3
-
Xmm...
-
Ihııhı...
-
Pftt...
Sənan başının üstündə
dayanıb, sanki başqa şeylə məşğulmuş kimi davranan oğlanlara sərt bir baxış
atıb, qışqırdı:
-
Ürəyinizdə hırıldamayın...
O cümləsini bitirmədən
oğlanlar qəh-qəhə ilə gülməyə başladılar. Sənanın ayağını yerə döyəcləməsindən
daha da əsəbləşdiyini anlayan Elçin, özünün toplayıb:
-
Bağışla, sadəcə...ha ha
Onun sözünün bitirmədəyini
görən Elnur davam etdi:
-
Heç ağlımıza gəlməzdi ki, sən...
-
Qız kimi çığıra bilərsən!
Samirin qoyduğu son nöqtə
ilə sakitləşməyə başlayan oğlanlar daha bərkdən qəh-qəhə atmağa başladılar.
Yumruqlarını sıxıb, öz utancını gizləməyə çalışan Sənan:
-
Bəsdirin! Mənim vəziyyətimdə
olsaydız, siz daha betər qışqırardız...
Elnur onu daha da əsəbləşdirməmək
adına:
-
Nə olduki?
-
Nə olacaq?! Hamam getmək
istəyirdim, birdən o qızın dayəsi tullandı üstümə! Yarasa kimi viyildiyə-viyildiyə
üz-gözümü cırmaxlamağa başladı.
Elçin inanmırmış kimi
dodaqlarını büzüb:
-
Nənə niyə elə bir şey eləsinki?
Yəqin sən nəsə eləmisən.
-
Birincisi o “nənə” dəyil, cəhənnəmə
getməyi gecikdirən cadugərdi. Ikincisi də ki..-deyən Sənan gözlərini
oğlanlardan qaçırıb davam etdi- yəni sadəcə hamamın qapısı ağzında köynəyimi
çıxarırdım...
Elnur başını narazı şəkildə
yelləyib:
-
Burda günahkar olan sənsən,
bizlə bir qızın yaşadığını unutma. Samir eləsə anlayardım, amma sən...-deyib,
Samirin baxışına məhəl qoymadan gizli gülümsəmə ilə davam etdi- və sənin
“qışqırmaq” deyə adlandırdığın şey, qışqırıq deyildi. Buna ciyildəmək, hətda
zingildəmək belə demək olar ..ha ha.
Sənan yənə son səsdə davam
edən gülüşmələrə bir “of” çəkib, onlara fikir vermədən fikirləşməyə başladı. Az
öncə yaşadığı an ağlına gəldikcə, nənənin quzğun kimi üstünə şığımağı hələ də
tüklərini ürpərtsə də, ağlından çıxmayan 1-2 saniyəlik görüntü daha vardı.
Üzündəki gülümsəmənin fərqinə varıb, yenə qaşlarını çatdı...
Axşam yeməyində masaya əyləşənlər
bir-birlərinə baxmağa davam edirdilər. Birdə tək özünə və nənəyə bişirdiyi yeməyi
yeyən Süsənə. ətrindən və görünüşündən dadlı olduğu bilinən yeməyə udqunaraq
baxan oğlanlar səsizcə oturmuşdular. Bu səssizliyi masaya dəyən yumruq pozdu:
-
Sən niyə bizədə tettik
bişirməmisən?!
Heç halını belə pozmayan
Süsən, Sənana baxmadan dedi:
-
Niyə bişirməliyəmmiş?
-
Çünki bizdə adamıq!
-
Orası mənim üçün şübhəlidi.
Sənanın özündən çıxdığını
görən Samir, əliylə “dayan” işarəsi edib, ayağa qalxıb Süsənə yaxınlaşdı. ən cəbedici
gülümsəməsi ilə ona baxıb:
-
Xanımqız çox xahiş edirəm gələcək
səfər bizi də nəzər al. Biz oğlanlar çox şeydə siz xanımlar qədər bacarıqlı
deyilik, əgər sən olmasaydın necə yaşayardıq düşünmək belə istəmirəm.
-
Dünənə kimi yaşadığınız
kimi.
Samir ən soyuq şəkildə
verilmiş bu cavabdan biraz donub qalsa da, yenə gülümsəyib:
-
Yəni demək istədiyim...
Onun cümləsini kəsən, Süsənin
ayağa qalxıb yaxasından yapışması oldu:
-
Bura bax Jhonny Bravo*, zəhləmi
tökmə, get nə zəqqumlanırsan zəqqumlan. Yoxsa gələn dəfə yeyəcəyin şey yağlı
bir yumruq olacaq! Iyrənc məxluqat!
Süsən itələyib yıxdığı
Samirə baxmadan bitmiş yeməyinin boşqabını götürüb, mətbəxə keçdi. Elçin və
Elnur şoka düşmüş Samiri qaldırarkən, Sənan cəld Süsənin arxasıyca getdi. Tam mətbəxdən
çıxarkən onu yaxalayıb, əsəbi şəkildə:
-
Sən özüvü nə hesab edirsən
hə?! biz sənə neylədik ki, adam yerinə belə qoymursan?!
Qapının ağzında sənan olduğu üçün keçə bilməyən Süsən,
qaşlarını çatıb ondan da bərk qışqırdı:
-
əcəb edirəm! Sizdə ilişməyin
mənə! Xoşunuz gəlmir, rədd olun evimdən!
-
Sənalla! Bu şəhərdə belə
evi bu qiymətə tap, gedək! Elə ölürdük sənin ifritə sifətinçün!
-
Mənə nə! Gedin lap
zibillikdə yaşayın!
Yenə nə isə demək istəyən Sənan,
Süsənin başqa tərəfə badığını görüb:
-
Sənə söz deyiləndə üzünə
bax!
-
Məcburam o iyrənc sifətini
görməyə?!
-
Sən deyəsən güzgüyə çox
baxmırsan, yoxsa bilərdin kimin üzü iyrəncdi!
-
Bilirəm! Sənin!
-
Sənə dedim ki, üzü...
“tak”... Sənan birdən
ayılmış kimi ətrafına baxdıqda, istəmədən də olsa üstün gedib, Süsəni divara
dirədiyinin fərqinə vardı. Cəld 1-2 addım geri çəkilib, üzr istəməyə
hazırlaşırdı ki, Süsənin ona baxmadan dediyi sözlə donub qaldı:
-
Həm mənim evimdə belə
geyimdə niyə gezirsən?!
Sənan qeyri-iradı öz
geyimini süzdükdə qaşlarını çatdı. (müəllif: Cəmilə Məmmədli) Geyimində
qeyri-adı heç nə yox idi, sadəcə köynəyinin 1 əvəzinə 2 düyməsi açıq qalmışdı.
O da normal sayılardı. Öz-özünə “ bu qız mənlə məzələnir? Nə geyinim? Indi sən
oğlan kimi geyinirsən deyə, mən də durum qız kimi geyinim?”- deyə düşünüb, birdən
ağlına gəlmiş fikirlə şeytani bir gülümsəmə ilə Süsənə baxdı. Ani bir hərəkətlə
2 əlini də divara dirəyib, Süsəni sıxışdıraraq:
-
Yoxsa sən oğlanlardan
qorxursan?
Süsən kinayə ilə gülümsəyib:
-
Bu axmaq fikir ağlına
hardan gəldi? Mən və siz böcəklərdən qorxmaq? –deyib. Güclü bir yumruğu Sənanın
qarnına ilişdirdi.
Heç halını belə pozmayan Sənan,
ona daha da yaxınlaşıb bic-bic gülümsəyərək:
-
Haqlısan, bu qorxma deyil,
daha çox utanma... Elçin əlini tutanda, məni az qala köynəksiz görəndə, Samir sənə
şox yaxınlaşanda və indi... yoxsa bizim sərt qızımız, normal qızlardan daha
utancaqdı?
-
Çərənləm...
Sənan ona daha da
yaxınlaşıb, az qala bir nəfəs məsafəsindəykən:
-
Düz tapdım hə? yoxsa qara kəmər
sahibi birinin, məndən az qala divara girməyə çalışmasının başqa nə açıqlaması
var? Hmm, görəsən bu sirrin aramızda qalsın, yoxsa başqalarına da deyək? Elnur
öyrənsə, bunun psixoloji səbəbini tapmaq üçün deyil uşaqlığına, z iqot halına qədər
belə enər, Elçin desən bütün günü “Süsən bacı, məndən utanma” deyə anasını
itirmiş cücə kimi dalınca gələcək, Samiri isə düşünmək belə istəmirəm...
Süsən qəzəblə dişlərini sıxıb “ nə istəyirsən? !- deyə
fısıldadı.
Sənan qalib gəlmiş kimi gülümsəyib:
-
Yemək- deyərək, Süsənin “
yaxşı sabahdan” deməsiylə geri çəkildi. Süsən son sürət mətbəxdən çıxarkən, o
qarnını tutub yerə çökdü.
-
Ifritənin terminator kimi
yumruğu var- deyə pıçıldarkən, özüdə bilmədən gülürdü...
Beləliklə bizim avara şəhzadəmiz
Süsənin sirrini kəşf etmiş oldu. Normal bir qız olmayan Süsənin, normal
qızlardan daha utancaq olduğu kimin ağlına gələrdi ki? Mənim yox... bəlkə bu
ortaq sirrlərindən sonra Sənan ilə Süsən sakitcə birlikdə yaşamağa oyrəşərlər? Amma
hesab 1:0 Sənanın xeyrinədi... yoxsa “hələ ki” deməliydim?
Səhər çalan telefona yuxulu
yaxınlaşan Sənan, dəstəyi qaldırıb gözlərini ovusduraraq “alo” dedi. Qarşı tərəfdəkinin
kim olduğunu belə anlamadan...
-
“alo, Sənan sənsən? “
-
Bəli, buyrun?
-
“Işlər necə gedir? Qızıma
yaxşı baxa bilirsiz?”
-
Ha? Hə..hə..
-
“Artıq normal qıza oxşayır
hə?”
-
Hı? əlbətdə...
-
“bilirdim ki, siz uşaqlar
bunu bacarasız. Sizin kimi oğlanların yanında ən kobud qız belə şəhzadə olar! Onda
3 gün sonra rəfiqəmin qızının ad gününə incə-mincə qız kimi olacaq hə? “
-
Hı hı...
-
“ Süper! 3 günə gələcəm. Ümid
edirəmki siz uşaqlar mənim başımı aldatmırsız. Yoxsa sizi xədim edib, böyrəklərinizi
qara bazarda sataram! Özünüzü isə abrogenlərə hədiyyə edərəm! Kirayə pulu isə 3
qatına çıxar! Amma sizə inanıram, özünüzə yaxşı baxın uşaqlar”
Sənan dəstəyi yerinə qoyub,
bayaqdan dediklərinin fərqinə vardı. Qarşısındakı nimdaş sport geyimdə, başında
kepka, od püskürən gözlərlə ona baxan Süsənə baxıb, udqunaraq pıçıldadı:
-
Öldük biz...
*= Jhonny Bravo şorgözluyu ilə məşhur cizgi film obrazı. sarışınlığı və əzləli bədəni ilə bütün qızların ona gələcəyini düşünsə də, heç bexti gətirmir.
muellif: Cemile Memmedli

super super super muper :*******
YanıtlaSil