musiqi

16 Haziran 2013 Pazar

İfritənin dərsliyi

“dərs 2.

Hər zaman ətrafındakılar haqqında məlumatın olsun və əsla istifadə etməkdən çəkinmə. Birilərini vaxtında susdurmasan, onlar səni susduracaqlar. Bəli, heyatin qanunlarından biri : ya öl, ya da öldür. Təbi bizim ölkədə insan öldürmək cinayət sayıldığından, öldürmək yaxşı fikir kimi görünmür. Amma yenə də sınamağa dəyər,”
-          Müəllimələrə sataşmaq hə ? 5-ci sinif uşağısan sən?
Roza başını yana çevirib, ona gülümsəyərək  baxan qıza baxış atdı. Bunun təsir etmədiyini görüb, kinayəli səs tonu ilə dedi:
-          Sənin gedib oxuyacağın 1-2 kitab yoxdu?
-          Var, amma burdakı təbiət hadisəsi daha maraqlıdı. “çita Roza, zəif və köməksiz antilopu parçaladı”-super başlıq.
-          Beyənmənə sevindim. Amma “çita Roza, çoxbilmiş qaşqaldağı yonur” birazdan efirə gedəcək.
Qız gözlərini süzdürüb lövhəyə baxdı. Roza onun bu hərəkətinə hirslənsə də, özünü heç nə olmamış kimi aparıb vecsiz gözlərini lovhəyə çevirdi.

Yarım saat keçməmişdi ki o sinif otağında başqa mənzərə var idi...
-          Nə vaxta kimi səfeh kimi davranacaqsan Roza?
-          Mənə bir dəfəlik de bilim: mənim dostumsan, yoxsa düşmənim? Cəmilə bəzən sənin 19 yaşlı qızın bədəninə girmiş, 65 yaşlı qarı olduğunu düşünürəm.
-          Ruhu
-          Nə?!
Cəmilə bezgin şəkildə nəfəsini verib dedi :
-          65 yaşlı qarının ruhu deməliydin, digər halda fiziki cəhətdən çətin olsa da, edilə bilər bir aktivitəyə çevrilir və məcazi dəyəri itir.

“? ? ? !nə yəni tək ilişdiyi nöqtə bu idi? Ha, bu qız sözün əsl mənasinda manyak. Universitetə belə güc-bəla ilə girən bu xəstənin, heç kəsin bilmədiyi mövzularda hər şeyi bilmək, haminin bildiyi mövzuda qoyun olmaq kimi bir adəti var."Cəmilə Məmmədli" Bəs mən niyə bu yeriyən sinir və əsəb xəstəlikləri yaratma dispanserinin yanındayam? Aha, yaxşı sualdı...”
Roza sıykəndiyi partadan aralanıb Cəmiləyə yaxınlaşaraq:
-          Leksikani kəsdə, təzə nə var onu de.
Cəmilə dərindən nəfəs alıb:
-          Əslində leksika..-deyə sözə başlamaq istəyirdi ki, Rozanın qəzəbli baxışlarını görüb, sözünü dəyişdirdi:
-          Bizim sinifdən Ləman sevgilisindən ayrılıb.
-          Yenə? Sən mənə bunların barışdıgı vaxtı de, sürətlərinə çatmaq olmur.
-          Qonşu patokdan Nazlının atası vəzifəyə keçib.
-          Hə? Qoy hələ birazda “varlananda dostlarını unudanlardan dööörəəmm” oyunu oynasın.
-          Dörəm deye bir kəlimə yoxdu. Sonda birinci kurslardan bir qız-Sevinc parıldayır.
Roza təlaşla əlini Cəmilən oturduğu partaya çırpıb, gözlərini geniş açaraq qışqırdı:
-          İfritə parıldaması, yoxsa yaxşı qız?
-          Yaxşı qız və əminəm bu yerlərə yarandığından bəri sənin kimi ifritə parıldaması olan qız gəlməyib.
Roza başını “hə” mənasında yelləyib, fikirli halda uzaqlara baxdı. Cəmilə birinə “parıldayır” deyirdisə, deməli hər şeyi ilə parıldayan bir qız idi. Ağlı, gözəlliyi və ən əsası tanınmışlığı. Bir kraliça kimi... yoxsa qara qəlbli kraliçanı taxtından endirəcək bir Ağbənizmi gəlmişdi?
-          Cəmilə...səncə...yəni o qız...məni...mənim Cavidimi də ala bilər?
Cəmilə gözlərini süzdürüb, oflayaraq:
-          1. O sənin Cavidin deyil. 2. Qorxman lazım olan bu deyil və 3. bir öküz belə “Cavidin”i əlindən ala bilər.
-          Hahay, sən də səhv edərsənmiş Cəmilə xanım. Öküz erkek olduğundan, səninin “Cavid ona  üz verən her qıza qacar” atmacanda inək dəmək lazim idi. Hahay.
Cəmilənin halını pozmadan ona baxdıgını görən Roza qaşlarını çatıb:
-          Bilərək “öküz” dedin hə? Da o qədər yoxda, onunda bir qız seçmə səviyyəsi var. Yəqin..
Cəmilə ayağa qalxıb, dəftərlərini götürərək:
-          Yəqin. Səni seçmədiyimə görə mütləq var- deyib, Rozanın yanından keçib getdi.

“ mənim kimi ifritə parıltısı olan gəlməyibmiş... pa, ifritələrin kraliçası olacaq qədər ifritədi özü, mənə söz atır. Bu qız universitətə gəldiyim gündən bəri mənimlə titrəmədən danışa bilən tək qız və hər şeyi ilə tam bir casus. əminəm istəsə bu universitetdən kimin evdə nə qədər tualetə getdiyini belə öyrənər. Bunun da bir ara gözünü qorxutmaq lazım. Amma hələlik daha vacib işimiz var. Gözlə məni Çin malı Ağbəniz, sənə verəcəyim bir dərs var : burda kraliça mənəm!

müəllif: Cəmilə Məmmədli

1 yorum :

  1. hmm qeliz ve maraqli :)
    ozunu de saldin maraqli olacaq onda :)
    yaziq Roza :( :P

    YanıtlaSil