musiqi

25 Ağustos 2013 Pazar

Ən gözəl"sən"! 21

 

Əm gözəl”sən”!
Bölüm: 21

Nəhayət o böyük gün gəlib çatmışdı. Böyük ev gələn qonaqlar, evdə yaşayanlar və bir-birini bəlkə də ilk dəfə görən adamlarla dolu idi. Böyük nişanı evdə etmyə qərar vermişdilər. Böyük dedikdə, həqiqətən böyük bir nişan idi. Beləki evdə olan qonaqların əlindən heç nişanlanacaq qızın harda olduğunu belə bilən yox idi. O isə öz otağında bir növ gizlənmişdi. Anasının gətirtdiyi saç, makiaj ustalarından necə qaçdığı isə bir müəmma idi. Köhnə pijamalarında, yerinin içində oturub bu günün tez bitməsi üçün dua edirdi ki otağının qapısı döyülmədən açıldı. Süsən bir reaksıya verməyə macal tapmamış:
-          Demək balaca gəlinimiz burda imiş...
-          Hələ heç paltarını belə geyinməyib...
Süsən cəld yerindən tullanıb qaçmaq istəyirdi ki, qapı və pəncərə çoxdan tutulmuşdu. Qaçacaq bir yeri olmadığını görən Süsən, çarəsiz döyüşmədən təslim oldu...

 1 saat sonra Süsən qarşısında dayandığı aynaya baxıb, uşaq kimi mızıldanırdı:
-          Mən bunu geyinmək istəmirəm. Saçlarım çox buruqdu. Bu boyanın dadı iyrəncdi, mən çiyələklisini istəyirəm...
əlindəki maşa ilə onun saçını düzəldən Sevinc, mızıldamalarından bezmiş şəkildə başını qaldırıb:
-          Başqa paltar yoxdu. Saçlarını düz eliyəndə də, “çox düzdü” dedin və o boya yemək üçün deyil! Qoy onu nişanlın düşünsün dadı necədi!
Fidan və Süsən eyni anda:
-          Niyəki?
-          Niyəki?
Sevinc gözlərini süzdürüb, saçlarını arxaya ataraq:
-          Böyüyəndə bilərsiz...
Süsən çiynini çəkib, qarşısındakı aynadan özünə baxmağa başladı. Az qala ağlayacaqmış kimi cılız bir səslə:
-          Bəs bığlarımdan nə istədiz...
Sevinc əsəbdən dəli olmağına az qaldığını hiss edib, əlindəki maşanı boğarmış kimi sıxarkən, Fidan Süsənini çiynini sığallayıb, şirin bir şəkildə:
-          Narahat olma, indi yerinə çıxacaqlar daha gur olacaq. Valla.
Qızlar Süsənin hər şeyə bir mız qoymasına dözməyə çalışıb, onu stola bağlayıb bəzəməyə çalışarkən, aşağıda bütün hazırlıqlar tamamlanırdı. Oğlanlar bayaqdan Leyla xanımın tapşırıqların yerinı yetirməyə çalışarkən əldən düşmüşdülər. Qovulduqları mətbəxdə dincəlməyə çalışırdılar. Samir əlindəki içki qutusunu stolun üstünə qoyub:
-          Bu da sonuncu. Canım çıxdı daşıyacan.
Halsız şəkildə masanın bir küncünə sərilmiş Elçin, güclə başını qaldırıb:
-          Sənan olsaydı hamsın 15 dəqiqəyə daşıyardı.
-          Bəs harda gizlənib o alçaq?
Elnur başını hesab dəftərindən qaldırıb:
-          O sonra gələcəkmiş bir şeylər almalıymış.
Samir:
-          Bu ara da sən niyə bizə kömək eləmədin?! Elə ancaq bu dəftərlə məşğul oldun, bunu mən də eləyə bilərdim.
Elnur heç nə demədən dəftəri onun qabağına qoyub, Samirin bir anda bozaran üzünü görüncə qalib gəlmiş kimi gülümsədi. Elə bu an Leyla xanımın nişanın başladığını elan eləməsiylə hər kəs böyük zala yığışdı. Oğlanlar Sənan zəng etsələr belə, telefonuna zəng çatmırdı. Amma artıq gec sayılardı, bir neçə dəqiqədən sonra üzüklər taxılacaqdı və Süsən qızlarında köməkliyi ilə aşağı endi. Hər kəsin, xüsüsən oğlanların ağzı açıq qalmışdı. Ilk dəfə idi ki, Süsəni uzun bir donda və saçları açıq görürdülər. Həm də bu qədər qız kimi... Elçin geniş açılmış gözlərlə Süsənə baxarkən pıçıldadı:
-          Sənan Süsən bacını belə görsə infarkt keçirər yəqin və yaxşı ki görmədi. Yəqin ürəyi dözmədi sevd...
-          Əziz qonaqlar bu gün mənim yeganə qızım və Ayaz balamın nişanıdı. Elə xoşbəxtəm ki... hər ananın ən böyük arzusudu qızının bu xoş gününü görmək. Deyəcək söz tapa bilmirəm, edə biləcəyim tək şey üzükləri taxmaqdı- dedi göstərişli paltarı və ağır paltarı ilə nazla danışan Leyla xanım.
Süsənin əlindən tutub, Ayazın yanına gətirdi. Kiçik sinidəki üzüklərdən birini götürüb, Süsənin barmağına taxdı, digərini də Ayazın barmağına taxmaq istəyirdi ki, tiz bir qışqırıq eşidildi:
-          Bunu mənə edə bilməzsən Azik!!!
Hər kəsin qapı tərəfə baxmasıyla şoka girməsi bir oldu.(müəllif: Cəmilə Məmmədli) Çünki parıldayan dodaqları, biraz qəribə kostyumun boynundakı şalı, gözlərindəki iri eynəyi və əl yaylığı ilə ağzını ağlayırmış kimi tutmasına rəğmənç bir oğlan qışqırmışdı. Oğlan hər kəsin ona baxdığını görüb, Ayaza yaxınlaşaraq incəldilmiş səslə:
-          Deməli məni buna, bir qıza görə tərk etdin, həmdə yaşadığımız o qədər şeydən sonra... bəs biz, biz bu ölkədən gedib, evlənəcəkdik? Xoşbəxt olacaqdıq?! Amma sən... Səndə boyun əydin bizim böyük eşqimizi günah sayan bu cəmiyyətə...- deyib, ağlayırmış kimi üzünü tutdu.
Hər kəs şok içində olsa da, arxa da dayanan oğlanlar bir-birlərinə baxdılar. Samir əli ilə alnını ovuşdurub , bezgin şəkildə:
-          Bilinəcək.
-          Həmdə necə...
Ayaz isə nə baş verdiynini anlamadığından ətrafa baxsa da, hər kəsin ona şübhə ilə baxdığını görüb özünə gəldi. Qarşısındakı titirəyən çiyinlərindən ağladığı bəlli olan oğlana diqqətlə baxıb, bir anda hər şeyi anladı. Hiyləgərliklə gülümsəyib:
-          Gözəl komediya idi, amma sənin bunu niyə elədiyini bilirəm S...
-          Deməli mənə bir oğlanla xəyanət elədin hə?!- Deyə qışqıran Süsən, Ayaza sözünü bitirməyə imkan vermədən ona yumruq ilişdirdi. əli ilə oğlanı göstərib:
-          özdə belə bir oğlanla?
Oğlan Süsənin alçaldıcı tonda dediyi sözə əsəbləşib:
-          Necə yəni belə...-desə də, cəld özünə gəlib:
-          Yəni ay qız, ay qız niyə belə deyirsənki? Mən yazıq da bədbəxtəm onsuzda. –deyib, yenə yaylıqla üzünü örtdü.
Hər şeyə rəğmən ortalıqda bir səssizlik vardı. Kimsə nə olduğunu anlamırdı. Biraz da belə keçsə hər şey anlaşıla bilərdi və oyun bitərdi... Bunu anlayan Süsən də ən az Sənan qədər heyacanlı idi, bu belə bitməməliydi...
-          Ay yazıq, həm geydi, həmdə Süsən bacını aladaraq alıb, adını təmizə çıxarmağa çalışır.
Elçinin qışqırıb, qabağa çıxmasıyla ortalığa biraz hərəkət gəlmişdi ki, Sevinc özünü Süsənini üstünə atıb, isterik bir şekildə:
-          Ay mənim yazıq bacım!... bir ömür boyu bədbəxt olacaqdın! Şey üzünə həsrət qalıb qocalacaqdın...ər sevgisinə... Səni bədbəxt eləmək istəyənlər utansın.
Samirlə Elnurun da arxadan “alçaq, qızı aldadırmış” kimi əslində çox səsli olan pıçıldaşmalarından sonra hər kəs ayıldı sankı. Ortalığı pıçıldaşma işğal etdi. Ayaz hələ təzə özünə gəlib, nəysə demək istəyirdi ki, Leyla xanım onun yaxasından yapışıb:
-          Alçaq! Sən mənim qızımdan istifadə etmək istəyirdin? Özüvü gizlətmək üçün, qızımı bədbəxt eliyəcəkdin?!
-          Yox baxın...əslində...- deyə bir şeylər açıqlamağa çalışsa da, Leyla xanım onun elə bərk silkələyirdi ki, cümlə qura bilmirdi Ayaz.
Bütün qonaqlar Leyla xanımın Ayazı öldürməsini yaxından görmək üçün onların ətrafına toplaşarkən, Süsənin və həmin oğlanın ortalıqdan yox olmasını kimsə hiss etmədi...



