrimiz son sözlərini dedilər:
-
Razıyıq...
Indiyə qayıtsaq qapı
ağzında onların nəyin gözlədiyini deyə bilmərəm. Amma Ağbəniz, Cindirella, Yatmış
gözəl kimi nağıl qəhramanlarından sonra, köynəyində “killer all boys*” yazan bir şəhzadəmiz var deyəsən. əyləncəli
olacaq....
*=killer all boys-bütün
oğlanların qatili.
Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder