epiloq:
Sev"m"irəm!
Yasəmən
Əlizadə ailəsinin tək qızı idi. 10 il övlad həsrəti çəkən ailənin üzünü
güldürmüşdü, amma o 2 yaşında olanda qorxunc bir həqiqət üzə çıxdı: həkimlərin
səhvi nəticəsində əsla yeriyə bilməyəcəkdi! Yeganə övladlarının bədbəxtliyinə
çox ağlasalarda onu xoşbəxt böyütmək üçün əllərindən gələni etdi ailəsi. İllər
keçdi və böyüdü Yasəmən. Sanki talehin ondan aldıqlarının əvəzinə olduqca gözəl
və ağıllı idi.
Lakin 18
yaşında gənc bir qız üçün çətindi əlil arabasına məhkum olmaq. Xüsusi ilə də 14
yaşından bəri yaraşıqlı bir oğlana - Aydına aşiqsə...
Bölüm - 1
Sev"m"irəm!
Yasəmən
uşaqlıqdan adət etdiyi kimi bir kitab götürüb liftlə həyətə düşdü. Ən sevdiyi
romanı - "Çalıquşu"nu vərəqlədikcə arada dostları ilə söhbət edən
Aydına baxırdı. Aydın dostları ilə söhbət edərkən birdən üzünü çevirib Yasəmənə
baxdı, Yasəmən tez utanıb gözlərini yerə dikdi. Gülüşmə səsləri eşidib başını
qaldıranda Aydını qarşısında gördü:
- Niyə çox
baxırsan mənə?
- Mən...
mən..
Aydın
əyilib utancından qıp-qırmızı olan Yasəmənin gözlərinin içinə baxaraq soruşdu:
- Bəlkə
aşiq olmusan mənə?...
- Nə?..
Bəlkə də
neçə illərdir gözlədiyi an gəlmişdi Yasəmənin. Həyəcan, utancaqlıq ve sevgi
qarışıq hisslərlə əlindəki kitaba baxaraq düşündü: "görəsən niyə belə edir
axı? Bəlkə... bəlkə o da məni sevir... ilahi yəni bu doğurdan baş verir, yoxsa
yenə bir xəyaldı?"
Bu
düşüncələrlə başını qaldırıb Aydının gözlərinə baxdı. Sevgi görməyi ümid etdiyi
gözlərdə gördüyü tək şey rişxənd və kinayə idi. Beyninə ildırım kimi çaxan
fikirlə bayaqki gülüşlərin mənasını indi anladı - "demək tək istədiyin
mənim kimi aciz qızla məzələnməkdir!"
Biraz əvvəl
həyacandan əsərkən, indi tək hissetdiyi şey - qəzəb!
Bu an Aydın
biraz əyilərək pıçıltıyla dedi:
- Bəlkə
öpüm səni?...
Bu son
cümlə Yasəmənin səbrini daşıran son damla oldu. Kədərli baxan gözlərində ani
qığılcım yandı sanki və yüksəklə:
- Nə dedin?
Aydında
səsini yüksəldərək:
- Dedim
bəlkə öpüm səni?
- Doğurdan?
- Hə...
- Hmm...
Təklifinə görə təşşəkkür, amma seçmə imkanım olsaydı sənin əvəzinə qurbağanı
seçərdim. Ən azından ağ atlı şəhzadəyə çevrilmə ehtimalı səndən daha çoxdur.
Həm əminəm ki, o səndən daha az ürək bulanmasına səbəb olardı!
Yenə gülüş
səsləri eşidildi, amma bu səfər Yasəmənə yox, heç gözləmədiyi sözləri eşidərək
şok olan Aydına gülürdü dostları.
"ilahi
mən nələr dedim. Of Yasəmən, of. Gərək biraz daha yavaş deyeydim" deye
düşündü. Yasəmən artıq şokdan çıxıb, evəzinə getdikcə daha da əsəbi görünən
Aydına baxaraq.
Aydın hələ
də eşitdiklərinə inana bilmirdi.(müəllif: Cəmilə Məmmədli) İndiyədək onu bele sındıran qız olmamışdı. Yasəməndən intiqam almaq
üçün ele burda, hər kəsin gözü önündə onu öpmək keçdi ağlından...
Amma sadəcə
əyilib qulağına "bunu etməməliydin gözəlim" deyə pıçıldadı.
Aydın
yanından ayrılandan sonra sanki Yasəmən ayıldı. Aydının son sözləri onu çox
qorxutmuşdu. Bu sözlərin boşuna deyilmədiyini hiss edirdi.
2 SAAT
SONRA:
Yasəmən
atasının xüsusi olaraq onun üçün düzəltdirdiyi liftə mindikdən sonra düyməni
basanda, bağlanan qapıları bir əl tutdu. Başını qaldırdıqda bu əlin sahibinin
üzündə qəribə gülümsəmə ilə ona baxan Aydın olduğunu gördü...
- Üzr
istəyirəm gözəlim, çox axtardım, amma qurbağa tapa bilmədim. Eh... neynək,
artıq mənimlə kifayətlənməli olacaqsan...
- Nə... nə
çərənləyirsən sən? Çıx burd...
Aydın ona
heç sözünü bitirməyə imkan vermədən dodaqların yapışmışdı.