Sənan Süsənin biləyindən tutub, bütün gücləri ilə qaçırdılar. Dayanıb, nəfəs dərdiklərində belə gülməkləri kəsilə bilmirdi. əllərini dizlərinə qoyub, dərindən nəfəs almağa çalışan Sənan Süsənə:
-          Hə, necədi? Qızıl güllərdən pis deyil hə?
Süsən gözlərini süzdürüb:
-          Belə də. Amma sənin yaman rol istedadın varmış.
-          əlbətdə, o artistle biraz vaxt keçirdim, olacaqda. Nə pis deyil? Anan heç nə deyə bilməz, qonşular dalınca danışa bilməz və o alçaq bir ömür cəzalandırıldı.
Süsən düşünürmüş kimi dayanıb, Sənan dönərək:
-          İlk dəfədi haqlısan. Təşəkkür- deyib gülümsədi.
Sənan bayaqdan bəri ilk dəfə idiki Süsənin görünüşünə diqqət etdi. Açıq saçlar, gözəl bir libas və üzündəki şirin bir təbəssüm. Nəfəsi kəsiləcəkmiş kimi olub, utanmış şəkildə üzünü çevirərək:
-          Dəyməz. Həm o qədər yaxşı rol elədiim ki, kimsə məni tanımadı.
-          əslində qapıdan girdiyin anda tanıdım və əmin ol bu heçdə çətin olmadı.
-          Hmm.. dənən öldüm da mən...
Şəhzadələrin ən yaxşı bacardığı iş gözəl şəhzadələri bəladan xilas etməkdir. Nece olursa olsun, əsas məqsəd sevdiyini qorumaqsa necə etdiyi fərq etməz... İkisi bu anki bəladan qurtulmanın sevincini yaşarkən, gələcək bəlalardan xəbərsiz idilər...



Hiç yorum yok :

Yorum Gönder