Ən gözəl”sən”!
Bölüm: 22
Sənan ona doğru dikilmiş
baxışlar altında telefonda oyun oynayırdı. Hər kəsin narahat olduğunu və onunla
danışmaq istədiyni bilsə də acığa oyunun səsini sonuna kimi açmışdı. Bu səbəblə
oyunda uduzduğunu ətrafdakılarda çox yaxşı eşitdilər. Sənan ekrandakı “game
over” yazısına ürək ağrısı ilə baxıb, telefonu kənara qoyaraq ətrafındakılara
süni təəccublə baxdı:
-
Aaa, siz burdasız uşaqlar?
Elçin əsəbi şəkildə:
-
Hə, 45 dəqiqədi. Elə bil
bilə-bilə bizlə danışmamaq üçün oyun oynayırsan.
-
Nə? Sən nə danışırsan, əsla
ola bilməz elə şey.
Samir gözlərini Sənana
dikib:
-
O dünənki nəydi? Elə bil
Süsənlə aranda nəsə var. Vay çakal, məndən əvvəl...
-
Nə?! O ifritəylə mən? Ağzını
get yaxala, təhqir qəbul edərəm. Həm mən dünən buralarda deyilim ki.
-
Sən olduğun çox bəlli. Ancaq
sən bütün o geyvarı şeylərin geyinsən belə, öküz kimi böyürməyi geylik sana bilərdin.
Sənan saçlarını qarışdırıb,
əsəbi şəkildə:
-
O ifritənin günahı! Məni
alçaldırdı! Hər nəysə , olanları sizdə gördüz. Bitdi.
Bayaqdan susan Elnur Sənanın
sıxılmış və küncə sıxışdırılmış halına baxıb, fikirli-fikirli:
-
Mənə maraqlı gələn isə sənin
niyə bu yolla həll etməndi. Yəni əvvəlki Sənan olsa, belə plan qurmaqdansa
yumruqları ilə girişərdi. Yəni etiraf etməliyəm, bu daha ağıllı yol olub, amma
niyə?
Sənan baxışlarını qaşırıb,
zorla danışırmış kimi:
-
Çünki işə yumruqlarımla
girişsəydim, əvvəl axır ucu o ifritəyə dəyəcəkdi. Həm siz axmaqlarda elə biləcəkdiz
mən ona qarşı nə isə hiss edirəm deyə belə edirəm.
-
Onsuzda elə bilirik.
-
ən məntiqli fikir budur.
-
Çox romantik...
Sənan yumruqlarını düyünləyib,
var gücü ilə qışqıraraq:
-
Rədd olun otağımdan!!!
Axşamüstü Leyla xanımın
çağırmasıyla qonaq otağına toplanmışdı hər kəs.(müəllif: Cəmilə Məmmədli) Leyla
anım Ayaz mövzusunda təyziq göstərdiyi üçün Süsəndən çəkinirdi hələ. Süsənin
yenə o köhnə sport dəsti geyinərək gəlməsinə belə heç nə demədi. Amma gəlib, səssizcə divanda oturan oğlanları
görüncə, qaşalarını çatıb əlini iləri uzadaraq:
-
Kirayə pulu.
Oğlanlar heç nə anlamamış
kimi gözlərini döyərkən, Sənan:
-
Nə pul? Biz sözümüzü
tutduq. Bax qızına.
Leyla xanım Süsəni süzüb,
ona gülümsəərək Sənana dönüb:
-
Harası? yenə eyni.
Sənanda Süsəndə böyük bir dəyişlik
görməyib, son bir umidlə:
-
ən azından artıq məndən
daha az bığları var. Bu da bir ilərləyişdi hə?
Elçin onu dəstəkləmək üçün:
-
həm artıq Süsən bacı oğlanları
öldürmək haqqında düşünmür. Sənan xaric.
Samir:
-
bir oğlanla görüşə belə
getdi. Düzdü oğlan mənim qədər centlmen deyildi.
Elnur:
-
və daha da sakit olub. Tez əsəbləşmir.
Yeni Sənan öküzlük edib, onu hirsləndirmədiyi vaxtlarda.
Sənan bir-bir onu pisləyən
oğlanları süzüb, pıçıldadı:
-
2 saniyəyə satdılar. Sənan
qədər daş düşsün başınıza.
