ilk yayınımın əvvəllər heç sevmədiyim bir mövzu haqqında olması biraz ironik :) amma həyatın özü də tam bir ironiyadır - deyə bir fəlsəfə yaratdıqdan sonra keçirəm mövzuya. nədir musiqi? Azərbaycanda əvvəllər toyda, bayramda dinlənib, bir növ feyziyab olunduğu yüksək səviyyəli ritual ikən, indi mp3 player-lərə 100lərlə eyni ritmə, lakin muxtəlif ifaçılara məxsus mahnıcığazları yükləyib sadəcə boşluqda dinlədiyi bir şey olub.bəs bu qədər musiqi seçiminin olduğu dövrdə
bəs biz neynirik? seçmirik. necə ? bəli seçmirik. qarşımızda minlərlə, hətda milyonlarla seçim var, amma biz seçmirik. amma bizim adımıza seçənlər var. məsələn çox yox, 3 ay öncə milyonlarla insan mənə "gamgnam style" mahnısının dinlətməyə və sevdirməyə çalışırdı. milyonlarla insan deyərək ağ elədim? məncə yox. televiziyayada. radioda, internetdə, sosial şəbəkələrdə-hər yerdə məni bu mahnının "super" olduğuna inandırmağa çalışırdılar və mən hələ də niyəsini anlamadım. ən gülüncü isə sonda təslim olub mahnını dinləmək istədiyimdə onun artıq dəbdən düşdüyünü dedilər. belə anlarda söyüşə qarşı olduğuma peşman oluram :) bunun tarixdə də çox örnəyi var. 70-80-ci illəri düşünün. rockun dünyaya gəldiyi anlar. təbii o vaxtlar mən yox idim :) o vaxt hər kəs rockçu idi, anarxist idi və çirkin saç düzümləri vardı :) sonra disco, pop, countre, rep, rap, techno, techno-pop və gələcək axımın musiqiyə bənzəməsinə sadəcə dua edirəm :)
biz yazıqlar hər yeni axıma uymalıyıqki, geridə qalmış olmayaq. ədalətmi bu ? məncə yox. edalət deyə bir şey olsaydı, biz insanlar neynərdik axı:)
zovqlər və rənglər sorğulanmaz deyirik də, bəzən həqiqətən zövqsüz insanlar var. yəni müsiqi adına yaraşmayan mahnıların bu qədər çoxalmasının başqa nə açıqlaması var ki? biz ki qaval daşında ilk ritmləri belə ahənglə, zovq oxşayan tərzdə çalan mağara adamlarından üstünük. amma əminəm indi onlar belə bizim dinlədiklərimizi eşitsəydilər, bizə "təkamülünü tamamlamamış meymunlar" deyərdilər:) məncə ən gözəl müsiqi xalq mahnıları- etnik müsiqilər. çünki onlar illərlə dəyişərək, amma qəlibləşməyərək mükəmməlləşiblər.
bəli, onlar mükəmmələşiblər. onları dinlədiyim zaman sakitləşirəm və zövq alıram. amma birazda qocalıram ;) nə də olsa məndə dinamik 21-ci əsrin adamıyam. "moon light sonata"nı dinləmək gözəldi, amma onu dinlədikdən sonra 21-ci əsr gənci kimi yox, zədagan kimi davranmaq dostlarınız arasında sizi yüksəltməz, əmin olun :)
yenə gəldik buna- bəs biz yazıqlar neynəyək ? məncə hansı dövrə, axıma, növə aid olursa olsun keyfiyyətli musiqi dinləyək. həm əsrimizdən geri qalmayıb, həmdə yüksək zövqə sahib olmanın tək yolu bu :) hər musiqi növünün öz yüksək səviyyəli nümunələri mütləq vardır. sadəcə axtarın və tapın. dəblə hesablaşmayın, dəb sizin zovqünüzlə hesablaşsın- yox bu ağ olar :) ya ən yaxşısı, ya heç devizi ilə yaşayan Cəmilə Məmmədlidən məsləhət: siz ən yaxşısına layiqsiz, bunu unutmayın.

Musiqi secimi cox onemlidir
YanıtlaSil