BIR IFRITƏNİN DƏRSLİYİ.
Hər zaman yaxşılar
qalib gəlir hə? Ürəyində ancaq yaxşılıq olan gözəl və ağıllı qız, biraz dəli də
olsa çox yaxşı olan oğlan. Pis, eqoist olan və sevənləri ayırmaq istəyənlərin isə hər zamankı kimi planları boşa çıxır və ya
maşın qəzasında ölürlər, ya da içkiyə, narkotikə qurşanırlar. Necə də mükəmməl
son hə? Bəs fərqli olsa? Fərqli bir hekayə olsa? Pislərin, eqoistlərin qalib gəldiyi,
hətda baş qəhraman olduğu bir hekayə... özünüzdə yaratdığınız bütün
standartlar, sterotipleri könüllü sürətdə yıxın məncə. Çünki indi xanım Eqoistlərin
və cənab Eqoistlərin zamanıdır- Cəmilə Məmmədli tərzində :)
Takkk! Takkk! Takk!
Asfalt yolda əks-səda
verən topuqların səsini eşidən hər kəs dönüb səsin sahibinə baxırdı.
Dabanlarını bilərəkdən zərblə vuran qızın ele bunu istədiyi bəlli idi. Ona
baxan bəzi gözlər heyranlıqla, bəziləri maraqla və böyük qismi isə nifrət dolu
idi. Amma qızın özündənrazı gülümsəməsindən onları vecinə almadığı hiss olunurdu.
əmin addımlarla binanın girişinə tərəf iləriləyib, ağ rəngli mercedess-in
yanından keçərkən bilərəkdən dabanlı çəkməsi ilə gölməcədəki palçıqlı suyu
sıçratdı. Bir-iki addım getməmişdi ki, zil qışqırığı eşidib gülümsədi. Sanki
heç nə olmamış kimi sakitcə arxaya dönüb, bezgin şəkildə dedi:
-
Nə olub? Səsin
özüva xoş gəlir?
Zərif və bahalı
geyimdə olan qız, qarşısında arsızca gülümsəyən qıza qəzəblə baxıb, yenə zil səsi
ilə qışqırdı:
-
Что ты заделала чушка?! ( sən neynədin axmaq?! )
Qız təzə yuyulmuş avtomobildəki ləkələrə, qarşısındakı gözləri od
püskürən qıza baxıb dedi:
-
Bu balaca ləkəyə
görə həyasızlıq edirsən?
-
Что? ! bu
maşın sənin həyatından daha bahalıdı ee. Talkuçkaadan aldığın 10 manatlıq
sapoşkilerinlərinlə nə günə qoydun!
Qız ayağını azca qaldırıb, çəkmələrinə gözucu baxaraq, çiynini çəkib
dedi:
-
10 manatlıq
olduğu elə bilinir? Amma 10 manatlıq deyib keçmə, nə də olsa 10 manat sənin
kimilərin bu günlərdəki bazar qiymətidi.
Geniş həyətdəki hər kəs yüksək səslə dediyi bu sözlərdən sonra onlara
baxarkən, qız zəfər gülümsəməsi ilə qarşısındakının çiyninə yüngülcə toxunub
getdi. Bayaqkı hadisənin təsiri ilə ortalığa çökən sakitliyi,yenə onun
topuqlarının səsi pozurdu sadəcə....
“İfritənin dərsliyi.
Dərs 1: kraliça sənsən. Hər yerdə, hər vəziyyətdə. ən əsas işin də hər
kəsə kraliçanın sən olduğunu isbatlamaqdır. Mən bu Universitetin, bəlkə də bu
bölgənin kraliçasıyam və təbələrimə bunu bildirməliyəm hə? Məsələn az öncəki
atasının puluna bura girən, atasının aldığı maşınla özünü kraliça sanan “papanın
gül balası”n. Buralarda tək kraliça-ifritə var, o da mən.”
-
Qız adını
bilsəydi, “sən belə şeyləri yaxşı bilərsən, mama Roza” deyib səni sındırardı.
“lənət olsun! Bunun heç düşünməmişdim! Amma şükür bunu düşünəcək bir
beyin var burda . daha doğrusu beyinsiz”
Roza cəld hərəkətlə arxaya dönüb ağaca söykənmiş, ona gülümsəyərək
baxan oğlana tərs bir baxış atdı. Üzünə soyuq bir gülümsəmə yerləşdirib dedi:
-
Mən “mama
Roza” olsaydim, onun kimi “defekt mal”ları əsla götürməzdim. Elə yaxşı ki, sadəcə
Rozayam.
Oğlan vecsizcə çiynini çəkib:
-
Sən deyən
olsun- deyib, ağacdan azca aralanmışdı ki, yadına nə isə düşmüş kimi ayaq
saxlayıb dedi:
-
A, birdə
ki, mənə axşamlar mesaj atmağı tərgit. Qızları telefonumun ekranında yox,
yatağımda görməyi sevirəm.
“ şah və mat! Universitetimizin “qara cəngavəri”
Cavid yenə son sözü dedi. O şorgöz, əxlaqsız, tərbiyəsiz, həddini bilməz,
gördüyü hər dişi məxluqa söz atan və bir qram da insani hissə sahib olmayan o
alcaq yenə məni susdurdu. Bu universitetde...yox dünya da bunu edə bilən tək insan
odur və lənət olsunki mən o it oğlu iti sevirəm. Çox yaraşıqlıdı? itə oxşayır! Varlıdı? Camaatdan 20 qəpik dilənir!
Romantikdi? Onun 3 günlük keçmiş sevgilisi olaraq qeyd edim ki “öküz” sifətinə
yeni mənalar qatacaq qədər potensialı var. Daha sevgililiyimizin 2-ci günü məni evinə aparmaq istədi! Sabahısı da
ayrıldı.bəs onu niyə sevirəm? Gözəl sualdı, bir ara ondan soruşmalıyam. Təbii
ki, mesajla. Bu ara da mən onu atan oğlana mesaj göndərib yalvaran, ya da
qarğış edən qızlardan deyiləm. Mesajlarım əsasən bu tərz olur:
“amerikan futbolu ilə, İngiltərə futbolu niyə ayri
və bu irqciliyə girmir?”
“ ilk inəyi sağan insan nə düşünürdü səncə?”
“ avtobus sürücüləri qarınlı olmalıdı deyə bir
qanun var?”
“mənə 20 qəpik göndərə bilərsən?”
Sonuncu mesaj “donuzdan bir tük də qənimətdi” məsəlinin
isbatı idi sadəcə. Bütün bu mesajlara aldığım cavab isə:
“qırıl”
Bu oğlanları anlamıram, ona hər gün mesaj göndərirəm
və hələ də mənə aşiq olmayıb. Bu çox qəribədi. Dünyanın ən məsum qızı
olmadığımı bilirəm, amma dünyanın ən eqoist qızı olaraq hər istədiyimi əldə
edirəm. Dərs 1-dən də anlaşıldığı kimi: kraliça mənəm!
müəllifI Cəmilə Məmmədli

super :)
YanıtlaSilcox beyendim :)
2 bolum hani ??? :))
sen ne manyaksin :)
Sil