- Məndə!
- Doğurdan
xanım? Onda tez, mən sizi hazırlamalıyam. Vaxt yoxdur, qanı əməliyyat gedə-gedə
köçürməliyik!
Yasəmənin
ata və anası eyni vaxtda:
- Nə?!
Yasəmənin
uşaqlıqdan qan qorxusu var idi. Bir damla belə qan görsə ürəyi gedər və
saatlarla özünə gəlməzdi. Əməliyyat gedə-gedə qan verməsi həm Yasəmənin
sağlamlığı, həm də bayıldığı anda qan köçürməni dayandıracaqları üçün Afət
xalanın həyatı üçün çox təhlükəli idi.
Yasəmənin
anası:
- Qızım
bilirəm kömək etmək istəyirsən, amma bu çox təhlükəlidir. Vəziyyətini bilirsən
axı.
- Ana
narahat olma. Hər şey yaxşı olacaq inan. "Ümid edirəm" - deyə
pıçıldadı.
- Xanım
gedək mənimlə...
10 DƏQİQƏ
SONRA:
Əynində
xəstəxana paltarı ilə yeriyən yataqda uzanan Yasəməni tibb bacıları əməliyyat
otağına apardılar. Lazımi alətləri qoşduqdan sonra tibb bacıları öz yerlərinə
keçdilər.
"Yasəmən
o tərəfə baxma, döz. Unutma bunu Afət xala üçün edirsən. Of, kimi aldadıram?!
Bunu Aydını birdə elə kədərli görməmək üçün edirəm. ALLAHım, yalvarıram mənə
güc ver. Bircə getməyim özümdən. Gözlərimi yuma bilsəydim daha rahat keçərdi, amma
olmaz. Sadəcə başqa bir şey düşünməliyəm. Yan tərəfdə bol qanlı bir əməliyyat
getdiyini unutmalıyam... Of, başqa şey düşün. Məsələn Aydını...o öpüşü..."
Bu
düşüncələrlə 30 dəqiqə keçirtdi Yasəmən. Artıq əməliyyat bitmişdi. Afət xalanı
reanimasiya şöbəsinə, Yasəməni isə palataya apardılar. Normadan çox qan verdiyi
üçün vəziyyəti o qədərdə yaxşı deyildi. Atası ilə anası palatasına gəlib
durmadan əhvalını, orda necə dözdüyünü soruşurdular. Yasəmən birtəhər onları
yaxşı olduğuna inandıra bilib, Afət xalanın vəziyyəti haqqında xəbər bilmək
üçün həkimin yanına göndərdi. 5 dəqiqə sonra otağın qapısı döyüldü:
- Of, ana
100-üncü dəfədi deyirəm ki, yaxşıyam.
Qapı
açıldıqda Yasəmənin gözlədiyinin əksinə Aydın içəri girdi. Asta addımlarla
yatağa yaxınlaşıb əlindəki şokoladı ona uzatdı:
- Şey...
Həkim dedi ki, çox qan verdiyin üçün təyziqin düşəcək. Mən... Mən də düşündümki
şirin şey yeməlisən.
Yasəmən
gülümsəyərək şokaladı ondan aldı:
- Çox sağ
ol..
- Yox..yox,
sən sağ ol. Sən anamın həyatını xilas etdin. Mən üzr istəyirəm, çox üzr
istəyirəm.
Yasəmən
təəccüblə:
- Nəyə
görə?
- Olanlara
görə. Yəni etdiklərimə görə. İnan çox peşmanam...Ppeşmanam deyəndə səni
öpməyimə yox, sən istəmədən öpməyimə görə. Yəni əslində peşman deyiləm. Of! Çox
qarışıqdı. Nəysə sən özün başa düşdün yəqin - bütün bu sözləri birnəfəsə
deyərək, hələ də ona təəccüblə baxan Yasəmənə baxıb gülümsədi Aydın.
- Nə?
Nəysə, boş ver. Onsuzda 100 dəfə də desən heç nə anlamayacam.
- Mən
indiyə kimi heç kəsdən üzr istəməmişəm, ona görə də bacarmıram deyəsən - deyib
elə bir məsum ifadəylə Yasəmənə baxdı ki, sanki nəsə sındırmış balaca uşaq
kimi. Yasəmən özünü saxlaya bilməyib gülməyə başladı.