Leyla xanım oğlanlara
inanmış kimi baxıb, Süsənə dönərək:
-
Düz deyirlər qızım?- deyib,
Süsənin cavabını gözləmədən davam etdi:
-
əla! Onda dünən olanları
unudaq. Mən qızımın gözəl bir gəlin olduğunu görmək istəyirəm. Bundan sonra
çağırılan hər toya gözəll paltar geyib, makiaj edib və saçlarını düzəltdirib
gedəsən, ordakı oğlan analarına nə qədər mükəmməl bir qız olduğunu göstərəsən! Həmişə
belə bir şey arzulamışdım, amma o əclaf Ayaz ortaya çıxdı deyə arzum ürəyimdə
qalmışdı. Yaxşı ki, o biraz dəliyə oxşar sevgilisi gəldi də, əsl üzü açıldı. əgər
o gəlməsəydi, səni istədiyim kimi bəzəyə bilməyəcəkdim...
Süsən bir yandan divanda
gizlənməyə yer tapmayan Sənana öldürəcəkmiş kimi baxarkən, dodaqucu:
-
hə, sağ olsun o adam...
Leyla xanım oğlanlara
dönüb:
-
Sizin işiniz hələ bitmədi. Mənim
qızım nə vaxtdkı normal, yaxşı bir oğlanla nişanlanar, o vaxtda sizdən kirayə
pulu istəmərəm. Indi qızımı gözəl bir gəlinə çevirmənizi istəyirəm.
Sənan gözlərini qıyıb,
kinayə ilə gülümsəyərək:
-
Ordan baxanda pəriyə-filan
oxşayırıq?
-
Yox. Amma pulsuz, avara və
evdən atsam küçələrdə sürənəcək gənclərə oxşayırsız.
Səna gülümsəyərək:
-
Qızınızı dünyanın ən gözəl
gəlini edəcəyik Leyla xanım- deyib, eşidilməyəcək tərzdə pıçıldadı:
-
Onunla evlənəcək axmağı
tapan kimi.
Leyla xanım getdikdən sonra
Süsənin ortalıqdan olmamasından istifadə edən oğlanlar müzakirə edirdilər. Elçin
çarəsiz bir ifadə ilə:
-
Leyla xanım bu dəfə çox
ciddi idi. Deyəsən yarıda kəsilmiş toy onun arzularını ürəyində qoydu. Həqiqətən
qızının toyunu görmək istəyir.
Sənan ayaqlarını yerə döyəcləyərək:
-
Ya da qızı kimi bizə əziyyət
eləməkdən xoşu gəlir. Qıznı evləndirəcəkmişik, yox bir əlimizdə güzgüylə
sağdışıda olaq. Eşşək boyda qızdı, normal qızlar kimi davranıb özü ər tapsın.
-
əslində mən buna bir çarə
tapmışam.
Hər kəs birdən Samirə
baxdığından, o özündənrazı bir gülümsəmə ilə davam etdi:
-
Yəni içimizdən biri ilə sevgili
olduğunu deyək, Leyla xanım da bir müddət bizdən və Süsəndən əl çəkər.
Elnur fikir xoşuna gəlmiş
kimi gülümsəyib, maraqla:
-
Bəs hansımız?
Ortalığa çökən səssizlikdən
şübhələnib başını qaldıran Sənan hamının ona baxdığını görüb, qaşlarını çataraq:
-
Nə?!
Elçin:
-
Mən nişanlıyam, Samir də
demək olarki nişanlıdı, Elnur desən heç olmaz. Süsən bacı üçün ən yaxşı namizəd
sən olursan.
Sənantək qaşını qaldırıb:
-
Hamınız ondan it kimi
qorxduğunuz üçün məni qurban eliyirsiz hə?- deyib, oğlanların baxışlarını
qaçırdığını görüb ayağa qalxaraq:
-
Bu axmaq fikri beyninizdən
silin. Mən yalandan belə olsa onunla sevgili olmayacam. Gedin özünüzə başqa
qurban tapın.
Sənanın otaqdan çıxmasını
fürsət bilən Samir oğlanla dönüb:
-
Görəsən nə vaxt başa düşəcək?
-
Sənanın beyninin biraz
yavaş işlədiyini nəzərə alsaq...
-
Və hisslər mövzusunda öküz
olduğunu- deyə Elnurun cümləsini tamamladı Elçin.
Oğlanlar biraz düşünüb,
hamsı eyni anda:
-
Uzun...
-
Çox uzun...
-
Sonsuzluq qədər uzun vaxt
lazımdı...