İlk öpüş
hər bir qızın şirin xəyalıdır. Hələ ki, bir də illərlə sevdiyin biri tərəfindən
bəxş edilən ilk öpüş...
Aydının onu
sadəcə intiqam üçün öpməsi vecinə deyildi Yasəmənin. Sadəcə bu anın daha uzun
sürməsini arzulayırdı. Açılan qapıların səsindən sanki ayılaraq Aydını bütün
gücü ilə itələdi...
Artıq
istədiyini almış Aydın bic bir gülümsəməylə ona baxıb liftdən çıxaraq getdi.
Həyacan, qorxu, utanc, sevinc ve birazda xəyal qırıqlığı - ilk öpüş Yasəmənə bu
qarmaşıq hissləri yaşadırdı. "Keşkə sən bunu intiqam üçün yox, sevgidən
etsəydin Aydın. Yenə də ilk öpüşümü sən bəxş etdiyin üçün təşəkkür" -
bunları pıçıldarkən gözlərindən bir damla yaş süzüldü Yasəmənin...
Aydın
yatağında uzanaraq Yasəməni düşünürdü: "pah, qurbağanı seçərmiş xanım..
Yox gözəlim, elə deyil. Adamların yanında məni alçaldarkən yaman cəsur idin,
amma kiçik bir öpüşümlə necə titrədiyini gördük. Elə qorxaq, aciz... saf, məsum
və şirin idiki... Ey, Aydın özünə gəl! Sadəcə o qıza mənim kim olduğumu başa
salan, bir daha təkrarlanmayacaq öpüş idi. Hmm... bəlkə də təkrarlana
bilər"
Səhər
Yasəmən adət etdiyi kimi həyətdə oxumaq üçün bir kitab götürüb evdən çıxdı.
Liftin düyməsini basıb kitabı vərəqləməyə başladı. Açılan qapıların səsinə
başını qaldırdıqda gülümsəyərək ona baxan Aydını gördü...
- Nə xoş
təsadüf gözəlim.
- Hə,
əlbətdə. Atamın mənim üçün düzəltdirdiyi və yalnız mənim istifadə etdiyim
liftdə mənimlə rastlaşmağın bööyüük təsadüfdür.
- İnan mən
də çox təəccübləndim.
- Bəsdi
Aydın! Heç də gülməli deyil.
- Ey, mən
ciddi idim.
İkisidə
bir-birlərinə baxaraq gülməyə başladılar.
- Nəysə, nə
istəyirsən Aydın?
- Səncə?
- Məncə
ALLAHdan ağıl istəməlisən, amma bundan artıq verəcəyini zənn etmirəm. Heyif,
qalan həyatını belə yarımbeyin yaşamalı olacaqsan.
Aydın
liftin örtülən qapılarını əli ilə saxlayıb, Yasəmənə qəzəblə baxdı.
- Yenə məni
alçaldırsan? Keçən dəfə nə olduğunu unutdun? Bəlkə yenə istəyirsən?
Yasəmən
ürkmüş halda nəsə deməyə çalışarkən Aydının telefonuna zəng gəldi. Aydın
barmağıyla 'sus' göstərərək telefonu açdı:
- Alo...
bəli, mənəm... nə!... bu necə olub?... hardadı?... bu dəqiqə gəlirəm!
Aydın
telefonu söndürüb, pilləkənlərdən qaçaraq düşdü. Yasəmən:
- Aydın nə
oldu? - deyə arxasınca qışqırsada Aydın çoxdan getmişdi.
Yasəmən həç
nə anlamayaraq, həyətə düşməkdənsə evə qayıtdı. Evə girdiyi anda anası onu
çağırdı:
- Yasəmən,
qızım gəldin?
- Hə ana.
- Qızım tez
hazırlaş, xəstəxanaya gedirik. Əli dayına zəng vur tez gəlsin.
- Nə? Ana
nə olub? Niyə xəstəxanaya gedirik axı?
- Qızım
Afət xalanı maşın vurub. Vəziyyəti ağırdı.
- Nə?
Aydının anası.
Yasəmən
ailəsi ilə birlikdə xəstəxanaya gəldikdə Aydının əməliyyat otağının qarşısında
əlləriylə başını tutaraq oturduğunu gördü. Onun bu ümidsiz halından Afət
xalanın vəziyyətinin həqiqətən çox pis olduğunu anladı. Yanına gedib təsəlli
vermək istəsə də, göz yaşlarını saxlaya bilməyəcəyin anlayıb vaz keçdi.
3 saat
idiki əməliyyat dəvam edirdi. Hamı həyacanla həkimin çıxmasını gözləyirdi.
Birdən otaqdan çıxan tibb bacısı təlaşla soruşdu:
- Qan...
təcili qan lazımdı. -1 rezuslu qan kimdə var?
Yasəmənin
atası və anası bir-birinə baxdı. Yasəmənin qan qrupu -1 idi, amma qızlarınım
əlil arabasında ola-ola qan verməsi o qədərdə ürəklərincə deyildi.
Yasəmən
çarəsizlikdən üzünə kədər çökən Aydına baxırdı. Sevdiyi insanın əzab çəkməyinə
dözməyib:
- Məndə!
ardı var...
Hiç yorum yok :
Yorum Gönder