- Hmm...
İlk dəfə üçün pis deyil. Nəysə, bağışladım. Amma elə axmaqcasına hərəkətlərə
davam etsən həyatında çox adamdan üzr istəməli olacaqsan canım.
- Səncə mən
axmağam?
- Biraz...
Yasəmən
Aydının qəzəbli bağışlarını görüb yenə səhv etdiyini anladı. Onun bayaq baxdığı
kimi məsum ifadəylə Aydına baxdı. Aydın yumruğunu sıxaraq, alçaq səslə "bu
dəfə keçirəm gözəlim" deyib otaqdan çıxdı.
1 HƏFTƏ
SONRA:
- Of, ana
milyon dəfə demişəmki arabamı sürməyinizdən xoşum gəlmir!
- Bağışla
qızım. Aaa kişi necədə huşsuzam, heç xəstə yanına əliboş gedərlər?. Gərək
məyvə, gül-filan alaydıq.
- Düz
deyirsən xanım.
- Ata siz
gedin alın, mən sizi burda gözləyərəm.
- Oldu
qızım, biz gəlməmiş Afət xalanın yanına getmə ha.
- Ok.
Yasəmən və
ailəsi artıq vəziyyəti çox yaxşı olan Afət xalanı ziyarətə gəlmişdilər
xəstəxanaya. Yasəmən 10 dəqiqə gözlədikdən sonra sıxılıb Afət xalanın yanına
tək getmək istədi:
- Hə, demək
palata neçə idi?. Evrika! Palata 45 idi. Bu 41, 43, aha buda 45!
Yasəmən
əlini dəstəyə atıb qapını açmaq istəyirdi ki, eşitdiyi sözlərdən donub qaldı:
- Yox ana!
Mən o şikəstlə evlənməyəcəm!
- Elə demə
oğlum. Yasəmən çox ağıllı, gözəl qızdı. Nolsun ki, yerimir? ALLAH onu belə
yaradıbsa qul nəkarədir ki, onu qınasın!
- Yox, yox,
yox! Sən nə desəndə onunla əsla evlənməyəcəm! Sənin həyatını xilas etdiyi üçün
ömrüm boyu ona minnətdar olacam, amma bundan artığını məndən istəmə ana.
- Mənim
anan olaraq səndən son istəyim budur oğlum.
Aydın güclə
eşidilən səslə:
- Yaxşı...
Yasəmən
eşitdiyi sözlərin təsirindən çıxa bilmirdi. Aydınla əsla bir gələcəyinin
olmayacağını bilsədə, bunu onun dilindən eşitmək həyatdan aldığı ən böyük zərbə
idi. 14 yaşından bəri xəyallarının şəhzadəsi olan Aydın, onun kimi bir
"şikəst qızı" istəməmişdi. Ağlamaq keçdi ürəyindən.
Hönkürərək
ağlamaq, bu dünyaya, həyatına lənətlər yağdırmaq, ona bu taleyi yazan ALLAHa
üsyan etmək istədi. Amma edə bilməzdi. Uşaqlıqdan bəri onsuzda ona həmişə
mərhəmətlə baxan gözlərin qarşısında yazıq görünməmək üçün əsla başqalarının
yanında ağlamazdı. Boğazında düyümlənib nəfəs almağa belə qoymayan qəhəri güclə
udub, özünü toplamağa çalışdı. Hələ də tutduğu qapının dəstəyini buraxıb,
qapını yüngülcə döydü. Eşitdiyi "girin" sözündən sonra üzünə böyük
bir gülümsəmə yerləşdirib qapını açdı:
- Salamlar.
Ooo necəsiniz Afət xanım? Wow, super görünürsüz, hələ bu xəstəxana paltarı sizə
necə də yaraşır - deyib gülməyə başladı. Gələnin Yasəmən olduğunu görən Aydın
və Afət xala qorxu qarışıq təəccüblə bir-birlərinə baxdılar. Yasəmən isə heç nə
eşitmədiyinə inandırmaq üçün olduqca şən ifadəylə onlara baxırdı.