Sənan otaqdan çıxıb, əllərini
cibinə qoyub deyinirdi. “mən? O ifritəylə? Bularda lap gicləyiblər, gey olmaq
daha yaxşıdı ee” deyə düşünsə belə, düşüncələrindən ayıldıqda mətbəxə gəldiyinin
fərqinə vardı. “mənim nə işim var burda” deyə pıçıldayıb, geri dönmək istəsədə
mətbəxdən səs gəldiyini eşidib içəri keçdi:
-
Yenə yemək oğurlamağa gəlmisən?-
deyə əsəbi şəkildə dedi əlində bıçaq tutan Süsən.
Sənan hər ehtimala qarşı
özünü müdafiyyə etməyə hazırlaşıb, bezgin şəkildə:
-
“məni bir axmaqla evlənməkdən
qurtardığın üçün təşəkkür ulu və möhtəşəm Sənan bəy”ə noldu?
-
“məni durmadan bəzənib, zəhləm
gedən toylara getməyimə səbə olduğun üçün sənin dərini soyacam iyrəc məxluq”
var menyuda ancaq.
Sənan çiynini çəkib:
-
Arada normal qızlar kimi
davranman pisdi ki?
Süsən dəhşətə düşmüş kimi
ona baxıb:
-
Səni bir stola bağlayıb,
saçınna cəhənnəm qədər isti olan maşalarla girişib, üzünü dərini soyacaq kimi
pudralanması bilirsən nədi? Hələ zorla çıxardılan tüklərin ağrısı.
-
Bax onu bilmirəm canım, mən
ancaq lazər operasiyasına gedirəm, superdi eee.- deyib, gözlərini Süsənə dikib
davam etdi Sənan:
-
Xəstədi ee qız, mən nə
bilim? Qız olan sənsən, dözdə.
Süsən əlindəki bıçağı stolun
üstünə qoyub, barmaqlarını şıqqıldadı. Sənan təəccüblü baxışlarına məhəl
qoymadan ona güclü bir yumruq ilişdirib sakit bir ifadə ilə:
-
Təxminən belə.
Sənan bir yandan qürunu
ezdirməmək üçün dik durmağa çalışarkən, digər yandan da nəfəs almağa çalışıb
pıçıldadı:
-
Demək bir tük barəbərdi partlayan
bir apandesit və içəridə tullanıb-düşən
böyrək. Supermiş.
Süsən Sənanın ağrıdan ölsə
belə, özünü ezirməməyə çalışmasına yüngülcə gülüb başınl “hə” mənasında yellədi.
Artıq böyrəyini hiss etməyə başlayan Sənan da gülümsəyib susdu. Ortalığa səssizlik
çökmüşdü və ikisidə anlamadıqları səbədən bir-birlərindən baxışlarını
qaçırırdılar. Sonunda cəsarətini toplayan Sənan başını qaldırıb, Süsənə
baxaraq:
-
Ikimizində kabusları
başlamadan sabah biraz əylənək? Yəni o günkü kimi, gəzərik-filan. Amma o maşınlara
bizi birdə qoymazlar xəbərin olsun.
Süsən gözlərini mətbəxin
tavanına zilləyib, çiynini çəkərək vecsiz şəkildə:
-
Yəni ola bilər...
-
Onda sabah, saat 12də
çıxaq?
-
əlbətdə bidənəm. Səninlə
olduqdan sonra cəhənnəm belə mənə xoş olar.
Sənan qapı tərəf
durduğundan arxadan gələn səsin sahibini görmürdü. Amma 6-cı hiss ilə Süsənə
baxıb, qorxuyla:
-
o yeriyən meyid arxamdadı hə?-
deyib, onun başını yelləməsiylə daha çox dəhşətə düşdü.
Nənə isə ən məsum ifadəsiylə:
-
yoxsa siz tək getmək istəyirdiz?
Yaxşı, mən bu qoca vaxtımda evdə tək dayanaram...həmişəki kimi....
Süsən onun bu halına dözməyib,
nənənin yanına gələrək:
-
Əlbətdə səndə bizimlə gəlirsən
nənə. Bax çox əylənəcəyik, səni hər yerə aparacam- deyib qoluna girib apararkən
mətbəxdə tək başına qalan Sənan dişlərini qıcadı.
Özünü sakitləşdirməyə
çalışıb pıçıldadı:
-
əlbətdə səni də apararıq və
qarşımıza çıxan ilk qəbirsanlıqda basdırarıq...
Hiç yorum yok :
Yorum Gönder