- Ay gör
kim gəlib. Gözəl balam Yasəmən. Sənin sayəndə yaxşıyam qızım. Hə, gözələ nə
yaraşmaz ki.
Bu kimi
zarafat və gülüşlərlə söhbət dəvam edirdiki Afət xala səsini alçaldaraq:
- Yasəmən,
qızım yaxına gəl. Sənə bir söz demək istəyirəm.
- Buyur
Afət xala.
- Qızım
bilirsən ki, sənin atanla Aydının atası tekcə iş yoldaşı deyildilər, həm də çox
yaxın dost idilər. Sən doğulanda Aydının üç yaşı var idi, rəhmətlik heç sənin
qırxın çıxmamış atandan söz aldı ki, böyüyəndə sizi evləndirsinlər. Artıq
böyümüsüz, oğlumun ALLAHa şükür işidə var, evidə. Sən də Maşallah gözəl-göyçək
qız olmusan. İndi istəyirəm sizi evləndirək. Həm rəhmətliyin arzusu
gerçəkləşər, həm də gözüm arxada qalmaz. Nə deyirsən qızım?
Yasəmən bu
sözləri dinlərkən beynində durmadan "mən o şikəstlə evlənməyəcəm!"
cümləsi cingildəyirdi. Bu an tək istədiyi durmadan səslənən o cümlədən
qurtulmaq idi. Həyatının ən xoş günü olmalı idi bu gün, amma o bir cümlə
həyatının ən qorxunc gününə çevirdi. "ALLAHım nolardı eşitməzdim o
cümləni. Qapıya yaxınlaşdığım anda alaydın canımı. Bəlkə...bəlkə onda gərçəkləşən
xəyalıma sevinərdim doyunca. Yox! Yox Yasəmən. Səni istəməyəni səndə istəmə!
Unutma sən Yasəmən Əlizadəsən."
- Yox! Yox
Afət xala, mən əsla evlənmərəm Aydınla.
- Niyə
qızım?
Yasəmən bu
sualı heç gözləmirdi. Sevdiyin insanı istəməmək üçün bəhanə tapmaq elə də asand
deyildi.
-
Çünki...çünki...şey, Aydın biraz qız kimidi.
- Nə?!
- Nə?!
Aydın və
Afət xalanın bu qədər təəccüblənməsi boşuna deyildi. Hündür və əzələli bədənli,
qara qaş-qara göz, indiyə kimi onlarla sevgilisi olmuş bir oğlana "qız
kimidir" demək çox gülünc və absurt idi.
Yasəməndə
dediyi sözlərin mənasın sanki indi anladı. "Əla! Yüzlərlə bəhanə varkən
sən get ən mənasızın seç Yasəmən. İndi bu işin içindən necə çıxacam. Məndə bu
bəxt varkən üstümə meteorid düşsə təəccüblənmərəm."
- Yəni, qız
kimidi deyəndə, yəni...çox ətir vurur, saçlarına məndən daha çox qulluq edir.
Yəni...yəni mənim tipim deyil. Nəysə, Afət xala sizi çox yaxşı gördüm. Anamgil
indi gələcək, bu dərmanların iyi mənə pis təsir elədi, mən çıxım. Özünüzə yaxşı
baxın. Hələlik.
Bütün bu
sözləri birnəfəsə deyib otaqdan çıxdı. Həyəcandan və utancdan qızarmış üzünü
əlləriylə örtüb özünü toplamağa çalışdı. Beyni o qədər qarmaşıq düşüncələrlə
dolu idi ki, açılan qapının səsini belə eşitmədi. Güclü bir əlin qolunu
sıxdığını hiss edib, əllərini üzündən çəkib başını qaldırdıqda ona qəzəblə
baxan Aydını gördü:
- Dəməli
mən qız kimiyəm?
- Mən...mən
elə demək istəmədim.
- Sən
görəcəksən gözəlim!
Aydın bunu
deyib Yasəmənin qolunu buraxıb, otağa qayıtdı. Bərk örtülən qapının səsinə
diksinən Yasəmən, Aydının az qala bağıraraq dediyi bu sözləri eşitdi:
"ana, nə bahasına olursa olsun o qızı mənə alırsan!".....

Hiç yorum yok :
Yorum Gönder